Cənubi Qafqazda yeni müharibə riski: savaşa hazırlıq görülür - NƏ ETMƏLİ?
Hindistan Ermənistana "Akaş" (Akash) zenit-raket komplekslərinin ilk batareyasını göndərmək üzrədir. Bu barədə məlumatı "Nyu İndian Ekspress" nəşri komplekslərin istehsalıçısı olan "Bharat Electronics Limited" şirkətinə istinadla verib. Şirkətin “X” şəbəkəsindəki səhifəsindəki xəbərdə deyilir ki, "Bharat Electronics Limited" bu gün Hindistanın müdafiə ixracatında mühüm bir addım atıb: “Şirkətin müdafiə istehsalı üzrə katibi Sanjiv Kumar, dost olan xarici ölkəyə ixrac üçün ilk "Akaş" batareyasının təhvil veriləcəyini bildirdi".
Nəşr xatırladır ki, 2022-ci ildə Ermənistan Hindistandan dəyəri 60 milyard rupiyə yaxın (710 milyon dollar) olan 15 ədəd "Akaş" raket sisteminin alınması ilə bağlı müqavilə imzalayıb və bununla da Hindistandan həmin raket sistemini alan ilk xarici ölkə olub.
Qeyd edək ki, "Akaş" kompleksi "yer-hava" sinfindən olan raketlərdən ibarətdir, qırıcıları, qanadlı raketləri, "hava-yer" tipli raketləri və digər hava silahlarını 25 kilometrədək məsafədən vura bilər.
"Akaş" silah kompleksinin hər bir batareyasında bir passiv 3D radar və 4 ədəd raketatan qurğu var. Qurğunun hər biri 3 raket ilə təchiz edilib.
Bundan əvvəl Hindistanda artilleriya sistemlərinin aparıcı istehsalçısı "Bharat Forge" bu yaxınlarda nümayiş etdirilən "MArG 155" təkərli özü yeriyən haubitsaların Ermənistana ixrac üçün nəzərdə tutulduğunu təsdiqləmişdi.
Ermənistanın intensiv silahlanması bölgədə gələcək eskalasiya riskini artırır. Ekspertlər hesab edirlər ki, Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu bəyan edən Ermənistanın silahlanması rəsmi İrəvanın sülhlə bağlı niyyətini şübhə altına alır.
Hərbi jurnalist Səxavət Məmməd mövzu ilə bağlı AYNA-ya deyib ki, Ermənistanın silahlanmasında maraqlı olan qüvvələr var:
- Cənubi Qafqazda maraqları olan və Ermənistana havadarlıq edən ölkələr və qüvvələr bu dövlətə maliyyə yardımlarını davam etdirməkdədirlər. Bu yardımları isə Ermənistan silahlanmaya sərf etməkdədir. Məsələn, ötən müddətdə Avropa İtttifaqı tərəfindən Ermənistana iqtisadiyyatının gücləndirilməsi adı altında maliyuyə yardımı ayrılmışdı. Məlum oldu ki, yardımın məbləği nə qədərdirsə, Ermənistan həmin məbləğ dəyərində silah alıb. Görünən odur ki, Ermənistanın havadarları və regionda marağı olan qüvvələr Ermənistan ordusunu ən azından 2020-ci ilin sentyabr ayındakı səviyyəsinə çatdırmaq istəyirlər. İstəyirlər ki, 44 günlük müharibədə darmadağın olan Ermənistan ordusu toparlansın, güclənsin və onların maraqlarını bölgədə təmin edə bilsin.
Onu da deyim ki, biz təkcə silahların alınmasına baxmamalıyıq. Ermənistan ordusunun gücləndirilməsi üçün silahlanma ilə yanaşı, başqa fəaliyyətlər də var. Məsələn, Ermənistan hərbçilərinin Almaniyada təlimlər keçməsi, müxtəlif kurslara cəlb edilməsi faktları var. Eyni zamanda, Yunanıstanla Ermənistan ordusu arasında ciddi əməkdaşlıq var. Bundan əlavə, ABŞ ordusu gəlib Ermənistanda erməni hərbçilərlə birgə təlimlər keçirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın təkcə hava hücumundan müdafiəsini gücləndirmirlər, məsələyə kompleks yanaşırlar.
- Məqsəd nədir?
- Əlbəttə, dediyim kimi, məqsəd Ermənistandan öz maraqları naminə lazım gəldikdə istifadə etməkdir. 44 günlük müharibəni təhlil edirlər və Ermənistan ordusunun zəif yerlərini müəyyənləşdirirlər. Buna uyğun da təlimlər keçirilir, silahlar alınır. Məsələn, “Akaş” sistemindən əlavə, Hindistan istehsalı olan anti-dron sistemləri var ki, Ermənistan onun da alınması ilə bağlı danışıqlar aparır. İkinci Qarabağ müharibəsində Ermənistan ordusu ən çox PUA-ların hücumlarından əziyyət çəkdi. İndi hava hücumundan müdafiə sistemini gücləndirir ki, gələcəkdə bu problemi olmasın. Düşünmürəm ki, alınan silahlarla Ermənistan kifayətlənəcək. Ermənistanı silahlandıran qüvvələr prosesin arxasında sonadək dayanacaqlarsa, gərginlik qaçılmaz olacaq. Görünən odur ki, Ermənistan bir tərəfdən sülh bəyanatları versə də, digər tərəfdən yeni müharibəyə hazırlıq görür.
- Yəni yeni müharibə riski qalmaqdadır...
- Əlbəttə, qalmaqdadır. Ümumiyyətlə, bizim ragion elə bir regiondur ki, burada müharibə riski hər zaman öz aktuallığını qoruyur. Verilən mesajlar, atılan addımlar onu göstərir ki, eskalasiya hər an mümkündür. Faktiki olaraq, sülh sazişi imzalanmayıb, yaxınlarda imzalanması da gözlənilmir. Sülhün isə alternativi müharibədir. Düzü, inanmıram ki, genişmiqyaslı müharibə olsun. Çünki Ermənistan nə qədər silahlansa da, ordusu gücləndirilsə də, Azərbaycan Ordusuna gücü çatmayacaq. Bunu Ermənistan da, onun havadarları da yaxşı bilirlər. Amma şərti sərhəddə təxribatlar törədiləcəyi istisna deyil ki, bu da lokal toqquşma deməkdir. Sonra bu toqquşmadan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edə bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Nə yaşayış binalarında istilik sistemi işləyir, nə də bağça və məktəblərdə..." - ETİRAZ VAR...
Bu gün, 11:14 |
|
|
|
• Tramp kimləri vəzifəyə təyin edir: Ermənilər sevinir... - İLGİNC...
Bu gün, 11:11 |
|
|
|
• 2014-ün noyabrı: Təxribat törədən 3 erməni zabit belə məhv edildi - FOTO, VİDEO
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanla sərhəddə gizli görüş: Nə baş verir? - “Hraparak”
Bu gün, 11:03 |
|
|
|
• “Europower Enerji A.S” Azərbaycanda fəaliyətə başlayacaq
Bu gün, 11:02 |
|
|
|
• “Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
Bu gün, 11:01 |
|
|
|
• “Novex Group”a yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:59 |
|
|
|
• "Azərbaycan ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edir" - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• "Emin Hüseynov saxta işlərlə məşğuldur, saxta araq düzəldir" - İTTİHAM VAR...
Bu gün, 10:52 |
|
|
|
• Sığorta nömrəsini səhv yazdılar və... - cərimə vətəndaşa yazılır...
Bu gün, 10:46 |
|
|
|
• Dövlət qurumu 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 10:40 |
|
|
|
• Ruslar yenidən hücumda: Ukraynanın daha bir yaşayış məntəqəsi işğal olunub - “DeepState”
Bu gün, 10:31 |
|
|
|
• Qiymət artımı dayanmasa, inflyasiyanı saxlamaq çətin olacaq - iqtisadçıdan xəbərdarlıq
Bu gün, 10:25 |
|
|
|
• Gömrükdəki İDXAL MONOPOLİYASI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti əsasında məhkəmə başlayır - TƏFƏRRÜAT
Bu gün, 10:12 |
|
|
|
• İranda Azərbaycan dili tədris olunacaq: - TƏSDİQLƏNDİ
Bu gün, 10:10 |
|
|
|
• “Çox bəsit və iyrənc görünür, qəti əleyhinəyəm” - Könül Kərimova
Bu gün, 10:09 |
|
|
|
• `MAHAL` MTK-nın rəhbərinin ölkədən çıxışına "stop" qoyulur - BUNA GÖRƏ...
Bu gün, 10:03 |
|
|
|
• “Ermənistan və Azərbaycan ən pis ssenari üçün bunkerlər tikir, səngərlər qazır...” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:02 |
|
|
|
• Kimlər hərbi xidmətə çağırılmayacaq? - Nazirin təklifini o da dəstəklədi
Bu gün, 10:01 |
|
|
|
• Kənan Aslanovun rəhbərlik etdiyi "Gemza Group" ölkədən pul çıxarıb - MÜBAHİSƏ - MÜBAHİSƏ
Bu gün, 10:00 |
|
|
|
• "Çini cilovlamaq Tramp üçün prioritet olacaq" - Lavrov
Bu gün, 09:56 |
|
|
|
• 37 yaşlı kişi xəstəxanada ölüb - Zaqatalada
Bu gün, 09:52 |
|
|
|
• "Bu çirkin kampaniyalar hər zamankı kimi puç oldu..." - deputat
Bu gün, 09:47 |
|
|
|
• Çətini ödənişi alınca imiş... - GİLEY
Bu gün, 09:40 |
|
|
|
• Xalq artistimiz bu kişi müğənni ilə qolboyun oldu və... - FOTO
Bu gün, 09:31 |
|
|
|
• Təhsil sahəsində ciddi dəyişikliklər olacaq – COP29-dan sonra...
Bu gün, 09:30 |
|
|
|
• COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
Bu gün, 09:28 |
|
|
|
• “Şəxsən mən ölsəm də,evimdən çıxan deyiləm!!!” - Bakıda “Kristal Abşeron” ÖZBAŞINALIĞI...
Bu gün, 09:27 |
|
|
|
• Parlamentdə büdcə müzakirələri nə vaxt başlayacaq? - AÇIQLANDI
Bu gün, 09:16 |
|
|
|
• Ucuz qiymətə bahalı səhhət problemləri - bizi kimi ölkələrdə AKTUALDIR...
Bu gün, 09:13 |
|
|
|
• Sabiq prokuror vəfat etdi
Bu gün, 09:10 |
|
|
|
• Əmək Məcəlləsinin bu tələblərinə əməl edilmədikdə... - Ekspert danışır...
Bu gün, 09:06 |
|
|
|
• Paşinyan bir az da NAZ ELƏSƏ... - yeni yol İrandan KEÇƏCƏK...
Bu gün, 09:02 |
|
|
|
• Qreta ermənilərin sıradan OYUNCAĞIDIR... - FAKT BUDUR!
Bu gün, 08:59 |
|
|
|
• Hindistan malını rekalm edir, ara yerdə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58 |
|
|
|
• Ermənilərin BAKI YOLU hələ də açıqdır... - ŞƏRH
Bu gün, 08:56 |
|
|
|
• "Rütbənin qiyməti 10 min manat olduğu üçün..." - İTTİHAM VAR...
Bu gün, 08:53 |
|
|
|
• COP29-da iştirak etməyən ölkələrin qaranlıq üzü: Görün onlar nələr edibmiş - İLGİNC
Bu gün, 07:36 |
|
|
|
• Türk ordusu hər an böyük əməliyyata başlaya bilər - AÇIQLAMA
Bu gün, 07:34 |
|
|
|
• Nərimanov sakini liftin işləməməsindən şikayətçidir - "Belə hal olar?"
Bu gün, 02:09 |
|
|
|
• İqtisadi böhranla üz-üzə: rus milyarderlər təlaşda - NƏ BAŞ VERİR?
Bu gün, 01:46 |
|
|
|
• Bu gün bir sıra marşrutların fəaliyyətini bərpa ediləcək - DİQQƏT
Bu gün, 00:07 |
|
|
|
• Aygün Bəylərin məzarüstü abidəsi ucaldıldı - FOTO
Bu gün, 00:02 |
|
|
|
• Yeni kadrlar nələri dəyişəcək: Azərbaycanla bağlı diqqətçəkən məqam - GƏLİŞMƏ
Dünən, 23:24 |
|
|
|
• Bakıda məşhur aktyorun avtomobilini YARARSIZ HALA SALDILAR - VİDEO
Dünən, 23:21 |
|
|
|
• Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi: - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
Dünən, 20:01 |
|
|
|
• Azərbaycanın tərpətdiyi böyük laylar – Ermənistanı üstümüzə kim qızışdırır?
Dünən, 19:58 |
|
|
|
• İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır - Paşinyan
Dünən, 18:18 |
|
|
|
• Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi - DETALLAR
Dünən, 18:15 |
|
|
|
|