AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                 

Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? - Görünəni odur ki...
Tarix: 11-10-2025, 07:03 | Çap et

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Bu, dekabrın 25-də baş vermiş təyyarə qəzasından sonra iki ölkə liderlərinin ilk geniş formatlı görüşü olub və münasibətlərin normallaşmasına işarə kimi qiymətləndirilir. Liderlərin söhbətinin məzmunundan bəlli olur ki, görüş Rusiya tərəfinin xahişi ilə baş tutub.

Vladimir Putin çıxışına təyyarə qəzası ilə bağlı üzrxahlıq və başsağlığı ilə başlayıb. Bildirib ki, faciə baş verən gün İlham Əliyevlə telefon danışığı zamanı dərhal üzr istəyib və həlak olanların ailələrinə başsağlığı verib.

Putin hadisənin səbəblərini aşağıdakı kimi şərh edib:

Qəza zamanı Rusiya səmasında Ukraynaya məxsus üç pilotsuz uçuş aparatı mövcud olub;

Rusiya hava hücumundan müdafiə sistemində texniki nasazlıq yaranıb;

Təyyarəni vurmaq üçün buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, lakin təxminən 10 metr məsafədə partlayıb. Bu, yəqin ki, “öz-özünü məhv etmə” rejimi olub.

Putin vurğulayıb ki, bu səbəbdən təyyarə qismən zədələnib, amma məhvedici döyüş başlıqları ilə deyil, raket parçaları ilə zədələnmə baş verib. Pilot hadisəni “quş sürüsü ilə toqquşma” kimi qiymətləndirib və rus dispetçerlərə məlumat verib.

O əlavə edib ki, Mahaçqalaya eniş təklifini qəbul etməmə və nəticədə Qazaxıstanda qəzaya düşmə faktı da hadisənin gedişinə təsir edib.

Putin qeyd edib ki, hadisə ilə bağlı saniyə-saniyə texniki analiz aparılıb, nəticələr “qara qutular”ın məlumatlarında əksini tapıb.

“Rusiya tərəfindən kompensasiya ödəniləcək və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”, - deyə Putin bildirib.

Beləliklə, Rusiya tərəfi ən yüksək səviyyədə Azərbaycanın iki tələbini tam, birini isə qismən qəbul edib. Bura kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılması daxildir. Putin görüşdə birbaşa üzr istəməyib, “hadisənin Rusiyanın hava məkanında baş verməsinə” görə üzrxahlıq etdiyini xatırladıb.

Həmçinin Putin çıxışında qeyd edib ki, iqtisadi-ticari əlaqələr, təyyarə faciəsindən dolayı münasibətlərdəki gərginliyə baxmayaraq, inkişaf edir. Onun sözlərinə görə, 2023-cü ildə ticarət dövriyyəsi təxminən 6%, 2024-cü ildə isə 16%-dən çox artıb.

Rusiya lideri humanitar və diplomatik əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayıb və müttəfiqlik müqaviləsinin bütün müddəalarının yerinə yetirilməsini təmin edəcəklərini qeyd edib.

Prezident İlham Əliyev isə əvvəlcə Putinə görüşə və doğum günü təbriklərinə görə təşəkkürünü bildirib. Burada incə şəkildə görüş təşəbbüsünün rusiyalı həmkarından gəldiyini xatırladıb.

O, həmçinin AZAL təyyarəsi qəzası ilə bağlı təfərrüatlı məlumata və şəffaf istintaqın aparılmasına görə Putinə minnətdarlığını ifadə edib: “Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, bütün məsələlər obyektiv araşdırılacaq”.

Prezident həmçinin vurğulayıb ki, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası yaxınlarda keçirilib, burada iqtisadi-ticari və bütün sahələr üzrə əməkdaşlıq uğurla inkişaf edir.

“Bu il əlaqələrimiz bütün istiqamətlərdə uğurla inkişaf edir. Heç bir sahədə geriləmə və gecikmə yoxdur. Razılaşdırılmış yol xəritələri uğurla icra olunur”, - deyə Əliyev bildirib.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov Pressklub.az-a şərhində görüşü həm Azərbaycan, həm də Rusiya üçün münasibətləri normallaşdırmaq niyyətinin nümayişi kimi qiymətləndirib:

“Düşünürəm ki, bu görüş münasibətlərin bərpasının başlanğıcı olacaq. Tərəflər başa düşüblər ki, böhranın dibinə çatmışıq və indi yuxarıya doğru hərəkət etməyin vaxtıdır. Bundan sonra münasibətlər yeni reallıqlar şəraitində formalaşacaq. Tərəflərin gözləntiləri əvvəlki kimi maksimalist olmayacaq”.

F.Məmmədov əlavə edib ki, görüş həm AZAL təyyarə qəzasına aydınlıq gətirilməsi, həm də humanitar və iqtisadi əməkdaşlığın davam etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu görüş Azərbaycan-Rusiya münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər, gözləntilər və növbəti addımlar nədən ibarətdir?

Bu gün səhər ilk nəticə reallaşıb - “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx həbsdən azad edilib. Xatırladaq bu il iyulun 1-də və o və kanalın baş redaktor Yevgeni Belousov barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.

Bundan sonra gözləmək olar ki, Bakıda həbsdə olan 8 Rusiya vətəndaşı da azad ediləcək. Onlar iyulun 1-də DİN-in keçirdiyi əməliyyat zamanı saxlanılıb, İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluq ittihamları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Paralel olaraq, Azərbaycanın da Rusiyadan gözləntiləri var. Bura Rusiyadakı diaspor fəallarına qarşı təzyiqləri dayandırmaq, həbs edilənləri azadlığa buraxmaq, həmçinin bundan sonra Azərbaycan vətəndaşlarına qarşı hər hansı məhdudiyyət və təzyiqlərə yol verməmək daxil ola bilər.

Rusiya tərəfi, qarşılıqlı addımlar çərçivəsində humanitar məsələlərdə də elastiklik göstərə bilər, məsələn, ticarət və miqrant məsələlərində prosedurların sadələşdirilməsi mümkündür.

Yekunda qeyd edək ki, Düşənbə görüşü həm diplomatik, həm də humanitar sferada iki ölkə üçün əhəmiyyətə malikdir. Hadisələr göstərir ki, münasibətlərin normallaşması həm strateji, həm də iqtisadi maraqlar baxımından hər iki tərəfə sərfəlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru