“Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                     Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA .....                     "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" .....                     “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? .....                     Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                 

Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Tarix: 14-09-2025, 17:48 | Çap et

Boşanan ailələrdə aliment problemi uzun illərdir müzakirə olunur.

Bu səbəbdən də Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürülüb. Bununla aliment məsələsi birbaşa dövlətlə borclunun arasında həll olunacaq.

Bu sistem borclunun məsuliyyət hissəsini artıracaqmı, yoxsa onu arxayın edəcək? Aliment Fondu zorakılıq və aqressiya hallarının qarşısını real olaraq ala bilərmi? Həmçinin, dövlət üçün əlavə maliyyə yükü yaranacaqmı?

"Cümhuriyət "-ə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, məsələ 10 ildir müzakirə olunur, amma konkret mexanizmlər müəyyənləşdirilmir. Onun sözlərinə görə, məsələnin uzun müddət gündəmdə qalması mexanizmlərin beynəlxalq konvensiyalarla uyğunlaşdırılmasının zəruriliyini göstərir:

“Görünür, mexanizmlər tam şəkildə işlənməyib. Dövlətlə şəxs arasında borclu vəziyyət yarandıqda, həmin şəxsdən pulu almaq üçün ya onun əmək haqqının tam şəkildə tutulması, ya da məcburi işə cəlb olunması gündəmə gəlir. Bu halda da əlavə problemlər ortaya çıxır. Ehtimal olunur ki, belə hallarda məcburi əmək məsələsi gündəmə gələ bilər. Buna görə də hökumət bu mexanizmi çox dəqiq işləməlidir ki, həm istismar faktoruna gətirib çıxarmasın, həm də şəxsin öz övladları qarşısında məsuliyyət hissini formalaşdırsın”.

Mehriban Zeynalova qeyd edib ki, fond ilkin mərhələdə çətin vəziyyətdə olan qadın və uşaqlar üçün yaxşı dəstək mexanizmi ola bilər, amma bu, bütün problemləri həll etməyəcək:

“Aliment Fondu bütün problemləri həll etməz. Bəzi hallarda şəxslər ölkəni tərk edə bilərlər. Alimentin ödənilməməsi əksər hallarda imkansızlıqdan deyil, qarşı tərəfə cəza vermək, iqtisadi asılı vəziyyətdə saxlamaq, itaət etdirmək və ya sui-istifadə ilə bağlı olur. Biz çox vaxt iqtisadi zorakılıqla bağlı kifayət qədər meyarların olmadığını deyirik. Yaxşı olardı ki, bu iqtisadi zorakılığın özünə görə ayrıca cərimələri olsun. Əgər bu davranışın arxasında hədə-qorxu və ya təhdid varsa, bu zaman psixoloji zorakılıq hesab olunur və cəriməsi var. Hökumət müəyyən cərimələr tətbiq edilə bilər”.

M. Zeynalovanın sözlərinə görə, aliment əslində, şəxsin vicdan məsələsidir:

“Çox vaxt hesab edirlər ki, aliment qadınların şəxsi xərcləri üçündür. Halbuki bu vəsait uşağın ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur və hətta indiki tələblərə baxanda, kifayət etmir. Uşağın normal inkişafına dəstək vermək istəsək, həmin məbləğ yetərli deyil. Aliment öhdəliklərin yerinə yetirilməsi üçün vasitədir. Mexanizm kifayət qədər dəqiq işlənməlidir ki, gələcəkdə dövlət büdcəsinə əlavə israfçılıq yaratmasın”.

Psixoloq-pedaqoq Zeynəb Əyyubova qeyd edib ki, əslində bu sualın bir cavabı yoxdur, çünki burada insan psixologiyası fərqli şəkildə reaksiya verə bilər:

“Bir qrup valideyn üçün dövlətin işə qarışması məsuliyyəti daha ciddi qəbul etmək anlamına gəlir. Yəni artıq qarşı tərəflə şəxsi mübahisə aparmaq əvəzinə dövlət qarşısında öhdəlik daşıdığını dərk edir. Bu, bəzən borclunun davranışını daha sistemli və nizamlı edə bilər. Amma digər tərəfdən, “Artıq dövlət uşağın təminatını ödəyir, mənim borcum o qədər də vacib deyil” düşüncəsi də formalaşa bilər. Bu halda borclu valideyn məsuliyyətdən qaçmağa, məsələyə arxayın yanaşmağa başlayır. Ona görə maarifləndirmə işləri də aparılmalıdır. Cəmiyyətə açıq mesaj verilməlidir ki, aliment yalnız pul ödəmək deyil, övladına qarşı valideynlik məsuliyyətini yerinə yetirməkdir”.

