Köçəryanın adamları saxlanıldı .....                     İki seçki komissiyasının sədri və bir katibi tutulub .....                     Paşinyan Azərbaycanla sülh prosesindən danışdı .....                     Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox .....                     Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər .....                     Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu .....                     Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib .....                     ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir .....                     Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... .....                     Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... .....                     Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı .....                     Demoqrafik fəlakətə doğru gedirik, .....                     MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! .....                     Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... .....                     Azərbaycanın YAVLİNSKİSİ... .....                     "Məsmə Aslanın oyunu ləzzət elədi..." .....                     Ya intervalı azaldın, YA DA Kİ... .....                     Müharibə əlilinin QANINI BATIRIRLAR .....                     Güney Qafqazda PAŞİNYAN POZASI... .....                     İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... .....                     Zatən adı üstündə... Tramp deyib vaxtında... .....                     Səni pöşələnəsən, ay tarix!.. .....                     Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... .....                     Yamaq vurulmuş iqtisadiyyatımız... .....                     “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                 

19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Tarix: 21-01-2025, 13:06 | Çap et
19 İLİN “XƏSİS NAZİRİ”...
Son zamanlar qonşu Qazaxıstanda milli valyuta olan təngənin tez-tez ABŞ dolları qarşısında dəyər itirməsi və ümumilikdə ölkənin maliyyə stabilliyi sahəsindəki problemlər yerli ekspertlər tərəfindən ciddi tənqid olunur. Qazaxıstanlı ekspertlər bu zaman tez-tez Azərbaycanı nümunə göstərirlər. Çünki bir çox göstəricilərinə, iqtisadiyyatının strukturuna, neft-qaz ölkəsi olmasına görə Azərbaycanla Qazaxıstanın xeyli bənzərlikləri var.

Müqayisə zamanı isə qeyd olunur ki, Azərbaycanda manatın məzənnəsindən tutmuş maliyyə stabilliyini təmin edən digər göstəricilərə, ümumilikdə büdcənin idarə olunmasına qədər vəziyyət Qazaxıstandakından müsbət mənada xeyli fərqlənir. Yəni, Azərbaycanın əldə etdiyi maliyyə sabitliyini təxminən eyni imkanlara, hətta daha artığına malik olan Qazaxıstan əldə edə bilmir. Bu zaman ekspertlər əsas səbəbi ölkənin maliyyə sektorunun effektiv idarəçiliyində, aparıcı kadrların işində görürlər və qeyd edirlər ki, Azərbaycanda bu, daha yaxşı alınır...

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 10 yanvar 2025-ci il tarixli sərəncamı ilə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Baş nazirinin müavini təyin edilib. Azərbaycan cəmiyyətində hər zaman nazirlərə qarşı münasibət birmənalı olmayıb və bu da əksər hallarda əsassız deyil. Bu baxımdan ölkəmizin ən yeni tarixində əhalinin normal, bəzənsə hətta rəğbətlə qarşıladığı nazirlərin sayı barmaqla sayılacaq qədər azdır. Bunlar da əsasən öz işinin peşəkarı olan, nazir kürsüsünə təsadüfən oturmayan, öz imtiyazlarından varlanmaq və bunu insanların “gözünə soxmaq” üçün istifadə etməyənlərdir. Bu baxımdan Samir Şərifov gerçəkdən işinin peşəkarı olan, siyasi və hakimiyyətdaxili intriqalardan uzaq nüfuzlu nazir kimi yadda qalacaq.

Heç kimə sirr deyil ki, Azərbaycanda bir çox nazirlər və digər iri məmurlar indiyə qədər daim büdcə vəsaitlərinin mənimsənilməsi sayəsində varlanmaq üçün növbəyə düzülüblər. Təcrübə göstərir ki, bunun qarşısını almaq asan olmayıb və Samir Şərifovun hökumət komandası daxilində bir çoxları tərəfindən soyuq qarşılanması da təsadüfi deyil. Komandada çoxları onu “xəsis nazir” kimi xarakterizə edirlər ki, bu da Şərifovun belə məmurların iştahlarına uyğun davranmamasından irəli gəlir. Onun “əliaçıq nazir” olmaması səbəbindən bir çox məmurlarla münasibətinin soyuq olduğu məlumdur. Şərifovun Baş nazirin müavini vəzifəsinə təyinatı isə daha çox ən yüksək səviyyədə etimadı doğrultmasının nəticəsi kimi nəzərdən keçirilə bilər...

Qeyd edək ki, Samir Şərifov ümumilikdə ən uzunömürlü nazirlərdən biri olmaqla yanaşı, həm də Azərbaycan tarixinin ən uzunömürlü maliyyə naziridir. Onun karyerasının ən məhsuldar dövrü Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ilk icraçı direktoru kimi (2001-2006) vəzifəyə başlaması ilə xarakterizə oluna bilər. Gələcək nazir həmin illərdə Neft Fondunun qurulması, neft gəlirlərinin səmərəli idarə olunması, şəffaflıq məsələlərində beynəlxalq nümunələrə uyğun modellərin tətbiq edilməsində mühüm işlər görüb. Bu gün Azərbaycan Neft Fondunun beynəlxalq təcrübədə nümunə kimi göstərilməsində də onun xidmətləri var...

2006-cı ildə maliyyə naziri təyin olunandan sonra S.Şərifov beynəlxalq müstəvidə daha çox tanınmağa başlayıb və ötən 19 il ərzində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqda bir peşəkar kimi Azərbaycanın əsas siması olaraq tanınıb. Onun nazir kimi çoxillik fəaliyyəti mətbuatın və ekspertlərin də diqqət mərkəzində olub. Məsələn, S.Şərifovla bağlı son təyinatdan sonra “Turan” agentliyi də yazıb ki, “Şərifov Azərbaycan siyasətindəki qərbyönlü fiqur olaraq ölkənin iqtisadi modernizasiyasını və qlobal maliyyə inteqrasiyasını həyata keçirən şəxs kimi tanınır. Onun rəhbərliyi altında Azərbaycan bir neçə mühüm nailiyyətə imza atıb, o cümlədən Şərifov beynəlxalq əməkdaşlığı dəstəkləyib, Dünya Bankı və Avropa İttifaqı Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi qurumlarla tərəfdaşlıqlar qurub. Bu əməkdaşlıqlar, Azərbaycan iqtisadiyyatını qlobal davamlılıq və yaşıl transformasiya istiqamətində yönləndirən enerji və infrastruktur sahələrindəki əsas layihələri maliyyələşdirdi. Onun dövrü, iqlim maliyyələşməsinə daha çox diqqət yetirilməsi ilə xarakterizə olunub, büdcə ayrılması, ölkənin iqlim dəyişikliyinə qarşı həssaslığını aradan qaldırmağa yönəldilib”. Bu deyilənlərdə kifayət qədər həqiqət yükü var...

Bəs sırf maliyyə məsələləri, peşəkar fəaliyyət baxımından Samir Şərifov maliyyə naziri olduğu 19 il ərzində nə ilə yadda qaldı?

Beynəlxalq statistikaya nəzər salsaq, görərik ki, Azərbaycan bu dövr ərzində büdcə şəffaflığı və hesabatlılığı sahəsində 125 ölkə arasında 23-cü yerə çıxıb. Bu, ilk olaraq Azərbaycanın büdcə şəffaflığı və hesabatlılığı sahəsində əsas diaqnostik qiymətləndirmə aləti olan Açıq Büdcə Sorğusunda qazandığı nailiyyətdir. Belə ki, əvvəlcə “Açıq Büdcə İndeksi-2021" hesabatında Azərbaycan 100 mümkün baldan 57 bal toplamaqla 120 ölkə arasında mövqeyini 81-ci yerdən 44-cü yerə yüksəltdi, iki il sonra - “Açıq Büdcə İndeksi – 2023” hesabatında isə Azərbaycanın mövqeyi 2021-ci ilin reytinq göstəricisi (57 bal) ilə müqayisədə 10 bal daha yaxşılaşdırıldı və bununla da Azərbaycan büdcə barədə kifayət qədər məlumat dərc edən ən qabaqcıl ölkələr qrupuna daxil oldu. Beləliklə, Azərbaycan müvafiq hesabatda 100 mümkün baldan 67 bal toplamaqla müstəqillik tarixi ərzində bu göstərici üzrə ən yüksək nəticə ilə qiymətləndirildi və qiymətləndirmədə iştirak edən 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yerə yüksəldi.

Azərbaycanın belə yüksək nəticələr əldə etməsi büdcə sistemi ilə bağlı bütün sənədlərin, o cümlədən ilkin büdcə sənədləri, dövlət büdcəsinin icrasına dair yarımillik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq səviyyəsinin artırılması, həm də sənədlərin özlərinin ictimaiyyətə açıqlanması ilə bağlıdır.

Azərbaycanın xarici dövlət borcunun son illərdə azaldılması da uğurlu maliyyə siyasətinin əsas göstəricisindən biri kimi xarakterizə oluna bilər. Belə ki, ötən il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu cəmi 5 milyard 299 milyon dollar təşkil edib ki, bu da ÜDM-in 7,2 %-i qədərdir. Prezident yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ümumi Daxili Məhsulun xarici borca olan nisbətilə bağlı danışıb və bu sahədəki göstəricidən razılığını qeyd edib: “Bizim xarici borcumuz Ümumi Daxili Məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7,2 faiz səviyyə doğrudan da çox böyük nəticədir... Valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni, əgər kimsə mənə ikinci belə ölkə, – söhbət inkişaf etmiş ölkələrdən gedir, – göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur”.

Ekspert qiymətləndirmələrinə görə, 2019-cu büdcə ilindən etibarən xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə Büdcə Qaydasının tətbiqinə başlanılması da əsas müsbət məqamlardan biridir. Budcə qaydasının tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə şərait yaradır. Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə də büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır.

Müsbət kontekstdə diqqəti cəlb edən başqa bir məqam isə 2022-ci ildən tətbiq edilən ortamüddətli maliyyə planlaşdırılmasıdır.

Dövlət başçısının müvafiq fərmanına əsasən, sözügedən islahatlar üzrə ilk olaraq pilot sektorlar - təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi müəyyən edilib, sonrakı illərdə bu sektorların sayı artırılaraq 9-a çatdırılıb. Maliyyə Nazirliyi tərəfindən ötən dövr ərzində bu istiqamətdə bir sıra mühüm addımlar atılaraq müəyyən hüquqi, institusional və metodoloji çərçivə formalaşdırılıb.

Eyni zamanda, Samir Şərifovun maliyyə naziri olduğu dövr büdcənin real və sürətli artımı ilə də yadda qaldı. Beləki, 2007-ci il dövlət büdcəsinin gəlirləri 5,3 milyard manat, xərcləri isə 5,7 milyard manat idisə, 2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi olaraq qəbul edildi və dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat təşkil edir. Bu illər ərzində büdcə zərfinə daxil olan sənədlər peşəkarlıqla yüksək səviyyədə hazırlanaraq, Milli Məclisin müzakirəsinə və ictimaiyyətə təqdim olunub. Eyni zamanda, son illərdə ənənəvi olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanaraq dərc olunur. Eyni məsələ investisiya dərəcəli beynəlxalq kredit reytinqinə də aid edilə bilər. Bu, onunla şərtlənir ki, ötən illər ərzində S.Şərifov tərəfindən çevik, balanslı və eyni zamanda da ehtiyatlı büdcə siyasəti, büdcə idarəçiliyi həyata keçirilib. Bu siyasət bəzi ekspertlər tərəfindən tənqid olunsa da, əsas etibarilə öz effektivliyini sübut edib. Nəticədə, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici şoklara qarşı dayanıqlılığını gücləndirməyi, makroiqtisadi sabitliyi möhkəmləndirməyi, dövlətin valyuta ehtiyatlarının artırılmasını, intizamlı borclanma siyasətinin həyata keçirilməsini təmin edib. Bütün bunlar beynəlxalq reytinq agentlikləri tərəfindən təsdiq olunub. Məhz buna görə 2024-cü ildə “Fitch Ratings” tərəfindən ölkənin kredit reytinqi investisiya dərəcəsinə yüksəldildi. Bu nailiyyət, Azərbaycanın maliyyə göstəricilərindəki irəliləyişləri, o cümlədən xarici valyuta ehtiyatlarının artması və borc səviyyəsinin azalmasını əks etdirir.

Elə Prezident İlham Əliyev də bu günlərdə yerli televiziya kanallarına müsahibəsində büdcə gəlirlərindən, ölkənin maliyyə sektorundakı durumdan razılığını bildirərək, ümumi mənzərəni müsbət dəyərləndirmişdi. Bu, həm də Maliyyə naziri Samir Şərifovun fəaliyyətindən razılığın göstəricisi, siqnalı idi...

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın adamları saxlanıldı
Dünən, 11:48
İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Dünən, 11:46
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Dünən, 11:15
Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Dünən, 09:46
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Dünən, 09:42
Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Dünən, 09:39
ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Dünən, 08:42
Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Dünən, 08:38
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Dünən, 08:29
Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Dünən, 08:22
Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Dünən, 08:19
MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Dünən, 08:14
Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Dünən, 08:04
Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Dünən, 07:51
"Məsmə Aslanın oyunu ləzzət elədi..." - REAKSİYA
Dünən, 07:37
Ya intervalı azaldın, YA DA Kİ... - NARAZILIQ VAR...
Dünən, 07:26
Müharibə əlilinin QANINI BATIRIRLAR - MÜRACİƏT
Dünən, 07:18
Güney Qafqazda PAŞİNYAN POZASI... - Kim necə görür...
Dünən, 07:09
İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... - TƏKLİF...
Dünən, 07:04
Zatən adı üstündə... Tramp deyib vaxtında... - Ortada məntiq də olmalıdır axı...
Dünən, 06:52
Səni pöşələnəsən, ay tarix!.. - ÇƏRXİ-FƏLƏK...
Dünən, 06:43
Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... - MALƏSƏF...
Dünən, 06:40
Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Dünən, 06:31
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
6-06-2026, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
6-06-2026, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
6-06-2026, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
6-06-2026, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
6-06-2026, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
6-06-2026, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
6-06-2026, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
6-06-2026, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
6-06-2026, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
6-06-2026, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
6-06-2026, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
6-06-2026, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
6-06-2026, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
6-06-2026, 16:35
Tramp Maskla barışıb
6-06-2026, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
6-06-2026, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
6-06-2026, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
6-06-2026, 15:04
Yasamal RİH İZAHAT VERDİ
6-06-2026, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
6-06-2026, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
6-06-2026, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
6-06-2026, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
6-06-2026, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
6-06-2026, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
6-06-2026, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
6-06-2026, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru