ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                 

Bizi gözləyən İÇMƏLİ SU BÖHRANI... - NƏ ETMƏLİ?
Tarix: 9-10-2025, 09:25 | Çap et

Azərbaycanda su qıtlığı hər il daha da kəskinləşir. Bu konteksdə Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun fikirləri diqqət çəkib. O qeyd edib ki, ölkədə şirin su ehtiyatları 25 faiz azalıb. Ekspertlər bildirirlər ki, bu gedişat kənd təsərrüfatını və maldarlığı iflic edir, üstəlik demoqrafik tarazlığa da zərbə vurur. Beləliklə, kəndlərdən şəhərlərə kütləvi köç sürətlənir.

Azərbaycanda içməli və suvarma su ehtiyatlarının azalmasının əsas səbəbləri nələrdir? Kənd demoqrafiyasına təsirini minimuma endirmək üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib ki, su qıtlığı qlobal iqlim dəyişiklikləri fonunda gələcək illərin ən böyük problemlərindən birdir:

“Gələcək müharibələrin su uğrunda baş verəcəyi istiqamətində fikirlər də formalaşıb və bu, reallığı əks etdirir. Çünki su resursları tükənir, iqlim dəyişiklikləri isə yağıntıların miqdarını azaldır. Kənd təsərrüfatı birbaşa təbii şəraitdən asılı olduğuna görə bu prosesin təsiri güclüdür. Belə vəziyyətdə passiv gözləmə mövqeyi tutmaq olmaz. Azərbaycanda gələcək planlar çərçivəsində süni yağışların yaradılması kimi innovativ üsulların tətbiqi nəzərdə tutulur. Mövcud su resurslarından səmərəli istifadə vacibdir. Ənənəvi, “vəhşi sulama” adlandırılan üsullar əvəzinə, damcılı suvarma sistemlərinə keçid təmin edilməlidir. Bu mənada İsrailin təcrübəsi yaxşı nümunədir. Belə ki, orada dəniz suyu təmizlənir və şirin suya çevirilir. Nəticədə həmin resursla kənd təsərrüfatı məhsulları istehsal olunaraq ixrac edilir. Şirin su mənbələrinin tükənməsi gələcək üçün ciddi risk yaradır. Bu təhlükəni ağıllı idarəetmə, innovativ texnologiyalar və yeni yanaşmalarla azaltmaq mümkündür”.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda su ilə bağlı problem artıq 20-25 ildir davam etsə də, bu sahədə əsaslı islahatlar həyata keçirilməyib:

“Halbuki su təsərrüfatı dövlət büdcəsindən və xarici kreditlər hesabına ən çox maliyyə alan sahələrdən biridir. Buna baxmayaraq, hər il həm içməli su təchizatı, həm də suvarma ilə bağlı çətinliklər artır. Nəticədə iki istiqamətdə mənfi təsir yaranır: bir tərəfdən əhalinin içməli su təminatı həm həcm, həm də keyfiyyət baxımından zəifləyir, digər tərəfdən, kənd təsərrüfatında suvarma çatışmazlığı məhsuldarlığın azalmasına, əkinlərin yanmasına və iqtisadi itkilərə səbəb olur. Azərbaycan su ehtiyatlarına görə dünyada aşağı göstəriciyə malikdir və BMT-nin “su stresi altında olan ölkələr” siyahısına daxildir. Qafqaz regionunda da ən az su ehtiyatı ölkəmizdədir – Gürcüstandan təxminən altı, Ermənistandan isə iki dəfə azdır. Su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan və başqa yollarla formalaşır, yalnız 30 faizi daxili mənbələr hesabınadır. Buna görə də hər hansı qlobal su böhranı baş verərsə, xarici mənbələrdən asılılıq vəziyyəti daha da ağırlaşdıracaq”.

Sosioloq qeyd edib ki, problemin həlli üçün ölkənin su ehtiyatları elmi əsaslarla yenidən qiymətləndirilməlidir:

“Son belə qiymətləndirmə hələ sovet dövründə, 1980-ci illərdə aparılıb və 27 milyard kubmetr su ehtiyatı müəyyən edilib. Bu göstəricilər hazırda dəqiqləşdirilməlidir. İkinci məsələ su resurslarının səmərəli idarə olunması və itkilərin azaldılmasıdır. Hazırda Azərbaycanda su itkiləri 35-40 faiz təşkil edir, bu da dünya üzrə qəbul edilən 4-5 faiz göstəricisindən dəfələrlə çoxdur. Bu vəziyyət köhnə infrastruktur, vaxtında çəkilməyən kanallar və az sayda su anbarlarının mövcudluğu ilə bağlıdır. Yeraltı su ehtiyatlarının istismarı üçün artezian quyularının sayı artırılmalı, kiçik çaylar üzərində yeni su anbarları tikilməlidir. Suvarmada qənaətcil texnologiyalar, xüsusilə damcılı və çiləmə sistemləri tətbiq edilməlidir. Dövlət fermerlərin bu texnologiyaları qurması üçün güzəştli kredit mexanizmləri yaratmalıdır. Eyni zamanda, içməli suyun sənayedə texniki məqsədlərlə istifadəsinə son qoyulmalı, bu məqsədlər üçün alternativ texniki su mənbələri ayrılmalıdır. Torpaq kanallarda su itkisini azaltmaq üçün su xətləri beton və ya boru sistemlərinə keçirilməlidir. Bundan əlavə, sensor kranlar kimi qənaətcil avadanlıqların istifadəsi, yağış sularının toplanması və təkrar emal olunmuş suların sənaye sahələrində istifadəsi genişləndirilməlidir”.

E.Bayramlı xatırladıb ki, qlobal proqnozlara görə, qarşıdakı onillikdə quraqlıq və su qıtlığı daha da artacaq:

“Prezident İlham Əliyev də bir neçə il əvvəl keçirilən müşavirədə bu problemi xüsusi vurğulayıb, 35-40 faizlik su itkisini “yolverilməz” adlandırıb. Dövlət bu sahəyə böyük vəsait ayırsa da, məsul qurumların səmərəsiz fəaliyyəti və nəzarətsizlik nəticəsində gözlənilən nəticə əldə olunmayıb. Suyun əsas hissəsini sənaye müəssisələri və aqrar sektor istifadə edir, əhali isə ümumi sərfiyyatda nisbətən az paya malikdir. Buna görə də əsas diqqət istehsal və suvarma sahələrində itkilərin azaldılmasına yönəldilməlidir. Su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətcil texnologiyaların tətbiqi Azərbaycanın gələcək su təhlükəsizliyinin əsas şərtidir. Əks halda, ölkə həm iqtisadi, həm də sosial baxımdan ciddi problemlərlə üzləşəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru