Latviya NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb .....                     Qarabağın quruculuğuna HARAM QATANLAR .....                     Vüqar Hüseynov vəzifəsindən gedir? .....                     Dövlət qurumu 90 min əlcək alır .....                     Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır .....                     Ramin Hacıyevdən Nazirliklərə sual: .....                     ABŞ İrana qarşı məhdud zərbələrin bərpasını nəzərdən keçirir .....                     Orbanın uduzmasına Simonyandan .....                     Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb .....                     Peter Magyar parlament seçkilərində qələbə qazandığını bəyan edib .....                     İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi .....                     ABŞ gəmiləri Hörmüzə girib və çıxıb .....                     Lukaşenko parad üçün Moskvaya gedəcək .....                     Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək .....                     ABŞ ordusu Hörmüz boğazını blokadaya alır .....                     Pezeşkian Putinlə danışıqlar apardı .....                     İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı .....                     İslamabadda sülh ümidləri puç oldu .....                     Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı .....                     Tıxaclara görə maşınını satıb: .....                     Britaniya bütün ölkəni müharibəyə hazırlayır: .....                     21 ilin antirekordu .....                     İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib .....                     Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey .....                     Tramp jurnalistlərə əsəbiləşdi .....                     Avropa İttifaqında mənzil bahalaşır: .....                     NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ .....                     "Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..." .....                     Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu .....                     ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir .....                     Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış .....                     "Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur" .....                     İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi .....                     Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... .....                     Bir uşağın həyatı ilə sənəd oyunu... .....                     ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir .....                     Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək .....                     ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... .....                     İslamabad danışıqları heç bir nəticə vermədi .....                     Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər .....                 

Bir əldə iki qarpız: İrəvanla strateji ittifaq, Bakı ilə birgə təlim - Tehran bölgədə HOQQA VERİR...
Tarix: 22-05-2025, 05:49 | Çap et

“İran imkan verməyəcək ki, düşmənlər onun Ermənistanla strateji münasibətlərinə zərər vursun”. Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bildirib. “Tasnim” agentliyi xəbər verir ki, Əhmədian bazar günü Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə İran və Ermənistan arasında bütün sahələrdə strateji münasibətlər və sıx əməkdaşlığın regionda sülhə və sabitliyə töhfə verəcəyini bəyan edib. 

Onun sözlərinə görə, İran düşmənlərin iki qonşu arasında yaxşı münasibətlərə hər hansı zərər yetirməsinə imkan verməyəcək.

İranın bütün qonşuları ilə sıx əlaqələr saxlamaq siyasətinə diqqət çəkən Əhmədian bildirib ki, bölgədəki xarici qüvvələr ümumi sabitlikdə maraqlı deyillər. İran rəsmisi, Tehran və İrəvan arasında birgə layihələrin tam həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, Armen Qriqoryan ölkəsinə dəstəyə görə İrana yüksək qiymət verdiyini bildirib. O qeyd edib ki, Ermənistan və İran arasında münasibətlərin genişlənməsi üçüncü tərəflərin iradəsindən asılı deyil. Ermənistan rəsmisi həmçinin İranın özəl sektorunun Ermənistanın iqtisadiyyat və enerji layihələrində iştirakını yüksək dəyərləndirib.

Maraqlıdır ki, “Tasnim” elə həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan Ordusunun Qarabağda birgə hərbi təlimlər keçirdiyi barədə xəbər verib.

Agentliyin yazdığına görə, “Araz-2025” kod adlı birgə təlimlər bazar günü Azərbaycan Respublikasının azad edilmiş Qarabağ bölgəsində başlayıb. SEPAH-ın və Azərbaycan Ordusunun quru qoşunlarının xüsusi təyinatlı bölmələrinin iştirak etdiyi bu təlimlər 21 may tarixinədək davam edəcək.

SEPAH-ın quru qoşunları komandanının müavini və birgə təlimlərin rəhbəri general Vəli Madani bildirib ki, SEPAH-ın xüsusi təyinatlı qüvvələri İranın Ərdəbil vilayətində yerləşən Biləsuvar quru sərhəd keçid məntəqəsindən keçərək, təlimlərdə iştirak üçün Azərbaycana daxil olub. 

Onun sözlərinə görə, bu hərbi təlimlər ortaq sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması baxımından əhəmiyyətli addımdır.

Bəs bu vəziyyəti necə izah etmək olar? Bir tərəfdən İran və Ermənistan rəsmiləri – Əhmədian və Qriqoryan açıq-aydın Bakıya işarə və eyham vuraraq narazılıqlarını dilə gətirir, Bakının Tehran-İrəvan münasibətlərinə mane ola bilməyəcəyini deyirlər. Digər tərəfdən isə İran Azərbaycanla birgə hərbi təlimlər keçirir. Bunu necə uzlaşdırmaq olar? Burada açıq ziddiyyət yoxdurmu?

Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, müasir beynəlxalq siyasətdə tərəflərin söz və hərəkətlərində ziddiyyət və açıq uyğunsuzluqlar artıq anormallıq yox, daha çox sabit faktor kimi qəbul olunur.

“Beynəlxalq siyasətin aktorları eyni anda bir neçə gələcək ssenarini sınaqdan keçirir və yoxlayırlar. İran məsələsinə gəldikdə, onun diplomatiyası geosiyasi şahmat taxtasında eyni anda bir neçə lövhədə oyun aparır və burada Ermənistanın və onun maraqlarının yeri o qədər də prioritet hesab olunmur. Bu aspektdə İran İslam Respublikası bu gün Türkiyənin türk dövlətləri birliyinə birbaşa logistik çıxışının qarşısını almaq istəyən əsas oyunçu rolunu ifa etməyə çalışır. Və bunu, ilk növbədə, türkdilli dünyanın artan təsirindən narahat olan Rusiya və Fransa yaxşı anlayır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, İran Azərbaycan ordusunun imkanları və döyüş ruhu ilə də maraqlanır.

“SEPAH hərbi rəhbərliyinin Azərbaycanla təlim-taktiki əməkdaşlıq təşəbbüslərini bəlkə də məhz bununla izah etmək olar. Mən hərbi ekspert olmadığım üçün bunu tam qiymətləndirməkdə çətinlik çəkirəm.

Bu klerikal dövlətin diplomatiyası və xüsusi xidmət orqanları Orta Şərqdə gözlənilən qarşıdurmalar və burada ilk hədəfin İran olacağı ehtimalı fonunda, öz milli təhlükəsizlik maraqlarını qorumaq üçün mövcud riskləri neytrallaşdırmaq və təhlükələri azaltmaq məqsədilə misilsiz səy göstərirlər. Bunun üçün mümkün olan bütün resurslar və təcrübə səfərbər olunur.

Mənim şəxsi müşahidə və təhlillərimə əsasən, İran İslam Respublikasına uzun illər ərzində gizli və nəzərəçarpacaq dəstək göstərən qüvvələr arasında Vatikan və Fransa xüsusi yer tutur. Paradoksal görünsə də, konfessional ziddiyyətlərə baxmayaraq, bu gün də həmin dövlətlərin və onların dini ordenlərinin regiondakı maraqları eynidir. Bu kontekstdə, Fransanın Ermənistanı silahlandırması və İran diplomatiyasının guya Ermənistan Respublikasının sərhədlərinin müdafiəsi ilə bağlı bəyanatları sadəcə eyni qəlibdən çıxmış ritorika deyil, bir-biri ilə bağlı strateji əməkdaşlığa bənzəyir”, – deyə Rəşad Rzaquliyev bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Latviya NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb - "Delfi"
Bu gün, 06:19
Qarabağın quruculuğuna HARAM QATANLAR - “Bəyaz İnşaat”ın rəhbəri Yusif Yusiflidən şikayət
Bu gün, 06:09
Vüqar Hüseynov vəzifəsindən gedir? - İDDİA
Bu gün, 06:04
Dövlət qurumu 90 min əlcək alır – ŞƏRTLƏR, TƏLƏBLƏR
Bu gün, 06:01
Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır
Bu gün, 05:58
Ramin Hacıyevdən Nazirliklərə sual: - "10 Manat niyə tutulur?"
Bu gün, 05:52
ABŞ İrana qarşı məhdud zərbələrin bərpasını nəzərdən keçirir - KİV
Bu gün, 05:48
Orbanın uduzmasına Simonyandan qəribə REAKSİYA
Bu gün, 05:46
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Bu gün, 05:44
Peter Magyar parlament seçkilərində qələbə qazandığını bəyan edib - "Bu qələbə böyük siyasi dəyişiklik deməkdir"
Bu gün, 05:43
İran Hörmüz boğazını açacağına söz verdi, yerinə yetirmədi - Tramp belə deyir...
Dünən, 17:39
ABŞ gəmiləri Hörmüzə girib və çıxıb - Üstəlik İran PUA-sını vurub
Dünən, 17:36
Lukaşenko parad üçün Moskvaya gedəcək
Dünən, 17:34
Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək
Dünən, 17:30
ABŞ ordusu Hörmüz boğazını blokadaya alır
Dünən, 17:26
Pezeşkian Putinlə danışıqlar apardı
Dünən, 17:24
İsrail İranla yenidən müharibə hazırlıqlarına başladı - KİV
Dünən, 17:23
İslamabadda sülh ümidləri puç oldu – Danışıqlar uğursuzluqla bitdi, lövhələr sökülür
Dünən, 12:44
Amerikalılar masadan qaçmaq üçün bəhanə axtarırdı - "Fars"
Dünən, 12:39
Tıxaclara görə maşınını satıb: - “Avtoş” lar deyirdi ki, Cavan, “qaz” ver”
Dünən, 12:13
Britaniya bütün ölkəni müharibəyə hazırlayır: - Ordudan xəstəxanalara qədər
Dünən, 12:12
21 ilin antirekordu – İrandakı müharibə enerji qiymətlərini "kosmik" həddə çatdırdı
Dünən, 12:10
İki supertanker Hörmüz boğazını keçməkdən imtina edib - KİV
Dünən, 12:08
Vaşinqtonun Kiyev üçün etmək istədiyi son şey – amerikalı professor açıqladı
Dünən, 12:06
Tramp jurnalistlərə əsəbiləşdi - Saxta xəbərlər yayır
Dünən, 12:04
Avropa İttifaqında mənzil bahalaşır: - Qiymətlər ən çox hansı ölkələrdə artıb?
Dünən, 11:04
NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ - TƏFƏRRÜAT
Dünən, 11:01
"Bu bəstələr nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da ifa olunur..."
Dünən, 10:48
Yüksək maaşlı iş təklifiylə dələduzluq edənlər tutuldu - TƏFƏRRÜAT
Dünən, 10:45
ABŞ-nin İrana dair hesablamaları yanlış çıxdı, Tehran geri çəkilmir - İsrail kəşfiyyatının rəsmisi
Dünən, 10:40
Müctəba Xamenei buna görə ictimaiyyət qarşısına çıxmırmış – Dəhşətli iddia
Dünən, 10:38
"Ona görə ya bu cür şoular doludur, ya da ümumiyyətlə şou yoxdur"
Dünən, 09:31
İsrail ordusu Tulkərmdə partlayıcı laboratoriyasını darmadağın etdi
Dünən, 09:29
Rəsmi Bakı erməni müxalifətinə təsir etməlidir... - ÇAĞIRIŞ
Dünən, 08:53
Bir uşağın həyatı ilə sənəd oyunu... - Yeni Klinika nəyi gizlədir?
Dünən, 08:49
ABŞ-İran danışıqlarının yeni mərhələsi qeyri-müəyyəndir - Tasnim
Dünən, 08:34
Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək
Dünən, 08:32
ABŞ-İran danışıqlarının nəticəsi: 9 bənd... - Markov
Dünən, 08:31
İslamabad danışıqları heç bir nəticə vermədi - İran XİN
Dünən, 08:29
Pensiya sistemi ilə bağlı mühüm xəbər: bu şəkildə dəyişdirilə bilər - DİQQƏT
Dünən, 08:17
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib - KİV
Dünən, 08:15
Xəstəxanalarda MAAŞ BÖHRANI - GİLEY
Dünən, 08:14
TƏRİF OLAR, AMMA TƏNQİD YOX... - NARAZILIQ VAR...
Dünən, 07:58
Kəmaləddin Heydərovun bloklanan MİLYONLARI - Dövlətdən və millətdən oğurladıqlarıdır...
Dünən, 07:53
Sülh danışıqları, birgə görüşlər və... TƏKRARLANAN TARİX...
Dünən, 07:48
Avropa ölkələrində benzin və dizelin qiyməti - SİYAHI
Dünən, 07:31
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə ciddi təzyiqlər başlayıb - NƏ BAŞ VERİR?
Dünən, 07:29
“İş yerləri olmadığı üçün insanlar yenə də rayonlardan köçürlər, bu, ən ciddi problemlərdən biridir” - Vahid Əhmədov
Dünən, 07:23
Cavid Qurbanov şeir yazmağa məcburdur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:15
Bakını müdafiə etdi, Tramp və Putin dəstəklədi – Avropanın qalmaqallı lideri gedir?
Dünən, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru