“Unibank” Kommersiya Bankı ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb. Qəbul edilmiş qərar Bankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması məqsədini daşıyır.
Bu barədə "DİA-AZ"-a Bankdan bildirilir.
Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb.
Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş Maliyyə İnzibatçısı Faiq Zeynalov və Baş Risk İnzibatçısı Andrey Qrabdır.
Unibank KB-nin İdarə Heyətinin sədri Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb. Bankın səhmdarları rəhbərliyi dövründə Bankın inkişafına verdiyi töhfələrə görə, Fərid Abuşova öz minnətdarlığını bildirir və gələcək fəaliyyətində uğurlar arzulayır.