DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                 

Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi - BUNLAR DÜZƏLƏNƏ OXŞAMIR...
Tarix: 11-10-2025, 09:16 | Çap et

“Demarkasiya ilə Azərbaycan qoşunları Cermukun (İstisu- red) işğal olunmuş ərazilərini tərk edəcəklər”. Bunu Ermənistanın Vayots Dzor vilayətinin qubernatoru Vaaqn Arsenyan deyib. O, bundan əvvəl Cermuk şəhərinin meri vəzifəsini tutub. Erməni mediası iddia edir ki, bu il iyulun 26-da Azərbaycan Cermuk ərazisində mövqeləri tutub. Bu cür uydurma xəbərlərin arxasında duran əsas motiv Ermənistan cəmiyyətində süni panika yaratmaq və daxili auditoriyanı səfərbər etməkdir.

Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib. Azərbaycan Ordusu strateji nöqtələrə nəzarəti təmin edib.

Ermənistan bu reallığı “işğal” kimi qiymətləndirsə də, sərhədin dəqiqləşməsi olmadığı üçün bu iddialar cəfəngiyyatdır. Hazırda şərti sərhəd var və delimitasiya prosesi getməlidir. Ermənistan Müdafiə Nazirliyi avqustun 15-də Azərbaycan Ordusunun Cermuk istiqamətində irəliləməsi ilə bağlı yayılan iddiaları təkzib edib.

“İşğal anlayışını Ermənistan öz tarixində axtarsın”.

Bu fikirləri deputat Vüqar İskəndərov Ermənistanın Vayots Dzor vilayətinin qubernatoru Vaaqn Arsenyanın “demarkasiya nəticəsində Azərbaycan qoşunlarının Cermukun işğal olunmuş ərazilərini tərk edəcəkləri” barədə iddialarına cavab olaraq bildirib.

Deputat Arsenyanın və digər revanşist ermənilərin bu kimi əsassız açıqlamalarının reallıqdan tam uzaq olduğunu deyib: “Ermənistan uzun illər boyunca işğal siyasətini həyata keçirib, Azərbaycan torpaqlarını zəbt edib, şəhər və kəndlərimizi viran qoyub. Bu gün isə öz işğalçı tarixini unudaraq, sərhədlərin dəqiqləşməsi prosesini ”işğal" kimi təqdim etmək absurddur."

V.İskəndərov qeyd edib ki, 2022-ci ilin sentyabrında baş verən hadisələr Ermənistanın törətdiyi növbəti təxribatın nəticəsi idi və Azərbaycan Ordusu həmin təxribatlara adekvat cavab verib: “Azərbaycan heç bir ölkənin ərazisinə soxulmayıb, əksinə, öz dövlət sərhədləri boyunca təhlükəsizliyi təmin edib. Digər tərəfdən, Ermənistan Müdafiə Nazirliyinin özü belə Cermuk istiqamətində guya ”irəliləmə" ilə bağlı iddiaları təkzib edib. Bu fakt özü də Arsenyanın dediklərinin uydurma olduğunu göstərir."

Deputat onu da əlavə edib ki, Ermənistanın törətdiyi işğal təkcə torpaqlarımıza qarşı deyil, bütövlükdə Azərbaycanın təbiətinə, ekologiyasına və mədəni irsinə qarşı yönəlmişdi: “İşğal dövründə minlərlə hektar meşə qırıldı, çaylarımız çirkləndirildi, torpaqlar kimyəvi tullantılarla zəhərləndi. Təbii ehtiyatlarımız talan edildi, dağlar, bulaqlar, su hövzələri dağıdıldı. Eyni zamanda dini və mədəni abidələrimizə, qəbiristanlıqlarımıza qarşı vandalizm aktları törədildi. Bu, təkcə hərbi yox, ekoloji və mədəni işğal siyasəti idi”.

Müsahibimiz sonda Ermənistanın revanşist siyasətçilərinə və bu həvəsə düşən rəsmi şəxslərinə tövsiyə ünvanlayıb: “Ermənistanın hakim dairələri və cəmiyyəti artıq başa düşməlidir ki, bölgədə yeni reallıq formalaşıb və bu reallıq Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq və sülh gündəliyi üzərində qurulub. Ermənistan isə ötən 30 ildə tarixdə işğalçı dövlət kimi qalıb. Ona görə də ”işğal" anlayışını onlar bizə deyil, öz tarixlərinə aid etməlidirlər".

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycanla Ermənistan arasında dəqiq sərhədlərin müəyyən olunması üçün mütləqdir ki, sərhəd nişanları müəyyən olunmalıdır: “Ermənistanda kimin nə deməyindən aslı olmayaraq delimitasiya və demokrasiya baş tutmalıdır. Bu baş verməyənə qədər Azərbaycanı ittiham etmək absurddur, gülüncdür. Azərbaycan tərəfinin əlində istər 1918-1920-ci illərin - Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet işğalından sonrakı illərin xəritəsi var. Hətta 1960-cı illərdə Azərbaycanla Ermənistan arasında yeni sərhədlərin müəyyən olunması prosesi aparılıb. Bu xəritəyə istinad etsək belə, görərir ki, deyilənlərin heç bir əsası yoxdur. Vayots Dzor Qubernatoru nə qədər həyasızdır ki, utanmadan bizə böhtan atır. Hələ biz sovet zamanında kommunist partiyasının əsassız qərarları ilə Azərbaycan torpaqlarının, Zəngəzurun, Naxçıvanın müəyyən ərazisinin və digər ərazilərin Ermənistana verilməsini qabartmırıq. Bu əraziləri Azərbaycan tələb etsə, Ermənistan 19 min kv km ərazidən kənara çıxa bilməz. Bu bir həqiqətdir ki, dünyada Azərbaycan yeganə ölkədir ki, öz qədim torpaqları ilə sərhəddədir, cənubdan Cənubi Azərbaycan, qərbdən Qərbi Azərbaycan, Borçalı, şimaldan Dərbənd və s. torpaqların hamısı bizim tarixi torpaqlarımızdır. Ermənistan Müdafiə Nazirliyinin təkzibi onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin daxilində revanşistlərə qulluq göstərən şəxslər var. Və onlar yenidən Azərbaycan-Ermənistan münasibətlərinin gərginliyi nəticəsində hakimiyyətə qayıtmaq istəyirlər. ”Erməni dığası" cəfəngiyyatla məşğul olub".

“Yeni Müsavat"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru