Ərzaq qıtlığı təhlükəsi: Çıxış yolu varmı? .....                     Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük .....                     Rusiya keniyalıları zorla Ukrayna cəbhəsinə göndərir .....                     "Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur" .....                     Bakıya ağlasığmaz şərt: .....                     Şuşada 12 binanı 31 milyon manata tikəcək .....                     Gürcüstanda Azərbaycandan gələn maşında 50 milyonluq heroin TAPILDI .....                     Ermənistan heyəti Lyublyanaya gedəcək .....                     “Ağ Ev Tiflisə sahib olmaq üçün Bakı və İrəvanla əlaqələri dərinləşdirəcək” .....                     Şixlinski və səfərovların işini aparan müstəntiqin “başı dərddə” .....                     Zəngəzur dəhlizi üçün son düyməyə BASILIB .....                     “Dərslər 40, tənəffüslər 10 dəqiqə olsun” .....                     İftixar Piriyevin yeri niyə boş qalıb? .....                     KEÇMİŞ BAŞÇININ 2 MİLYONU YOXA ÇIXIB .....                     “Bu sözümə görə Eldar Quliyev mənimlə düşmən oldu” .....                     Minatəmizləmə Agentliyi 4 şirkətlə 17,8 milyon manat müqavilə bağladı .....                     Pezeşkianın sərt RİTORİKASI: .....                     Azərbaycanin ən boyuk limanlarindan biri .....                     Rus səfiri də “binokl siyasəti”nə başladı: Kimlərə mesaj verilir? .....                     25 nəfəri öldürən saxta içkiyə görə 8 nəfər tutuldu: .....                     "Çınqıl-Qum" MMC-nin 280 min manatdan çox .....                     Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq? .....                     Sambo federasiyasının prezidenti qətlə yetirildi .....                     “Erməni baş nazir seçkilərə qədər Kremli narazı salmamağa çalışacaq” .....                     Saakaşvilinin partiyası Gürcüstanda qadağan olunur .....                     Vaxtilə Azərbaycana qarşı ədalətsiz mövqe göstərənlər... .....                     Rəsmi Bakı Gürcüstan hökumətini UYARMALIDIR... .....                     Reablitasiya mərkəzləri... İŞGƏNCƏ MƏRKƏZİDİR? .....                     Dövlət qurumu 28 milyon manata bank xidməti alır .....                     "İstərdik həmin kilsənin yanında ona heykəl qoyulsun" .....                     “Bakelektromaşın”ın əmlakı bölünür .....                     44 günə 30 il TƏDARÜK GÖRMÜŞDÜK... .....                     "Namiq düzəlsə, dünya da düzələcək..." .....                     Qazaxda 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirilib .....                     Rusiya Baş Prokurorluğu Şahlar Novruzova qarşı iddia qaldırdı .....                     Geri götürdüyü ərizəni yenə verdi, cavab “yox” oldu .....                     Üç erməni prezident Bakıya verilsin! .....                     "Bu, Vətən müharibəsidir!" .....                     "Üç aydır bağlamamı itirsələr də..." .....                     “Xalq Sığorta”dan nə qədər uzaq olsanız... O QƏDƏR YAXŞIDIR! .....                 

"İstərdik həmin kilsənin yanında ona heykəl qoyulsun" - BU, MİLLƏTİN DİLƏYİDİR...
Tarix: Dünən, 10:05 | Çap et

Müharibələr sadəcə ölümlə nəticələnmir, bəzən illərlə cavabsız qalan itkilər, bitib-tükənməyən ümidlər, gözləntilərlə də yaddaşlara yazılır. Bir evə tabut gətiriləndə ürəklər necə yanırsa, birinin itkin düşməsi də ailə üçün ən azı o qədər ağır bir sınaq olur. İllər ötür, gözlər isə yollarda qalır… Qəlblər hələ də “bəlkə bir gün geri dönər” ümidi ilə yaşayır.

1992-ci ildən Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsinə təslim olan və itkin düşən Milli Qəhrəman Natiq Qasımovun ailəsi də illərdir ki, bu həsrəti ürəklərində daşıyır.

Teleqraf İnformasiya Agentliyinin əməkdaşı Milli Qəhrəmanın qardaşı Nofəl Qasımovla söhbətləşib.

“Natiq doğulandan elə başı bəlalı olub. Vaxtından tez doğulmuşdu, həkimlər onun öləcəyini düşünürdülər” deyib sözə başlayır Nofəl Qasımov.

- Ailədə neçə uşaq olmusunuz? O sizdən böyük yoxsa kiçik idi?

- 4 uşaq olmuşuq: 2 bacı, 2 qardaş. Ən böyüyü mən, ən balacası isə Natiq idi. Əslən Gədəbəy rayonundanıq.

- Uşaqlığınız necə keçib? Natiq necə uşaq idi?

- Dəcəl idi, amma heç kimə ziyan vurmurdu. Hər şeyə müdaxilə edirdi, düzgünlüyün tərəfdarı idi. Ən çox Allaha inanırdı. Evə gec gələndə atam əsəbiləşirdi. Amma elə bir iş yox idi ki, onu yarıtmamış üstümüzə gəlsin. Hər şeyin öhdəsindən gəlməyi bacarırdı.

Bir gün atam ona cəza verdi. Evdə qoyub, qapını çöldən bağlayıb işə getdi. Dördüncü mərtəbədə qalırdıq, Natiq eyvana çıxıb dəsmalı paltar rolikinə bağlayıb ondan tuta-tuta aşağı düşmüşdü. Ondan sonra atam o cəza üsulunu bir də eləmədi, çünki baş verəcəkləri düşünmək çox qorxuluydu.

Davalı filmləri çox sevirdi. Hətta özü bir neçə il kinomexanik işləmişdi. Filmlərdəki qəhrəman obrazlarla fəxr edirdi. “Yeddi oğul istərəm”ə, “Qaçaq Nəbi”yə dəfələrlə baxmışdı. “Yeddi oğul istərəm” filmindəki Bəxtiyar kumiriydi, onun kimi olmaq istəyirdi.

Filmdə Gəray bəy Cəlalı güllələyəndə Natiq həmişə ağlayırdı. O kinoya bəlkə 500 dəfə baxmışdı. Deyirdi, bax bizim düşmən üstə gedən belə qəhrəmanlarımız var. Cəlal bilirdi ki, onu Gəray bəyin dəstəsi öldürəcək, Natiq də onun kimi oldu. Bilirdi ki, kilsədən çıxanda başına nələr gələcək.

Amma yenə də … - şəkili göstərərək davam edir – buradakı oturuşuna baxın, Allahdan başqa heç nədən qorxmur!

Bu gördüyünüz şəkildə Natiqin hər tərəfi ermənidir, amma o qorxmur, rahat oturub. Bu şəkili analiz edənlər deyiblər ki, ermənilərin heç birinin Natiqin üzünə baxmağa cəsarəti çatmır.

Natiq 2 il Rusiyanın daxili qoşunlarında xidmət keçmişdi. Çox güclü atıcı olmuşdu, tez-tez valideynlərimizə təşəkkür məktubu gəlirdi. Orada böyük hörmət qazanmışdı. İki ilin tamamında atam onu geri qaytardı. Deyirdi, gələn kimi müharibəyə gedəcəm. Gəldikdən bir neçə gün sonra Qarabağa getdi, "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşdü. 1992-ci ilin əvvəllərində bir neçə günlük istirahətə gəlmişdi. Onda da Xocalı soyqırımı baş verdi, qala bilmədi, getdi.

- Orduya getdiyi zamanlarda ailəsinə məktublar göndərdiyi deyilir. O məktublarda daha çox nədən yazırdı?

- Ən çox müharibədən yazırdı. Həm o məktublar, həm də ona aid kitablar, yazılar, hər şey evdə saxlanılır.

- Natiqin ən böyük arzusu nə idi?

- Qəhrəman olmaq… Həmişə deyirdi ki, mən hər yerdə tanınmalıyam, adım tarix kitablarında yazılmalı, dillər əzbəri olmalıdır.

Müharibəyə gedəndə anama demişdi ki, ola bilər ölərəm, itərəm, amma siz mənim adımla fəxr edəcəksiniz. Deyirdi ki, bu günədək mən sizin çörəyinizi yemişəm, bundan sonra siz mənim çörəyimi yeyəcəksiniz. Elə də oldu.

- Həyatında sevdiyi var idi?

- Birini sevirdi. Sonuncu şəkillər elə sevdiyi qızla çəkilmişdi. Biz şəkillərdə həmin hissəni çıxarmışıq, çünki Natiqin tək son şəkli yox idi.

- Bəs Natiq itkin düşdükdən sonra həmin qızın taleyi necə oldu?

- Qız bizim qonşuluqda yaşayırdı. Natiq itkin düşəndən illər sonra ailə qurdu. Eşitdiyimə görə, məcbur ediblər. Hətta bir ara anam ona dedi ki, Natiq sənin sevdiyin oğlandır, mənim də övladımdır. O, itkin düşüb, tapılmır, özünü bədbəxt eləmə, ailə qur. Amma anamı da dinləmədi, uzun illər gözlədi.

- Qardaşınızın itkin düşdüyü xəbərini necə aldınız?

- İtkin düşməsi xəbərini ilk dəfə 1992-ci ilin martın 12-də axşamüstü Natiqlə bir gündə döyüşə gedən Yadigar Mənsurov gətirdi. Dedi ki, 7 nəfər döyüşçüdən 6-sı şəhid olub, Natiq isə yoxdur. Xocalı soyqırımı baş verəndə Natiq cəhbəyə Yadigar Mənsurov və Zahid Kərimovla birlikdə getmişdi.

Həmin 2 nəfər oranı tanıyır deyə Natiqlə getmişdilər. Sonra aprel ayında çıxan "Oqonyok" jurnalındakı məqalədə belə bir informasiya vardı ki, bir nəfər axıra qədər döyüşüb, sonra onu təslim olmağa vadar ediblər.

Sonra bütün mətbuat ondan yazmağa başladı, televiziyalar gəlib çəkdi. Biz ümidimizi bu gün də itirmirik. Bu gün mənim nəvəmin köynəyinin üstündə, boynundakı brelokunda da Natiqin şəkli var. Nəvələrim də ümidini itirmir. Deyilənlərin heç biri bizim ümidimizi qırmağa kifayət eləmir. İndi onun 55 yaşı var. Az yaş deyil. İnsan düşünür ki, nə vaxtsa gələcək.

- İtkin düşəndən sonra haqqında nələri eşitdiniz?

- O vaxtı deyirdilər ki, onu Vitali Balasanyan ortadan götürdü. Balasanyan həmin döyüşdə ermənilərin rəhbəri olmuşdu. Ona “Vito” deyirdilər. 1992-ci ildə mən Allahverdi Bağırovla danışdım. Söz verdi ki, özüm gedib Vitalidən öyrənərəm. Onu tapıb danışmışdılar. Demişdi ki, Natiqi ağaca bağlayıb diri-diri yandırmışıq. Tapılmadı... Amma bunun heç bir sübutu da olmadı.

İngilislərin çəkdiyi "Oğul" filmi üçün Rusiyada bir ermənini çəkiblər. Həmin erməni kilsə uğrunda döyüşlərdə iştirak edib. Etiraf edib ki, Natiq çox qoçaq, cəsur idi. Deyib ki, biz ona qumbara atanda, o da bizə geri atırdı, orada özünə səngər qazmışdı, onu tuta bilmirdik. Natiqi soruşanda deyib ki, onu doğradılar. Amma bunun da sübutu yoxdur. Buna görə biz ümidimizi itirmirik...

- Onun tapılması üçün nələr etdiniz?

- Hər yerə - dövlət orqanlarına, Qızıl Xaç Cəmiyyətinə müraciət etdik. Bilən olmadı. Heç üstünə düşən də olmadı.

Tez-tez Qızıl Xaç Cəmiyyətinə gedirdim. Dövlət Təhlükəsizlik Xidməti çağırırdı. Görüşürdük, axtarırdılar. Amma heç bir nəticəsi olmurdu.

- Natiq Qasımova verilən dəyər sizi qane edirmi?

- Narazılığımız yoxdu. Prezidentin Sərəncamına əsasən, Natiq Qasımov 2024-cü ilin 25 iyununda Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü. Həmin gün mənim ad günüm idi. Sərəncam 26 iyun Silahlı Qüvvələr Günündə imzalana bilərdi, amma Prezidentimiz onu ad günümdə etdi. Bu mənim üçün ən böyük hədiyyə oldu.

Prezidentimizin gözəl bir sözü var, "nəyi harada nə vaxt etməyi mən yaxşı bilirəm". Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldükdən az müddət sonra baş nazir Əli Əsədovun qərarı ilə Mingəçevirdə oxuduğu 4 nömrəli məktəbə onun adını verdilər. 2021-ci ildə şəhərimizin rəhbərliyi tərəfindən xatirə bulağı tikilmişdi. Sonra həmin bulağın yerində hazırlanan daha böyük bulağın açılışı oldu. Yanvarın 2-də ad günü ilə bağlı barelyefini yaşadığı binaya vurdular. Natiqin adına məktəb, küçə verilib. Hazırda Gəncədə büstü hazırlanır.

Atamla anam Gəncəyə köçüb orada yaşayıblar. Natiqin ora ilə əlaqəsi yoxdur. O, Mingəçevirdə böyüyüb, 4 nömrəli məktəbə gedib.

- Onun üçün başqa nələrin edilməsini istərdiniz?

- Düzdür, Natiq Qasımov ölkəmizdə tək deyil, onun kimi oğlanlar çoxdur. Ən böyük arzum onun döyüşdüyü kilsənin yanında heykəlinin və ya onu xatırladan başqa bir nəyinsə qurulmasıdır. Natiq 5 gün orada ac-susuz qalıb və əlində bayraqla düşmənin üstünə gedib. Xalqımızın hər bir övladı, eyni zamanda əcnəbi turistlər gedəndə görsünlər ki, o, qədim alban kilsəsidir və azərbaycanlı bir oğul həmin kilsə uğrunda canını fəda edib. Ən böyük arzum budur.

- Natiq Qasımov haqqında iki sənədli film çəkilib. Filmlər barədə də fikirləriniz maraqlı olardı.

- 2016-cı ildə “Oğul” sənədli filmi çəkildi. Onu İngiltərədən gələn xaricilər çəkirdi. Ondan öncə də bir neçə dəfə sənədli film çəkilmişdi. 2016-cı ildə başqa bir sənədli filmin də çəkilişinə başlanılmışdı. Birini Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi çəkməyə başladı. Rejissor Elçin Musaoğlu idi. Azərbaycanın çəkdiyi tez başa çatdı, amma digəri təxmini 3 ildən çox davam elədi.

Qələbədən sonra 2022-ci ildə “Oğul” sənədli filminin təqdimatı oldu. Prezidentimizin ailə üzvləri də gəlmişdi. Filmlərdən razı qalmışıq. Natiq Qasımovdan 6 sənədli film çəkilib, onların ən yaxşısı “Oğul”dur. Film bütün dünyaya sanki səs saldı. Almaniyada, Hindistanda, İngiltərədə, Çexiyada təqdimatları oldu. Bir neçə festivalda birinci yerə çıxdı. Nə qədər çox film çəkilsə, bizim üçün xoşdur. Bildiyimə görə, bədii film də çəkmək istəyirlər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərzaq qıtlığı təhlükəsi: Çıxış yolu varmı? - AKTUAL
Dünən, 18:25
Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük - ABŞ
Dünən, 18:23
Rusiya keniyalıları zorla Ukrayna cəbhəsinə göndərir – SENSASİON DETALLAR
Dünən, 18:20
"Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur" - deputat
Dünən, 16:19
Bakıya ağlasığmaz şərt: - Qarşılığında Ermənistan İrana birləşsin!
Dünən, 16:16
Şuşada 12 binanı 31 milyon manata tikəcək - ŞİRKƏT MƏLUM OLDU
Dünən, 15:02
Gürcüstanda Azərbaycandan gələn maşında 50 milyonluq heroin TAPILDI - TƏFƏRRÜAT
Dünən, 14:59
Ermənistan heyəti Lyublyanaya gedəcək - NATO PA sessiyasında iştirak etmək üçün...
Dünən, 14:54
“Ağ Ev Tiflisə sahib olmaq üçün Bakı və İrəvanla əlaqələri dərinləşdirəcək” - “Tejarat News”
Dünən, 14:51
Şixlinski və səfərovların işini aparan müstəntiqin “başı dərddə” - KREML TƏLƏSDİRİR, CİNAYƏT İŞİ DALANA DİRƏNİB
Dünən, 14:35
Zəngəzur dəhlizi üçün son düyməyə BASILIB - GƏLİŞMƏ
Dünən, 14:30
“Dərslər 40, tənəffüslər 10 dəqiqə olsun” – Mütəxəssisdən yeni təklif
Dünən, 13:16
İftixar Piriyevin yeri niyə boş qalıb? - AÇIQLAMA
Dünən, 13:14
KEÇMİŞ BAŞÇININ 2 MİLYONU YOXA ÇIXIB – "Pulu oğlu xərcləyib, indi atasının qorxusundan məni şərləyir"
Dünən, 13:10
“Bu sözümə görə Eldar Quliyev mənimlə düşmən oldu”
Dünən, 13:02
Minatəmizləmə Agentliyi 4 şirkətlə 17,8 milyon manat müqavilə bağladı
Dünən, 12:59
Pezeşkianın sərt RİTORİKASI: - İran BMT tribunasında İsrailə MEYDAN OXUDU
Dünən, 12:59
Azərbaycanin ən boyuk limanlarindan biri - SAHİBİNİ DƏYİŞİR
Dünən, 12:55
Rus səfiri də “binokl siyasəti”nə başladı: Kimlərə mesaj verilir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:54
25 nəfəri öldürən saxta içkiyə görə 8 nəfər tutuldu: - biri müəllimdir
Dünən, 12:51
"Çınqıl-Qum" MMC-nin 280 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 11:54
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq? - AKTUAL
Dünən, 11:52
Sambo federasiyasının prezidenti qətlə yetirildi
Dünən, 11:49
“Erməni baş nazir seçkilərə qədər Kremli narazı salmamağa çalışacaq” - NƏ BAŞ VERİR?
Dünən, 11:44
Saakaşvilinin partiyası Gürcüstanda qadağan olunur - “1tv.ge”
Dünən, 11:42
Vaxtilə Azərbaycana qarşı ədalətsiz mövqe göstərənlər... - Görünəni odur ki...
Dünən, 10:51
Rəsmi Bakı Gürcüstan hökumətini UYARMALIDIR... - ŞƏRH
Dünən, 10:30
Reablitasiya mərkəzləri... İŞGƏNCƏ MƏRKƏZİDİR? - AÇIQLAMA
Dünən, 10:23
Dövlət qurumu 28 milyon manata bank xidməti alır - ŞƏRTLƏR
Dünən, 10:11
"İstərdik həmin kilsənin yanında ona heykəl qoyulsun" - BU, MİLLƏTİN DİLƏYİDİR...
Dünən, 10:05
“Bakelektromaşın”ın əmlakı bölünür
Dünən, 10:01
44 günə 30 il TƏDARÜK GÖRMÜŞDÜK... - AKTUAL
Dünən, 09:57
"Namiq düzəlsə, dünya da düzələcək..." - İLGİNC OLAY...
Dünən, 09:43
Qazaxda 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirilib
Dünən, 09:34
Rusiya Baş Prokurorluğu Şahlar Novruzova qarşı iddia qaldırdı - DETALLAR...
Dünən, 09:28
Geri götürdüyü ərizəni yenə verdi, cavab “yox” oldu - TƏFƏRRÜAT
Dünən, 09:23
Üç erməni prezident Bakıya verilsin! - İrəvanda sərt çağırışlar
Dünən, 09:08
"Bu, Vətən müharibəsidir!" - Hikmət Hacıyevin hərbi əməliyyatlarla bağlı ilk brifinqi
Dünən, 08:57
"Üç aydır bağlamamı itirsələr də..." - NARAZILIQ VAR...
Dünən, 08:50
“Xalq Sığorta”dan nə qədər uzaq olsanız... O QƏDƏR YAXŞIDIR! - MÜRACİƏT
Dünən, 08:42
"Depozit məbləğimi geri qaytarmırlar..." - GİLEY
Dünən, 08:32
"Nur Göz Klinikası"na maliyyə sanksiyası tətbiq edilib
Dünən, 07:32
İsveçin əsas hərbi-dəniz bazası üzərində də naməlum PUA-lar göründü... - KİV
Dünən, 07:29
DSMF-nin xidməti avtomobillərinin təmiri baş tutmadı - 192 min manat xərcləmək istəyirdilər
Dünən, 07:23
Regionda təhlükəli proses: kritik çağırış edildi – Azərbaycan siyahıda
Dünən, 07:20
"Mərkəz deyəndə ancaq Ağ Şəhəri nəzərdə tuturlar, amma Bayıla da metro çəkmək lazımdır" - Ekspertdən ETİRAZ
Dünən, 05:52
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 05:35
182 saylı məktəb xaraba günə qalıb - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 05:27
Sertifikasiyadan keçməyən lor həkim... necə estetik cərrah kimi fəaliyyət göstərir?
Dünən, 05:20
"Bizə belə valideyn komitələri lazım deyil, onlar pul yığmaqla məşğuldurlar" - ETİRAZ VAR!
Dünən, 05:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru