İranlı iş adamı Esmail Zadeh Faridonun ölkədən çıxışına məhdudiyyət qoyulur.
Pravda.az-ın xəbərinə görə, iş adamı ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.
Mahiyyəti xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).
İş hakim Ülkər Həsənovanın icraatındadır. Baxış iclası noyabrın 18-də keçiriləcək.
Qeyd: Esmail Zadeh Faridon Milli Onkologiya Mərkəzinin 2023-cü ildə elan etdiyi tenderlərdən birini qalibi olub. O, Mərkəzin stasionar şöbələrində yatan xəstələrin (yoluxucu və qanla əlaqəli virus infeksiyalarının) və izolyasiya olunmuş xəstələrin (hava-damcı yolu infeksiyası olan və ətraf mühit üçün təhlükəli sayılan radioaktiv yod-131 qəbul etmiş) qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunan birdəfəlik qabların satınalınmasını həyata keçirib.