“Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                     İrandan müəmmalı Zəngəzur açıqlaması .....                     Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? .....                     “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU .....                     Mərhum iş adamının yüksək rütbəli oğlu .....                     “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı .....                     “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” .....                     DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib .....                     Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... .....                     Hamının subay bildiyi Namiq 6 ay əvvəl... .....                     Şimal-şərq küləyi əsəcək .....                     20 ildir icra başçısı olan Mərdan Camalov…… .....                     Paşinyanla Makron Azərbaycana gələ bilər? .....                     İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, .....                     Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb .....                     Üç kənddə görünməmiş FƏLAKƏT .....                     “Azər-Türk Bank” kimə ARXAYINDIR? .....                     “Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” .....                     TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... .....                     Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb .....                     Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR .....                     Fuad Nəcəfliyə inanıb qayıtmışdım... .....                     Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq .....                     Elcan Rəsulov Mədət Quliyevlə bir arada .....                     "Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin .....                     Türk NATO-su nə zaman yaradılacaq? .....                     5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır .....                     Pozulmuş əmək hüquqlarının bərpasında... .....                     Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? .....                     Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar .....                     Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət .....                 

Zəngəzur məsələsi bitdi? - Moskva və Tehrandan mesajlar
Tarix: Bu gün, 08:55 | Çap et

“Biz Azərbaycanla İran arasında münasibətlərdə dəyişiklikləri müşahidə edirik: birgə təlimlər keçirlər, İran alternativ dəhliz təklif edib. Zəngəzur dəhlizi artıq aktuallığını itirib”.

“Yeni Müsavat” bildirir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına müsahibəsində bildirib.

İranın İrəvandakı səfiri Mehdi Sübhani isə Ermənistan mediasına açıqlamasında yenə Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib. O iddia edib ki, Zəngəzur dəhlizi açılmayacaq. Ardınca rəsmi Bakının ünvanına “Heç bir məsələni güc yolu ilə həll etmək olmaz” mesajını göndərib. Səfir bu sözləri ilə Azərbaycanı “hərbi güc tətbiq etməkdə” ittiham edib və “buna imkan verməyəcəklərini” bildirib.

Göründüyü kimi, Tarasov Zəngəzur dəhlizinin əhəmiyyətini itirdiyini, Araz dəhlizinin alternativ olduğunu söyləsə də, iranlı diplomat yenə rəsmi Tehranın çeynənmiş mövqeyini təkrarlayıb. Hərgah Zəngəzur dəhlizi həm də beynəlxalq layihədir. Onu “Araz dəhlizi”nə bərabər tutmaq olmaz. Çünki Zəngəzur koridoru Orta dəhlizin bir hissəsidir, Çinlə Avropanı birləşdirir. Yəni burada təkcə Azərbaycandan Azərbaycana quru keçid hədəf deyil, Qərblə Şərq arasında logistikanın təmin olunması geoiqtisadi plandır.

Amma maraqlıdır ki, rusiyalı ermənipərəst ekspert Tarasovun Zəngəzur dəhlizinin aktuallığını itirdiyini iddia etməsinə baxmayaraq, onun ölkəsi Rusiya bu layihənin işə düşməsində son dərəcə maraqlıdır. Çünki Moskva 10 noyabr (2020) üçtərəfli sənədin 9-cu bəndindən möhkəm yapışaraq dəhlizə nəzarətin onda olmasına ümid edir.

Bəs Rusiyanın müttəfiqi İran Sübhaninin timsalında tutduğu mövqeyi dəyişmirsə, bu logistika necə işə düşəcək?

Siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bu dəhlizin mütləq şəkildə açılacağını qeyd etdi: “Birdəfəlik anlamaq lazımdır ki, Zəngəzur dəhlizinə İranın, Ermənistanın və Rusiyanın hansı münasibət bəsləməsindən asılı olmayaraq, o, mütləq açılacaq, bunun alternativi yoxdur. Rusiyanın, İranın və Ermənistanın dəhliz ətrafındakı çabaları isə bu layihədən maksimum pay almaq uğrunda savaşdır. Lakin bu dövlətlər anlamalıdırlar ki, Zəngəzur dəhlizi Azərbaycanın indiki və vaxtilə əlindən qanunsuz olaraq alınmış Qərbi Zəngəzur ərazilərindən keçəcək. Deməli, bu məsələdə regionun söz sahibi də Azərbaycan olacaq. Bir sözlə, Zəngəzur dəhlizi layihəsi dünyanı yenidən bölüşdürmək uğrunda çarpışan iki böyük gücün - Amerika Birləşmiş Ştatlarının və Çinin birbaşa maraqları dairəsində olan məsələdir. Bu səbəbdən layihə də bu iki gücün istəyinə uyğun olaraq, zamanında Azərbaycan vasitəsilə reallaşdırılacaq. Azərbaycan Prezidentinin Çin səfəri, ABŞ Prezidenti Donald Trampın Türkiyə və Azərbaycan prezidentlərinə münasibəti, ABŞ dövlət katibi Marko Rubionun bu günlərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında Ağ Evin maraqlı olduğunu dilə gətirməsi və bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı verdiyi bəyanatlardan sonra səsləndirməsi təsadüf ola bilərmi? Əlbəttə ki, yox! Birləşmiş Ştatlar Cənubi Qafqazda əsaslanmaq istəyindədir. Onun Avroasiya siyasətində yollara, kommunikasiyalara və resurslara nəzarət etmək kimi mühüm hədəfləri ortadadır”.

F.Yusifov qeyd etdi ki, qonşu dövlətlər Cənubi Qafqazda onun açar dövləti olan Azərbaycana ABŞ və Çinin verdikləri önəmin fərqində olmalıdırlar: “Zəngəzur dəhlizinin bir qanadının İran üzərindən keçməsi isə heç nəyi dəyişmir. Buna Azərbaycan hökumətinin İranla münasibətləri normallaşdırmaq yolunda atdığı bir addım kimi də baxmaq olar. Yəni İran üzərindən keçəcək yolun böyük layihənin reallaşdırılmasına heç bir ziyanı olmayacaq. Qoy bu yol da böyük layihənin bir qanadı kimi mövcud olsun.

Biz sabah yerləşdiyimiz regionda nələrin baş verəcəyini indidən proqnozlaşdıra bilmərik. Sabah İran hansı durumda olacaq? Ermənistanın bu gün oynadığı sərsəm oyunlar onun üçün nə ilə bitəcək? Rusiya-Ukrayna müharibəsi necə yekunlaşacaq? Bu müharibədə kim qalib gələcək? ABŞ Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan yaradarsa (bu gün görünən budur), bunun müqabilində Rusiyanı özündən hansı səviyyədə iqtisadi və təbii ki, siyasi asılı vəziyyətə salacaq? Regionda baş verən hadisələrlə bağlı nə qədər çox suallar olsa da görünən budur ki, Zəngəzur dəhlizinə Azərbaycandan dolayı digər region dövlətlərinin ciddi təsiri mümkünsüzdür və bu bir gerçəkdir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmaq istəyi olmadığını söylədi: “Zəngəzur dəhlizi heç vaxt öz əhəmiyyətini itirməyib və itirməyəcək. Bu, həm Azərbaycanın, həm də böyük bir coğrafiyanın hədəfidir. Araz dəhlizi, sadəcə, Zəngəzur dəhlizinin alternativi kimi fəaliyyət göstərəcək. İrəvandakı İran səfiri Mehdi Sübhani Zəngəzur dəhlizi ilə bağlı açıqlama verməklə Azərbaycan-İran münasibətlərinin inkişafından özünün xəbərsiz olduğunu göstərir. Çünki ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açılıb və bütün məsələlər qarşılıqlı anlaşma yolu ilə həll olunur. O cümlədən birgə hərbi təlimlərimizin və layihələrimizin uğurla həyata keçirilməsi münasibətlərin inkişafı deməkdir”.

Deputat vurğuladı ki, amma səfir Sübhani Zəngəzur dəhlizi ilə bağlı yeni güc tətbiq edilməsindən danışır: “Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmaq kimi bir istəyi yoxdur. Bu dəhlizin açılması üçün Ermənistanın özü yalvaracaq. Çünki bu, təkcə Azərbaycan üçün maraqlı layihə deyil. Bu layihə qlobal əhəmiyyət daşımağa başlayıb. Belə ki, Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi kimi qeyd olunur. Bu dəhlizin açılması ilə Orta dəhlizin yük ötürmə gücünü 6 milyon tona qədər artıra biləcəyi proqnozlaşdırılır.

Bu da Asiya ilə Avropa arasında yükdaşımalarda yeni bir səhifənin başlanğıcı olacaq. Zəngəzur dəhlizi həm də Ermənistanın beynəlxalq yükdaşmalarda iştirakına yol açar. Beynəlxalq tranzit daşımalar həm də büdcəyə gəlir deməkdir. Bu baxımdan Araz dəhlizi istifadə verilənə qədər Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı hazır olduğunu bildirəcəyini hesab edirəm. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı Sübhaninin və Tarasovun açıqlamalarının regionda yaranmış yeni reallıqdan uzaq olduğunu hesab edirəm".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Bu gün, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Bu gün, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Bu gün, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Bu gün, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Bu gün, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Bu gün, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Bu gün, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Bu gün, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Bu gün, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Bu gün, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Bu gün, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Bu gün, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Bu gün, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Bu gün, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Bu gün, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Bu gün, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Bu gün, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Bu gün, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:12
20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Bu gün, 12:09
Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Bu gün, 12:05
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Bu gün, 12:02
Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Bu gün, 11:58
Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Bu gün, 11:56
“Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Bu gün, 11:52
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Bu gün, 11:48
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Bu gün, 11:44
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Bu gün, 11:39
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Bu gün, 11:29
Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Bu gün, 11:25
Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 11:16
Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Bu gün, 11:12
"Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Bu gün, 11:10
Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:07
Pozulmuş əmək hüquqlarının bərpasında... - Ekspert danışır...
Bu gün, 11:04
Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? - TƏFƏRRÜAT
Bu gün, 10:58
Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar - “France Inter” radiostansiyası
Bu gün, 10:47
Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət - LƏĞV EDİLİR
Bu gün, 10:38
Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT... - "Canişin" dərmanı Yelisey sarayında
Bu gün, 10:35
“Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” – Mirvari Qəhrəmanlı
Bu gün, 10:24
Separatçıların odla oyunu: Bakının səbri bitir - son damla!
Bu gün, 10:12
Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu
Bu gün, 10:09
Nə aptekdə var, nə də depolarda qalıb... – “Varfarin” qıtlığı təhlükəli HAL ALDI
Bu gün, 10:03
Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR - DETALLAR
Bu gün, 09:58
Babək Quliyev vəfat etdi
Bu gün, 09:53
Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı - “Hraparak”
Bu gün, 09:50
Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb – Abovyan
Bu gün, 09:46
"Sumqayıt-Aptek-415"-nin səhmdarları toplanır
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru