"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                     Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA .....                     Şahin Əliyev yeni vəzifəyə təyin olundu .....                     Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı .....                     Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                     Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib .....                     Məcnun Məmmədov koronavirusdan sağalıb .....                     “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı .....                     Bakıda şagird dərs zamanı canlı yayım açdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                 

İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Tarix: Bu gün, 08:39 | Çap et

“Hazırda dövlət başçısının tapşırığı ilə əldə edilmiş razılaşmaların reallaşdırılması icra strukturlarının gündəliyindədir”. İranın İRNA dövlət agentliyi xəbər verir ki, bunu İran Prezidentin siyasi müşaviri Mehdi Sənayi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə deyib.

O, iki ölkə arasında əlaqələrin inkişafını yüksələn xətt kimi səciyyələndirib. M.Sənayi təmasların əhəmiyyətini, uçuşların artırılması, bank fəaliyyətinin genişləndirilməsi ilə bağlı son birgə qərarların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bundan sonra quru sərhədlərin açılışlarına şahid olacağına ümidvar olduğunu bildirib.

Öz növbəsində, Hikmət Hacıyev iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirib: “Cənab İlham Əliyev də sazişlərin həyata keçirilməsi üçün lazımi sərəncamlar verib və onları həssaslıqla izləyir”. Azərbaycan Prezidentinin köməkçisi onu da bildirib ki, dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlığa dair sənəd layihəsinin hazırlanmasına göstəriş verib: “Ölkəsi İran İslam Respublikası ilə bütün sahələrdə dostluq əlaqələrini genişləndirməyə hazırdır”.

İran Prezidentinin son səfərindən sonra Tehranla Bakı arasında ticarət əlaqələrinin səviyyəsi 5 milyard dollara yüksəldiləcək. Bunu İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sədif Bədri açıqlayıb. Onun sözlərinə görə, bu, İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri sayəsində mümkün olacaq. Bədri bildirib: “Bu səfər zamanı İran tərəfdən bəzi tələblər səsləndi, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması qərara alındı. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq”.

İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri qeyd edib ki, bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb.

Məlumdur ki, ölkəmizdə pandemiya dövründən bu yana sərhədlər bağlıdır. Lakin bu yay bir sıra ölkələr arasında sərhəd keçidlərinin açılması ilə bağlı ümidlər artır. Bildirilir ki, bu addım iqtisadi əlaqələr və turizm sahəsinə müsbət təsir göstərəcək. Gürcüstan və İranla quru sərhədlərlə bağlı məlumatlar hələ rəsmi şəkildə açıqlanmasa da, ölkələr arasında qarşılıqlı anlaşma və danışıqların sürətlənməsi bunu düşünməyə əsas verir.

O zaman, İranla münasibətlərin yumşalması kontekstində sərhəd rejimi də yumşala bilərmi? Pandemiya səbəbindən ilk bağlanan cənub sərhədimiz elə ilk açılan quru sərhəd də olacaqmı?

Yeri gəlmişkən, son illər ölkələrimiz beynəlxalq yükdaşımalar, nəqliyyat-logistika sahələrində də uğurla əməkdaşlıq edirlər. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu baxımdan diqqət çəkir. Artıq iki ölkə sözügedən dəhlizin infrastruktur imkanlarının artırılması ilə bağlı birgə fəaliyyətlərini xeyli artırıb. Elə İran Prezidenti müsahibəsində bu məqama toxunaraq Astara-Astara, eləcə də Astara-Rəşt dəmir yolları ilə İran və Azərbaycan arasında ticarət əlaqələrinin perspektivlərindən bəhs etmişdi.

REAL Partiyasının sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ayrı-ayrı ölkələrlə quru sərhədlərin açılması mümkün deyil. “Görünən budur ki, Gürcüstan da, İran da, hətta Rusiyadan Dağıstan tərəfi də xahiş, yanaşmalar olub, amma reallaşmayıb. Ona görə də quru sərhədlər açılacaqsa, bütün istiqamətlər üzrə olmalıdır. Artıq cəmiyyətdə də ciddi bir gözləntiyə çevrilib”, - deyə partiya sədri vurğulayıb. Onun qənaətinə görə, rəsmi səbəblərlə quru sərhədləri saxlamaq doğru deyil, vətəndaşlar da buna inanmır: “Ona görə də sərhədyanı ticarətin, turizmin canlanması üçün quru sərhədlərin açılması vacibdir. Məsələn, Gürcüstanın rəqəmlərini göstərmək olar - Rusiyadan gələn turistlərin sayı artır, əksəriyyəti də quru sərhədlə səfər edir. Bu səbəbdən quru sərhədlərin açılmasına çoxdan ehtiyac yaranıb”.

N.Cəfərlinin müqayisə üçün açıqladığı rəqəmlərə görə, bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq, cəmi 508 min nəfər olub: “Qonşu və müttəfiq Gürcüstana - daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq - 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni 1,3 milyon turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin 9 faizi İrandan olub. Bundan əlavə, ötən il Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 647 milyon ABŞ dolları təşkil edib. Rəsmi məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞ dolları və ya 32,8% çoxdur.

Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

Ötən il Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 299 min ABŞ dolları və ya 2,1% azdır. Dövr ərzində İran ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

2024-cü ildə Azərbaycan İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8% artıraraq, 633 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İranla idxal əməliyyatları ölkənin ümumi idxalının 3,01%-ni təşkil edib.

Onu da deyək ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən quru sərhədlərin bağlı qalması iyulun 1-dək uzadılıb. Yəni bu yay da quru sərhədlərin açılacağı gözlənilmir.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Bu gün, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Bu gün, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Bu gün, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Bu gün, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Bu gün, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Bu gün, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Bu gün, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Bu gün, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Bu gün, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Bu gün, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Bu gün, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Bu gün, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Bu gün, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Bu gün, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Bu gün, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Bu gün, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Bu gün, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Bu gün, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru