"Qaradağ Tibb Mərkəzi" publik hüquqi şəxs müxtəlif təyinatlı malların alınması məqsədilə satınalma həyata keçirməyi planlaşdırır.
32gun.az müqavilənin məbləği 89.182,10 manat məbləğindədir.
Satınalma sənədlərində malların dəqiq növləri açıqlanmasa da, bu vəsaitin tibbi və inzibati fəaliyyət üçün zəruri olan müxtəlif avadanlıq və ləvazimatların alınmasına yönəldiləcəyi ehtimal olunur.
"Qaradağ Tibb Mərkəzi"nə 89 min manatlıq satınalma üçün dəftərxana malları və təsərrüfat ləvazimatları, o cümlədən A5 formatlı 100 və 60 vərəqli dəftərxanalar, karandaşlar, 2Q və 3Q ölçülü kitabçalar, ağardıcı lent, A4 kağız, yolka sverlo dəsti, şrup, zajim, fəhlə əlcəkləri və s. alınacaq.
Qeyd edək ki, Qaradağ Tibb Mərkəzinin direktoru Aslan Usubovdur.
Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.