“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

Müşavir-müşavir oyunbazlığı... - YENİ DƏB, YOXSA...
Tarix: 5-09-2025, 10:32 | Çap et

Son vaxtlar mediada “filankəs nazir müşaviri vəzifəsinə təyin edildi” xəbərləri artıb. Müşahidə edilən hallardan biri müşavir ştatlarının yaradılması və nazirlərin özlərinə bir deyil, bir neçə müşavir götürməsi məsələsidir. Bəzi nazirlərin hətta bir neçə müşaviri var. Adətən rəsmi və qeyri-rəsmi tədbirlərdə, ictimai yığıncaqlarda nazir müavinlərindən çox müşavirlər iştirak edir. Belə bir tendensiya yaranıb ki, kimsə işdən çıxarılırsa, onu müəyyən nazirliklərə müşavir vəzifəsinə göndərirlər. Nəticədə də nazirliklərdə müşavir vəzifəsi ştatı get-gedə artır, “şişir”.

Bu həm də büdcədən əlavə vəsaitin xərclənməsinə yol açan amildir. Müşavir ştatlarının “şişirdilməsi” nəticəsində dövlət büdcəsindən izafi pullar xərclənir.

Nazir müşavirinin vəzifəsi, nazirin həvalə etdiyi sahəyə funksional nəzarəti həyata keçirmək, həmin sahənin inkişafı üçün tədbirlər görmək və nazirə müvafiq məsələlərdə məsləhət verməkdir. Bu vəzifə, dövlət orqanında nazirin əsas köməkçilərindən biri olaraq müəyyən bir sahənin koordinasiyası və inkişafına cavabdehdir. Müşavir nazirə müvafiq sahələrlə bağlı məsləhətlər verir, analizlər aparır və qərar qəbul etmə prosesində iştirak edir. Müşavir nazirin tabeliyindəki qurumlar arasında əməkdaşlığı və koordinasiyanı təmin edir.

Nazir müşavirinin vəzifəsi dövlət orqanının effektiv fəaliyyəti, strategiyaların uğurlu həyata keçirilməsi və nazirin iş yükünün yüngülləşdirilməsi baxımından əhəmiyyətlidir.

Nazirlərə bu qədər müşavir nəyə lazımdır, bu da büdcənin talanmasının bir variantı deyilmi?

Bu məsələ sosial mediada da zaman-zaman müzakirələrə səbəb olur. Qeyd edilir ki, çox hallarda müşavir postları təqaüdə çıxmış məmurlar, “sadiq” şəxslər və ya yaxın çevrədəki insanlar üçün ayrılır. Bu vəzifələrin bir çoxunda konkret fəaliyyət, nəticə və ya hesabat yoxdur. Kimlərinsə orada işlədiyini bilmək olur, amma nə iş gördükləri, dövlətə nə töhfə verdikləri bəlli olmur. Belə olan halda müşavirlik, sadəcə, maaş alan bir formal vəzifəyə çevrilir.

Ekspertlərə görə, bütün bu vəzifələrin saxlanılması dövlət büdcəsinə ciddi yükdür. Maaşlar, imtiyazlar, xidməti avtomobillər və digər xərclər nəzərə alındıqda, bu strukturlar əgər real iş görmürsə, sadəcə, vəsaitlərin israfı deməkdir. Bu, birbaşa olmasa da, dolayısı ilə büdcənin talanması kimi qiymətləndirilə bilər.

İnkişaf etmiş ölkələrdə müşavir konkret sahə üzrə təcrübəli şəxs olur, məhdud müddətə işə götürülür və gördüyü iş nəticə ilə ölçülür. Müşavirlik institutunun necə qurulduğu, kimlər tərəfindən tutulduğu və necə işlədiyi ölkədən ölkəyə ciddi fərqlənir. Məsələn, Türkiyədə dövlət qurumlarında müşavirlik geniş yayılıb. Burada həm baş müşavir, həm də sahəvi müşavir vəzifələri var. Prezident yanında müşavirlər, nazirlər yanında çalışan danışmanlar və digər dövlət strukturlarındakı müşavirliklər müxtəlif sahələr üzrə fəaliyyət göstərir. Bəzən bu vəzifələrin sayının çox olması və konkret nəticənin olmaması cəmiyyətdə tənqidə səbəb olur. Bununla belə, qanunvericilikdə bu vəzifələrin funksiyaları müəyyən olunub.

Beynəlxalq təcrübəyə baxanda görmək olur ki, müşavirlik vəzifələri təsadüfi və ya formal postlar deyil. Onlar konkret məqsədlərlə yaradılır, nəticə tələb olunur və ictimai nəzarətə açıqdır. Əsas fərqləndirici cəhətlər şəffaflıq, hesabatlılıq və funksiyaların aydın olmasıdır. Müşavir sayının məhdud saxlanılması, onların təyin olunma qaydasının obyektivliyi və iş nəticələrinin ölçülməsi bu institutun faydalı və səmərəli olmasına imkan yaradır.

Əgər bu prinsiplər pozularsa, müşavirlik institutları dövlət büdcəsi üçün yükə çevrilə bilər və vətəndaşlar tərəfindən “formal vəzifə”, yaxud “təyinatla verilmiş mükafat” kimi qəbul olunur. Bu isə ictimai inamı zədələyir və dövlət idarəçiliyində effektivliyin azalmasına səbəb ola bilər.

Bizdə isə bu istiqamətdə şəffaflıq çox vaxt aşağı səviyyədədir. Vətəndaşlar bu məsələlərlə bağlı məlumat ala bilmir, hesabat yoxdur, ictimai nəzarət mexanizmi işləmir. Əgər dövlət strukturlarında şəffaflıq, səmərəlilik və ictimai inam vacibdirsə, müşavirlik vəzifələri də ciddi şəkildə təhlil olunmalı, hər biri əsaslandırılmalı və səmərəli olub-olmadığına qiymət verilməlidir. Əks halda, bu sistem sadəcə, yeni adlarla köhnə problemləri davam etdirmiş olur.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan qanunvericiliyinə görə nazir müavinini Prezident təyin edir: “Amma nazir özü müşavir təyin edə bilər. Ona görə də belə bir boşluq yaranıb. Qanunvericilikdəki bu boşluqdan istifadə edərək nazirlər bir neçə şəxsi öz yaxın çevrəsində müşavir təyin edə bilir. Təbii ki, bunun əsaslandırılması da olmalıdır. Bu müşavirlərin gördüyü iş, onlar üçün bu ştatın açılmasına nədən zərurət yaranıb. Nazirlik bunu əsaslandırmalıdır. Nəticə etibarilə də onları yüksək maaşla müşavir təyin etməklə öz səlahiyyətlərindən istifadə etmiş olurlar ”.

Natiq Cəfərli əlavə edib ki, buna nəzarəti isə parlament yerinə yetirməlidir: “Qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Yəni müşavirlərə nəzarət etmək üçün parlamentə daha çox səlahiyyət verilməlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Dünən, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Dünən, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Dünən, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Dünən, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Dünən, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Dünən, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Dünən, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Dünən, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Dünən, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Dünən, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Dünən, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Dünən, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Dünən, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Dünən, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru