Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir .....                     Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb .....                     Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib .....                     “Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” .....                     "Vyetnam öz balaca ərazisində hardasa bizim qədər əhali saxlayır..." .....                     Putinin AYIQ BAŞA dediyi KEFLİ cümlələr... .....                     Ermənistanda silahlı insident olub, .....                     Gürcüstan vətəndaşı Azərbaycanda 100 min manat sərmayə ilə yeni şirkət yaradıb .....                     İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ .....                     Moskva Azərbaycanın tələblərini yerinə yetirir .....                     Bakıda 170 min manat nizamnamə kapitalına malik yeni şirkət yaradılıb .....                     Bu gün Beynəlxalq Qızlar Günüdür .....                     Naxçıvanda 279,2 milyon manatlıq enerji şirkəti yaradılıb .....                     Azərbaycanda fəaliyyətsiz tikiş şirkəti .....                     "Səni axtarıram" da Dilbərin axtardığı uşağın atası məmurun oğlu imiş .....                     MDB-nin gələcəyi sual altındadır .....                     General-mayor Rasim Əliyev vəfat edib .....                     MTN generalı azadlığa çıxdı .....                     “Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar” .....                     Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir .....                     Azərbaycanın U-17 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək .....                     "Keçən ilin may ayından evimdə qaz yoxdur..." .....                     Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib .....                     “ZAMAN NOVRUZOV BİZİ İŞSİZ QOYUB” .....                     Azərbaycanda saatlıq əməkhaqqı sistemi işə düşür? .....                     “Premium Clinic”də qadın əməliyyatdan SAĞ ÇIXMADI .....                     Azərbaycanda niyə dəniz turizmi aktuallaşmır? .....                     Bu şirkətlər Mərkəzi Bankın tender qalibləri oldu .....                     Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil .....                     Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi .....                     Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol .....                     ABŞ Bakı və İrəvanı tələsdirir .....                     Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? .....                     Ruslar təzminat ödəyəcəksə... .....                     Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... .....                     Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək .....                     Ağstafa nədən nəzarətsiz qalıb ki?.. .....                     Şəmkirdə dövlətin qanunları keçərli deyil? .....                     Salyan sakini haqsızlıqla ÜZ-ÜZƏ... .....                     Sabirabadda şəhid anasını kim incidir .....                 

ABŞ Bakı və İrəvanı tələsdirir - Üç sensasion əngəl...
Tarix: Bu gün, 09:01 | Çap et

“Prezident Donald Tramp qarşısına çıxan fürsətləri dəyərləndirməyi bacarır. Həm Azərbaycan, həm də Ermənistan normallaşma və sülhün əhəmiyyətini anlayır. Hər iki ölkə Moskvanın uğursuz vasitəçilik səylərindən və onun azalan regional təsirindən yorulub”.

Bu barədə Amerikadakı Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin “Ermənistan-Azərbaycan sülhü üçün növbəti addımlar” məqaləsində bildirilir.

Lakin onun fikrincə, Ağ Evdə imzalanma mərasimi başa çatsa da qarşıda üç böyük əngəl var:

1. Baş nazir Paşinyanın siyasi sabitliyi ilə bağlı suallar qalmaqdadır. Bu sabitlik xüsusilə Ermənistanda keçiriləcək parlament seçkisi ərəfəsi sarsıla bilər. Ermənistan daxilindəki radikal millətçi qruplar və Moskva tərəfindən dəstəklənən qüvvələr Paşinyanın səlahiyyətinə və sülh prosesinin legitimliyinə meydan oxuyur.

2. Həm Ermənistan, həm də Azərbaycan Rusiya və İranın dezinformasiya kampaniyaları başladaraq sülh prosesini gözdən salmağa çalışacağını gözləməlidir.

3. Sülh sazişində nəzərdə tutulan regional nəqliyyat əlaqələrinin - o cümlədən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) - necə maliyyələşdiriləcəyi ilə bağlı hələ də bir çox sual cavabsız qalır.

Analitikə görə, bu çətinliklər həll edilməsə, Tramp sülh təşəbbüsündə marağını itirə bilər: “Yalnız onun birbaşa nəzarəti təşəbbüsün uğurunu təmin edə bilər”.

ABŞ-dakı “beyin mərkəzi”nin xəbərdarlığı nə dərəcədə əsaslı görünür? Bakı və İrəvan Vaşinqtonun köməyi ilə bu üç əngəli problemsiz adlaya biləcəkmi?

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli sülh yolunda mürəkkəb problemlərin geridə qaldığını açıqladı. Onun sözlərinə görə, pozitiv gedişatın davamını Bakı və İrəvan gətirməlidir: “Ağ Ev rəhbərliyi üzərinə düşəni etdi və bundan sonra tərəflər sülh quruculuğu işini sürətləndirməlidir. Mən amerikalı mütəxəssis qədər bədbin deyiləm. Fikrimcə, ABŞ Zəngəzur dəhlizi üçün lazım olan bütün addımları atacaq. Artıq 145 milyon dollar ayırıb, amerikalı gömrükçülər İrəvanda olub və məsləhətləşmələr aparılıb, davamı da gələcək. Bu işə Birləşmiş Ştatların müttəfiqi Türkiyə xüsusən nəzarət edir. ABŞ üçün Cənubi Qafqazda Türkiyə var və Tramp növbəti dəfə Ərdoğanı təriflədi. Yəni bölgənin məsələləri həm də Ankaraya həvalə olunub. Habelə bu layihədə Ermənistan da maraqlıdır. Güman etmirəm ki, Rusiyanın kobud müdaxilə imkanları qalıb”.

S. Əsədli qeyd etdi ki, əngəl kimi görünən digər iki məsələ də Amerikanın himayəsindədir: “Amerikalılar Paşinyan iqtidarını qoruyur. Rusiyanın çevriliş imkanları görünmür. Nikol özü də Rusiyadan tam üz çevirməyib. Eyni zamanda, Moskva və Tehranın sülh əleyhinə hibrid müharibəsi isə fiaskoya məhkumdur. Bu halda daha da nüfuz itirəcəklər. Ona görə Rusiya və İran 8 avqust razılaşmasını alqışlamağa məcbur qalıblar”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə regionda yeni dövrün başladığını vurğuladı. Onun qənaətinə görə, bundan sonra iqtisadi sahədə əməkdaşlıq, dəhlizlərdən istifadə, ticarət dövriyyəsi ən prioritet məsələlər olacaq, nəinki gərginlik ocaqları saxlamaqla təsir gücünü göstərmək. Onun fikrincə, Rusiya sülhə maneə olmayacaq və Düşənbə görüşü də münasibətləri normallaşdıracaq: “Moskva Cənubi Qafqazda sülh əleyhinə addımlar atmaqda maraqlı deyil. İndi ona Qafqaz ölkələri ilə əməkdaşlıqdan iqtisadi dividend əldə etmək vacibdir. Çünki sanksiyalar Rusiyanı siyasətinə yenidən baxmağı zəruri edib”.

Onun dediyinə görə, sülhlə bağlı əngəllərin aradan qaldırılmasında Ermənistan da ciddi addımlar atmalıdır: “İlk növbədə konstitusiyadan ərazi iddialarını çıxarmalıdır ki, mübahisəli yer qalmasın. Bundan sui-istifadə edən qüvvələr ola bilər. Lakin Azərbaycan-Rusiya münasibətlərinin hazırkı dövrü deməyə əsas verir ki, Moskva Bakının ayağının altına daşlar düzmək istəməz. Rusiya Azərbaycan rəhbərliyinin milli məsələlərdə nə qədər israrlı və prinsipial olduğunu görür. Zənnimcə, hadisələrin inkişafı gələn il seçkilərindən sonra yekun sülh sənədini imzalamağa imkan verəcək. Trampla Putin arasında dialoq, Ərdoğanla Putin arasında əlaqələr Kremlin Cənubi Qafqazda hər hansı pozucu planları varsa belə onu indidən mümkünsüz edir. Rusiya əvvəlki deyil və regionda yenidən qarışıqlıq yaratmaq, cəbhə açmaq gücü yoxdur. Təbii ki, strateji itkiləri var və dəhlizə nəzarət etmək istərdi, amma hazırkı reallıqlar buna şans qoymur”.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Kremlin Zəngəzur narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından razıdır, amma “Tramp yolu” ilə bağlı bəzi suallar var.

Prezident İlham Əliyev isə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib ki, İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.

