Nərimanov sakini liftin işləməməsindən şikayətçidir .....                     İqtisadi böhranla üz-üzə: rus milyarderlər təlaşda .....                     Bu gün bir sıra marşrutların fəaliyyətini bərpa ediləcək .....                     Aygün Bəylərin məzarüstü abidəsi ucaldıldı .....                     Yeni kadrlar nələri dəyişəcək: Azərbaycanla bağlı diqqətçəkən məqam .....                     Bakıda məşhur aktyorun avtomobilini YARARSIZ HALA SALDILAR .....                     Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi: .....                     Azərbaycanın tərpətdiyi böyük laylar .....                     İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır .....                     Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi .....                     Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub .....                     "Onların konfransa qatılmaması Azərbaycan üçün vacib deyil" .....                     "Ermənistan ona görə ilk gündən COP29-a qatılmayıb ki..." .....                     “Bilməlidir ki, pis əmilər və pis əməllər var” .....                     Rusiyanın itkiləri 714 mini keçdi .....                     Prezidentin nəvəsi Ronaldinyo ilə .....                     "Tünzalənin bəzi əşyalarına hələ də cəsarət etmirəm toxunmağa" .....                     BBC-nin “kotlet-çörək” jurnalistikası... .....                     “Biz Gümrüdəki vəziyyətdən çox narahatıq” .....                     Xalq düzgün seçim etdi, onu parlamentə buraxmadı .....                     Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir .....                     Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb .....                     COP29 antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə vurdu .....                     Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir .....                     Azərbaycanda ingilis dilini necə bilirlər? .....                     Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər? .....                     “Bu təxtibatlar həmişə olub və olacaq da, çünki...” .....                     "Mən sənətdə olanda Namiq yox idi" .....                     Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb .....                     Ermənistanda onlarla polis narkotikdən istifadə edib .....                     Azərbaycanlılar ötən ay Türkiyədən .....                     Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin .....                     "Bu ağır gündə ona bacardığımız qədər dəstək olmaq lazımdır" .....                     Vəfa Nağı ermənilərlə bir arada: Azərbaycan əleyhinə aksiyada iştirak etdi .....                     "Bunu hər adam edə bilməz" .....                     Paşinyanın partiyasından erməni əsirlərlə bağlı ETİRAZ .....                     BOLT gediş haqqını iki dəfə çıxır .....                     Qərb BRİCS-in maliyyə sistemi yaratmasına mane olmağa çalışır .....                     Türkiyə BRICS-ə qoşulur .....                     Ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab .....                 

Ermənistan COP29-a gələcəkmi? - GƏLİŞMƏ
Tarix: 12-11-2024, 07:26 | Çap et
Ermənistan COP29-a gələcəkmi?
Bakıda COP29 iqlim konfransının açılışına dünyanın hər yerindən dövlət və hökumət başçıları, yüksək səviyyəli rəsmi nümayəndə heyətləri gəldi.
BMT baş katibi, Avropa İttifaqı Şurasının prezidenti, Afrika İttifaqı Şurasının prezidenti də daxil olmaqla əksər beynəlxalq təşkilatların rəhbərləri və nümayəndə heyətləri konfransın ilk günündə iştirak etdilər.

Gözlənildiyi kimi, Fransa prezidenti Emmanuel Makron konfransa qatılmadı. Eləcə də, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Ci Tsinping, Hindistanın baş naziri Narendra Modi, Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts, eləcə də, ABŞ dövlət katibi Entoni Blinken də Bakıya səfər etmədilər. İran, Braziliya, Cənubi Afrika Respublikası, İspaniya və sair kimi ölkələrin rəhbərləri də gəlmədilər. Səbəblər müxtəlifdir. Bəzi ölkələrdə siyasi böhran var. Məsələn, Almaniyada. Hökumət koalisiyası dağılıb. İspaniya isə sel fəlakəti və bunun nəticəsində baş vermiş iğtişaşlarla sarsılıb.

Azərbaycanın Cənubi Qafqazda ən yaxın qonşu, dost ölkə olaraq yüksək səviyyəli münasibətdə olduğu Gürcüstan isə daxili siyasi gərginliyə baxmayaraq, baş nazir İrakli Kobaxidze səviyyəsində və yüksək nümayəndə heyəti ilə konfransa ilk qatılanlardan oldu.

Ona görə də yenə nəzərlər Ermənistana çevrildi: bu ölkədən gələn olacaqmı?

APA xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə bir daha aydınlıq gətirib. Dövlət başçısı Azərbaycanın Ermənistanı dəvət etdiyini söyləyib.

Azərbaycan prezidenti bildirib ki, Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib. İştirak edib-etməmək bu ölkənin öz qərarıdır.

Azərbaycanın rəsmi dəvət məktubu Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın adına göndərilib. Buna görə də Ermənistandan məhz onun gələcəyi gözlənilir. Ancaq Ermənistanlı nazir konfransa qatılmadı, iqlim sammitinin açılış günündə İsveçə səfərə getdi. Beləliklə, Ermənistanın hansı qərara gəldiyi hələ də məlum deyil.

Ermənistanın öz mediası da bu suala cavab axtarır. Jurnalistlərin qarşısına xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxıb. O da bildirib ki, COP29-a qatılmaqla bağlı hələ bir qərar yoxdur. Kostanyan deyib: "Qərarın verilməsi sülh danışıqlarının dinamikasından asılı olacaq. Qərar qəbul olunan kimi məlumat veriləcək".

Bu cavabdan görünür ki, COP29 iqlim sammitində iştirakın mümkünlüyünü rəsmi İrəvan yenə də sülh danışıqları ilə əlaqələndirib. Əslində, bu, "gəlmək istəmirəm" demək kimi bir şeydir.

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə razılaşdırılmamış məsələlər var. Ermənistan təklif edib ki, razılaşdırılmış bəndlər müqavilə kimi dərhal imzalansın, qalan məsələləri "sonra razılaşdırmaq olar".

Bununla Ermənistan tərəfi dünya ictimaiyyətinin gözündə özünü sülh tərəfdarı, Azərbaycanı isə sülhün əleyhdarı kimi göstərməyi hədəfləyib. Məqsəd beynəlxalq birliyin Azərbaycana mütəşəkkil və intensiv təzyiqi ilə özünə sərfəli sənədin imzalanmasına nail olmaqdır. Ona görə Ermənistanın prezidenti, baş naziri, parlament sədri, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi dəfələrlə, təkrar-təkrar bəyan edirlər ki, Ermənistan sülh müqaviləsini dərhal ("lap elə bu gün") imzalamağa hazırdır. Fransa və bir sıra başqa dövlətlərin və bəzi beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri bu məsələdə Ermənistana dəstək ifadə ediblər. Ancaq Azərbaycan bu cür yarımçıq, prinsipial məsələlərin razılaşdırılmadığı sazişin imzalanmasını doğru saymır.

Beynəlxalq dairələrin Ermənistanla bu kontekstdə həmrəyliyinə gəlincə, prezident İlham Əliyev noyabrın 8-də "Zəfər günü" münasibətilə çıxışında Ermənistanın "sülh göyərçini kimi" təqdim olunması cəhdlərinə öz sərt münasibətini bildirib. Prezident açıq qalan məsələləri razılaşdırmadan sülh sazişini imzalamağın doğru olmadığını bir daha vurğulayıb.

Ermənistan tərəfinin bəyanatlarından belə məlum olur ki, rəsmi İrəvan Co Baydenin prezidentlik müddəti bitənə qədər sazişin imzalanmasına çalışır. Rəsmi Vaşinqtonun da istəyi bu istiqamətdə olub. ABŞ prezidentinin hər iki ölkə rəhbərinə məktubu da bunu deməyə əsas verir. Prezident İlham Əliyevə və baş nazir Nikol Paşinyana yazdığı məktublarında prezident Bayden Azərbaycanı və Ermənistanı bu ilin sonuna qədər sülh sazişini imzalamağa çağırmışdı. Bu çağırış Ermənistanın mövqeyi ilə səsləşir. Ancaq bu, heç də real görünmür. Belə məlum olur ki, danışıqlar COP29 iqlim konfransından sonra intensivləşəcək. Hər halda Azərbaycan tərəfi belə bir bəyanat verib.

Bahəddin Həzi, Bizimyol.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərimanov sakini liftin işləməməsindən şikayətçidir - "Belə hal olar?"
Bu gün, 02:09
İqtisadi böhranla üz-üzə: rus milyarderlər təlaşda - NƏ BAŞ VERİR?
Bu gün, 01:46
Bu gün bir sıra marşrutların fəaliyyətini bərpa ediləcək - DİQQƏT
Bu gün, 00:07
Aygün Bəylərin məzarüstü abidəsi ucaldıldı - FOTO
Bu gün, 00:02
Yeni kadrlar nələri dəyişəcək: Azərbaycanla bağlı diqqətçəkən məqam - GƏLİŞMƏ
Dünən, 23:24
Bakıda məşhur aktyorun avtomobilini YARARSIZ HALA SALDILAR - VİDEO
Dünən, 23:21
Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi: - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
Dünən, 20:01
Azərbaycanın tərpətdiyi böyük laylar – Ermənistanı üstümüzə kim qızışdırır?
Dünən, 19:58
İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır - Paşinyan
Dünən, 18:18
Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi - DETALLAR
Dünən, 18:15
Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub - Rusiya XİN
Dünən, 17:10
"Onların konfransa qatılmaması Azərbaycan üçün vacib deyil" - deputat
Dünən, 17:08
"Ermənistan ona görə ilk gündən COP29-a qatılmayıb ki..." - İLGİNC DETAL
Dünən, 17:01
“Bilməlidir ki, pis əmilər və pis əməllər var”
Dünən, 16:51
Rusiyanın itkiləri 714 mini keçdi – Tam siyahı
Dünən, 16:47
Prezidentin nəvəsi Ronaldinyo ilə - FOTO
Dünən, 16:46
"Tünzalənin bəzi əşyalarına hələ də cəsarət etmirəm toxunmağa" - FOTO
Dünən, 16:01
BBC-nin “kotlet-çörək” jurnalistikası... - AXI NİYƏ?..
Dünən, 15:58
“Biz Gümrüdəki vəziyyətdən çox narahatıq” - Aleksanyan
Dünən, 15:57
Xalq düzgün seçim etdi, onu parlamentə buraxmadı - İnsanın pula satılmayan heç bir dəyəri olmazmı?
Dünən, 15:54
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir - AÇIQLAMA
Dünən, 15:48
Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - FOTO
Dünən, 15:45
COP29 antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə vurdu - İsrafil Kərimovun yazısı
Dünən, 15:42
Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir - DİQQƏT
Dünən, 15:22
Azərbaycanda ingilis dilini necə bilirlər? - Ölkələrin siyahısı
Dünən, 14:11
Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər? - ARAŞDIRMA
Dünən, 14:00
“Bu təxtibatlar həmişə olub və olacaq da, çünki...” -Məlahət Abbasova
Dünən, 13:58
"Mən sənətdə olanda Namiq yox idi" - Yeni QALMAQAL
Dünən, 13:31
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO
Dünən, 13:30
Ermənistanda onlarla polis narkotikdən istifadə edib - “news.am”
Dünən, 13:27
Azərbaycanlılar ötən ay Türkiyədən nə qədər mənzil alıb?
Dünən, 13:11
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycana səfərə gəlib
Dünən, 13:08
"Bu ağır gündə ona bacardığımız qədər dəstək olmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 13:07
Vəfa Nağı ermənilərlə bir arada: Azərbaycan əleyhinə aksiyada iştirak etdi - XƏYANƏTİN BUYNUZU OLMUR Kİ...
Dünən, 13:04
"Bunu hər adam edə bilməz"
Dünən, 13:01
Paşinyanın partiyasından erməni əsirlərlə bağlı ETİRAZ - Ermənistan KİV
Dünən, 12:54
BOLT gediş haqqını iki dəfə çıxır - NARAHATÇILIQ VAR...
Dünən, 12:52
Qərb BRİCS-in maliyyə sistemi yaratmasına mane olmağa çalışır
Dünən, 12:47
Türkiyə BRICS-ə qoşulur - NATO-dakı fəaliyyətə təsir edəcəkmi?
Dünən, 12:43
Ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab - ŞƏRH
Dünən, 12:35
"Merona-Baku"nun vəziyyəti açıqlandı - HESABAT
Dünən, 12:34
Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Dünən, 12:30
Rusiyadan Ermənistana qaz nəqli dayandırıldı - KİV
Dünən, 12:28
Azərbaycan və Ermənistan arasında danışıqlarda daha fəal rol oynamağa hazırıq - Gürcüstan Baş naziri
Dünən, 12:08
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:06
Müşfiq Feyziyevin evi yanıb - İkinci bənzər hadisə...
Dünən, 12:03
Tanınmış jurnalist dünyasını dəyişdi
Dünən, 12:01
COP29 ən yüksək səviyyədə təşkil olunub - Sadır Japarov
Dünən, 11:57
"Mən hələ çox yumşaq yazmışam"
Dünən, 11:51
Ukraynada prezident seçkiləri: Zelenski taxtını qoruya biləcəkmi? - “The Economist”
Dünən, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru