“Zelenski seçiciləri pulla ələ almaq istəyir” .....                     "Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir..." .....                     Müharibəni idarə edən “beyin mərkəzi” gedir .....                     Sülhlə bağlı iki məsələ qaldı: Son variant açıqlandı .....                     COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir .....                     İmişlidə MAL BAZARI: BU NƏ HALDIR?.. .....                     “Qazandığım hörməti yerə vurmaq istəmirəm” .....                     Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var .....                     Tıxacın “qənimi” Bakıya qayıdır .....                     "Müttəfiq deyilik" .....                     Ulu öndərin ideyalarını yaşadan partiya .....                     YAP - dünənin, bu günün və sabahın partiyasıdır .....                     Bu təhsil müəssisəsində tələbələr SOĞAN KİMİ SOYULUR... .....                     Lavrov Braziliyadan qayıda bilməyəcəyindən qorxur .....                     “Redington” Azərbaycan bazarına daxil olur .....                     İlin sonunda əfv ola bilər: Azərbaycan yanvarda AŞ PA-ya qayıdır? .....                     “Reklama çıxıb, dedim, ə, nə istəyirsən?” .....                     Murad Adıgözəlzadənin köməkçisi ev dustaqlığına buraxıldı .....                     Səudiyyə Ərəbistanı Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Avropa bazarına çıxacaq .....                     Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir .....                     Seçki bazarları silkələdi: Dolların yerini o tutacaq .....                     “İslam Rzayevin Tamarası “İslam” təxəllüsünə görə Xatirədən pul alırdı...” .....                     Azərbaycandan iranlı iş adamına QADAĞA .....                     "Repetitorlar pedoqoji prosesi pozur" .....                     “O qadın Azərbaycan və türk düşməndir!” .....                     Səfər Mehdiyev işçiləri işlətsə də... PULLARINI VERMİR! .....                     "Nə yaşayış binalarında istilik sistemi işləyir, nə də bağça və məktəblərdə..." .....                     Tramp kimləri vəzifəyə təyin edir: Ermənilər sevinir... .....                     2014-ün noyabrı: Təxribat törədən 3 erməni zabit belə məhv edildi .....                     Ermənistanla sərhəddə gizli görüş: Nə baş verir? .....                     “Europower Enerji A.S” Azərbaycanda fəaliyətə başlayacaq .....                     “Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb .....                     “Novex Group”a yeni direktor təyin edilib .....                     "Azərbaycan ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edir" .....                     "Emin Hüseynov saxta işlərlə məşğuldur, saxta araq düzəldir" .....                     Sığorta nömrəsini səhv yazdılar və... .....                     Dövlət qurumu 1,4 milyon manatlıq tenderinin .....                     Ruslar yenidən hücumda: Ukraynanın daha bir yaşayış məntəqəsi işğal olunub .....                     Qiymət artımı dayanmasa, inflyasiyanı saxlamaq çətin olacaq .....                     Gömrükdəki İDXAL MONOPOLİYASI... .....                 

BBC-nin “kotlet-çörək” jurnalistikası... - AXI NİYƏ?..
Tarix: Dünən, 15:58 | Çap et
BBC-nin “kotlet-çörək” jurnalistikası...
Xaricdə yaşayan dostum zəng eləmişdi dünən. Dünya işləri ilə, siyasətlə, filanla qəti arası olmaz. Belə işlərə qarışmağa özünün də etiraf etdiyi kimi həvəsi, vaxtı və o savadı da yoxdur. Di gəl vətəni haqda harada nə görsə, nə eşitsə qulaq kəsilər, dalğanı dəyişməz, kanalı çevirməz.

Bax mənim o əziz dostum Vüqar dünən zəng eləmişdi ki, “Bakıda nə yeyib-içmək tədbiri keçirilir ki? BBC dünən iki dəfə Bakıdan reportaj verdi, ikisində də yeməklərin qiymətindən şikayət elədi”. (Dostumun BBC ilə bağlı uşaqlıqdan travması var, ona görə xüsusi həssasiyətlə izləyir o kanalı, bunu sonda danışacağam). Dostum Vüqarın Bakıda keçirilən tədbir haqda bilgisi, təqribən “Azadlıq” radiosu müxbirinin bilgisi qədər olardı. Yaxşı bir dərsə ehtiyacı vardı.

Amma ki, məndə Hikmət Hacıyev səbri-hövsələsi yox idi ki, telefonun və dünyanın o biri ucunda olan dostuma tədbirin adını və mahiyyətini başa sala bilim. Bir an ağlıma gəldi ki, dostuma təklif edim, qayıdıb gəlsin xarici radio-televiziyalardan birində işə düzəlsin. Həm çox sevdiyi vətənində yaşamış olar, həm də bu iş üçün tələb olunacaq qədər ağlı-savadı da var. Beş-altı sözdür də, əzbərlə, sonra hansı hadisə, tədbir və tədbirin mahiyyətinin nə olmasından asılı olmayaraq, qabağına keçən bütün dövlət və hökümət yetkililərinə o sözlərdən cümlə qurub sual ver, qurtardı getdi.

Amma dostum məndən təklif yox, cavab gözləyirdi. Digər tərəfdən, təkcə dostuma da yox, bir xeyli adama maraqlı qalıb ki, dünyanın ən aparıcı kanallarından biri, milyonlarla insanın izlədiyi bir kanal, BMT səviyyəli qlobal bir tədbirdən niyə “kotlet-çörək” reportajı verir? Məncə bir balaca özlərinə əziyyət verib, daha ciddi məsələlərə toxuna bilərdilər. Məsələn, söhbət iqlim dəyişmələrindən, ekologiyadan gedirsə, “Bakı retoranlarında bişirilən lülə kababa vurulan quyruğun miqdarının çoxluğu səbəbindən kabab manqallarında kömürün üstünə tökülən quyruğun tüstülənmə prosesləri və bu tüstünün ekologiyaya zərəri” – mövzusunda geniş bir araşdırma edə bilərdi BBC.

O cümlədən, tədbirin əsas diqqət çəkilən mövzularından biri enerjiyə qənaət, israf hallarına yol verməməkdir. BBC zəhmət çəkib tarixə ekskurs edə, nənələrimizin küftə və kotlet bişirmək, habelə lülə kabab çəkmək üçün əti daş üstündə toxmaqla döyməklərindən, ətçəkən maşınlar çıxandan sonra bu adətin yox olmasından və o ətçəkən maşınların yaratdığı elektrik enerjisi israfından geniş reportaj edə bilərdilər. Sonda bildirərdilər ki, nəticədə meşələr qırılır, ekologiya məhv olur və sual qoyulardı: “Belə bir ölkədə “Azadlığ”ın müxbiri demiş, “iqlim konfransı” keçirmək nə dərəcədə doğrudur?”

Yox da, qaralama kampaniyası edirsiniz, bir az əziyyət çəkin də. Düşmənçiliyə də tənbəlsiniz e. Elə bir mövzu tapıblar - “yemək bahadı”. Yaradıcı olun, bəylər, xanımlar! İstedadınızı işlədin!

Yaxşı, gələk söhbətin ciddi tərəfinə. Arada saytlara baxan istənilən adamın diqqətini çəkməmiş olmaz, noyabrın 8-i AZƏRTAC xəbər yaymışdı ki, Bakı Olimpiya Stadionu bu axşam (yəni 8 noyabr axşamı) BMT-yə təhvil veriləcək. Lap belə loru dildə deyək ki, tədbirin keçirildiyi bütün yerlər, tədbir günlərində BMT-nin “ərazisi” sayılır. Necə ki, dünyanın hansı aeroportunda dayanmasından asılı olmayaraq, təyyarə dayandığı ölkənin yox, məxsus olduğu ölkənin ərazisidir. Bax bu da elə bir şeydir.

Tədbirin keçirildiyi yerlər, o cümlədən tədbir iştirakçılarının zəruri ehtiyaclarını ödədiyi obyektlər, buna yemək yediyiniz yerlər də daxildir, hamısı BMT-nin nəzarətindədir. Siz ki bu məsələləri çox yaxşı bilirsiniz, saytlardan oxumağa ehtiyacınız yoxdur. Əksinə, dünya bunları sizdən eşitməli, oxumalıdır. Siz çox yaxşı bilirsiniz ki, tədbrilə bağlı bütün məsələlər razılaşdırılır. Kimsə gəlib orada çadır qurub kafe-restoran açmayıb. Bizim ayağımız düşməyən, amma siz BBC jurnalistləri üçün “su yolu” sayılan Nyu -Yorkdakı BMT-nin Baş Qərargahı və ya “Mənzil Qərargahı” adlandırılan bina kompleksində az kofe içib yemək yeməmisiniz axı. Deyilənə görə, adi günlərdə 2-3 dollara içilə bilən kofenin qiyməti, BMT Baş Assembleyasının sessiyası keçirilən günlərdə 8-10 dollara qədər qalxa bilirmiş. Amma nə BBC-nin bircə dəfə bu barədə reportajını görmüşük, nə də başqa hansısa kanalın etirazını. Bir yerdə ki, kofeni səndən əvvəl İngiltərənin, səndən sonra Almaniyanın dövlət başçısı alıb içə, o yerdə qiymət necə olmalıdır ki?

Qayıdaq Bakıya. “Azadlığ”ın adını “iqlim konfransı” qoyduğu, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı” haqda bir ilə yaxındır ki, məlumatımız var. Belə tədbirlər haqda adətən ən çox deyilən o olur ki, xalqa müfəssəl məlumat verilmir, maarifləndirmə zəifdir və s. Düzü o “müfəssəl məlumat və maarifləndirmə” tam olaraq necə edilməlidir, heç bir fikrim yoxdur. On milyonluq xalqı kurslara dəvət edib, mühazirələr təşkil etmək kimi bir təcrübə hələ ki yoxdur və olmayacaq da. Amma xalqdan yana narahat olmağa da dəyməz.

Birincisi, xalq artıq eləcə düşmənlərimizin mövqeyindən anlayır ki, nə baş verir. Ermənistan və dünyanın hər yerindəki erməni mahiyyətli insanlar ölkəmizdə keçiriləcək tədbirin əleyhinədir, bir ildir ki, durmadan min oyun çıxarır, tədbiri pozmağa çalışırlar. Bu bəs edir ki, tədbirin önəmi xalqa bəlli olsun.

İkincisi, hətta indi bilinməsə də, önümüzdəki illərdə mütləq bilinəcək. Məsələn, “Qoşulmama Hərəkatı” adlanan təşkilatın Bakıda keçirilən tədbirlərində yaxşıca tıxac olurdu və biz hamımız gileylənirdik.

Təşkilatın adından tutmuş, nümayəndələrinə qədər, bütün mövzularda lağlağı edirdik. Hətta bir dəfə, azca yağış çiləyən soyuq payız axşamında yenə bu səbəbdən yol bağlı idi. Yanımda duran maşının sürücüsü yol polisindən xahiş-minnət edirdi ki, onu buraxsın. Çünki onun daha vacib işi var. Bunun mümkün olmadığını başa düşəndə uca səslə “Allah haqqı, uşaxlar məni gözləyir, xəngəli də sifariş veribləre. Xəngəl soyudu, zay oldu...” -deyib tələsdiyi vacib tədbirin tam olaraq nə olduğunu bizim üçün aydınlaşdırdı. Sonralar, tarixi Zəfər savaşı günlərində bu təşkilatın bizim üçün nə qədər önəmli olduğunu xalq olaraq çox dərindən hiss etdik.

Bu günlərdə baş tutan tədbir isə, bizim ölkə tarixindəki ən böyük tədbirdir və obrazlı desək, belə tədbirlər üçün nə qədər “xəngəl soyuyub zay olsa” eybi yox, dəyər!

Qayıdaq dostumun telefon zənginə. