Senator Adam Şiff kimi qərəzli siyasətlçilər kim daha çox maliyyə verəcəksə... .....                     İcra hakimiyyətləri LƏĞV OLUNUR? .....                     "Rusiya dövlətinə yazığım gəlir" .....                     Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq .....                     Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi .....                     "Tramp yolu" bütün bağlı qapıları açacaq .....                     Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... .....                     Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? .....                     Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi .....                     “Xalq Üçün Mallar” ASC-nin rəhbərliyi seçiləcək .....                     İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı .....                     102-ci bazadakı hərəkətliliyin sirri açıldı .....                     "Kiminsə 5 manat borcu olanda bütün nəslini, kökünü tapırlar..." .....                     Avropa Parlamentindən Bakıya yeni hücum .....                     Erməni minaları üzərində QARDAŞLIQ RƏQSİ... .....                     AAYDA-nın sərhəd tanımayan özbaşınalığı .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ ÜÇLÜYÜ .....                     Hər əlinə balta alan cumur Binəqədiyə... .....                     Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər .....                     AB bu 3 ölkədə hakimiyyəti devirmək istəyir .....                     Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir? .....                     Rus hərbçiləri Ermənistandan çıxarıla bilər: Əgər... .....                     Azərbaycan Daxili İşlər Nazirliyi MDB-nin iclasından niyə imtina edib? .....                     Alyaskadan Bakıya: Putin Azərbaycana təcavüz edə bilərmi? .....                     FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış .....                     Rusiya dövlət kimi idarə olunmur ki... .....                     Biz niyə RUSCA TƏHSİL alaq ki... .....                     Ətin qiyməti yenə niyə bahalaşdı? .....                     “Ünvanına təhqirlər, böhtanlar səsləndirib” .....                     Azərbaycandan Türkiyəyə axan milyonlar... .....                     Rusiyanı gözləyən həzin son .....                     Tələsmək lazım deyil, Zəngəzura hələ heç bir amerikalı gəlməyib .....                     "Nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir" .....                     Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI .....                     "Sən mənim ilk musiqim, ilk duamsan..." .....                     Sabiq baş həkimə hökm oxunub .....                     ƏT NİYƏ BAHADIR? .....                     Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi .....                     "Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" .....                     Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! .....                 

Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 07:17 | Çap et

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. O, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanmış bəyannaməyə görə Azərbaycan dövlətinin başçısını təbrik edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, Antonio Koşta ABŞ prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalanmış bəyannamənin bölgədə sülh və sabitliyə, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına töhfə verəcəyini deyib. O, Avropa İttifaqının bu razılaşmaların həyata keçirilməsinə kömək etməyə hazır olduğunu da bildirib. Bundan başqa Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə də toxunulub.

Əlbəttə ki, bu zəng gözlənilən idi. Yeri gəlmişkən, Vaşinqton razılaşmalarından dərhal sonra Qərbin və Azərbaycanın ekspert dairələrində Avropa İttifaqının mümkün reaksiyaları müzakirə olunurdu. ABŞ-ın Cənubi Qafqaza gəlişi (həm də sülhlə gəlişi) fonunda Avropa İttifaqının bölgədəki maraqları və iştirakı ilə bağlı müxtəlif fikirlər söylənirdi.

Təbii ki, Azərbaycan-Ermənistan sülh prosesində vasitəçiliyi Rusiya ilə yanaşı (daha doğrusu, Rusiyadan sonra) Avropa İttifaqı da ABŞ-a uduzmuşdu. Çünki Ermənistan bəlli səbəblərə görə Moskvanın vasitəçiliyini bloklamışdı, Brüsselə yönəlmişdi. Azərbaycan isə nə Rusiyanın, nə Avropa İttifaqının vasitəçiliyindən imtina edirdi. Üstəlik rəsmi Bakı Moskvanı və Brüsseli çox da qıcıqlandırmadan prosesi Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar müstəvisinə - ikitərəfli formata doğru aparırdı. Hər iki tərəf buna nail oldular. Nəticədə Əbu Dabidə şifahi, Vaşinqtonda yazılı-imzalı razılaşmalar əldə oluna bildi.

Əlbəttə, Avropa İttifaqı Şurası prezidentinin də təsdiqlədiyi kimi, bu, mühüm uğurdur, irəliləyişdir. Çünki paraflanmış saziş artıq yekun imzalanmaya və daha sonra ratifikasiyaya hazır sənəddir. Təbii ki, Avropa İttifaqının da maraqlarına, o cümlədən, nəqliyyat dəhlizi ilə bağlı gözləntilərinə uyğundur.

Bununla belə hələ hər şey bitməyib: dediyimiz kimi, saziş imzalanacaq, ratifikasiya olunacaq, sənədlər mübadilə ediləcək və hüquqi qüvvəyə minəcək. Daha sonra qarşıda tərəflərin öhdəlikləri icra etməsi də var.

