COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir - MƏQALƏ
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Bakıya 196 ölkədən 72 min iştirakçı gəlib, onların sırasında 80 prezident, Vitse-prezident və Baş nazirlər var.
Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış edərək deyib ki, qonaqlarımızın çoxu Azərbaycana ilk dəfədir səfər edir. Ümid edirəm ki, onların ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı olacaqdır.
Qeyd edək ki, 2023-cü ilin dekabrında 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycanın COP29-a ev sahibliyi etməsinə qərar verildi. Bu tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Belə ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə 4 il ərzində BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama hərəkatına sədrlik etdi. Azərbaycan eyni zamanda 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.
COP29-un Bakıda keçirilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Belə ki, bütün dünya ölkələrindən gələn 70 mindən artıq qonaq işğaldan azad olunmuş rayonlarımıza səfər edəcək, Azərbaycanın tarixi ilə yaxından tanış olacaqlar. Bir sıra QHT-lərin yaydıqları yalan məlumatların tam əksini görəcəklər. Tərəflər Konfransı Azərbaycanın iqtisadiyyatına, yeni investisiyaların, yeni texnologiyaların cəlb olunmasına və eyni zamanda turizm sektorunun canlanmasına şübhəsiz ki, güclü təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik”.
Bəli, 30 il işğal altında qalan ərazilərimizi Azərbaycan Prezidentinin uzaqgörənliyi, diplomatiyası, böyük siyasəti, Ordumuzun yüksək səviyyədə hazırlıqlı olması və xalqımızın bir olaraq inamla Prezidentimizin ətrafında sıx birləşməsi nəticəsində geri aldıq. Biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, haqqı, ədaləti və suverenliyimizi tam bərpa etdik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək.
Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik”.
Eyni zamanda qonaqların nəzərinə çatdırılıb ki, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir.
Azərbaycan çoxmillətli – mültikultural bir dövlətdir. Burada bir çox millətlərin nümayəndələri azərbaycanlılarla bərabərhüquqlu yaşayırlar. Azərbaycan xalqı bütün millətlərin nümayəndələri ilə - etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır və Azərbaycanın inkişafında yaxından iştirak edirlər.
Azərbaycan Prezidenti çıxışında Azərbaycanın Yaşıl gündəliyi haqqında danışaraq qeyd edib ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.
COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir.
Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
Bu gün Azərbaycanın müxtəlif bölgələrini də yaşıl gündəlik əhatə edir. Belə ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu da ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü.
Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis-bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq”.
Şəhla Ağbulud AYB Abşeron bölməsinin sədri, Prezident təqaüdçüsü "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• "Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi... Azərbaycan üçün itki deyil"
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Jozep Borrellə cavab verib
Bu gün, 18:24 |
|
|
|
• Xarici qonaqlar COP29-dakı yemək qiymətləri haqda nə dedilər? – SORĞU
Bu gün, 18:13 |
|
|
|
• Qızını məcburi ərə vermək istəyən ata istintaqa cəlb edildi - TƏFƏRRÜAT
Bu gün, 18:11 |
|
|
|
• “Cahan-Motors” qanunları pozdu, Gömrük Komitəsi protokol tərtib etdi
Bu gün, 18:06 |
|
|
|
• "Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsin tapdım, məzarının yerini öyrəndim"
Bu gün, 18:03 |
|
|
|
• Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
Bu gün, 18:00 |
|
|
|
• Rəsmi Bakı ƏSAS ŞƏRTİNİ AÇIQLADI - Ermənistan konstitusiyasına dəyişiklik etməyincə...
Bu gün, 17:55 |
|
|
|
• Ermənistan niyə COP29-a GƏLMƏDİ? – “Fransanın burada rolu böyük olub”
Bu gün, 17:53 |
|
|
|
• Kəhkəşanın `YESİRLƏRİ`... - FOTO
Bu gün, 17:51 |
|
|
|
• "Nəqliyyat ola-ola mən niyə gün itirməliyəm?" - ETİRAZ VAR...
Bu gün, 17:47 |
|
|
|
• "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"
Bu gün, 17:39 |
|
|
|
• SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
Bu gün, 17:37 |
|
|
|
• İrəvanın ABŞ və Qərbdən ala bilmədikləri: Onların hamısı indi Azərbaycanın əlində cəmləşib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:34 |
|
|
|
• "Qərbin "demokratiya"sına, siyasi müdaxiləsinə "avtoritar" adlandırılan rejimlərin ehtiyacı varmı?" - Video
Bu gün, 16:41 |
|
|
|
• Aşıq Namiqə AĞIR İTKİ: - “Son nəfəsində dedi ki, bunlar məni məhv etdi”
Bu gün, 16:40 |
|
|
|
• Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Bu gün, 16:38 |
|
|
|
• Hindistan-İran əlaqələri: onlar həm müttəfiq, həm də rəqibdirlər - “Iran Wire”
Bu gün, 16:35 |
|
|
|
• COP29-da iştiraka üzü olmayan Fransanın törətdiyi ekoloji CİNAYƏTLƏR - AKTUAL
Bu gün, 16:28 |
|
|
|
• “3 ildir ki, heç bir səbəb olmadan əlilliyimi kəsiblər” - ETİRAZ VAR...
Bu gün, 16:26 |
|
|
|
• Sülh dalana dirənib: Sazişin imzalanması niyə gecikir? - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Paşinyanın yeni "strateji saziş" OYUNU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:21 |
|
|
|
• İsrailin Türkiyəyə qarşı hücum həyata keçirməsi absurddur -ŞƏRH
Bu gün, 16:12 |
|
|
|
• 30 il əvvəl susanlar hərəkət keçdi: Bakıya “hücum”un pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 16:10 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı son durum: Şərtlər belədir - GƏLİŞMƏ
Bu gün, 16:09 |
|
|
|
• Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? - SİYAHI
Bu gün, 16:06 |
|
|
|
• Ağadadaş Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 16:04 |
|
|
|
• Danışıqlar fayda vermədi: - 9 ildən sonra yenidən hərbi əməliyyatlar BAŞLAYIR
Bu gün, 16:02 |
|
|
|
• Bakıda 1100 bina söküləcək: Sakinlərə mənzil və kompensasiya... - AKTUAL
Bu gün, 15:59 |
|
|
|
• Saakaşvili əfv edilsə belə... həbsxanadan çıxa bilməyəcək
Bu gün, 15:56 |
|
|
|
• Ermənistanda konstitusiya dartışmaları davam edir - KİV
Bu gün, 15:55 |
|
|
|
• Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi
Bu gün, 15:53 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə başlayıb - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
• Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Bolqarıstanın birinci xanımı Şamaxıda - FOTO
Bu gün, 14:33 |
|
|
|
• “Qərb “tərəfdaşlarının” yalan vədləri Ukraynaya hər gün faciə yaşadır” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 14:02 |
|
|
|
• “Nemət Pənahlı özü etiraf elədi ki, məni Meydanda mitinqlər başlamamışdan instruktaj ediblər...” - İLGİNC...
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıb - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• “Zelenski seçiciləri pulla ələ almaq istəyir” - Poroşenko
Bu gün, 13:08 |
|
|
|
• "Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir..." - deputat
Bu gün, 13:06 |
|
|
|
• Müharibəni idarə edən “beyin mərkəzi” gedir – Yerinə məşhur polkovnik gətirilir
Bu gün, 13:03 |
|
|
|
• Sülhlə bağlı iki məsələ qaldı: Son variant açıqlandı - İNCƏLƏMƏ
Bu gün, 13:01 |
|
|
|
• COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir - MƏQALƏ
Bu gün, 12:57 |
|
|
|
• İmişlidə MAL BAZARI: BU NƏ HALDIR?.. - FOTO, VİDEO
Bu gün, 12:56 |
|
|
|
• “Qazandığım hörməti yerə vurmaq istəmirəm” - Xalq artisti
Bu gün, 12:43 |
|
|
|
• Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
• Tıxacın “qənimi” Bakıya qayıdır - AÇIQLAMA
Bu gün, 12:36 |
|
|
|
• "Müttəfiq deyilik" - İrandan Kremli qıcıqlandıran açıqlama
Bu gün, 12:20 |
|
|
|
• Ulu öndərin ideyalarını yaşadan partiya - MƏQALƏ
Bu gün, 12:16 |
|
|
|
|