Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                 

Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:08 | Çap et

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mastla görüşüb. Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini və onun Azərbaycan-ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev “Azadlığı müdafiə aktına 907-ci düzəliş”in ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.

Deputat Səməd Seyidov bu mövzuda danışaraq bildirib ki, ABŞ-la parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə ümid edir: “Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün müxtəlif tədbirlər payız sessiyasında keçiriləcək. Bu gün Azərbaycan-ABŞ münasibətləri özünün yeni mərhələsini yaşayır”.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp “907-ci düzəliş”i dayandırıb, amma onun ləğvinə Konqres qərar verməlidir. H.Hacıyevin konqresmenlərlə keçirdiyi görüşlər, Milli Məclislə Konqres arasında əlaqələrin genişlənməsi “907-ci düzəliş”in ləğvinə gətirib çıxara bilərmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-ABŞ münasibətləri 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda keçirilən görüşdən sonra tamamilə yeni bir mərhələyə qədəm qoyub: “Bu, həm ikitərəfli münasibətlər kontekstində bir mərhələdir, həm də ABŞ-nin Cənubi Qafqazda oynayacağı yeni rol baxımından tamamilə fərqli bir mərhələdir. İkitərəfli münasibətlərdə ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ilə bağlı qərar qəbul edildi və Azərbaycan Prezidenti dərhal bu xartiyanın hazırlanması üçün komissiya yaratdı. Bu, özlüyündə həm iqtisadi baxımdan, həm siyasi baxımdan mühüm sənəd olacaq. Ona görə ki, strateji tərəfdaşlıq haqqında xartiya imzalamış ölkələr mühüm məqsədlər və hədəflər müəyyənləşdirərək bu addımı atırlar. Eyni zamanda Azərbaycanın sülh təşəbbüsü regionda Amerikanın iştirakçılığını da artırıb. Bu isə ABŞ üçün strateji əhəmiyyət kəsb edən hadisələrdən biridir. Belə olan halda, əlbəttə ki, strateji tərəfdaşlığa doğru gedən iki ölkənin münasibətləri arasında maneə yaradacaq heç bir sənəd olmamalıdır. "Azadlığı müdafiə aktına 907-ci düzəliş" 33 il öncə qəbul edilmiş sənəd idi və ABŞ-Azərbaycan münasibətlərinin köhnə reallığının nəticəsi idi. Biz bu gün münasibətlərə xələl gətirəcək neqativ keçmişi gələcək münasibətlərə daşıya bilmərik. Mənə belə gəlir ki, Amerikada da bunun fərqindədirlər. Ona görə də yeni reallıqlarda yeni ABŞ-Azərbaycan münasibətlərində "907-ci düzəliş"ə yer yoxdur. Mən düşünürəm ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşləri müsbət nəticə verə biləcək və zaman-zaman ABŞ-Azərbaycan münasibətlərində xoşa gəlməyən hallar yaradan keçmişin bu köhnə sənədi tarixin arxivinə göndəriləcək".

Siyasi ekspert Qulamhüseyn Əlibəyli isə bildirdi ki, “Azadlığa müdafiə aktına 907-ci düzəliş”in ləğv olunması Azərbaycan üçün bir nüfuz məsələsidir: “Çünki həmin "907-ci düzəliş"də Azərbaycanın guya Dağlıq Qarabağı işğal eləməsi, erməniləri guya bolakadada saxlaması, guya məhv eləməsi kimi ağır ittihamlar var. “907-ci düzəliş” qüvvədə qaldıqca bu ağır ittihamlar da qüvvədə qalmış olur. Düzdür, onun aktivliyi dayandırılıb, amma hər halda, bu hələ də qüvvədə olan bir sənəddir və bu sənəd Azərbaycana qarşı ittihamların yer aldığı sənəddir. Ona görə də onun de-yure bütövlükdə ləğv olunması lazımdır. Azərbaycan haqsız olaraq o sənədin ləğv olunması məsələsini gündəmə gətirir. Bu, bir az çətin prosedurdur. Amerika hüquq sisteminə az-çox bələd olan şəxs kimi deyə bilərəm ki, Konqresin qəbul etdiyi aktların sonradan ləğv olunması praktikasına, demək olar ki, rast gəlinmir. Prezidentin aktları ləğv oluna bilir. Amma Konqresin qəbul etdiyi aktı Konqresin özünün ləğv eləməsi praktikası, demək olar ki, yoxdur. Konqres sovet dövründə SSRİ-yə qarşı aktlar qəbul edib, SSRİ 35 ilə yaxındır mövcud deyil, amma həmin aktlar hələ də qalır. Azərbaycan bu gün “907-ci düzəliş”in məhz Konqres tərəfindən ləğv olunmasını qaldırırsa, düzgün edir. ABŞ Prezidenti bu aktın ləğv olunması haqqında Konqresə təqdimat verə bilər. Konqresmenlərin özləri ilə işləmək və “907-ci düzəliş”in ləğvinə nail olmaq ən yaxşı yoldur. Hikmət Hacıyevin görüşləri bu baxımdan çox vacib və əhəmiyyətli görüşlərdir".

Q.Əlibəyli hesab edir ki, Konqres növbəti bir düzəliş qəbul etməklə “907-ci düzəliş”i ləğv edə bilər: “Yəni bu, hüquqi cəhətdən mümkün olan məsələdir. İndi ABŞ ilə Azərbaycanın münasibətlərinin normallaşması onu deməyə əsas verir ki, bu məsələ müsbət həllini tapa bilər. Eyni zamanda gələcəkdə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması da nəzərdə tutulur. Bu da "907-ci düzəliş"in ləğvinin zəruri olduğunu meydana gətirir. Bu aktın ləğv olunması Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxaracaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru