Aİ Rusiya ilə danışıqlarda iştirak etməlidir .....                     Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... .....                     Bu nə əyləncədir, bu nə həvəsdir? .....                     AYNA üçün vacib olanı qazancdır... .....                     "Ola bilsin ki, həmin müəllimlərlə bağlanmış əmək müqavilələrinə xitam verilsin" .....                     İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... .....                     Maaşı yubanan işçilərdən ilginc müraciət .....                     Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? .....                     Binəqədidə kim nə istədi... EDİR! .....                     "Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" .....                     Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? .....                     Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? .....                     Gəncədə zibilə ayrılan milyon... .....                     "Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" .....                     Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək .....                     ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib .....                     Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir .....                     Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək .....                     Futbolun veteranları danışdılar: .....                     Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ .....                     Paşinyanın aparatından sərt bəyanat: .....                     Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb .....                     Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? .....                     İran Quru qoşunlarının komandanı: .....                     Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... .....                     Bakının məşhur gecə klubunun qarşısında dava: .....                     Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı .....                     “Deyirdi, sağalım, ayağa duran kimi…” .....                     "Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" .....                     Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik .....                     Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi .....                     Azərbaycanda psixi xəstələrin sayında rekord artım: .....                     Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından .....                     Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb .....                     Xırdalanda "Lombard-1" mağazasında oğurluq .....                     Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: .....                     Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... .....                     Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi .....                     Keçmiş məmur sədrlikdən istefa verdi .....                     Putin Paşinyanı cəzalandıracaq: NECƏ? .....                 

Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? - TƏHLÜKƏ VAR...
Tarix: 26-04-2025, 09:03 | Çap et
Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü?
“Qərbin Krım Rusiya ərazisi kimi tanımasından sonra Mərkəzi Asiyanı da itirmək qorxusu böyüyür”. “Yeni Müsavat”ın verdiyi məlumata görə, bu barədə “The National Interest” nəşri yazıb.

Məqalədə bildirilir ki, Avropa və ABŞ Krım məsələsində ciddi geosiyasi məğlubiyyətlə üzləşib. Belə ki, yarımadanın Rusiya tərəfindən tam nəzarətə götürülməsi Moskvanın Qara dənizdə üstünlük əldə etməsi və sonrakı mərhələdə Cənubi Qafqazı da nəzarət altına alması ilə nəticələnə bilər.

Nəşr ardınca xəbərdarlıq edir ki, bu proses nəticəsində Rusiya rəqibləri üçün bütün Transxəzər ticarət dəhlizlərini bağlamaq gücünə çata bilər. “Amerika və Avropa üçün bu, böyük strateji məğlubiyyətdir”, - deyə təhlildə vurğulanır.

Həmçinin qeyd olunur ki, Mərkəzi Asiya regionu nadir yeraltı sərvətlər baxımından Ukraynadan qat-qat zəngindir. Bu fakt da regionun geosiyasi dəyərini daha da artırır və Qərbin itirmək istəmədiyi əsas səbəblərdən biridir.

Nəşrin iddiaları nə dərəcədə ciddidir? Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? Konkret Azərbaycan üçün bu hansı anlama gəlir?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ lideri Donald Tramp qısa müddətdə Rusiya-Ukrayna müharibəsini bitirmək istəyir və onun tutduğu yol hamıya aydındır. Mütəxəssis qeyd etdi ki, hədəf bəllidir - Ukraynanı təhdid etmək, hədələmək, təzyiq göstərmək və son nəticədə güzəştlərə məcbur eləmək: “Həmçinin Rusiyanı da dilə tutaraq müəyyən güzəştlər qoparmaq. London danışıqlarında təklif olunan plan da Rusiya planıdır. Vladimir Putin dəfələrlə bu planı dilə gətirib. O, tələbləri bir az artırmaq şərti ilə yenə də qəbul etdirməyə çalışır. Çox təəssüf ki, Amerika da başqa bir yol görə bilmədiyindən Rusiyanın bu mövqeyini dəstəkləyir. Ancaq Rusiyanın tələbləri içərisində Krımın Rusiyaya məxsus olduğunun ABŞ tərəfindən tanınmaq tələbi yox idi. Bu tələb indi ortaya çıxıb və Amerika da onu qəbul etmək məcburiyyətində qalıb. Ancaq Avropanın və Ukraynanın Krımın Rusiyaya məxsus olduğunun tanınması tələbi yoxdur. Güman edirəm ki, bu, reallığın təsdiq olunmasıdır. Çünki onsuz da Krım yarımadası Rusiyanın nəzarətindədir”.

A.Səmədov söylədi ki, Ukraynanın nəinki Krımı, digər əraziləri də qaytarmaq şansı yoxdur: “Ukrayna cəbhəsində baş verənlər Rusiyanın iştahını artırdı. Dünyanın 50-dən artıq dövlətinin müxtəlif səviyyədə yardımlar etdiyi Ukraynanın son iki ildə heç bir uğura nail ola bilməməsi və Rusiyanın onların qarşısında hətta müəyyən qədər irəliləyə bilməsi Kremlin iddialarını bir az da artırıb. Trampın seçilməsindən sonra ABŞ-ın az qala Rusiyanın müttəfiqinə çevrilməsi vəziyyəti tamamilə Avropanın və Ukraynanın zərərinə dəyişdi. Bu, dünya üçün də, Cənubi Qafqaz üçün də, Mərkəzi Asiya üçün də çox təhlükəli bir vəziyyətin yaranmasına gətirib çıxarıb”.

Ekspert qeyd etdi ki, Rusiya gələcəkdə Mərkəsi Asiyanı və Cənubi Qafqazı nəzarətə götürmək arzusuna düşə bilər: “Putinin 2023-cü ilin iyulunda gənc sahibkarlarla görüşdə 1-ci Pyotru xatırlaması, onun işğalçılıq addımlarına haqq qazandırması və iddia eləməsi və ”Pyotr heç kimin torpağını işğal etməyib Rusiya torpaqlarını toparlayıb və möhkəmləndirib, indi bu missiya bizim üzərimizə düşüb" deməsi Kreml başçısının planlarından xəbər verən fikirlər idi. “Rusiya torpaqları” deyiləndə yəqin ki, keçmiş sovetlər ittifaqının ərazisinə daxil olan dövlətlərin torpaqları nəzərdə tutulur. Yəni bu təhlükə var və get-gedə güclənir. Biz bu təhlükədən qorunmaq üçün zəruri addımlar atmalıyıq. Burada həm Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə daha sıx əməkdaşlığın, ilk növbədə hərbi əməkdaşlığın təmin olunması, Çinlə yaxınlaşma və digər addımlar nəzərdə tutulur. Bütün bunlar təbiidir ki, Rusiya təhlükəsinin qarşısını almağa yönəlmiş addımlardır və bu istiqamətdə fəaliyyət davam etdirilməlidir".

A.Səmədov hesab edir ki, Rusiya Transxəzər dəhlizini bağlaya bilməz: “Çünki burada söhbət təkcə Mərkəzi Asiyadan və Cənubi Qafqazdan getmir, burada Çinin maraqları var və Rusiyanın Çindən nə qədər çəkindiyi hamıya məlumdur. Rusiya Çinlə münasibətlərini qorumağa çalışır, münasibətlərə xələl gətirəcək hər hansı addımı atmaqdan qorxur. Bu səbəbdən, Rusiyanın Transxəzər dəhlizlərini bağlaması qeyri-mümkündür. Eyni zamanda, digər dövlətlərin də bu dəhlizlərdə marağı var. Rusiyanın yaxın münasibətdə olduğu iri dövlətlərdən söhbət gedir. Lakin Mərkəzi Asiyanı və Cənubi Qafqazı yenidən nəzarətə götürmək üçün Rusiya əlindən gələni edəcək. 2021-ci ilin dekabrında ABŞ-a və NATO-ya ünvanladığı ultimativ tələblərin kökündə də bu dayanırdı. Rusiya açıq deyirdi ki, bu ərazilər təsir zonamdır və razılığım olmadan bu ərazilərdə heç bir işlər görülə bilməz, bu dövlətlər heç bir kəskin addım ata bilməzlər. Elə ”Ukrayna müharibəsinin başlanmasının ilkin səbəbləri aradan qaldırılmalıdır" deyərkən Rusiya həm də bunu nəzərdə tutur. Yəni təkcə Ukraynanın neytrallığını yox, bütövlükdə keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin yerləşdiyi ərazini nəzərdə tutur və bu ərazinin onun təsir zonası olduğunu bəyan edir".

Mərkəz rəhbəri sonda vurğuladı ki, Tramp da müəyyən qədər o fikirlərlə razılaşdığını söyləyib: “Ona görə də təbiidir ki, bu yanaşma, Rusiyanın müharibədən qələbə ilə çıxması Mərkəzi Asiya və Cənubi Qafqaz üçün ciddi problemlər yarada bilər. Biz birlikdə bu problemlərin aradan qaldırılması üçün çalışmalıyıq. Bir-birimizə dəstək verməliyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Rusiya ilə danışıqlarda iştirak etməlidir - Zelenski belə deyir
Bu gün, 07:45
Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... - BU NƏDİ BELƏ?
Bu gün, 07:41
Bu nə əyləncədir, bu nə həvəsdir? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:21
AYNA üçün vacib olanı qazancdır... - FAKT BUDUR!
Bu gün, 07:08
"Ola bilsin ki, həmin müəllimlərlə bağlanmış əmək müqavilələrinə xitam verilsin" - Ekspertdən AÇIQLAMA
Bu gün, 07:06
İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR... - FOTOFAKT
Bu gün, 07:01
Maaşı yubanan işçilərdən ilginc müraciət - "Elə bir vəziyyət yaranıb ki..."
Bu gün, 06:56
Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Binəqədidə kim nə istədi... EDİR! - BU DA FAKT...
Bu gün, 06:45
"Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcə" - Sərdar Cəlaloğlu
Bu gün, 06:40
Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq? - AKTUAL
Bu gün, 06:37
Seçki baş tutdu, qələbə qazanıldı: Sonra nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:35
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Özümü yaxşı tanıdığım üçün mənfilərimi də etiraf edirəm" - Əməkdar artist
Bu gün, 06:26
Hücumlar təkrarlansa, genişmiqyaslı cavab veriləcək - İran ABŞ-yə xəbərdarlıq etdi
Bu gün, 06:24
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib - KİV
Bu gün, 06:21
Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir - TUSK
Bu gün, 06:18
Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək
Dünən, 18:15
Futbolun veteranları danışdılar: - DÇ-2026-nın qalibi kim olacaq?
Dünən, 18:10
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ - ƏMR
Dünən, 18:03
Paşinyanın aparatından sərt bəyanat: - "Müharibə partiyası" Ermənistandan qaçmağa çalışır
Dünən, 17:55
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb - “Tasnim”
Dünən, 17:51
Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? – CAVAB
Dünən, 17:23
İran Quru qoşunlarının komandanı: - Əlimiz tətikdədir
Dünən, 17:16
Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... - TAM ÖZBAŞINALIQ!
Dünən, 17:14
Bakının məşhur gecə klubunun qarşısında dava: - İki mühafizəçi həbs edildi
Dünən, 17:08
Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
Dünən, 17:05
“Deyirdi, sağalım, ayağa duran kimi…” - Ramiz Əzizbəylinin anım günüdür
Dünən, 17:02
"Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" - MƏHKƏMƏ
Dünən, 16:50
Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik – Rəsmi
Dünən, 16:44
Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:43
Azərbaycanda psixi xəstələrin sayında rekord artım: - Psixoterapevtdən SOS
Dünən, 16:41
Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından ƏLDƏ OLUNUR
Dünən, 16:35
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb - vergidən yayınma maddəsi ilə...
Dünən, 16:33
Xırdalanda "Lombard-1" mağazasında oğurluq - MƏHKƏMƏ
Dünən, 16:31
Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: - “Əlinin bərəkəti var, ürəkdən edir”
Dünən, 16:19
Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... - İDDİA
Dünən, 16:06
Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi - KİV
Dünən, 16:02
Keçmiş məmur sədrlikdən istefa verdi - BUNDAN SONRA...
Dünən, 15:57
Putin Paşinyanı cəzalandıracaq: NECƏ? - GƏLİŞMƏ
Dünən, 15:56
Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş – FOTO
Dünən, 15:55
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü - TƏFƏRRÜAT
Dünən, 15:49
Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları - AKTUAL
Dünən, 15:49
Paşinyan göstəriş verdi: - Dərhal həbs edin
Dünən, 15:48
Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: - BƏS SONRA?
Dünən, 15:44
SOCAR-a yaxın yeni şirkət yaradılıb - “SOCAR Babək” ...
Dünən, 15:31
NƏ BAŞ VERİR: "BakıKart"ın da qiyməti artdı - BUNDAN SONRA...
Dünən, 15:25
Bakıda gecə klubunda qardaşı arvadına xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Dünən, 15:20
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir - SİYAHI
Dünən, 15:16
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib
Dünən, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru