Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

İranın Ermənistanı cəzalandırmaq planı - İlginc ssenari
Tarix: 14-08-2025, 08:45 | Çap et

“İranın bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı məlumatlar təhrif edilir və İranın şimal sərhədlərini itirməsi kimi yozulur”.

Bunu avqustun 12-də Tehranda mətbuat konfransında İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.

Onun sözlərinə görə, geniş müzakirə olunan Zəngəzur məsələsi İranın şimal ərazisinin yalnız kiçik bir hissəsinə aiddir. O, İranın regionda sabitliyin bərpasına, dövlətlərin ərazi bütövlüyünün qorunmasına, suverenliyinin qorunmasına böyük diqqət yetirdiyini vurğulayıb.

Mohacerani bildirib ki, İran heç vaxt qonşu ölkələrdə xarici qüvvələrin olmasını alqışlamayıb. Onun sözlərinə görə, ən yaxşı həll yolu regional qüvvələr vasitəsilə sabitliyin təmin edilməsidir.

Mohacerani vurğulayıb ki, ölkələrin ərazi bütövlüyünü qorumaq İranın prinsipial mövqeyidir. O qeyd edib ki, İran qonşu ölkələrdə xarici qoşunların olmasını alqışlamır və hesab edir ki, region öz sülhünü təmin etməlidir.

İran rəsmilərinin müntəzəm olaraq “xarici qoşunlar”, “kənar qüvvələr” dediyi güc mərkəzləri ABŞ, Avropa İttifaqıdır. Qərbin bölgəyə yerləşməsində isə İranın “qardaşı” saydığı Ermənistan rol oynayıb. Hazırda Aİ-nin mülki missiyası sərhəddədir, dəhlizin idarəçiliyi də 99 il müddətinə ABŞ şirkətinə verilir. Amma burada xarici qoşunlardan söhbət getmir.

Ermənistan regionda xarici hərbi kontingent yerləşdiribmi? Tehran İrəvana necə təsir edə, onu necə cəzalandıra bilər?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında İranda SEPAH-a bağlı bəzi media orqanları ABŞ-də Azərbaycanla Ermənistan arasında imzalanan son sənədlərdən qeyzə gəldiklərini, bunu həzm edə bilmədiklərini deyir: “Həmin media orqanlarının başında isə rəhbəri SEPAH zabiti olan ”Tasnim" agentliyi dayanır. İranda “dərin dövlət”i təmsil edən SEPAH hərbi-milliətçi qrupu Zəngəzur dəhlizini haqlı olaraq “Türk-Turan yolu” adlandırır. Onlar Zəngəzur dəhlizinin açılmasını İran dövlətçiliyi üçün təhdid hesab edirlər. Amma biz dəfələrlə bildirmişik ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Zəngəzur dəhlizinin Amerika şirkətlərinə icarəyə verilməsi isə işğalçı Ermənistanın daxili işidir. Biz ona qarışa bilmərik. Əslində Nikol Paşinyan hakimiyyəti Rusiya amilini Güney Qafqazdan çıxarmaq üçün 42 kilometrlik “Tramp yolu”nu ABŞ şirkətlərinə verməyə razılaşıb. Təbii ki, bu da İranın maraqlarına cavab vermir. Çünki İranın Cənubi Qafqazdakı gələcək mövcudluğu həm də şimal qonşumuzdan asılıdır. Əgər Rusiya Güney Qafqazdan geri çəkilərsə, o zaman İran da buralardan əl-ayağını yığışdıracaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, real vəziyyət əslində İran mediasında şişirdildiyi kimi deyil. İranın Prezidenti Pezeşkian da bu məsələyə toxundu və təhlükəli nüansın olmadığını dilə gətirdi. İran Zəngəzur dəhlizini hədəf alarsa, bu dəfə İsrailin yox, Amerikanın yumruğunu yeyəcək. Bu isə indiki durumda İran dövlətçiliyinin süqutuna gətirib çıxaracaq bir tendensiyadır. Hazırda İran kimisə cəzalandıracaq gücdə deyil. Əgər belə bir addım molla rejimi tərəfindən atılarsa, o zaman Qərb koalisiyası İrandakı hazırkı rejimi dəyişdirmək üçün hərəkətə keçəcək. Bir sözlə, mollalar devriləcək. Ermənistan öz ərazisində hər hansı bazanın yerləşdirilməsinə razılıq verirsə, bu onların daxili işidir. İran beynəlxalq hüquqa hörmət etməyə borcludur. Əgər Gümrüdəki 102-ci bazaya Tehran rejimi səssiz qalırsa, başqalarının gəlişinə də susmalıdır. Əslində Ermənistan hər hansı bir hərbi gücü regiona gətirməyib. Hələ ki, durum belədir. Amma gətirə bilər. Çünki Vaşinqtonla İrəvan arasında xartiya imzalanıb və orada təhlükəsizlik məsələsi ön plandadır. Bu da o deməkdir ki, İran Ermənistana əzələ nümayiş etdirsə belə, qarşısında ABŞ-ni görəcək".

Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov dəhlizə nəzarətin hansı dövlətin etməsinin Azərbaycan üçün heç bir fərqinin olmadığını vurğuladı: “Bilirsiniz ki, Vətən müharibəmizdən sonra Zəngəzur məsələsini dövlət başçımız əsas prioritetlərdən biri kimi önə sürdü. Dəhlizin açılması istiqmətində 5 ilə yaxındır ki, işlər görülür. İran isə hər dəfə bildirir ki, bu, bizim qırmızı xəttimizdir, sərhədlər dəyişə bilməz və.s. Məlumdur ki, Ermənistanla İran arasında müttəfiqlik var. Özlərini dost ölkələr sayırlar. Zəngəzur dəhlizi həm də Ermənistanın dünya tərəfindən tanınan ərazilərindən keçir. Artıq təkcə Azərbaycana yox, İranın etirazları həm də Ermənistanadır, yəni öz yaxın müttəfiqinə, dostuna. Artıq regiona Avropa İttifaqının missiyasının gəlişindən sonra həm də Amerikanın gəlməsi şimal və cənub qonşularımıza sərf etmir. Bu günləri ABŞ-nin regionda olması Azərbaycan və Ermənistana bir sığortadır. Amerika dünyanın bir nömrəli dövlətidir. Onun üçün də bu dövlətlə 99 il müddətinə nəzərdə tutulan müqaviləyə imza atılması tarixi bir hadisədir. Azərbaycan üçün həmin koridoru hansı dövlətin qoruyacağı fərq etmir. Bizə bu koridor lazımdır. Naxçıvanla aramızda bir körpünün olması çox vacibdir. Həmin yoldan istifadə edib Avropaya və Naxçıvana çıxışımız olacaq. Burada məsələ təkcə Naxçıvan deyil. İran burada itirir. Çünki dəhliz olmadan əsas yol kimi İran ərazisindən istifadə olunur. Düzdür, həmin yol yenə də inşa olunacaq. Amma əsas kommunikasiyalar bu yoldan nəzərdə tutulub. Təbii ki, burada itirən həm şimal, həm də cənub qonşularımızdır. Bu məsələni 5 il öncə Azərbaycan qaldıranda yaxşı olardı ki, razılıq verərdilər. Amma Rusiya ikibaşlı oyun oynadı. Gah dəstək oldu, gah da zaman uzatdı. İran isə dəyişməz mövqeyini son 5 ildə davam etdirməkdədir. Sonra Trampın Azərbaycan və Ermənistanı bir araya gətirməsi mühüm rol oynadı. Bu sənəd imzalandı. Artıq sülh sazişinə bir addım qalıb. Azərbaycanın tələbləri var. Hesab edirəm ki, bu tələblər yerinə yetirildikdən sonra sülh müqaviləsi imzalanacaq. Bu da təkcə Azərbaycana deyil, bütün regiona bir uğur olacaq. Sabitliyin olması çox vacib məsələdir. Amma bu da, təəssüflər olsun ki, şimal və cənub qonşularımıza sərf etmir. İran bu sənəddən sonra Ermənistana heç bir təsir göstərə bilməz. Çünki burada Ermənistanın qarantiyası Amerikadır. Bilirsiniz ki, artıq neçə ildir sərhədində Amerika təlimlər keçirir. İran indi hansı müdaxiləni edib ki, indi də etsin. Artıq Tehranın hər hansı bir addım atması çox gecdir. Ortada artıq qarant bir dövlət var, o da supergüc olan Amerikadır. Güman edirəm ki, həmin məsələ həllini tapacaq. İran Ermənistanın atdığı addımlarla barışmağa məcburdur. Hesab edirəm ki, bu, belə də olacaq. Azərbaycana gəldikdə isə, əvvəldə də qeyd etdiyim kimi, bizə fərq etmir, kim nəzarət edəcəksə etsin”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru