ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı Kennedi Mərkəzində jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan onunla söhbət zamanı Ermənistanda yolların Vaşinqtondan daha yaxşı olduğunu bildirib və bu onu utandırıb.
Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
"Başqa ölkələrin liderləri gəlir. Həmişə görürsüz ki, liderlər mehriban dvaranırlar. Onlar bu yaxınlarda Hindistandan və hər yerdən gəliblər. Onlar bizim Azərbaycanla... Ermənistan arasında yeni bitirdiyimiz müharibədən sonra gəliblər. Biz müharibəni yenicə bitirmişik. İki lider gəldi. Onlardan biri dedi ki, "Mənim ölkəm ABŞ-dan daha yaxşı görünür"... Heç bilirsiz o nə dedi? Dedi ki, Ermənistandakı yollar Vaşinqtondakı, Kolumbiya dairəsindəki yollardan yaxşıdır. Bu, adamı utandırır", deyə Tramp bildirib.