ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                 

Rusiya istintaqı Ağalarovlarla bağlı SENSASİON qərar verdi - “Crocus işi”
Tarix: 8-10-2025, 10:43 | Çap et

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı istintaq çərçivəsində konsert zalının sahibləri — Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun hesab etməyib.

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan xəbər məkanında ilk məlumat yayan Teleqraf.com yazır ki, istintaq orqanı bu qərarı əsas ekspertizaların nəticələri əldə olunana qədər təxirə salıb. Ekspertizalar başa çatdıqdan sonra işə hüquqi qiymət veriləcək və təminat tədbirlərinin tətbiqi məsələsinə baxılacaq.

İstintaq Komitəsi əlavə edib ki, Rusiya qanunvericiliyinə əsasən aktivlərin dondurulması yalnız təqsirləndirilən şəxslərin və ya onların maddi məsuliyyət daşıyan tərəflərinin əmlakına münasibətdə həyata keçirilə bilər.

Xatırladaq ki, ötən il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında “Piknik” qrupunun çıxışı ərəfəsində terror aktı törədilmişdi. Naməlum şəxslər zala daxil olaraq tamaşaçılara atəş açmış, nəticədə 145 nəfər həlak olmuş, 550-dən çox insan yaralanmışdı.

Musavat.com-un təhlil qrupuna görə, Rusiya istintaqının Ağalarovlarla bağlı bu qərarı Moskva-Bakı münasibətlərində tonun qismən dəyişdiyini göstərir. Analitiklərin fikrincə, Kreml mühitində Azərbaycan və onunla əlaqəli şəxslərə münasibətdə tədricən yumşalma müşahidə olunur.

Bir müddət əvvəl, iki ölkə arasında gərginlik yaşandığı dövrdə, Ağalarov ailəsinin biznesinə təzyiqlər artmışdı. Məsələn, “Crocus” kompleksinin sahibi Araz Ağalarov o zaman Moskvadan Bakıya köçməyə məcbur qalmış, Rusiya mediası bunu “qaçış” kimi təqdim etmişdi.

İndi isə həm istintaq ritorikasında, həm də hüquqi addımlarda fərqli bir ton sezilir.

Maraqlı budur ki, qərar haqqında məlumat Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabrda Qəbələdən Rusiya Prezidenti Vladimir Putinə doğum günü münasibətilə etdiyi telefon zəngindən cəmi bir gün sonra yayılıb. Bu, 2025-ci ildə iki lider arasında baş tutan ilk birbaşa telefon təması olub.

Xatırladaq ki, son telefon danışığı 2024-cü ilin sonunda baş vermişdi — o zaman Rusiya Müdafiə Nazirliyi Azərbaycanın mülki təyyarəsini vurmuş, faciə nəticəsində onlarla azərbaycanlı həyatını itirmişdi. Bir müddət sonra Putin Əliyevə zəng edərək o qədər də məqbul olmayan tərzdə üzr istəmişdi. Lakin həmin hadisə və ondan sonra Moskvanın atmadığı addımlar Azərbaycan cəmiyyətində dərin narazılıq yaratmış, münasibətlərdə soyuq dövr və informasiya müharibəsi başlamışdı.

İndi isə Qəbələdən gələn zəng Kremlin ritorikasında və istintaq orqanlarının qərarlarında mülayimləşmənin ilk əlaməti kimi qiymətləndirilir.

Bununla belə, Qəbələdə keçirilən Türk Dövlətləri Sammiti və oradan yayılan xəbərlər fonunda bu müsbət tendensiya Rusiya informasiya məkanında yenidən arxa plana keçib. Kremlə yaxın media orqanları sammiti “anti-Rusiya mesajı” kimi təqdim edir və Bakı ilə Ankaranın bölgədə yeni güc mərkəzi formalaşdırdığını yazır.

Ağalarov ailəsinin Rusiya və Azərbaycan arasında simvolik önəmi də diqqət çəkir. Araz Ağalarov həm məşhur iş adamı, həm də Azərbaycan Prezidentinin nəvələrinin babasıdır. Buna görə də bu ailəyə qarşı atılan hər bir addım — istər müsbət, istər mənfi - Moskvanın rəsmi Bakıya münasibətinin göstəricisi kimi dəyərləndirilir.

Nəticə etibarilə, “Crocus işi” üzrə Ağalarovlarla bağlı istintaqın yumşaq qərarı Moskva-Bakı xəttində emosional gərginliyin azaldığını, lakin tam etimadın hələ bərpa olunmadığını göstərir. Yeni mərhələnin konturları isə artıq Qəbələdən Moskvaya doğru uzanır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru