İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                 

Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Tarix: Bu gün, 08:50 | Çap et

Rusiya Güney Qafqazda özünün imperiya maraqlarını və əvvəlki mövqeyini təmin etmək üçün belə görünür, son resurs və təzyiq alətlərini işə salıb. Söhbət öncəliklə Ermənistandan gedir. Çünki regionda Moskvanın yeganə legitim hərbi bazası qonşu ölkədə, əsasən də Gümrüdə yerləşir.

Bu arada Rusiyaya aid növbəti hərbi yük təyyarəsi Ermənistana enib (Bakupost.az). Bu, son 10 gündə Rusiyadan 12-ci reysdir. Onların 10-u Gümrüyə, 2-si isə İrəvana edilib. Maraqlıdır ki, Kreml mövzuya münasibət bildirməkdən çəkinib. “Biz belə xəbərləri şərh etmirik. Məsələ barədə Müdafiə Nazirliyinə müraciət etməyiniz məsləhətdir”, - rəsmi reaksiyada vurğulanır.

“Yeni Müsavat” xatırladır ki, bir qədər öncə Ukrayna kəşfiyyatı Rusiyanın Gümrüdəki hərbi qüvvələrinin sayını artırdığı haqda sensasion məlumat yaymışdı. Qeyd edilirdi ki, əsas hədəf Ermənistanda daxili vəziyyəti qarışdırmaq (çevriliş üçün zəmin hazırlamaq), bu fonda Azərbaycana qarşı hərbi təxribat hazırlamaqdır. Rəsmi İrəvan isə dərhal bəyan eləmişdi ki, Ermənistan öz ərazisindən üçüncü dövlətə qarşı hücuma heç bir halda izn verməyəcək.

Məlumdur ki, Rusiya Ermənistanda özünə bağlı oliqarx-milyarder, hakimiyyətə zorla dəyişməyə çağırış edən və kilsəyə açıq dəstək verən, Azərbaycanın axtarışa verdiyi Samvel Karapetyanın, ardınca çevriliş cəhdində suçlanan, Rusiyaya bağlı digər bir sıra ictimai-siyasi fiqurların və din xadimlərinin həbsindən məmnun deyil. Kreml özünün bir sıra yüksək rütbəli məmurlarının dilindən Rusiya orbitindən uzaqlaşmağa çalışan Nikol Paşinyan hökumətini üstüörtülü şəkildə hədələyib də.

Baş verənlərin, o sırada Rusiyadan müəmmalı uçuşların həm də Əbu-Dabi görüşündən bir neçə gün sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Son gəlişmələr nədən xəbər verir? Kreml Paşinyan hakimiyyətinə qarşı çevriliş ssenarisini işə salıb? Hədəf həm də sülh sənədinin imzalanmasını əngəlləməkdirmi?

Bu da maraqlıdır ki, yaşananların fonunda ötən həftəsonu Gorusda hakim “Mülki müqavilə” Partiyasının siyasi toplantısı keçirilib. Partiyanın 200-ə yaxın üzvü toplantıda iştirak edib. Şəhərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib. Bəs niyə iclas məhz İrəvanda yox, Gorusda reallaşıb?

Bunu da qeyd edək ki, erməni cəmiyyəti Paşinyan iqtidarı tərəfindən Rusiyaya bağlı şəxslərin, o sırada keşişlərin həbsinə hələ ki neytral, sakit münasibət bəsləyir. Erməni mediasının yazdığına görə, əhalinin təxminən 60-70 faizi heç bir siyasi qüvvəyə inanmır. Bunu sorğular da sübut edir. Bu o deməkdirmi ki, Ermənistanda çevriliş cəhdləri iflasa məhkumdur?

Yeri gəlmişkən, Ermənistan məhkəməsi tərəfindən konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı Samvel Karapetyan siyasi partiya yaratmaq niyyətini açıqlayıb. Karapetyanın mətbuat xidməti məlumat yayıb.

Ümumiyyətlə, Kremlin ssenarisi ilə Ermənistanda çevriliş cəhdləri göstərilərkən, Rusiya hərbi bazasından “sülhməramlı qüvvə” kimi istifadə etməyə cəhd göstərəcəyi istisna deyil. Bu baxımdan, Kremlin nə Ermənistandan, nə də, ümumiyyətlə, Cənubi Qafqaz regionundan asanlıqla əl çəkəcəyinə inanmaq sadəlövhlük olardı...

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi İrəvanın üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd etdiyi bildirilib: “Bu bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana üstüörtülü mesajını oxumaq olar. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni müqaviləli hərbçilərin cəlb olunması barədə yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Məsələ burasındadır ki, bu məlumatlar Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda yayımlanıb. Yəni belə bir təsəvvür yarana bilər ki, Kreml Gümrüdəki hərbi bazanı Azərbaycan əleyhinə gücləndirib. Əgər Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Azərbaycan üçün deyil, Ermənistan hökuməti və şəxsən baş nazir Nikol Paşinyan üçün təhlükəlidir. Çünki Moskvadakı dairələr Ermənistanın radikal müxalifəti, kilsə və Rusiyadakı erməni işadamlarının vasitəsilə Nikol Paşinyana təzyiqi artırıblar”.

Analitikə görə, Paşinyan ona qarşı çevriliş hazırlandığı iddiasındadır: “Belə vəziyyətdə Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Nikol Paşinyana qarşı yönəlib. Ancaq Paşinyan diqqəti özündən yayındırmaq üçün Xarici İşlər Nazirliyi vasitəsilə belə bir mətn yayımlayıb ki, guya Gümrüdəki Rusiya bazasının gücləndirilməsi Azərbaycan əleyhinədir və belə olan halda o, həmin bazadan Azərbaycana qarşı istifadə edilməsinə imkan verməyəcək. Birincisi, Kreml Gümrüdə nəsə planlaşdırırsa, onu Nikol Paşinyanla bölüşməyəcək, ikincisi, Azərbaycan hədəfdirsə, bu, birbaşa Rusiyanın əleyhinə işləyəcək, Kreml həm Cənubi Qafqazı, həm də Türkiyəni itirəcək”.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın qənaətinə görə, Paşinyan əks-inqilab etməkdədir: “Ermənistan hakimiyyətinə qarşı iki variant qalıb: hərbi çevriliş və sui-qəsd. Rusiya iki addımdan birini edə bilər. Ancaq hələlik mümkün deyil. İlk növbədə ABŞ səfirliyinin iki minlik korpusu onu qoruyur, yəni kəşfiyyat Ermənistana yerləşib. İkincisi, Avropa Birliyi də müşahidə missiyası adı ilə bu ölkədə kəşfiyyat fəaliyyəti göstərir. Düzdür, hakimiyyət nümayəndələri 1999-cu il hadisələrinin təkrarlanmasını istisna etmirlər. Fəqət Paşinyan vaxtında tərpənib addımlar atır. Ona görə Rusiya Gümrüyə əlavə qüvvələr göndərməklə fors-major vəziyyətə, "X" gününə hazırlaşır. Belə desək, ilk fürsətdə rus ordusu kamfulyaj olaraq hərbi çevrilişdə erməni ordusunun sıralarında iştirak edə bilər. Hazırda bu versiyalar konspiroloji proqnozlar kimi görünə bilər, intəhası, Rusiyanın hakimiyyət dəyişikliyi üçün təzyiq rıçaqları azalır".

Ekspert iqtisadi basqıların da daxildə böyük çalxalanma və sosial partlayış yaradacağını gözləmir: “Çünki Paşinyan hökuməti müəyyən sosial proqramlar qəbul edir. Ən mühüm detal isə Qərbdən yardımın olmasıdır. Bu, çox olmaya bilər, ancaq Avropa Birliyi ilə ticarət dövriyyəsi artmaqdadır. Üstəlik, Rusiyanın sanksiyalardan yayınmasına da Ermənistan kömək edir. Bu baxımdan, Moskva-İrəvan əlaqələri ziddiyyətlidir. Bunu Rusiya rəsmiləri də qeyd edirlər. Zənnimcə, Kreml tələsmir, amma əlverişli şəraitə indidən hazırlıq görür ki, bunu da Gümrüyə yeni qüvvələr göndərməklə müşayiət edir”.

Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında normallaşma və yekun sülh müqaviləsinin qarşısını almaq üçün bütün ssenariləri nəzərdən keçirir. Onun fikrincə, Ermənistan hakimiyyətinin təhlükəsizliyinin təmini bu gün ən aktual məsələdir. Onun sözlərinə görə, ABŞ Ukraynaya 500 milyon silah yardımını təsdiq edib və Tramp yaxın günlərdə Rusiyanı ciddi mənfi nəticələr gözləyəcəyini mesajını verdi: “Yəni Rusiyanı Ukrayna cəbhəsində ağır itkilər gözləyir. Ukraynada çətin duruma düşən Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağı çətinləşəcək”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru