Belə davam etsə: AZERCELL müştərisiz qalacaq... .....                     Şeyx İrəvanda hakimiyyəti “dəyişir” .....                     İşçilərə pulsuz müalicə və... .....                     "Əməliyyatı Britaniya casusları Azərbaycan vasitəsilə həyata keçirib..." .....                     Mətin Eynullayevin qardaşı vəfat etdi .....                     Sabirabadda evdə yanğın zamanı ölənlərin kimliyi bilindi .....                     Azərbaycan BRİCS-ə üzvlükdən vaz keçir? .....                     Rus sevgilisinin evində tələbə qızı öldürdü, meyitini zibil yeşiklərinə atdı .....                     Tikinti materiallarının qiyməti artmasa da, mənzillərin qiyməti niyə kəskin yüksəlib? .....                     "Qışqırmaqdan səsim batıb" .....                     Məhkəmə Hüquq Şurası qanunları pozan hakimlərin müdafiəsində duracaqsa… .....                     Oral seks təklifinə görə dostunun başını kəsdi .....                     Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi... .....                     BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... .....                     Sabirabadın Muğan Gəncəli kəndində evdə yanğın zamanı 4 nəfər ölüb .....                     Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək? .....                     "REGİONAL HOSPİTAL" MMC-nin vergi borcu artıb .....                     Ukraynanın "Azovstal" müdafiəçilərini Rusiya əsirliyindən qurtarmaq uğrunda mübarizəsi .....                     Həbsdə olan jurnalistin ailəsi PREZİDENTƏ müraciət etdi .....                     Azərbaycanın Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı .....                     Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR: .....                     Mərkəzi Klinikada HƏKİM TAMAHKARLIĞI .....                     Rusiyadan sığınacaq istəyən Azərbaycan vətəndaşından daha bir SƏRSƏMLİK .....                     Vallah-billah, mən Elçin Şıxlının tənqidə məruz qalan həmin yazısında bir qüsur görmədim .....                     "Bu missiyanı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırdıq" .....                     İstanbul Ukrayna ilə danışıqlar platformamız olaraq qalacaq .....                     AAYDA-nın bu məmuru ÖZBAŞINA QALIB .....                     Şirvanda məmurun ŞÜBHƏLİ BİZNESİ .....                     5 ildir ki... HAQQINI ARAYIR... .....                     Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM “əsas” axtardı .....                     "FERMA ART" kafesinin vergi borcu üzə çıxıb .....                     70 yaşlı icra başçısı 14 ildir ki VƏZİFƏ BAŞINDADIR .....                     Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb .....                     Araz Musayevin vəziyyəti ağırlaşdı .....                     Kibermüharibə: Növbəti hədəf Azərbaycan .....                     Ədliyyə Nazirliyinin Komandiri bahalı MAŞINI İLƏ... .....                     Nazir və digər rəsmilər Laçında belə rəqs etdi .....                     ABŞ və Azərbaycan necə dil tapacaq? .....                     Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? .....                     Fransa Zəngəzurda Rusiyanı qabaqladı .....                 

“TikTok”da kredit “möcüzəsi”: Pul ver, borcun silinsin – YENİ TƏLƏ
Tarix: 2-06-2025, 16:54 | Çap et

Son günlər “TikTok” sosial şəbəkəsində yayılmış bəzi videolar ictimai narahatlıq doğurur. Belə ki, müxtəlif adlarla fəaliyyət göstərən səhifələrdə özlərini “İT mütəxəssisi”, “haker” və ya “sistem işçisi” kimi təqdim edən şəxslər Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) borcu olan vətəndaşlara müraciət edərək onları borclarının “sistemdən silinə biləcəyinə” inandırmağa çalışırlar.

Bu cür videolarda əsas hədəf qrupu – kredit borcunu ödəməkdə çətinlik çəkən vətəndaşlardır. Fırıldaqçılar vətəndaşa “kömək” etmək adı ilə əvvəlcədən müəyyən məbləğ tələb edir, əvəzində isə guya sistemə daxil olub borc məlumatını siləcəklərini iddia edirlər. Lakin pulu əldə etdikdən sonra ya həmin səhifə tamamilə silinir, ya da vətəndaş bloka atılır.

Əldə etdiyimiz məlumata görə, bu cür hallarla qarşılaşanların sayı artmaqdadır. Nəticədə vətəndaş nəinki kredit borcundan qurtulmur, əksinə, həm BOKT-a olan öhdəliyini ödəməyə davam edir, həm də əlavə maddi ziyana düşür.

Hüquqşünaslar bu cür “xidmətlərin” açıq şəkildə dələduzluq olduğunu bildirirlər.

Çünki kredit borclarının hüquqi silinməsi yalnız məhkəmə qərarı və ya müvafiq rəsmi prosedurla mümkündür. İstənilən qeyri-rəsmi vasitə isə həm hüquqi risk yaradır, həm də vətəndaşın ikinci dəfə aldadılmasına şərait yaradır.

Mütəxəssislər vətəndaşlara bu cür vədlərə inanmamağı, şübhəli səhifələrlə əlaqə saxlamamağı və belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyə edirlər.

Mövzu ilə bağlı Musavat.com-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, istər BOKT-larda, istərsə də banklarda kommersiya qurumu müştərisinin məlumatının silinməsində maraqlı deyil:

“Bu, həmin quruma birbaşa maliyyə zərəri olaraq hesablanır. Ona görə də kommersiya təşkilatları bunda maraqlı deyillər. Doğrudur, orada çalışan müəyyən səlahiyyətli şəxslər bu əməliyyatı edə bilərlər.

Ancaq nəzərdən qaçmamalıdır ki, bank proqram təminatına bənzər proqram təminatları üzərindən iş aparmaq olursa, bu o deməkdir ki, sistem çoxşaxəli olaraq nəzarət altındadır. Yəni hər hansısa bir əməkdaşın və ya kənar şəxsin oradakı müdaxiləsi bir çox nəzarət mexanizmi tərəfindən izlənilir. Xüsusən də maliyyə təşkilatlarına Mərkəzi Bankın tələbləri ağırdır. Bu tələblər içərisində müəyyən standartlar tətbiq olunur.

Bu isə o deməkdir ki, hər hansısa daxili əməkdaş bir əməliyyat apardıqda bu, qısa müddət ərzində aşkarlanar və əməkdaş böyük məsuliyyətə cəlb olunar. Ona görə də əməkdaşların hazırkı rəqəmsal dövrdə bunu etməsi ağlabatan deyil. Əgər təşkilat proqram təminatı ilə idarə olunursa, əməkdaşın bu riskə getməsi mümkün deyil”.

Ekspert kənar müdaxiləyə də aydınlıq gətirib:

“Kənar müdaxilə ola bilər. Azərbaycanda banklara hücumlar çoxdur. Lakin bu müdaxilələr istənilən halda araşdırılıb tapılır.

Onu da qeyd edim ki, ölkəmizdən kənar müdaxilə ilə bankdan oğurluq halları hələ ictimaiyyətləşməyib. Bu o deməkdir ki, bu kimi hallar ya baş verməyib, ya da bank tərəfindən anındaca qarşısı alınıb.

Bir sözlə, Azərbaycanda bu günədək bankdan və ya bank olmayan kredit təşkilatından kənar müdaxilə ilə oğurlanma baş verməyib. Çünki burada aparılan bütün əməliyyatlar bir neçə izlənmə və monitorinq mexanizmləri ilə izlənilir. Həmçinin də sistemin daxilində bir borc silinəndə digər sistemlər inteqrasiya olunur. Yəni digər tərəfdə boşluq, açıqlıq yaranır. Hazırkı sistemlərdə mümkün deyil ki, müştərinin hər hansısa kənar müdaxilə ilə borcu silinsin və o iz tapılmasın.

BOKT-lar da banklar kimi maliyyə standartlarına uyğunlaşdırılıb. Mərkəzi Bank bu təşkilatların hər birinə eyni gözlə baxır və lisenziya vermək üçün eyni tələbləri qoyur.

Azərbaycanda vətəndaşların kütləvi halda bank borcları var. Buna görə də insanlar bu silinməni ümid yeri olaraq görür. Dələduzlar isə bunun fərqindədirlər.

Sosial şəbəkələrdə belə “xidmətlər” təklif edən şəxslər səhifəni də xaricdən idarə edirlər, izlərini tapmaq çox çətindir. Onların məqsədi dələduzluq yolu ilə vətəndaşın pulunu əlindən almaqdır”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, bu kimi hallar birbaşa dələduzluqdur:

“BOKT-lar və banklar kredit məsələsində demək olar ki, eyni sistemdə çalışırlar. Onların elə də ciddi fərqi yoxdur. Doğrudur, bank sistemində nəzarət daha sərtdir və risk menecmenti daha güclüdür. Amma hər halda hər ikisinin prinsipləri eynidir. Ona görə də belə çağırışlardan uzaq durmaq lazımdır.

Əgər elə bir şey mümkün olsaydı, hakerlərin özləri BOKT-lardan kredit götürərdilər və sonra da silərdilər. Bu da onu göstərir ki, bu şəxslər dələduzdurlar.

Bəzən insanlar mənə də müraciət edib soruşurlar ki, belə bir şey mümkündür? Deyirəm ki, qəti mümkün deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Belə davam etsə: AZERCELL müştərisiz qalacaq... - KAMPANİYA VAR...
Bu gün, 09:10
Şeyx İrəvanda hakimiyyəti “dəyişir” - NƏ BAŞ VERİR?
Bu gün, 09:06
İşçilərə pulsuz müalicə və... - Ekspert danışır...
Bu gün, 09:00
"Əməliyyatı Britaniya casusları Azərbaycan vasitəsilə həyata keçirib..." - Erməni politoloq çərənlədi...
Bu gün, 08:56
Mətin Eynullayevin qardaşı vəfat etdi
Bu gün, 08:54
Sabirabadda evdə yanğın zamanı ölənlərin kimliyi bilindi
Bu gün, 08:47
Azərbaycan BRİCS-ə üzvlükdən vaz keçir? - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
Rus sevgilisinin evində tələbə qızı öldürdü, meyitini zibil yeşiklərinə atdı - 100 minlik iddia qaldırıldı
Bu gün, 08:42
Tikinti materiallarının qiyməti artmasa da, mənzillərin qiyməti niyə kəskin yüksəlib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
"Qışqırmaqdan səsim batıb" -xalq artisti teatrı tərk edib?
Bu gün, 08:37
Məhkəmə Hüquq Şurası qanunları pozan hakimlərin müdafiəsində duracaqsa… - FAKT BUDUR Kİ...
Bu gün, 08:32
Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 08:28
Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi... - AXI NİYƏ?..
Bu gün, 08:17
BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
Bu gün, 08:15
Sabirabadın Muğan Gəncəli kəndində evdə yanğın zamanı 4 nəfər ölüb - TƏFƏRRÜAT
Bu gün, 07:56
Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək? - GƏLİŞMƏ
Bu gün, 07:06
"REGİONAL HOSPİTAL" MMC-nin vergi borcu artıb - FOTO
Bu gün, 07:04
Ukraynanın "Azovstal" müdafiəçilərini Rusiya əsirliyindən qurtarmaq uğrunda mübarizəsi - TƏFƏRRÜAT
Bu gün, 06:59
Həbsdə olan jurnalistin ailəsi PREZİDENTƏ müraciət etdi - "Atam həbsdə insult keçirib..."
Bu gün, 06:52
Azərbaycanın Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı - FOTO, VİDEO
Bu gün, 06:18
Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR: - Yenilik olacaq
Bu gün, 06:13
Mərkəzi Klinikada HƏKİM TAMAHKARLIĞI - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rusiyadan sığınacaq istəyən Azərbaycan vətəndaşından daha bir SƏRSƏMLİK - İNDİ DƏ...
Bu gün, 05:40
Vallah-billah, mən Elçin Şıxlının tənqidə məruz qalan həmin yazısında bir qüsur görmədim - Bahəddin Həzi
Bu gün, 05:28
"Bu missiyanı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırdıq" - deputat
Bu gün, 05:19
İstanbul Ukrayna ilə danışıqlar platformamız olaraq qalacaq - Rusiya XİN
Bu gün, 05:07
AAYDA-nın bu məmuru ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
Şirvanda məmurun ŞÜBHƏLİ BİZNESİ - İLGİNC
Bu gün, 04:55
5 ildir ki... HAQQINI ARAYIR... - MÜRACİƏT
Bu gün, 04:50
Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM “əsas” axtardı - VİDEO
Bu gün, 04:43
"FERMA ART" kafesinin vergi borcu üzə çıxıb - VİDEO
Bu gün, 04:39
70 yaşlı icra başçısı 14 ildir ki VƏZİFƏ BAŞINDADIR - TƏFƏRRÜAT
Bu gün, 04:35
Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb - “Yonhap”
Bu gün, 04:28
Araz Musayevin vəziyyəti ağırlaşdı - FOTO
Bu gün, 04:25
Kibermüharibə: Növbəti hədəf Azərbaycan - VİDEO
Bu gün, 04:10
Ədliyyə Nazirliyinin Komandiri bahalı MAŞINI İLƏ... QANUN-MANUN HƏRLƏMİR
Bu gün, 04:05
Nazir və digər rəsmilər Laçında belə rəqs etdi - VİDEO
Bu gün, 04:00
ABŞ və Azərbaycan necə dil tapacaq? - AKTUAL
Bu gün, 00:29
Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? - İLGİNC
Bu gün, 00:21
Fransa Zəngəzurda Rusiyanı qabaqladı - Azərbaycana qarşı yeni oyun, yoxsa, özünümüdafiə cəhdi?
Bu gün, 00:17
Rusiyadan danışıqlar imitasiyası: - Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
Bu gün, 00:14
"Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb"
Bu gün, 00:04
Nazir müavini vəzifəsindən azad edildi
Dünən, 18:49
Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
Dünən, 17:17
Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? - DETALLAR
Dünən, 17:12
Yayda restoranlar müştəriləri belə soyur: - “50 manat...”
Dünən, 17:09
Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Dünən, 17:04
“Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, - FOTO
Dünən, 16:54
“Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?
Dünən, 16:52
“Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” - Rəşid Mahmudov
Dünən, 16:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru