Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib .....                     Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar .....                     “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb .....                     Paşinyan müxalifəti hədələdi: .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu .....                     Robert Koçaryana qarşı cinayət işi başlanacaq .....                     Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir .....                     ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... .....                     İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? .....                     "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub .....                     Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır .....                     9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir .....                     Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb .....                     `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... .....                     Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? .....                     Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb .....                     Hansı ölkədə ailələrin daha çox borcu var? .....                     16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi .....                     AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Partiya sədrindən deputata SƏRT TƏPKİ: . .....                     Turistlər Azərbaycana ona görə gəlmirlər ki: .....                     Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi .....                     Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib .....                     İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib .....                     Pekinin Rusiya və İranla bağlı öz planları var... .....                     Xəzər Türklərinə aid qeyri adi toqqa .....                     Azərbaycana daxil olan humanitar yardımlar azalıb .....                     Maaş kartını rəisə vermədi, işdən çıxarıldı .....                     BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub .....                     Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib .....                     Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi .....                     20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi .....                     Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər .....                     Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir .....                     Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi .....                     “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” .....                 

35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 4-08-2025, 17:16 | Çap et

“İran Ermənistanın təqdim etdiyi “Sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyir və onun həyata keçirilməsinin bütün regiona fayda verəcəyinə inanır. Tehran əmindir ki, əlaqə iqtisadi inkişafın və rifahın əsas tərkib hissəsidir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Armenpress”-ə müsahibəsində Cənubi Qafqazda iqtisadi və nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı müzakirələrə, bu kontekstdə Ermənistanın təqdim etdiyi təkliflərə və Azərbaycanın dəhlizlə bağlı davam edən bəyanatlarına münasibət bildirirkən belə deyib.

Bəqayi açıqlamasında İranı Azərbaycana dost ölkə kimi təqdim etməyə, bitərəf mövqe tutduğunu göstərməyə çalışsa da, ermənipərəst mövqeyini gizlədə bilməyib:

“Birincisi, biz həm Azərbaycan, həm də Ermənistan Respublikası ilə ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk. Onlar bizim qonşularımızdır və biz hər iki dövlətlə mehriban qonşuluq siyasətimizi davam etdirməkdə qərarlıyıq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla möhkəm dostluq əlaqələrimiz var. Ermənistana gəlincə, İranda bizim fəxr etdiyimiz çox fəal və nüfuzlu erməni icması var.

Eyni zamanda, biz açıq şəkildə bildirdik ki, istənilən nəqliyyat marşrutu beynəlxalq səviyyədə tanınmış sərhədlərə uyğun həyata keçirilməli, heç bir dövlətin suverenliyini və ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də biz Cənubi Qafqaz ölkələri ilə İran arasında nəqliyyat marşrutlarının və əlaqələrin genişləndirilməsinin tərəfdarı olmaqla yanaşı, son dərəcə ehtiyatlı davranmalıyıq.

Birincisi, beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirməmək, heç bir dövlətin milli suverenliyini və ya ərazi bütövlüyünü heç bir şəkildə pozmamaq. Bizim həmişə qeyd etdiyimiz və hesab etdiyimiz mühüm bir məqam isə budur ki, regiondan kənar üçüncü tərəflərin Cənubi Qafqazın işlərinə qarışmasına imkan verilməməli olduğunu bölgənin bütün dövlətləri anlamalıdır. Bu cür müdaxilə vəziyyəti daha da çətinləşdirəcək və region dövlətlərinin maraqlarına xidmət etməyəcək”,-deyə Bəqayi əlavə edib.

İran XİN-nin rəsmisinin müsahibəsinə diqqət yetirdikdə, Bəqayinin fikirlərinin kifayət qədər anti-Azərbaycan xarakterli mesajlarla zəngin olduğu görünür. Yəni İsmayıl Bəqayi Ermənistanın “Sülh təşəbbüsü” layihəsini dəstəklədiyini bəyan etməklə İranın Zəngəzur dəhlizinə qarşı mövqeyini növbəti dəfə nümayiş etdirib.

Halbuki, Ermənistan hakimiyyəti indiyə qədər “Sülh kəsişməsi” ideyasını bütün ikitərəfli və çoxtərəfli formatda aparılan müzakirələrin gündəliyinə çıxartsa da, onun səmərəliliyini sübut edə bilməyib. Bu layihə Nikol Paşinyan hökuməti tərəfindən sadəcə olaraq Zəngəzur dəhlizinə alternativ kimi irəli sürülüb. Məqsəd Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz nəqliyyat-kommuniksiya əlaqələrinin bərpasına maneə yaratmaq olub.

ABŞ-nin təklifi ilə Zəngəzur dəhlizinin açılmasına dair Azərbaycan və Ermənistan arasında danışıqların yenidən start götürdüyü bir məqamda İran diplomatının “Sülh kəsişməsi” təşəbbüsünü yenidən qaldırması regionda nəqliyyat əlaqələrin blokdan açılmasını pozmağa yönəlik siyasi avantüradır. Bəqayi ad çəkməsə də, Zəngəzur dəhlizinin guya Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, ərazi bütövlüyünə və suverenliyinə zidd olduğuna eyham vurur.

Halbuki, rəsmi Bakı qarşılıqlı müqavilə əsasında dinc qaydada Azərbaycandan-Azərbaycana keçidin təhlükəsiz təmin olunmasını, kommunikasiyaların açılmasını təklif edir. 2020-ci il 10 noyabr Bəyanatında Ermənistanın Baş naziri bu barədə öhdəlik imzalayıb. İran tərəfi “beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması” adı altında Ermənistanın cənubundan Azərbaycanla Türkiyə arasında birbaşa avtomobil və dəmir yolları əlaqəsinin yaranmasına qarşı çıxır. Bəqayi bölgə dövlətlərinə regiondankənar üçüncü tərəflərin Cənubi Qafqazın işlərinə qarışmamalı olduğuna dair xəbər darlıq edir.

Bu açıqlamada ilk mesaj Azərbaycana və Türkiyəyə ünvanlanıb. İran Zəngəzur dəhlizi vasitəsilə Türkiyənin Cənubi Qafqazda geosiyasi təsirinin arta biləcəyindən narahatlığını ifadə edir. Digər tərəfdən, Bəqayi Ermənistan hakimiyyətinə ABŞ-nin Zəngəzur dəhlizinin açılması istiqamətində təklifinin İranın maraqlarına zidd olduğunu xatırladır. Lakin bu, ilk növbədə, Ermənistanın və Azərbnaycanın daxili işlərinə müdaxilədir.

İkincisi, İran Cənubi Qafqaz dövləti olmadığından digər ölkələri “üçüncü tərəf” adlandıra bilməz. Türkiyə kimi İran özü Cənubi Qafqaza qonşu ölkədir, yəni üçüncü tərəfdir. Rəsmi Tehranın nəqliyyat-kommunikasiya vasitələrinin açılmasına mane olmaq üçün regionda vəziyyəti gərginləşdirmək səyləri İran rejiminə qarşı Qərbin siyasi təzyiqlərini artıra bilər.

İsmayıl Bəqayinin müsahibəsində diqqəti çəkən digər bir məqam isə onun İrandakı erməni icması ilə fəxr etməsi ilə bağlıdır. Halbuki, İranda ən böyük toplum Güney Azərbaycan türkləridir. Bəqayinin açıqlaması onun 35 milyon Güney azərbaycanlıya nifrət və düşmənçilik münasibətindən xəbər verir. Yəni XİN-nin sözçüsü sözdə Azərbaycan dövləti ilə dostluqdan və mehriban qonşuluqdan danışsa da, ermənilərə xüsusi rəğbətini gizlətmir.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Bu gün, 05:39
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar - CNN
Bu gün, 05:36
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Dünən, 18:26
Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Dünən, 18:23
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Dünən, 18:20
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Dünən, 18:17
Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Dünən, 18:16
ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Dünən, 18:11
İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Dünən, 18:10
"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Dünən, 18:08
Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Dünən, 18:07
9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Dünən, 18:05
Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Dünən, 18:03
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Dünən, 17:56
Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Dünən, 17:43
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Dünən, 17:42
Hansı ölkədə ailələrin daha çox borcu var?
Dünən, 17:21
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Dünən, 17:18
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Dünən, 17:13
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Dünən, 17:06
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Dünən, 17:04
Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Dünən, 16:28
Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Dünən, 16:20
Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Dünən, 16:15
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Dünən, 16:02
İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Dünən, 15:54
Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Dünən, 13:21
Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Dünən, 13:18
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Dünən, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Dünən, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Dünən, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Dünən, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Dünən, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Dünən, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Dünən, 12:36
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Dünən, 12:33
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Dünən, 12:31
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:28
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 12:24
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Dünən, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Dünən, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Dünən, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Dünən, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Dünən, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Dünən, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru