Əmək məcəlləsinin pozulması halları... .....                     FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb .....                     Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı .....                     Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər .....                     ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi .....                     Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi .....                     Paşinyan yeni katolikos axtarır .....                     “Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                     Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir .....                     Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: .....                     “Rossotrudniçestvo” rəhbərinin qorxusu: .....                     Paşinyan gizli danışıqlara .....                     Parisin "sülh göyərçini" təqdimatı: .....                     Deputatlara verilən bu pullar narazılıq yaratdı .....                     Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə .....                     Britaniya Ermənistana yeni səfir təyin edib .....                     AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib .....                     “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” .....                     Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb .....                     Zəngəzurla bağlı ŞOK ABŞ planı .....                     Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... .....                     DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi .....                     İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib .....                     Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                 

"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Tarix: Bu gün, 10:48 | Çap et

Azərbaycan son dövrlərdə tarixi qərarlar verir, tarixi addımlar atır. Son bir həftə-on gündə baş verənlərə nəzər salaq.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü Xankəndində keçirildi, yekun bəyannamədə Ermənistandan zorla deportasiya edilmiş Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını dəstəkləyən bənd var. Daha əvvəl -iyunun axırında İslam Əməkdaşlıq Təşkilatının İstanbul bəyannaməsində anoloji bənd var idi. Bu sənədlərin qəbul edildiyi sammitlərdə İranın rəhbər şəxsləri də iştirak edib, ancaq onlardan bu müddəaya etiraz bildirilməyib. Deməli, Zəngəzuru özünün "qırmızı xətti" elan edən qüvvələrin İran hakimiyyətində mövqeyi zəiflıyib. Azərbaycan diplomatiyası bu əlverişli şəraitdən maksimum yararlanmağa çalışır. Xüsusilə, Ermənistanla sülhün əldə olunması və Zəngəzur dəhlizi məsələsində.

Bir müddət öncə Azərbaycan tərəfi Zəngəzur dəhlizi məsələsini sülh müqaviləsinin mətnindən çıxaranda, Prezident İlham Əliyevin Azərbaycanda və ölkədən kənarda olan tənqidçiləri buna sevinmiş, belə bir gedişi "geri çəkilmə", az qala məğlubiyyət kimi şərh etmişdilər. Ancaq o zaman da yazdığımız kimi, bu, sadəcə, taktiki gediş idi, geri çəkilmə deyildi. Məsələ sülh sazişinin mətnindən çıxarılmışdı, danışıqlar gündəliyindən çıxarılmamışdı. Üstəlik Moskva Azərbaycana təzyiq edirdi ki, o, Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya verilməsinə razılaşsın. O halda Ermənistanın da bu formulla razılaşmaqdan başqa bir yolu qalmayacaqdı. Ancaq Azərbaycan bu məsələni sülh gündəliyindən çıxarmaqla, çox doğru manevr etdi. Bununla həm sülh sazişinin bütün mətninin razılaşdırılmasına imkan verdi, həm də Azərbaycanın sazişdənkənar tələblərinin birbaşa danışıqlar masasına gətirilməsinə şərait yaratdı. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi Azərbaycan-Türkiyə-Ermənistan formatında yeni müstəvidə yenidən gündəmə daşındı. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın zirvəsində, Ermənistan və Azərbaycan rəhbərlərinin bir-birinin ardınca Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyip Ərdoğanla görüşündə, eləcə də, Azərbaycan, Türkiyə, Pakistan, İran liderlərinin, eləcə də, Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin Xankəndidə apardığı məsləhətləşmələr Ermənistanın mövqeyinə təsir etməyə bilməzdi. Bu məsləhətləşmələrin mərkəzində duran əsas məsələlərdən biri də, təbii ki, Zəngəzur dəhlizi ilə bağlı idi. Buna heç şübhə yoxdur.

Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev iyulun 4-də İstiqlaliyyət günü ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub yazdı və tərəfdaşlığı gücləndirmək üçün siyasi iradə göstərməyə çağırdı. Həmin məktubda deyilirdi: "Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk.

Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır. Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur".

Məktubda sadalanan sahələrə nəzər yetirdikdə, burada qarşılıqlı iqtisadi-ticarət maraqları, onların içərisində, təbii ki, logistika önəmli yer alır. Bu zaman Orta dəhliz və təbii olaraq, Zəngəzur dəhlizi ön plana çıxır. Məlumdur ki, Ermənistan bu dəhlizə nəzarəti Amerika şirkətinə vermək istəyir. Buna, əlbəttə, Rusiya və İran isti yanaşmır, ancaq rəsmi Tehran müqavimət də göstərə bilmir. Rusiyanın isə müqavimət cəhdləri var; bir yandan Ermənistandakı bazasını gücləndirir, bir yandan, siyasi müxalifəti, kilsəni, Qarabağdan köçmüş separatçıları, terrorçuları səfərbır edərək hökumətə siyasi təzyiqi artırır. Ancaq hələ ki bir nəticəyə nail ola bilməyib.

Zəngəzur dəhlizinə Rusiyanın nəzarəti ilə bağlı məsələdə Ermənistanın mövqeyi aydındır; Nikol Paşinyan hökuməti bunu istəmir, Azərbaycan da bununla razıdır. Nəticədə söhbət Ermənistanın ərazisindən gedir. Ona görə də, ola bilsin, hansısa ortaq bir mövqe əldə olunub, yaxud əldə olunacaq. Azərbaycanın Türkiyə ilə, Türkiyənin Ermnistanla aktiv diplomatik təmasları da bu məqsədə yönəlib. Bunun indilik nəticəsi olaraq, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş oldu. Bu, bir neçə cəhətinə görə tarixi görüş idi. Əvvəla, Azərbaycana və Ermənistana eyni siyasi məsafədə dayanan, bölgədə bu iki ölkəni qarşı-qarşıya gətirəcək maraqları olnayan neytral bir platformada keçirildi; ikincisi, heç bir vasitəçinin və ya vasitəçilərin köməyi və təsiri olmadan keçirildi, üçüncüsü, tərəflər öz mövqeyini kənar təsir olmadan formalaşdıra bildi və gündəliyi də birbaşa qarşılıqlı anlaşma yolu ilə tərtib etdi. Bununla da göstərdilər ki, heç bir kənar qüvvənin köməyi olmadan da birbaşa danışıqlar apara, dil tapa bilərlər.

Beş saatlıq danışıqların nəticələri haqqında hələ ki geniş məlumat verilmir. Ancaq rəsmi təsdiqlənməmiş qeyri-rəsmi məlumatlara görə, Azərbaycanla Ermənistan öz aralarında bir sıra məsələlərdə prinsipial razılığa gəliblər. Onlardan biri də Zəngəzur dəhlizi məsələsidir. Ehtimal olunur ki, bu dəhlizə nəzarət ya Amerika şirkətinə, ya da həm Türkiyə, həm Amerika şirkətlərinə həvalə edilə bilər. Yaxud çoxtərəfli nəzarət mexanizmi yaradıla bilər.

Bunlar, təbii ki, ehtimallardır. Ancaq bir şey aydındır ki, Əbu-Dabi görüşü göstərdi ki, bu iki qonşu öz aralarında dol tapıb, münasibətləri normallaşdırmağa yüksək iradə göstərdilər. Bu, məsələnin bir tərəfidir. İkinci bir tərəfdən, dəhlizə nəzarətin necə təşkil olunmasından asılı olmayaraq, Ermənistandan deportasiya olunmuş Azərbaycanlılar dinc və ləyaqətli şəkildə öz tarixi yurdlarına qayıtmalıdır. Bunun Gürcüstan nümunəsi var: Sovet İttifaqı dağıldıqdan sonra Mesheti türkləri Orta Asiyadan Gürcüstana - öz dədə-baba torpaqlarına qayıtmaq imkanı əldə etdi. Azərbaycanın apardığı diplomatiyanın bir əsas hədəfi də Qərbi Azərbaycan icmasının öz tarixi yurdlarına qayıtması və Ermənistan cəmiyyətində öz yerini tutmasıdır. Belə olan halda Qərbi Azərbaycanlıların bir hissəsi də Azərbaycanla Ermənistanı əlaqələndirəcək, Azərbaycanın əsas hissəsini burləşdirən Naxçıvana və oradan Türkiyəyə uzanacaq yolların, eləcə də, Ermənistandan Türkiyəyə açılacaq yolların üzərində məskunlaşacaqlar, çünki tarixən də belə olub. Naxçıvanda bölgə dövlətlərinin, başqa dost ölkələrin şirkətlərinin iştirakı ilə nəhəng iqtisadi proyektlər gerçəkləşəcək; Naxçıvan bölgənin müştərək iqtisadi, ticarət mərkəzi, logistika qovşağı, xüsusi iqtisadi zona kimi inkişaf edəcək, bu özlüyündə bölgədə sülhün iqtisadi qarantiyasına çevriləcək. Eyni zamanda Ermınistana - öz dədə-baba torpaqlarına qayıdacaq Azərbaycanlılar da sülh sazişinin demoqrafik təminatçısı olacaqlar. Bundan başqa onlar Ermənistanın ictimai-siyasi həyatında, biznesdə öz yerlərini tutacaqlar. Bununla da Azərbaycan-Ermənistan münasibətləri də Azərbaycan-Gürcüstan tərfsaşlığı modelində qurulacaq və təbii ki, Gürcüstan-Ermənistan münasibətlərinə də müsbət təsir edəcək. Belə olarsa, Prezident İlham Əliyevin yenidən gündəmə gətirdiyi "Qafqaz evi", "Qafqaz üçlüyü" formatı qurula bilər. Bu, bölgənin hərbsizləşdirilməsinə və dinc inkişafına yol aça bilər. Hər üç Cənubi Qafqaz respublkası arasında möhkəm səmimi birlik yaranarsa, bu, kənar geosiyasi təsirlərdən birlikdə qorunmağa və müstəqil siyasət aparmağa daha geniş imkanlar açar.

Bu baxımdan, bəli, Əbu-Dabi görüşünün, ümumiyyətlə, prezident İlham Əliyevin apardığı aktiv xarici siyasətin hədəfləri çoxşaxəlidir. Bu, sabitliyə və inkişafa əsaslanan bir strategiyadır. Bu, təkcə Ermənistanla sülh sazişi bağlamaq deyil, həm də və daha çox bütün bölgənin dinc gələcəyinə zəmin yaradan strateji xəttdir.

Vaxtilə "hücum diplomatiyası" deyiləndə bunlar nəzərdə tutulurdu. Ancaq, əlbəttə, bu hədəflərə çatmaq üçün hələ uzun yol var. Bu gün əldə olunan nəticələr hələ başlanğıcdır. Hər şey hələ yenicə başlayır...

Bahəddin Həzi, Bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Bu gün, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Bu gün, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Bu gün, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Bu gün, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Bu gün, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Bu gün, 17:13
Paşinyan yeni katolikos axtarır
Bu gün, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Bu gün, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Bu gün, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Bu gün, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Bu gün, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Bu gün, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Bu gün, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Bu gün, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Bu gün, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Bu gün, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Bu gün, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Bu gün, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Bu gün, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Bu gün, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Bu gün, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Bu gün, 15:55
Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Bu gün, 15:53
Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Bu gün, 15:49
Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 15:35
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Bu gün, 15:31
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru