Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib .....                     Palata ikisinin lisenziyasını ləvğ edib, .....                     Sumqayıtda FACİƏ: .....                     Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir .....                     Dünya çempionu niyə azadlıqda qaldı? .....                     Paşinyanın partiyasından Moskvaya cavab: .....                     Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi .....                     AZAL Atırauya ilk reysini həyata keçirib .....                     “Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” .....                     İranşünasdan Bakıya qarşı .....                     “İtirən siz olarsınız, Türkiyə yox” .....                     Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır .....                     Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi .....                     "Cəhənnəmə gedən özünə yoldaş axtarır" .....                     Azərbaycan daha az buğda alıb, .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     “Əsgər formasında rəqs: .....                     "Paşa Bank"dan "Paşa Holdinq"ə... .....                     “Qutusu açılmayıb” deyib köhnə telefon satırlar .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib .....                     “Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” .....                     Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: .....                     “Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” .....                     Agentlik sədri özünə yeni müşavir təyin etdi .....                     DSX-nin hərbi qulluqçuları təltif edilib .....                     Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib .....                     Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib .....                     "Unibank kartdakı pulumu oğurlayıb..." .....                     Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? .....                     “TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu .....                     İran AzTV-yə danışan məmurları həbs edəcək .....                     Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... .....                     Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir .....                     "Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? .....                     Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. .....                     Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri .....                     Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? .....                 

Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı - NƏ BAŞ VERİR?
Tarix: 9-09-2025, 08:53 | Çap et

Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. “Teleqraf” xəbər verir ki, bu barədə Rybar.ru məlumat yayıb. Rusiya portalı bildirib ki, Aİ “ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib: “Brüssel”dezinformasiyaya qarşı mübarizə" adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır.

“ProElect” layihəsi nədir? Bu, “vətəndaş cəmiyyəti subyektlərinin iştirakı və potensialının artırılması yolu ilə "Şərq Tərəfdaşlığı" proqramı ölkələrində seçki proseslərində hesabatlılığı təşviq etmək" məqsədi daşıyan Aİ-nin regional layihəsidir. Məqsəd seçkilərin monitorinqində vətəndaş cəmiyyətinin rolunu “gücləndirməkdir”. Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq “demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar “seçicilərin maarifləndirilməsi” və “nifrət nitqi ilə mübarizə” üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir.

Müraciətlər sentyabrın 21-dək qəbul edilir, icraya dekabrda başlanacaq və seçkilərdən bilavasitə əvvəl ən azı altı ay davam edəcək. Məsələ burasındadır ki, ABŞ-də USAİD bağlandıqdan sonra Qərbin maliyyələşdirməsinin əsas yükü Aİ və Böyük Britaniya strukturlarının üzərinə düşüb".

Mənbənin iddiasına görə, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır: “Qərb müşahidəçiləri artıq Ermənistanda müxalifətin həbslərinə, cinayət işlərinin saxtalaşdırılmasına göz yumurlar. Bu mexanizm artıq Ukrayna və Moldova timsalında uğurla sınaqdan keçirilib”. Portal əlavə edib ki, hazırlıq işlərinə seçkilərə hələ 8 ay qalmış başlanıb: “Bu, planlaşdırılan əməliyyatın miqyasından xəbər verir”.

Ermənistanda gələn ilin yayında keçiriləcək kritik seçkilərdə Moskvanın da öz planları var. Zəngəzurla bağlı Vaşinqton razılaşması təkcə Rusiyanın deyil, İranın da mühafizəkar qanadını ciddi narazı salıb. Amma İranın Ermənistanın daxilinə təsir imkanları zəifdir. Rusiyanın isə təsir imkanları bir az daha üstündür. Həmçinin Kremlin Ermənistanda dəstəkçiləri mövcuddur. Eyni zamanda hərbi bazası da var. Buna baxmayaraq, Rusiyanın Ermənistanda təsir imkanı əvvəlkinə nisbətən zəifləyib. Çox güman ki, rəsmi Moskva Ermənistandakı növbəti seçkilərdə hakimiyyəti dəyişməyə çalışacaq. Aİ-nin indidən təşəbbüsü əla alması da buna işarədir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd etdi ki, Ermənistanda QHT-lərin əksəriyyəti iqtidara yaxındır və Qərbdən dəstəklənir: “Məsələn, Gürcüstanda əksinədir, QHT-lər müxalifyönlüdür, Avropadan maliyyə dəstəyi alır. Ermənistanda isə müxalifət və onlara yaxın təşkilatlar ruspərəstdir deyə Qərbdən qrant ala bilmirlər. Bu baxımdan, Paşinyan hakimiyyətinin bəxti gətirib və əli güclüdür. Çünki vətəndaş cəmiyyətinin üzvləri davamlı olaraq təbliğat aparır, Ermənistan hakimiyyətinin avrointeqrasiya kursunu ictimai rəyə təqdim edirlər. Bu piar isə xeyli dərəcədə təsir edib. Əsasən də gənc nəslin şüurunda dəyişiklik etməyə çalışırlar. Ermənilərin yaşlı nəsli Rusiya sevdasından əl çəkmir. Ona görə də seçkidə əsas iş gənclərlə aparılacaq. Təbii ki, Avropa İttifaqı, onun dominant ölkəsi Fransa Ermənistanda Paşinyanın qələbəsini arzulayır. Bu səbəbdən, yeni texnologiya ilə seçkilərdə qalib olması üçün indidən addımlar atılır”. 

Ekspert vurğuladı ki, kuryoz hadisə, fors-major vəziyyət yaranmasa, Paşinyanın partiyası seçkilərin qalibi olacaq: “Əlbəttə ki, daha az səslə parlamentdə hakim partiya olması gözləniləndir. Paşinyanın əvvəlki reytinqi də yoxdur, müxalifətin təbliğatı da az-çox təsir edir, Azərbaycanla razılaşmalar məsələsində ona ittihamlar yağdırılır, guya təslimçi akta qol çəkib, güzəştlərə gedib və sair... Bununla belə, Rusiya radikal addımlara getməsə, Paşinyanın partiyası yenə də digər partiyaları əzib keçəcək. Sadəcə, çətin seçki olacaq. Əgər müxalifət birləşərsə, blok şəklində seçkilərdə iştirak edərsə, iqtidar üçün daha ciddi problemlər meydana gələ bilər. Odur ki, Qərb Paşinyanın qələbəsini təmin etmək üçün indidən çırmanıb. Onlar daxildə piarı gücləndirəcəklər”.

Ç.Qənizadə bildirdi ki, ümumiyyətlə, Ermənistanda QHT-lərin cəmiyyətə təsiri var: “Məncə, Tramp administrasiyası da Paşinyana dəstəyini əsirgəməyəcək. Ağ Evdə əldə olunan nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi ABŞ-nin hazırkı rəhbərliyinin marağındadır. Bunun üçün Vaşinqtona Paşinyanı hakimiyyətdə saxlamaq lazımdır. Hakimiyyət dəyişikliyi isə 8 avqust razılaşmalarının pozulması, yaxud inkişafının tormozlanmasına səbəb ola bilər. Bunu Brüssel və Vaşinqton yaxşı anlayır. Ən azından Zəngəzur dəhlizinin Ermənistanla ABŞ arasında imzalanan sənəd əsasında "Tramp marşrutu" adlanması Ağ Ev liderinin Paşinyana dəstəyini artırmalıdır. Tramp yaxşı bilir ki, Rusiya həmin dəhlizə nəzarət etmək istəyir. Əgər Paşinyan məğlub olarsa, Rusiya bağlantısı olan qüvvə hakim partiyaya çevrilərsə, anlaşmaları pozmağa cəhd edə, dəhlizə kontrolu Rusiyaya vermək üçün 10 noyabr sənədinin 9-cu bəndinə istinad edə bilər. Onsuz da Rusiya üçtərəfli bəyannamədən əl çəkmir və Zaxarova sazişin aktuallığını saxladığını bəyan edir. Çünki Rusiya gələnilki seçkilərlə bağlı müəyyən qədər ümidlidir".

Ç.Qənizadənin fikrincə, Moskva güman edir ki, Paşinyanın məğlubiyyəti üçün bütün resurslarını səfərbər edəcək və hədəfinə çatacaq, sonra 10 noyabr sənədini diriltmək istiqamətində addımlar atacaq: “Amma bunların hamısı xülyadır. Rusiyanın o nüfuzu və təsir imkanları qalmayıb. İkincisi, Azərbaycanın rəyi, qətiyyətli mövqeyi hər şeydən əvvəldir. Üçüncüsü, Qərb Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxması üçün bura qədər böyük iş aparıb, fürsəti əldən vermək istəməzlər. Ona görə də Avropa İttifaqı müxtəlif layihələrlə Paşinyanın xilası üçün seçkilərə hazırlığa başlayıb. Gələn il Ermənistan uğrunda Qərb-Rusiya qarşıdurmasına şahid olacağıq”.

“Yeni Müsavat” 









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 15:20
Palata ikisinin lisenziyasını ləvğ edib, digər ikisinə lisenziya verib
Bu gün, 15:17
Sumqayıtda FACİƏ: - gənc qız binadan düşüb ÖLDÜ
Bu gün, 15:07
Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir - “RBK Ukrayna”
Bu gün, 15:04
Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”
Bu gün, 14:59
Paşinyanın partiyasından Moskvaya cavab: - Təşkilatdan çıxmaq qərarı necə veriləcək?
Bu gün, 14:56
Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 14:50
AZAL Atırauya ilk reysini həyata keçirib - FOTO
Bu gün, 14:45
“Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” – Parlamentin sədri Rubinyandan müxalifətə sərt cavab
Bu gün, 14:41
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Bu gün, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Bu gün, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Bu gün, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Bu gün, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Bu gün, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Bu gün, 12:55
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Bu gün, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Bu gün, 12:48
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:40
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - İyun ayında saxlanılmışdı...
Bu gün, 12:34
“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Bu gün, 12:31
Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: - Məsrur Bərzaninin rezidensiyası hədəf alındı
Bu gün, 12:28
“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO
Bu gün, 12:23
Agentlik sədri özünə yeni müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:20
DSX-nin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:14
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SİYAHI
Bu gün, 12:13
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib - ADLAR
Bu gün, 12:12
"Unibank kartdakı pulumu oğurlayıb..." - BU NƏDİ BELƏ?
Bu gün, 12:06
Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? - İNCƏLƏMƏ
Bu gün, 11:57
“TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:53
İran AzTV-yə danışan məmurları həbs edəcək – Tehranda yeni qanun
Bu gün, 11:51
Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... - AÇIQLAMA
Bu gün, 11:42
Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
Bu gün, 11:35
"Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? - NARAZILIQ VAR...
Bu gün, 11:25
Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. - FOTOFAKT
Bu gün, 11:15
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri AÇIQLANDI
Bu gün, 11:03
Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı - Rejim güneylilərə qarşı basqıları artırdı...
Bu gün, 11:01
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 10:58
Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Bu gün, 10:55
" Uşağı doyunca qucaqlaya bilmədik..." - NARAZILIQ VAR...
Bu gün, 10:50
Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:36
Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? - GƏLİŞMƏ
Bu gün, 10:34
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
Bu gün, 10:32
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? - AKTUAL
Bu gün, 10:28
Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur - “Fars News”
Bu gün, 10:23
“Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:20
Bakıda axşam konsertləri davam edir - FOTO
Bu gün, 09:58
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
Bu gün, 09:54
"Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." - ƏMƏLLİ-BAŞLI BAZAR AÇIBLAR!
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru