“Azərbaycan Mikro-Kredit BOKT” ASC-nin Müşahidə Şurasında mühüm dəyişiklər baş verib. Son iki ayda Müşahidə Şurası yenidən formalaşdırılıb (bundan öncəki).
Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir ki, indiyə qədər Müşahidə Şurasının sədri olan Elşad Bağırov Ramazan oğlu üzv vəzifəsinə keçirilib.
Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Mübariz Qurbanov Əhməd oğlu Müşahidə Şurasının sədri təyin edilib.
Mübariz Qurbanov həm də BOKT-nin direktoru kimi çalışıb. Qeyd edək ki, bu BOKT təkbaşına icra orqanı ilə təşkil edilir. Digər qərarla Emil Muradov Gülbaba oğlu kredit təşkilatının direktoru təyin edilib. E.Muradov 2025-ci ilin sentyabrına qədər “Expressbank” ASC-də şöbə müdri kimi çalışıb.
Xatırladaq ki, 2014-cü ildə dövlət qeydiyyatına alınmış “Azərbaycan Mikro-Kredit BOKT” 1.722 min manat nizamnamə kapitalına malikdir.