Pakistan Əfqanıstanla sərhəddə 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib .....                     Siyəzəndə şəhid ruhuna sayğısızlıq... .....                     Neftdə “qızıl orta”: “Qiymət 100 dollara yüksəlsə...” .....                     Həbsdə olan jurnalistə ağır itki .....                     Bərdədə səhiyyə sistemi iflic durumda .....                     ABŞ-də qaradərili qulların nəsillərinə pul paylanacaq .....                     Nəzarətsiz qalan özəl klinikalar morqa çevirilir: Teymur Musayev də tamaşa edir... .....                     Məsələn; Fransada hər məktəbin yanında səhiyyə işçisi fəaliyyət göstərir... BƏS BİZDƏ? .....                     "Mərc oyunları"nda "bəxti gətirən" Teymurov .....                     Türk dövlətləri vahid hərbi blokda birləşə bilərlərmi? .....                     "Bu aptek özündən yeni qaydalar çıxarıb" .....                     ALTAY tankının ilk tədarükü oktyabrın 28-də həyata keçiriləcək .....                     Prezident İlham Əliyevin oktyabr diplomatiyası sübut etdi ki... .....                     NATO tipli Turan ordusuna doğru... .....                     "Bütün şəraitimi, işimi orada qoyub bir zənglə teatra gəldim" .....                     "Bu, hər iki tərəfin ziyanına olardı..." .....                     AMEA-da “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi-nəzəri seminar keçirilib .....                     "Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir" .....                     Zaporojye AES: Rusiya güclənir, MAQATE kömək edir .....                     “İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar” .....                     Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir .....                     Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb .....                     Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib .....                     “Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” .....                     "Vyetnam öz balaca ərazisində hardasa bizim qədər əhali saxlayır..." .....                     Putinin AYIQ BAŞA dediyi KEFLİ cümlələr... .....                     Ermənistanda silahlı insident olub, .....                     Gürcüstan vətəndaşı Azərbaycanda 100 min manat sərmayə ilə yeni şirkət yaradıb .....                     İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ .....                     Moskva Azərbaycanın tələblərini yerinə yetirir .....                     Bakıda 170 min manat nizamnamə kapitalına malik yeni şirkət yaradılıb .....                     Bu gün Beynəlxalq Qızlar Günüdür .....                     Naxçıvanda 279,2 milyon manatlıq enerji şirkəti yaradılıb .....                     Azərbaycanda fəaliyyətsiz tikiş şirkəti .....                     "Səni axtarıram" da Dilbərin axtardığı uşağın atası məmurun oğlu imiş .....                     MDB-nin gələcəyi sual altındadır .....                     General-mayor Rasim Əliyev vəfat edib .....                     MTN generalı azadlığa çıxdı .....                     “Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar” .....                     Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir .....                 

Türk dövlətləri vahid hərbi blokda birləşə bilərlərmi? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:14 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçıları Şurasının sammitində çıxışı zamanı 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirik”, – Azərbaycan prezidenti başçısı bildirib.

Qeyd edək ki, Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının XII sammitinin mövzusu da təklifə uyğun olub – regional sülh və təhlükəsizlik.

Hazırda təşkilatın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan müşahidəçi statusuna malikdir. TDT-in qərargahı İstanbulda yerləşir.

Xatırladaq ki, Prezident Əliyev hələ Astana sammitində müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinə çağırmışdı.

Digər maraqlı xəbər – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə sənayesi qurumları rəhbərlərinin ikinci iclası 2026-cı ildə Bakıda keçiriləcək. Bu barədə XII sammitin yekununda qəbul edilən Qəbələ Bəyannaməsində qeyd olunur.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sammit çərçivəsində keçirilən mətbuat konfransında da qeyd edib ki, TDT ölkələri təhlükəsizlik, hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklər.

TDT indiyədək əsasən mədəniyyət, təhsil və iqtisadi inteqrasiya sahələri ilə assosiasiya olunurdu. Lakin dünya dəyişir və bununla yanaşı təşkilatın gündəliyi də dəyişir. Təhlükəsizlik sahəsində əməkdaşlıq da artıq zərurətə çevrilir.

Bu gün dünya sistemli qeyri-sabitlik mərhələsini yaşayır. Regional münaqişələr, böyük dövlətlərin rəqabəti, hibrid müharibələr, terror – bütün bunlar, hətta ənənəvi olaraq hərbi bloklardan uzaq duran dövlətlər üçün belə, daha sıx qarşılıqlı əlaqə tələb edir.

TDT-in tərkibinə çox fərqli ölkələr daxildir: Türkiyə NATO üzvüdür, böyük ordusu və inkişaf etmiş müdafiə sənayesi var; Qazaxıstan və Qırğızıstan KTMT-nin üzvləridir və hərbi siyasətdə məhdud suverenliyə malikdir; Azərbaycan müharibə keçmiş, ordusunu gücləndirən dövlətdir.

Bu gün çoxları belə bir sual üzərində düşünür: hərbi əməkdaşlıq TDT ölkələrinə nə verə bilər? Zamanla bu təşkilat hərbi bloka çevrilə bilərmi? Bu halda KTMT (Qazaxıstan və Qırğızıstan üzv dövlətlərdir) və NATO (Türkiyə üzv dövlətdir) münasibətləri necə tənzimlənəcək? Təlimlər hansı ölkələrə və ya təhdidlərə qarşı yönələcək?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Pressklub.az saytına açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, artan regional və qlobal təhdidlər fonunda türkdilli dövlətlər arasında müxtəlif istiqamətlər üzrə inteqrasiya prosesi sürətlə inkişaf edir. “Əslində, gələcəkdə TDT-nin daha sıx iqtisadi, siyasi və hərbi ittifaqa çevrilməsi üçün ciddi maneə yoxdur. Əksinə, bu dövlətləri bir-birinə yaxınlaşdıran çoxsaylı subyektiv və obyektiv amillər mövcuddur.
Birinci mərhələdə bu dövlətlər arasında ikitərəfli münasibətlər dərinləşməlidir. İkitərəfli əlaqələrin inkişafı çoxtərəfli münasibətləri də gücləndirəcək. Bu dövlətləri artıq dil, din, tarixi-mədəni və siyasi bağlar birləşdirir. Bu amillər eyni zamanda cəmiyyətlərin aşağıdan yuxarıya inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Bu dövlətlərin əksəriyyəti təbii resurslarla zəngindir, coğrafi mövqeləri isə böyük strateji əhəmiyyət daşıyır. Qlobal və regional hərbi-siyasi rəqabətin artdığı şəraitdə TDT-in ümumi prinsiplər üzərində birliyi və əməkdaşlığı həyati zərurətə çevrilib”, – deyə politoloq vurğulayıb.

Onun fikrincə, bu ölkələrin hərbi və təhlükəsizlik sahəsində ortaq maraqlarını birlikdə müdafiə etmək potensialı var. “Xüsusilə son illərdə Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir. Azərbaycan da hərbi baxımdan Türkiyədən geri qalmır. Bu format getdikcə Mərkəzi Asiya dövlətləri üçün də daha cəlbedici olur.
Rusiya tərəfindən yaradılmış KTMT faktiki olaraq işləmir və hərbi əməkdaşlığa mane olmaq imkanına malik deyil. Ermənistanla Azərbaycan arasında müharibə zamanı təşkilatın üzvləri Ermənistanın tərəfində dayanmadı. Bundan başqa, Mərkəzi Asiya ölkələri də Rusiyanın Ukraynaya qarşı müharibəsində onun yanında yer almadı. Digər tərəfdən, Mərkəzi Asiya dövlətləri üçün əsas təhlükələrdən biri Rusiyanın aqressiv siyasətidir.

Onu da nəzərə almaq lazımdır ki, bütün mövcud hərbi-siyasi ittifaqlarda ciddi fikir ayrılıqları var. Təhlükəsizlik maraqları çox vaxt üst-üstə düşmür. Buna görə də gələcəkdə Türkiyə, Mərkəzi Asiya ölkələri və digər tərəfdaş dövlətlərin vahid hərbi blokda birləşməsi istisna deyil”, – Nəsimi Məmmədli qeyd edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistan Əfqanıstanla sərhəddə 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib - Geo telekanalı
Bu gün, 07:43
Siyəzəndə şəhid ruhuna sayğısızlıq... - FOTOFAKT
Bu gün, 07:41
Neftdə “qızıl orta”: “Qiymət 100 dollara yüksəlsə...” - ARAŞDIRMA
Bu gün, 07:20
Həbsdə olan jurnalistə ağır itki
Bu gün, 07:18
Bərdədə səhiyyə sistemi iflic durumda - BU NƏDİ BELƏ?
Bu gün, 07:16
ABŞ-də qaradərili qulların nəsillərinə pul paylanacaq
Bu gün, 07:06
Nəzarətsiz qalan özəl klinikalar morqa çevirilir: Teymur Musayev də tamaşa edir... - Nə məsuliyyət daşıyan var, nə hesabat verən...
Bu gün, 06:44
Məsələn; Fransada hər məktəbin yanında səhiyyə işçisi fəaliyyət göstərir... BƏS BİZDƏ? - PROBLEM
Bu gün, 06:32
"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov - Ziya Məmmədovun oğlunun ofis adamının LÜKS HƏYATI
Bu gün, 06:30
Türk dövlətləri vahid hərbi blokda birləşə bilərlərmi? - İNCƏLƏMƏ
Bu gün, 06:14
"Bu aptek özündən yeni qaydalar çıxarıb" - NARAZILIQ VAR...
Bu gün, 06:11
ALTAY tankının ilk tədarükü oktyabrın 28-də həyata keçiriləcək - KİV
Bu gün, 05:55
Prezident İlham Əliyevin oktyabr diplomatiyası sübut etdi ki... - RƏY
Bu gün, 05:53
NATO tipli Turan ordusuna doğru... - GƏLİŞMƏ
Bu gün, 05:50
"Bütün şəraitimi, işimi orada qoyub bir zənglə teatra gəldim"
Bu gün, 05:48
"Bu, hər iki tərəfin ziyanına olardı..." - AKTUAL
Bu gün, 05:43
AMEA-da “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi-nəzəri seminar keçirilib
Dünən, 23:58
"Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir" - Atatürk Mərkəzinin direktoru
Dünən, 13:14
Zaporojye AES: Rusiya güclənir, MAQATE kömək edir - GƏLİŞMƏ
Dünən, 13:10
“İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar” - FOTO
Dünən, 13:03
Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir - TƏFƏRRÜAT
Dünən, 12:58
Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb
Dünən, 12:55
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 12:06
“Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” - Foto
Dünən, 11:58
"Vyetnam öz balaca ərazisində hardasa bizim qədər əhali saxlayır..." - Biz nədən qorxaq ki?..
Dünən, 11:52
Putinin AYIQ BAŞA dediyi KEFLİ cümlələr... - Molla Nəsrəddin sağ olsaydı...
Dünən, 11:45
Ermənistanda silahlı insident olub, yaralananlar var
Dünən, 11:36
Gürcüstan vətəndaşı Azərbaycanda 100 min manat sərmayə ilə yeni şirkət yaradıb
Dünən, 11:24
İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ – “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur”
Dünən, 11:23
Moskva Azərbaycanın tələblərini yerinə yetirir - Rusiyalı politoloq
Dünən, 11:16
Bakıda 170 min manat nizamnamə kapitalına malik yeni şirkət yaradılıb
Dünən, 11:06
Bu gün Beynəlxalq Qızlar Günüdür
Dünən, 11:02
Naxçıvanda 279,2 milyon manatlıq enerji şirkəti yaradılıb
Dünən, 11:00
Azərbaycanda fəaliyyətsiz tikiş şirkəti - SƏHMDARLARINI YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 10:41
"Səni axtarıram" da Dilbərin axtardığı uşağın atası məmurun oğlu imiş - VİDEO
Dünən, 10:32
MDB-nin gələcəyi sual altındadır - ÇÜNKİ...
Dünən, 10:29
General-mayor Rasim Əliyev vəfat edib
Dünən, 10:22
MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
Dünən, 10:16
“Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar” - ETİRAZ VAR...
Dünən, 10:09
Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir - GƏLİŞMƏ
Dünən, 10:03
Azərbaycanın U-17 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək
Dünən, 10:01
"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...
Dünən, 09:53
Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib - İtaliya mediası
Dünən, 09:50
“ZAMAN NOVRUZOV BİZİ İŞSİZ QOYUB” – İşçilər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinindən şikayət edir
Dünən, 09:46
Azərbaycanda saatlıq əməkhaqqı sistemi işə düşür? – Az işləyib, çox qazanmaq…
Dünən, 09:40
“Premium Clinic”də qadın əməliyyatdan SAĞ ÇIXMADI - TƏFƏRRÜAT
Dünən, 09:35
Azərbaycanda niyə dəniz turizmi aktuallaşmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:31
Bu şirkətlər Mərkəzi Bankın tender qalibləri oldu - MƏBLƏĞLƏR
Dünən, 09:28
Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil - GEC DƏ OLSA...
Dünən, 09:25
Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi - BUNLAR DÜZƏLƏNƏ OXŞAMIR...
Dünən, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru