Ukrayna cəbhəsində gərginlik davam edir.. .....                     Ceyhun Cəlilovun məmurları HOQQA VERİR .....                     Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək .....                     "Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" .....                     Babək Hüseynov dövlətə necə ZİYAN VURUR .....                     Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... .....                     Nail Abdullayev haqda İLGİNC FAKT .....                     ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər .....                     ABŞ və İran arasında qarşılıqlı zərbələr güclənib, .....                     İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb .....                     CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı .....                     ABŞ İrana yeni zərbələr endirməyə başlayıb .....                     "The Guardian" sensasiyalı planı açdı: .....                     Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu .....                     Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? .....                     Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir... .....                     İcra məmuru vəzifəsinə qəbulda müraciət edənlərin 90 %-dən çoxu hüquqşünas deyil .....                     Rəhbərlik işi düzgün tənzimləyə bilmir deyə... .....                     “Azərbaycan Nüvədini geri istəyir..” .....                     Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub .....                     "O saat rayon rəhbərliyi hücuma keçərək mane olur..." .....                     DÖNÜŞ NÖQTƏSİ... .....                     Putin nüvə silahına ƏL ARTACAQMI... .....                     Kim daha çox Xomeyniçidir: CENTCOM, Xamenei, Tramp, yoxsa SEPAH? .....                     "“Oyun qaydaları” tez-tez dəyişməsi ürküdür" .....                     "Müşfiqin üzünə durub ölümünə imza atanların adını biz çəkmiriksə..." .....                     Gerblə bağlı qalmaqal: .....                     "Xalqın pullarını dədə malı kimi ona-buna verir..." .....                     S-400-lərin başqa ölkəyə satışı olsa, Rusiya... .....                     Burda müştərini rəsmən YOLA VERİRLƏR... .....                     "Bizdə bu proses NİYƏ BU QƏDƏR ÇƏTİNDİR..." .....                     Misirli hakerlər AFA-nın hesabını sındırdılar .....                     Ya etiraf edin ki, Prezidenti aldatmısınız, ya da... .....                     Müsəlman liderdən rezonans doğuran addım: .....                     Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var .....                     Trampın Ukrayna qərarına səbəb olan "gizli" amil .....                     Qadınlara qarşı ZORAKILIQ... .....                     Səhiyyəmizin AĞLAMALI HALI .....                     “Kontakt Home” BELƏ İFŞA OLUNDU .....                     Dilarənin əynində əyni... .....                 

"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Tarix: 15-07-2025, 06:47 | Çap et

"Sertifikasiya imtahanları müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm bir vasitə kimi nəzərdə tutulsa da, bu prosesin tətbiqində bir çox struktur, metodoloji və kommunikasiya problemi mövcuddur. Ən böyük çətinlik isə bu imtahanlarda müəllimlərin kütləvi şəkildə kəsilməsi və bunun ardınca əmək münasibətlərinin pozulması ilə bağlıdır. Problemin kökündə təlim-tədris sisteminin zəifliyi, dəstək mexanizmlərinin olmaması, metodik vəsaitlərin çatışmazlığı və Elm və Təhsil Nazirliyinin bu istiqamətdə sistemsiz fəaliyyəti dayanır".

Bu fikirləri təhsil eksperti Kamran Əsədov Redaktor.az-a müəllimlərin sertifikasiya imtahanlarında daha yüksək nəticə göstərməmələrinin səbəbləri barəsində danışarkən bildirdi. Onun sözlərinə görə, 2024-cü ilin nəticələrinə əsasən, sertifikasiyadan keçən müəllimlərin ümumi faizi 69,8% təşkil edib:

"Bəzi fənlərdə bu göstərici 85%-ə qədər yüksəlsə də, tarix, fizika, riyaziyyat, kimya və xarici dil fənləri üzrə bu rəqəm 40-50% civarındadır. Bu göstərir ki, təhsil sistemində müəllim hazırlığının keyfiyyətində ciddi boşluqlar mövcuddur. “Təhsil haqqında” Qanunun 14.3-cü maddəsinə görə, müəllimlərin ixtisasartırma və peşəkar inkişafı dövlət tərəfindən təmin olunmalıdır. Lakin bu maddə praktikada həyata keçirilmir. Sertifikasiyaya hazırlıq mərhələsi sistemli deyil, təlimlər regiondan-regiona fərqli səviyyədə keçir, bəzən heç keçirilmir və ya rəsmi nəzarətə tabe deyil".

Ekspert bildirdi ki, sertifikasiya imtahanları formal şəkildə bilik yoxlaması funksiyası daşıyır, lakin müəllimin tədris keyfiyyətini, pedaqoji bacarığını, sinif idarəetməsini, kommunikasiya səriştəsini, texnoloji vasitələrdən istifadəsini qiymətləndirmir:

"Beləliklə, bu proses bilik yoxlaması ilə səriştə ölçümünü qarışdırır. Dünya təcrübəsində, məsələn, Sinqapurda müəllimlərin qiymətləndirilməsi üçün çoxpilləli model tətbiq olunur: yazılı test, dərs müşahidəsi, şagird rəyləri və rəhbərlik qiymətləndirməsi əsasında qərar verilir. Estoniyada müəllimin biliyi yox, sinifdə tətbiq etdiyi strategiya əsas götürülür və minimum bilik göstəricisi olsa belə, onun dəyişmək və inkişaf etmək istəyi əsas meyar sayılır.

Azərbaycanda isə müəllimlərə “imtahanda 30 bal toplaya bilmədin, işdən çıxarıldın” yanaşması tətbiq olunur. Bu isə təkcə fərdin deyil, bütövlükdə sistemin inkişafına zərbə vurur. Müəllim peşəsinin sosial nüfuzu aşağı salınır, motivasiya itirilir və gənc nəslin bu sahəyə marağı zəifləyir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsi yalnız əmək funksiyasını yerinə yetirmədikdə və ya bacarıqsızlıq hallarında ləğv oluna bilər. Sertifikasiyada bal toplamaq əmək funksiyasının yerinə yetirilməsi ilə eyniləşdirilə bilməz. Bu baxımdan hüquqi cəhətdən də mövcud təcrübə mübahisəlidir. Sertifikasiyadan keçməyən müəllimlərin sayını azaltmaq üçün sadəcə imtahanı sadələşdirmək deyil, bu prosesi əvvəlcədən planlamaq, peşəkar hazırlıq mühiti yaratmaq, resurslarla təmin etmək, psixoloji və metodik dəstək vermək zəruridir. Nazirlik isə bu sahədə nə təhlil aparır, nə də qabaqlayıcı tədbirlər görür. İllik fəaliyyət planlarında sertifikasiya yalnız “yerinə yetiriləcək texniki prosedur” kimi qeyd olunur. Heç bir uzunmüddətli plan, inkişaf strategiyası, nəticələrin təhlili ilə bağlı ictimai hesabat təqdim edilmir. Prosesin monitorinqi, təsir analizləri, geridönüş mexanizmləri və təkrar hazırlıq planları mövcud deyil. Elm və Təhsil Nazirliyinin bu səssizliyi, məsuliyyət yayındırma cəhdi kimi dəyərləndirilə bilər".

K.Əsədovun sözlərinə görə, əslində, bu imtahan sisteminin düzgün tətbiqi ilə peşəkar inkişafı təşviq edən bir model qurmaq mümkündür.

"Sertifikasiyadan kəsilən müəllimlər üçün fərdi inkişaf planı hazırlanmalı, onlara mentor təyin olunmalı, 1 il ərzində intensiv ixtisasartırma proqramı keçilməli və yalnız bundan sonra onların statusu ilə bağlı qərar verilməlidir. Bu, həm hüquqi, həm də pedaqoji baxımdan daha humanist və məqsədyönlü yanaşmadır. Yaxın gələcəkdə bu sistem belə davam edərsə, müəllim çatışmazlığı daha da dərinləşəcək. Artıq bəzi regionlarda ixtisaslı müəllim tapılmadığı üçün vakansiyalar aylarla boş qalır. Əgər vəziyyət dəyişməzsə, xüsusən riyaziyyat, fizika, kimya və xarici dil müəllimləri üzrə ciddi kadr böhranı yaşanacaq. Bunun qarşısını almaq üçün sertifikasiya sisteminin özünü də “sertifikatlaşdırmaq” lazımdır – yəni səmərəliliyini, ədalətliliyini və məqsədəuyğunluğunu yenidən qiymətləndirmək və transformasiya etmək. Elm və Təhsil Nazirliyi təhsilin keyfiyyətini yalnız ölçmək yox, onu formalaşdırmaq və inkişaf etdirmək üçün sistemli tədbirlər görməlidir. Bu istiqamətdə real planların olmaması, risklərin proqnozlaşdırılmaması və ictimai iştirakın təmin olunmaması, təhsilin gələcəyinə münasibətdə məsuliyyətsizlik nümunəsidir. Təhsil islahat adı ilə yox, məqsəd və nəticə ilə həyata keçirilməlidir. Sertifikasiya, əgər düzgün idarə olunmasa, inkişaf aləti yox, kütləvi arxayınlıq və narazılıq mənbəyinə çevriləcək",- deyə ekspert qeyd etdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna cəbhəsində gərginlik davam edir.. - TƏFƏRRÜAT
Bu gün, 06:40
Ceyhun Cəlilovun məmurları HOQQA VERİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək - Ukraynanın Müdafiə Qüvvələri üçün...
Bu gün, 06:26
"Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" - partiya sədri
Bu gün, 06:21
Babək Hüseynov dövlətə necə ZİYAN VURUR - BU RƏSMƏN QARƏTDİR!
Bu gün, 06:17
Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... - bu sistemə keçilməsə…
Bu gün, 06:07
Nail Abdullayev haqda İLGİNC FAKT - SƏN DEMƏ...
Bu gün, 06:04
ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər - WP
Bu gün, 05:49
ABŞ və İran arasında qarşılıqlı zərbələr güclənib, Hörmüz boğazı yenidən bağlanıb
Bu gün, 05:36
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 02:59
CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı məlumatları təkzib edib
Bu gün, 02:55
ABŞ İrana yeni zərbələr endirməyə başlayıb - KİV
Bu gün, 02:52
"The Guardian" sensasiyalı planı açdı: - Avropa İrana güzəştə gedir, yoxsa yeni rüsum?
Dünən, 12:04
Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 12:02
Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası
Dünən, 11:54
Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir... - AMMA...
Dünən, 11:51
İcra məmuru vəzifəsinə qəbulda müraciət edənlərin 90 %-dən çoxu hüquqşünas deyil - Seyfəlpaşa Əliyev
Dünən, 11:41
Rəhbərlik işi düzgün tənzimləyə bilmir deyə... - BU NƏDİ BELƏ?
Dünən, 11:40
“Azərbaycan Nüvədini geri istəyir..” - Ermənilər təlaşda
Dünən, 11:24
Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub - SEPAH
Dünən, 11:21
"O saat rayon rəhbərliyi hücuma keçərək mane olur..." - MÜRACİƏT
Dünən, 11:03
DÖNÜŞ NÖQTƏSİ... - ANIM
Dünən, 10:50
Putin nüvə silahına ƏL ARTACAQMI... - GƏLİŞMƏ
Dünən, 10:38
Kim daha çox Xomeyniçidir: CENTCOM, Xamenei, Tramp, yoxsa SEPAH? - AKTUAL
Dünən, 10:33
"“Oyun qaydaları” tez-tez dəyişməsi ürküdür" - illik planlar qurmaq olmur...
Dünən, 10:30
"Müşfiqin üzünə durub ölümünə imza atanların adını biz çəkmiriksə..." - Müşfiqin qohumundan Xalq şairinin nəticəsinə CAVAB
Dünən, 10:26
Gerblə bağlı qalmaqal: - aktyor müraciət etdi, deputat açıqlama verdi
Dünən, 10:22
"Xalqın pullarını dədə malı kimi ona-buna verir..." - ÖZBAŞINA QALIBLAR...
Dünən, 08:39
S-400-lərin başqa ölkəyə satışı olsa, Rusiya... - Yalçın
Dünən, 08:17
Burda müştərini rəsmən YOLA VERİRLƏR...
Dünən, 08:16
"Bizdə bu proses NİYƏ BU QƏDƏR ÇƏTİNDİR..." - NARAZILIQ VAR...
Dünən, 07:59
Misirli hakerlər AFA-nın hesabını sındırdılar - Qarət cəzasız qalmayacaq
Dünən, 07:46
Ya etiraf edin ki, Prezidenti aldatmısınız, ya da... - Buyur, Emin Əmrullayev, İlqar Bayramlı söz sizdədir..."
Dünən, 07:33
Müsəlman liderdən rezonans doğuran addım: - Trampla telefon danışığında…
Dünən, 07:15
Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO
Dünən, 07:12
Trampın Ukrayna qərarına səbəb olan "gizli" amil - "The Wall Street Journal"
Dünən, 03:43
Qadınlara qarşı ZORAKILIQ... - NƏ ETMƏLİ?
Dünən, 03:38
Səhiyyəmizin AĞLAMALI HALI - GİLEY
Dünən, 03:35
“Kontakt Home” BELƏ İFŞA OLUNDU - TƏFƏRRÜAT
Dünən, 03:30
Dilarənin əynində əyni... - FOTO
Dünən, 02:56
Qanunsuz mərc oyunlarına maraq niyə artıb? - HƏQİQƏTƏN DƏ...
Dünən, 02:51
Dəmir Yollarında NARAZILIQ... - Bilet qəhətə çəkilib...
Dünən, 02:47
Patriot.az saytı 15 yaşını qeyd edir
Dünən, 02:35
"Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik"
11-07-2026, 17:50
Rusiya üçün sonun başlanğıcı: - Ukrayna Kremlin "savaş iqtisadiyyatı"nı dağıdır
11-07-2026, 17:45
Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO
11-07-2026, 17:29
Netanyahunun ən böyük kabusu Türkiyədir - ŞƏRH
11-07-2026, 13:21
Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi
11-07-2026, 13:17
''Arzum”un anası Bakıya gəldi - Mərhumun ailəsindən CAVAB
11-07-2026, 13:01
Günay Novruzqızına yeni vəzifə verildi - BUNDAN SONRA...
11-07-2026, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru