Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                     Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər .....                     Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı .....                     Yer kürəsində yeni fəsillər yaranıb .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür .....                     “Baku Electronics” haqsız rəqabətə yol verib .....                     Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib .....                     Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi .....                     Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır .....                     Husilərin İsrailə qarşı müharibəsi .....                     "Hamı günahkardır dünyada, amma..." .....                     “Azərenerji”dən 6.6 milyonluq layihə .....                     Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... .....                     "Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb .....                     İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub .....                     RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU .....                     ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... .....                     Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub .....                     Evin şüşədəndirsə... .....                     Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi .....                     “Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb .....                     Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI .....                     Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı .....                 

Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? - Ekspertdən sərt TƏNQİD
Tarix: Dünən, 06:57 | Çap et

"Azərbaycanda ali təhsil sistemində xarici ölkələrdən tələbə köçürülməsi mexanizmi son illər getdikcə daha çox mürəkkəbləşib və təəssüf ki, bu sahədə qərarverici strukturların fəaliyyəti şəffaflıqdan, hüquqi əsaslandırmadan və tələbəmərkəzli yanaşmadan uzaqdır. Xüsusilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xaricdən köçürülmə ilə bağlı verdiyi imtina qərarları, əsasən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı nümunələrdə, həm hüquqi məntiqə, həm də ali təhsilin mahiyyətinə zidd məzmun daşıyır. Bu qərarlar nə qanunun ruhuna uyğundur, nə də tələbələrin konstitusion təhsil hüququna hörmət ifadə edir. Təəssüf doğuran əsas məqam ondan ibarətdir ki, bu qərarların arxasında nə hüquqi əsaslandırılmış metodologiya, nə ictimaiyyətə təqdim olunmuş təhlil, nə də orta və uzunmüddətli təhsil strategiyası mövcuddur".

Bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xaricdən tələbə köçürülməsi ilə bağlı qərarları ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi. O, qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var:

"“Təhsil haqqında” Qanunun 13.1.5-ci bəndində isə açıq şəkildə göstərilir ki, tələbənin təhsilini başqa ölkədə və ya ali məktəbdə davam etdirmək hüququ vardır. Eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi “Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi Qaydaları” da bu hüququ texniki və inzibati baxımdan tənzimləyir. Lakin təəssüf ki, hazırda Agentlik bu sənədləri məqsədyönlü şəkildə sərt şərhlərlə məhdudlaşdırır, xüsusilə də Türkiyə universitetlərindən gələn tələbələrin köçürülməsini “kredit uyğunsuzluğu”, “tədris planlarının fərqliliyi” və digər formal əsaslarla rədd edir. Halbuki Azərbaycan və Türkiyə ali təhsil sistemləri hər ikisi Bolonya prosesinə daxil olan, Avropa Kredit Transfer Sisteminə (ECTS) əsaslanan sistemlərdir və bu sistemlər arasında konvertasiya texniki baxımdan mümkündür".

Ekspert vurğuladı ki, statistik məlumatlara görə, hər il təqribən 15 mindən çox azərbaycanlı tələbə xarici ölkələrdə, əsasən də Türkiyədə təhsil alır:

"Bu tələbələrin bir qismi təhsilini tamamlayır, digər qismi isə şəxsi, iqtisadi və ya ailəvi səbəblərlə təhsilini Azərbaycanda davam etdirmək istəyir. Bu gənclərin bir çoxu həm də DİM imtahanları ilə Azərbaycan universitetlərinə qəbul hüququ qazanmış şəxslərdir. Lakin Agentliyin son illər tətbiq etdiyi qaydalar bu gənclərin vətənə qayıdışını mümkünsüz edir. Bu isə, sadəcə bir prosedur məsələsi yox, həm də insan resurslarının itirilməsi, cəmiyyətin dövlətə olan inamının sarsılması və təhsildə mərkəzləşmiş avtoritar qərarvericiliyin artması deməkdir. Müsbət məqam odur ki, Azərbaycanda ali təhsil sisteminin beynəlmiləlləşməsi hədəf kimi müəyyən olunub və Prezidentin sərəncamları ilə bu istiqamətdə addımlar atılıb. Amma bu hədəflər Agentliyin konkret fəaliyyətində öz əksini tapmır. Beynəlmiləlləşmənin əsas komponentlərindən biri də tələbə mobilliyidir. Dünya təcrübəsində tələbə köçürülməsi çevik, şəffaf və tələbənin akademik uğuruna dəstək prinsipi ilə tənzimlənir. Məsələn, Almaniyada və Niderlandda köçürülmə zamanı tələbənin keçmiş kreditləri maksimum səviyyədə tanınır, fərq fənlər əlavə dərslə kompensasiya edilir. ABŞ-də “transfer policy” çərçivəsində tələbənin istənilən ali məktəbdə aldığı dərslər uyğun fənlərlə uzlaşdırılır. Bu yanaşma tələbəni cəzalandırmır, əksinə ona ikinci şans verir. Azərbaycanda isə qərarverici orqanların yanaşması əsasən tədris planlarının fərqliliyini bəhanə gətirməklə tələbənin qarşısını almağa yönəlir".

K.Əsədovun sözlərinə görə, ən ciddi tənqidə layiq məqam isə marifləndirmə işinin olmamasıdır:

"Agentlik nə tələbələrə, nə valideynlərə, nə də universitetlərə köçürülmə mexanizmi barədə izahlı məlumat təqdim etmir. Rəsmi internet səhifəsində köçürmə üzrə ümumi qaydalar yerləşdirilsə də, konkret halların hüquqi və texniki izahı, tez-tez verilən suallar bölməsi, nümunəvi qərarlar bazası, statistik hesabatlar yoxdur. Halbuki şəffaf idarəetmə bununla başlayır. Vətəndaş öz hüququnu və onun tətbiq formasını bilmədikdə, idarəetmə qeyri-şəffaf və etibarsız olur. Bu isə ciddi sosial narazılıq doğurur və təhsil sisteminə inamı sarsıdır".

Həmsöhbətimiz qeyd etdi ki, köçürülmənin rədd edilməsinin əsas səbəbləri sırasında göstərilən “təhsil planlarının uyğun gəlməməsi” arqumenti isə əslində zəif və manipulyativ şərhdir.

"Bu cür arqumentin tətbiqi, ümumiyyətlə akademik fərqlərin aradan qaldırılması üçün nəzərdə tutulmuş “adaptasiya proqramları”nın, “keçid modul”larının, “kompensasiya kreditləri”nin istifadəsini mümkünsüz edir. Belə çıxır ki, Agentlik həm tələbənin keçmiş nailiyyətini tanımır, həm də ona uyğunlaşdırıcı dəstək təklif etmir. Bu isə tələbənin hüquqlarının pozulması və təhsilinin yarımçıq qalması ilə nəticələnir. Bu yanaşma dəyişmədikcə, Azərbaycana qayıtmaq istəyən gənclərin qarşısı alınacaq, beyin axını problemi daha da dərinləşəcək, xaricdə təhsil alanlar vətəndaş kimi dövlətlə əlaqəsini kəsəcək. Eyni zamanda, yerli ali məktəblər də bacarıqlı tələbələrin sistemə daxil edilməsindən məhrum olacaq. Beləliklə, bir tərəfdən tələbə itirəcəyik, digər tərəfdən sistem qapanacaq, dəyişən və dinamik dünyaya uyğunlaşmaq imkanımız zəifləyəcək.

Elm və Təhsil Nazirliyi və Dövlət Agentliyi bu sahədə strateji plan təqdim etmir. Nə köçürülmə prosedurunun humanistləşdirilməsi ilə bağlı islahat var, nə də ictimai monitorinqə açıq hesabat. Təhsil hüququ kimi fundamental bir məsələ inzibati təsadüfiliyin və hüquqi qeyri-müəyyənliyin içində itib gedir. Təhsil sistemində dəyişiklik yalnız rəqəmlərlə yox, hüquqla, dəyərlə və vətəndaşa münasibətlə ölçülür. Bu münasibət isə hazırda yox dərəcəsindədir. Təhsili inzibati manelərlə yox, elmi və insani yanaşma ilə idarə etmək lazımdır. Əks halda, “təhsil” sözü kağız üzərində qalacaq, gənclər isə yollarını başqa ölkələrdə axtarmağa davam edəcək", - deyə K.Əsədov yekunlaşdırdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53
"Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Dünən, 15:45
“Azərenerji”dən 6.6 milyonluq layihə
Dünən, 15:39
Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Dünən, 15:24
"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Dünən, 15:16
RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Dünən, 15:10
ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... - DƏLİXANADIR VALLAH...
Dünən, 15:01
Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub - DETALLAR
Dünən, 14:52
Evin şüşədəndirsə... - GƏLİŞMƏ...
Dünən, 14:50
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi - “Anadolu”
Dünən, 14:46
“Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb - TƏFƏRRÜAT
Dünən, 14:44
Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI - BUNDAN SONRA...
Dünən, 14:43
Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar
Dünən, 13:08
Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək - Abovyan
Dünən, 13:06
Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq - KİV
Dünən, 12:51
Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb
Dünən, 12:45
Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı - YENƏ DƏ DEDİYİNİ DEYİR...
Dünən, 12:42
Arvadını öldürən Həmid - Məhkəmədən gizlənirmiş...
Dünən, 12:37
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış - “Seçilən işçilərdən olmuşam”
Dünən, 12:34
Axmaqlara xitab edənlər və Azərbaycan - REPLİKA
Dünən, 12:33
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib - Rusiya DİN
Dünən, 12:30
Kreml Trampın sülh təklifini niyə rədd edir? - “Atlantik Şura”
Dünən, 12:21
Kilsə-hakimiyyət qarşıdurması yeni MƏRHƏLƏDƏ
Dünən, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru