“Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb .....                     Ucarda Təhsil sektorunun müdiri dəyişdi .....                     İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var .....                     Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır .....                     Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı .....                     PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib .....                     Bu... Fransanın NEÇƏNCİ BANIDIR? .....                     AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: .....                     "Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü .....                     Ermənistan müxalifətinin lideri: .....                     İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir .....                     Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                     Azərbaycanda özəl “qocalar evi” açmaq olar? .....                     Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb .....                     “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək .....                     "Sizin yeriniz...” .....                     2026-cı ilin ölkə çempionu ADA Universitetində .....                     Yaroslavlda neft obyekti vurulub .....                     "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." .....                     Bacısının evindən 16 min manat oğurlandı .....                     Apteklərdə “Pascorbin” TAPILMAYACAQ .....                     Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi .....                     Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA .....                     Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq .....                     Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib .....                     Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb .....                     Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik .....                     Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... .....                     Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, .....                     Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı .....                     ABB Özbəkistandakı “Davr Bank”da pay alıb .....                     46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub .....                 

Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir? - AKTUAL
Tarix: 19-04-2025, 14:00 | Çap et
Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir?
Rusiya tərəfindən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılması ilə bağlı Bakı və İrəvana növbəti dəfə vasitəçilik təklifi irəli sürülüb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 17-də keçirdiyi brifinqdə deyib ki, Moskva regionda kommunikasiyaların açılmasında, sərhədlərin delimitasiyası və ölkələr arasında humanitar məsələlərin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

“Üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin mümkün qədər tez bərpası şübhəsiz ki, Cənubi Qafqazda davamlı sülh və rifahın bərqərar olmasına töhfə verəcək. Eyni zamanda, əlbəttə ki, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas sahələrində kömək etməyə hazırıq”, - Zaxarova qeyd edib.

Rusiyalı diplomat bildirib ki, Moskvanın Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşdırılmış işçi qrupu çərçivəsində regional nəqliyyat kommunikasiyalarının qarşısının alınması üçün bəzi inkişaflar var.

“Biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu sahədəki mütəxəssislərimiz mənə elə gəlir ki, postsovet məkanında ən yaxşı mütəxəssislər kimi tanınırlar. Bizim unikal kartoqrafik materialımız da var. Biz Ermənistan-Azərbaycan münaqişəsində illərində toplanmış humanitar məsələlərin həllinə kömək edə bilərik”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.

Zaxarova həmçinin, Qarabağ məsələsinin nizamlanması üzrə Minsk konfransının bütün strukturlarının ləğv edilməsi zərurətinə toxunub: Çünki Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri ilə rusiyalı həmsədr arasında 2022-ci ilin fevralında baş vermiş ünsiyyətin dayandırılması, eləcə də 2022-ci il oktyabrın 62-də Praqada keçirilən Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitindən sonra Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması ilə, habelə “yerdə” vəziyyətin köklü dəyişməsi, 2023-cü ilin payızında yaşanan hadisələr fonunda ATƏT-in Minsk konfransının Qarabağ nizamlanması üzrə ATƏT tərəfindən təsdiqlənmiş həmsədrlərinin məhz bu mandatı öz aktuallığını itirib. Biz bu mövzuya dəfələrlə toxunmuşuq. Nəticədə Minsk konfransının bütün strukturları: Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in Qarabağ nizamlanması üzrə hazırkı nümayəndəsinin şəxsi nümayəndəsi vəzifəsi – bunların hamısı ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarın qəbul olunmasının optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”.

Rusiyanın vasitəçilik təklifi ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, Zaxarovanın fikirlərində müəyyən həqiqətlər var:

- Doğrudan da sərhədlərin delimitasiya və demarkasiya prosesində Rusiyadan olan mütəxəssislərin kifayət qədər təcrübəsi var. Eyni zamanda, məlumdur ki, tarixi xəritələr də Rusiyadadır. Çar Rusiyası dövründə olan, SSRİ dövründə olan əsas xəritələr Moskvadadır. Mən altı il müddətində Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın üzvü olmuşam, proseslərdə iştirak etmişəm. Bu mənada, bilirəm ki, delimitasiya üzrə rusiyalı mütəxəssislər kifayət qədər peşəkardırlar, həmçinin bütün dövrlərə aid xəritələr mövcuddur.

Hesab edirəm ki, Rusiyanın delimitasiya və demarkasiya ilə bağlı vasitəçilik, kömək təklifində qeyri-adi nəsə yoxdur. Sadəcə siyasi korporativ maraqlar olmamalıdır. Biz zaman-zaman, 30 illik işğal dövründə Rusiyanın bəzi dairələrinin Ermənistana birbaşa dəstəyinin şahidi olmuşuq. Eyni zamanda, Cənubi Qafqazda gərginliyin qalması fonunda Rusiyanın mənfi davranışlarını da görmüşük.

Rusiyada xəritələr olsa da, yaxşı mütəxəssislər olsa da, delimitasiya və demarkasiya prosesinin üçüncü qüvvənin iştirakı olmadan həyata keçirmək daha yaxşıdır. Bunun nümunəsi də var. Qazax rayonu ərazisində Azərbaycanla Ermənistan arasında bu proses vasitəçisiz həyata keçirildi. Yəni iki ölkə öz arasında bu problemləri həll edə bilərlər.

- Yəni Rusiyaya etibar etmək olmaz və buna ehtiyac da yoxdur...

- Rusiya vasitəçilik istəyində səmimidirsə, bu, müsbət qarşılanmalıdır. Amma hesab edirəm ki, sülh prosesi vasitəçisiz daha səmərəli nəticə verər. Azərbaycan bu mövqeyini bir neçə dəfə səsləndirib. Çünki kənar vasitəçilər olanda razılaşmalarda maneələr yaranır. Ona görə ki, hər güc öz maraqlarına uyğun sülh prosesində maraqlı olur. Eyni zamanda, Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan arasında danışıqlar da səmərə verə bilər. Üç Cənubi Qafqaz ölkəsi bölgənin problemlərini daha yaxşı dərk edirlər. Baxın, dünən (17 aprel – A.B) Tiflisdə hər üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirildi və görüş müsbət bəyanatlarla yadda qaldı. Üçtərəfli formatda görüşlər daha yaxşı nəticə verər.

Bilirsiniz, Cənubi Qafqaz ölkələrinin bir-biri ilə münasibətlərinin yaxşı olması ilk növbədə, o dövlətlərin özü üçün yaxşıdır. Gürcüstan maraqlı deyil ki, Azərbaycanla Ermənistan arasında gərginlik olsun. Eyni zamanda, biz maraqlı deyilik ki, qonşu dövlətlərin bir-biri ilə, yaxud bizimlə gərginliyi olsun. “Qafqaz Evi” olaraq biz regionu gərginlikdən çıxarmalıyıq. Bunun üçün də kənar qüvvələrin vasitəçiliyi yox, məhz özümüzün, üç ölkənin əməkdaşlığı vacibdir.

- Sizcə, Rusiya niyə indiki məqamda yenidən vasitəçilik təşəbbüsü ilə çıxış etdi?

- Hesab edirəm ki, bu, daha çox Rusiya-Avropa İttifaqı arasında yaşanan gərginliklə bağlıdır. Avropa İttifaqı çox çalışdı ki, Ermənistan üzərindən regiona daxil olsun. Müəyyən mənada bunu avropalılar bacardılar da. Ermənistan tərəfində Avropa İttifaqının mülki missiya adı altında yerləşdirdiyi Müşahidə Missiyası fəaliyyət göstərir. Bu Missiya təkcə Azərbaycan yox, Rusiya əleyhinə də kəşfiyyat məlumatları toplamaqla məşğul oldular və bu fəaliyyəti indi də davam etdirirlər. Zaxarovanın dediklərində o da həqiqətdir ki, avropalı missionerlər kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar və sülh prosesinə ziyandan başqa nəsə vermirlər. Sərhədlərin delimitasiya və demarkasiyası prosesində Rusiya vasitəçilikdə ona görə maraqlıdır ki, həmin Missiyanın fəaliyyətinə hansısa formada əngəl törədə bilsin. Yenə də deyirəm, Moskva istəyində səmimidirsə, korporativ siyasi maraqları naminə bu təklifi vermirsə, məsələyə baxıla bilər. Amma Rusiyanın marağı olmadan vasitəçilik cəhdi istəyi şübhəlidir.

Ümumiyyətlə, mənə elə gəlir ki, artıq Ermənistan da anlayıb ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Azərbaycanla sülh prosesinə ciddi köməklik göstərmək imkanları yoxdur. Çünki bu güclərin hər birinin öz maraqları var. Ermənistanın nicatı Azərbaycanla sülhdən və Azərbaycanla yanaşı, Türkiyə ilə münasibətlərinin normallaşmasından, əməkdaşlıqdan keçir. Azərbaycan və Türkiyə ilə münasibətlər nizamlanmadan Ermənistanın Avropaya inteqrasiyası mümkünsüzdür. Hesab edirəm ki, Ermənistan hakimiyyəti götür-qoy etməli, Azərbaycanın sülh sazişi ilə bağlı tələblərini yerinə yetirməli və bölgədə sülhün əldə olunmasına töhfəsini verməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb
Bu gün, 15:44
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
Bu gün, 15:42
İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var
Bu gün, 15:36
Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır - Ekologiya korlanır
Bu gün, 15:30
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:29
PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib - AÇIQLAMA
Bu gün, 15:24
Bu... Fransanın NEÇƏNCİ BANIDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:22
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: - "Dolabda dollar "paçka"ları vardı"
Bu gün, 15:20
"Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Bu gün, 13:56
Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Bu gün, 13:53
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Bu gün, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47
"Sizin yeriniz...”
Bu gün, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01
Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb - İLGİNC FAKTLAR
Bu gün, 10:50
Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik - Marqaryan
Bu gün, 10:44
Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
Bu gün, 10:41
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Bu gün, 10:35
Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı
Bu gün, 10:33
ABB Özbəkistandakı “Davr Bank”da pay alıb
Bu gün, 10:26
46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub - RƏSMİ
Bu gün, 10:16
“Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - Görün Qarabağla bağlı nə etdilər...
Bu gün, 10:10
“Atamın ürəyinə stent qoyuldu” - Akif İslamzadənin oğlu
Bu gün, 10:07
İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO
Bu gün, 10:03
Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb
Bu gün, 09:00
Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... - 5 uşaq atasının HARAYI
Bu gün, 08:59
Rostov parada "hazırlaşır" - Raketlə vurulmuş zavodlarda yanğın davam edir...
Bu gün, 08:54
Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib – QƏRAR
Bu gün, 08:51
“Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək
Bu gün, 08:48
Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj - Əlimiz HƏR AN TƏTİKDƏDİR...
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru