Ermənistanda parlament çoxluğu – baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının fraksiyası müxalifətin beynəlxalq ictimaiyyəti erməni məhbusları azad etmək üçün Azərbaycana təzyiq göstərməyə çağıran bəyanatını dəstəkləməkdən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib.
Parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, müxalifət Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsini siyasi kapitala çevirməyə çalışır. Onun sözlərinə görə, 2020-ci ildən sonra yüzlərlə erməni əsir müxtəlif mərhələlərdə geri qaytarılıb.
Vitse-spikeri bildirib müxalifətə xatırladıb ki, əsirlərin qaytaılması məsələsi Ermənistanın diplomatik işidir.
Müxalifətdə olan “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan isə Ruben Rubinyanı bu məsələyə qarşı parlament tribunasından istifadə etməkdə suçlayıb.
“Müxalifətin burada hansı siyasi marağı var? Bu, erməni xalqının siyasi marağından xəbər verir. Buna qarşı çıxanda bu, erməni xalqının kollektiv iradəsinə və maraqlarına qarşı çıxmaq deməkdir”, - Minasyan Rubinyana cavab verib.
Sözügedən bəyanat layihəsini cəmi 30 müxalifət deputatı dəstəkləyib.