Dövlət başçısı qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılıb.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir - TƏFƏRRÜAT
Bu gün, 12:58
Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb
Bu gün, 12:55
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:06
“Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” - Foto
Bu gün, 11:58
"Vyetnam öz balaca ərazisində hardasa bizim qədər əhali saxlayır..." - Biz nədən qorxaq ki?..
Bu gün, 11:52
Putinin AYIQ BAŞA dediyi KEFLİ cümlələr... - Molla Nəsrəddin sağ olsaydı...
Bu gün, 11:45
Ermənistanda silahlı insident olub, yaralananlar var
Bu gün, 11:36
Gürcüstan vətəndaşı Azərbaycanda 100 min manat sərmayə ilə yeni şirkət yaradıb
Bu gün, 11:24
İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ – “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur”
Bu gün, 11:23
Moskva Azərbaycanın tələblərini yerinə yetirir - Rusiyalı politoloq
Bu gün, 11:16
Bakıda 170 min manat nizamnamə kapitalına malik yeni şirkət yaradılıb
Bu gün, 11:06
Bu gün Beynəlxalq Qızlar Günüdür
Bu gün, 11:02
Naxçıvanda 279,2 milyon manatlıq enerji şirkəti yaradılıb
Bu gün, 11:00
Azərbaycanda fəaliyyətsiz tikiş şirkəti - SƏHMDARLARINI YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 10:41
"Səni axtarıram" da Dilbərin axtardığı uşağın atası məmurun oğlu imiş - VİDEO
Bu gün, 10:32
MDB-nin gələcəyi sual altındadır - ÇÜNKİ...
Bu gün, 10:29
General-mayor Rasim Əliyev vəfat edib
Bu gün, 10:22
MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
Bu gün, 10:16
“Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar” - ETİRAZ VAR...
Bu gün, 10:09
Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir - GƏLİŞMƏ
Bu gün, 10:03
Azərbaycanın U-17 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək
Bu gün, 10:01
"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:53
Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib - İtaliya mediası
Bu gün, 09:50
“ZAMAN NOVRUZOV BİZİ İŞSİZ QOYUB” – İşçilər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinindən şikayət edir
Bu gün, 09:46
Azərbaycanda saatlıq əməkhaqqı sistemi işə düşür? – Az işləyib, çox qazanmaq…
Bu gün, 09:40
“Premium Clinic”də qadın əməliyyatdan SAĞ ÇIXMADI - TƏFƏRRÜAT
Bu gün, 09:35
Azərbaycanda niyə dəniz turizmi aktuallaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:31
Bu şirkətlər Mərkəzi Bankın tender qalibləri oldu - MƏBLƏĞLƏR
Bu gün, 09:28
Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil - GEC DƏ OLSA...
Bu gün, 09:25
Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi - BUNLAR DÜZƏLƏNƏ OXŞAMIR...
Bu gün, 09:16
Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!
Bu gün, 09:11
ABŞ Bakı və İrəvanı tələsdirir - Üç sensasion əngəl...
Bu gün, 09:01
Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:15
Ruslar təzminat ödəyəcəksə... - GÖZLƏYƏK...
Bu gün, 08:03
Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:58
Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək - AÇIQLAMA
Bu gün, 07:54
Ağstafa nədən nəzarətsiz qalıb ki?.. - FOTOFAKT
Bu gün, 07:53
Şəmkirdə dövlətin qanunları keçərli deyil? - AXI NİYƏ?..
Bu gün, 07:47
Salyan sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 07:44
Sabirabadda şəhid anasını kim incidir - BU NƏDİ BELƏ?
Bu gün, 07:38
"Özlərinə görə büdcəyə pul yığıb, 'malades' alırlar..." - ETİRAZ
Bu gün, 07:27
“Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi
Bu gün, 07:24
Ailə içində ETİBARSIZLIQ MÜHİTİNİ 'rəsmiləşdirən' HÜQUQİ BOŞLUQ - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Azərbaycan dostluğu ədalət üzərində qurur... - İlham Əliyev bu qədər net və aydın dedi...
Bu gün, 07:12
“Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? - Bizə düşəni isə...
Bu gün, 07:08
Küçə itləri paytaxtı “ələ keçirir” – İlgili qurumlar hara baxır?
Bu gün, 07:05
Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? - Görünəni odur ki...
Bu gün, 07:03
Paşinyan “Tramp marşrutu”nun önəmindən danışdı VƏ... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Düşənbə hər zaman Bakıya isti münasibət sərgiləyib - ŞƏRH
Bu gün, 06:59
Paşinyanın manevr imkanları TÜKƏNİB - AKTUAL
Bu gün, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru