Dünən, iyunun 1-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan doğum gününü qeyd edib. Onun 50 yaşı tamam olub.
Moderator.az xəbər verir ki, bu haqda mamul.am nəşri məlumat yayıb.
ArmLur.am- ın məlumatına görə , dünən axşam bütün hakim elita Paşinyanın doğum gününü Göyçə gölü sahilindəki hökumət malikanəsində qeyd edib.
Bunu internetdə yayılan fotolar da sübut edir... Maraqlıdır ki, hökumət üzvlərinin fotoları yayılsa da, Paşinyanın özünün və ailə üzvlərinin fotoları yayılmayıb.
Qeyd edilir ki, Paşinyanı dünən Rusiya prezidenti və baş naziri də təbrik edib.