Psixoloq bildirib ki, fond müəyyən qədər aqressiyanın qarşısını ala bilər:

“Zorakılıq halları çox zaman tərəflərin bir-biri ilə birbaşa təmasından qaynaqlanır. Alimentin ödənməsi ilə bağlı mübahisə, təhqir, təzyiq, hətta fiziki zorakılığa qədər gedib çıxan hadisələr əsasən bu qarşılıqlı ünsiyyətdə baş verir. Əgər artıq bu məsələ birbaşa dövlətlə borclu arasında həll olunacaqsa, qarşı tərəfə yönələn aqressiyanın azalması gözləniləndir. Amma zorakılığın kökündə yalnız maliyyə problemi dayanmır. Bu, çox vaxt emosional gərginlik, inciklik, boşanmanın yaratdığı psixoloji travmalarla bağlıdır.

Yəni fond aqressiyanı azaldacaq, amma tamamilə aradan qaldırmayacaq. Ona görə də paralel olaraq psixoloji dəstək xidmətləri, zorakılığın qarşısını alan sosial proqramlar da gücləndirilməlidir. Çünki hər dəfə həbs olanda həm ailə, həm övlad, həm də borclunun özü zərər görür. Dövlət fond vasitəsilə uşağın hüququnu qoruyur, sonra isə həmin məbləği borcludan qanuni yollarla geri alır. Bu, həm uşaq üçün davamlı təminat yaradır, həm də məhkəmə və həbs hallarını azaldır”.

Zeynəb Əyyubova vurğulayıb ki, fond borclunu tam məsuliyyətdən azad etmir:

“Bu, sadəcə uşağın maraqlarını qorumaq üçün dövlətin müdaxiləsidir. Əgər borclu valideyn məsuliyyətsizliyini davam etdirirsə, yenə də qanuni prosedurlar işə düşəcək. Cəmiyyətin qəbul etməsi əsasən informasiyanın necə təqdim olunmasından asılıdır. Əgər bu addım valideynlər arasında şəxsi münaqişəni azaltmaq və uşağın rifahını qorumaq kimi izah olunarsa, ictimai rəydə müsbət qarşılanacaq. Əks halda, “borclu valideyni arxayın edən sistem” kimi təqdim olunsa, neqativ münasibət yarana bilər. Unutmayaq ki, aliment övladın haqqıdır. Aliment yalnız maliyyə öhdəliyi deyil, sevgi və məsuliyyətin göstəricisidir. Fond yaradılsa belə, valideyn bilməlidir ki, dövlət onun yerinə övladına ata və ya ana ola bilməz. Uşağın ən böyük ehtiyacı yalnız maddi təminat deyil, həm də emosional dəstək, sevgi və diqqətdir”.

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, alimentödənilmədikdə uşaq hüquqları pozulur və sosial müdafiəyə mənfi təsir göstərir:

“Ümumiyyətlə, beynəlxalq təcrübədə bu cür fondlar var və əsasən uşaqların hüquqlarının qorunmasına xidmət edir. Çünki bəzi hallarda alimentin ödənilməməsi uşaqların hüquqlarını pozur və onların sosial müdafiəsinə mənfi təsir göstərir. Təəssüf ki, bizdə də müəyyən hallarda tərəflər arasında yaranan nifaq və çətinliklər səbəbindən alimentlər bəzən prinsipial olaraq ödənilmir. Hesab edirəm ki, bu fond belə problemlərin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Çünki artıq hər kəs qarşısında dövləti görəcək. Dövlət ödənişi edəcək və daha sonra qarşı tərəfdən inzibati üsullarla həmin vəsaiti alacaq. Beləliklə, hər kəs anlayacaq ki, dövlətə borcludur və bu da onların intizamını artıracaq”.

İqtisadçı qeyd edib ki, fondun yaradılması müəyyən təzyiq yaratsa da, bu, əhəmiyyətli dərəcədə böyük məbləğ təşkil etmir:

“Sözsüz ki, büdcəyə müəyyən təzyiq göstərə bilər. Amma bu, elə böyük bir təzyiq deyil. Düşünmürəm ki, alimentdən yayınmalar ümumilikdə böyük bir məbləğ təşkil etsin. Bu baxımdan uşaqların sosial müdafiəsi istiqamətində ölkəmizin sosial proqramları və sosial yönümlü xərcləri fonunda həmin məbləğin elə də əhəmiyyətli yük olacağı qənaətində deyiləm”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru