"Mahal" MTK-nın qanuni təmsilçisi Rəhimov İlqar Vəliyəddin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulur.
Pravda.az-ın xəbərinə görə, İ.Rəhimovla bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.
Mahiyyəti xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) olan iş hakim Ramiq Qələndərzadənin icraatındadır. Məhkəmə baxışı noyabrın 16-da olacaq.