Baş nazirin sabiq birinci müavini (1992-2006-cı illər) Abbas Abbasov Rusiyada fəaliyyət göstərən “Fermerskoe Xozayaistvo Timoxino” adlı şirkətdəki payını sataraq təsisçilikdən uzaqlaşıb.
Yeniavaz.com xəbər verir ki, Abbas Abbasov 2021-ci ilin iyul ayında “Fermerskoe Xozayaistvo Timoxino” şirkətinin 10 faizlik payını alaraq 3 təsisçidən biri olub.
Hazırda şirkətin yeganə təsisçisi Rusiya vətəndaşı Vladimir Kozyulindir.
Daha əvvəl Abbasovun “Fermerskoe Xozayaistvo Timoxino” şirkətindəki biznes ortaqları Vladimir Kozyulin (65%-lik pay) və Teymuraz Xixinaşvili (25%-lik pay) olub.
Qeyd edək ki, “Fermerskoe Xozayaistvo Timoxino” şirkəti 9 may 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət Moskva vilayəti, Yeqoryevsk şəhəri, Timoxino kəndi, bina 100 ünvanında fəaliyyət göstərir.
Şirkətin fəaliyyət sahəsinə ət və ət məhsullarının istehsalı daxildir.
Məlumat üçün bildirək ki, 2023-cü illə müqayisədə ötən il şirkətin ümumi gəlirləri 44,3% və ya 9,3 milyon rubl artsa da, xalis zərəri də 45% və ya 3,1 milyon rubl artaraq 10 milyon rubl olub.