Avropa İttifaqı Şurasının prezidenti məhz həmin nöqtədə - imzalanma, ratifikasiya, icra mərhələlərində öz köməyini təklif edir. Bu zaman isə o, Ermənistana təsir imkanlarına əsaslanır.

Başqa sözlə, ABŞ-la yanaşı Avropa İttifaqı da bu razılaşmalara qarantor olmağın - bölgədə qalmağın və daha əsaslı yerləşməyin yolunu düşünür.

Bilirsiniz ki, Avropa İttifaqının vasitəçilik səyləri fonunda İrəvanla Brüssel arasında regional kommunikasiyalar dəhlizinin təhlükəsizliyi haqda da danışıqlar olmuşdu. Avropa İttifaqı sərhəd xidmətinin bu bölgədə regional kommunikasiyalara, yəni Zəngəzur dəhlizinə nəzarəti məsələsi müzakirə edilirdi. Ancaq Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı sərhəd qoşunlarını da Moskva geri çəkmək fikrində deyildi və indi də deyil. Bununla belə bu məsələdə gözlənilən başqa ssenari reallaşdı: Ermənistan dəhlizi ABŞ-ın nəzarətinə verdi. Bunu İrana həvalə etmək mümkün olmadığı kimi, Rusiyaya vermək də düzgün sayılmadı. Türkiyənin seçilməsi də bəlli səbəblərdən İrəvanda, təbii ki, istisna olunurdu. Qalırdı ABŞ. Bu seçim də edildi.

Avropa İttifaqı proseslərin bu cür gedişindən razı qalmasa da, reallıqla barışmağa məcburdur; Brüssel düşündü ki, dəhlizə nəzarətin Rusiyaya, hətta nə qədər fantastik ehtimal olsa da, Türkiyəyə verilməkdənsə, ABŞ-a verilməsi onun üçün daha yaxşıdır. Ancaq Avropa İttifaqı tamamilə kənarda da qalmaq istəmir. Kənarda qalmamaq üçün isə Ermənistanla yanaşı, hətta Ermənistandan da çox Azərbaycanı razı salmalıdır.

Təbii ki, Azərbaycanın məlum tələbi qüvvədədir: Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddən uzaqlaşdırılmalıdır. Paraflanmış saziş mətninində də bu məsələ var: üçüncü ölkələrin qüvvələri Azərbaycanla Ermənistan arasındakı qarşılıqlı sərhəddə yerləşdirilməməlidir. Başqa sözlə, Ermənistan AİMM-lə bağlı qərar veriməli olacaq. Böyük ehtimalla, Aİ bu tələblə razılaşacaq.

Antonio Koştanın Bakıya öz təşəbbüsü ilə zəng etməsi, prezident İlham Əliyevlə "qarşılıqlı maraq doğuran" məsələlərin müzakirəsini aparması onu deməyə əsas verir ki, Brüssellə Bakı arasında münasibətlərdəki bir sıra gərginliklər yumşala, qismən və ya əsasən aradan qalxa bilər. Bu, sonrakı mərhələdə Azərbaycanla Aİ arasında uzlaşdırılmış maraqlar bazasında tərəfdaşlıq sazişinə qədər gedib çıxa da bilər.

Doğrudur, Bakı ilə Brüssel arasında fikir ayrılıqlarına səbəb olan əsas məsələlər daha çox Azərbaycanın daxili siyasəti ilə bağlıdır. Çox güman ki, Koşta da siyasi islahatlar, siyasi azadlıqlar, o cümlədən, "siyasi" adlandırdıqları məhbuslar və sair haqda Aİ-nin mövqeyini Azərbaycana çatdırıb. Ancaq bu mövqenin necə qarşılanacağı və hansı qərarların qəbul ediləcəyi haqda indidən nəsə demək çətindir. Hər halda Azərbaycanın bu 34 ilə yaxın müstəqillik dövründə Qərb institutlarının ölkə hakimiyyəti ilə zaman-zaman ciddi fikir ayrılıqları, sərt toqquşmalar da az olmayıb. Hətta Avropa Parlamenti Avropa Komissiyasına Azərbaycandan enerji daşıyıcıları almamağı da tövsiyə etmişdi. Belə hallar olub. Amma indi Aİ özü Azərbaycanla kontakta çıxır və bunun necə nəticələnəcəyi xeyli sual və ciddi maraq doğurur.

Əlbəttə, bu haqda proqnoz vermək o qədər də asan deyil. Ancaq bölgədəki gəlişmələr onu deməyə əsas verir ki, Azərbaycan ABŞ-la strateji müttəfiqlik Xartiyasının hazırlanmasına başladığı kimi, Avropa İttifaqı ilə də gec-tez bu məsələlər yenidən müzakirəyə çıxarılacaq. Hər halda Koştanın zəngi Aİ-nin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyinə dair bir siqnaldır.

P.S. Şübhəsiz ki, belə bir anlaşma, yaxud uzlaşma əldə olunarsa, bu, xarici siyasətdə yeni bir müsbət nəticə olmaqla yanaşı, ölkənin daxili həyatına da pozitiv təsir göstərə - daxili siyasi münasibətlərdə yumşalmaya səbəb ola bilər. Buna ehtiyac var.

 Bahəddin Həzi, bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Senator Adam Şiff kimi qərəzli siyasətlçilər kim daha çox maliyyə verəcəksə... - onu müdafiə edəcəklər
Bu gün, 10:14
İcra hakimiyyətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
Bu gün, 09:50
"Rusiya dövlətinə yazığım gəlir" - deputat
Bu gün, 09:45
Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq - İNCƏLƏMƏ
Bu gün, 09:42
Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi - TƏFƏRRÜAT
Bu gün, 09:31
"Tramp yolu" bütün bağlı qapıları açacaq - ŞƏRH
Bu gün, 09:23
Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... - Eks-nazir
Bu gün, 09:20
Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:13
Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi - Görünəni odur ki...
Bu gün, 09:11
“Xalq Üçün Mallar” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:08
İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı
Bu gün, 09:00
102-ci bazadakı hərəkətliliyin sirri açıldı - Bakıya qarşı...
Bu gün, 08:55
"Kiminsə 5 manat borcu olanda bütün nəslini, kökünü tapırlar..." - AMMA İNDİ...
Bu gün, 08:50
Avropa Parlamentindən Bakıya yeni hücum - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:38
Erməni minaları üzərində QARDAŞLIQ RƏQSİ... - Bu nə həvəs... nə həyəcan?
Bu gün, 08:34
AAYDA-nın sərhəd tanımayan özbaşınalığı - 18 ildir ki...
Bu gün, 07:28
Təhsil sisteminin TƏHLÜKƏLİ ÜÇLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 07:25
Hər əlinə balta alan cumur Binəqədiyə... - rayon rəsmən başsız qalıb...
Bu gün, 07:21
Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
AB bu 3 ölkədə hakimiyyəti devirmək istəyir - İDDİA
Bu gün, 07:03
Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Rus hərbçiləri Ermənistandan çıxarıla bilər: Əgər... - GƏLİŞMƏ
Bu gün, 06:56
Azərbaycan Daxili İşlər Nazirliyi MDB-nin iclasından niyə imtina edib? - ARAŞDIRMA
Bu gün, 06:53
Alyaskadan Bakıya: Putin Azərbaycana təcavüz edə bilərmi? - Görünəni odur ki...
Bu gün, 06:51
FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış - FOTO
Bu gün, 06:47
Rusiya dövlət kimi idarə olunmur ki... - FAKT BUDUR!
Bu gün, 06:40
Biz niyə RUSCA TƏHSİL alaq ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
Ətin qiyməti yenə niyə bahalaşdı? - AKTUAL
Bu gün, 06:35
“Ünvanına təhqirlər, böhtanlar səsləndirib” - Qızından sonra atasını da cəzalandırmaq istədi...
Bu gün, 06:31
Azərbaycandan Türkiyəyə axan milyonlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:24
Rusiyanı gözləyən həzin son – Bu əraziləri belə tərk etməli olacaq
Bu gün, 06:19
Tələsmək lazım deyil, Zəngəzura hələ heç bir amerikalı gəlməyib - deputat
Bu gün, 00:20
"Nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir" - FOTO
Bu gün, 00:18
Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI - “Biz buna qarşıyıq”
Bu gün, 00:15
"Sən mənim ilk musiqim, ilk duamsan..."
Dünən, 18:04
Sabiq baş həkimə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:01
ƏT NİYƏ BAHADIR? - AKTUAL
Dünən, 17:57
Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi - ƏMR
Dünən, 17:55
"Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" - ETİRAZ
Dünən, 17:52
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! - Sentyabrın 1-dən yeni QAYDALAR
Dünən, 17:50
Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab – “Cavabı ağır olar”
Dünən, 17:45
Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib
Dünən, 17:36
“Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir
Dünən, 17:28
“Bu məhkumlar azadlığa buraxıla bilər” - Hüquq müdafiəçisi AÇIQLAYIR
Dünən, 17:13
Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir -7.2 milyon dollarlıq Alyaska...
Dünən, 17:10
Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... - AKTUAL
Dünən, 17:04
102-ci baza BAĞLANIR? – “Bu qüvvələrin Ermənistandan çıxarılması asan proses olmayacaq”
Dünən, 16:52
Bu rayonda abadlıq işləri aparılacaq - 1,5 milyon manat ayırıldı
Dünən, 16:51
Makronun Cənubi Qafqaz planının İFLASI – Fransa regionumuza “ƏLVİDA” DEYİR...
Dünən, 16:48
TƏBİB qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır – 3.8 milyon xərclənəcək
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru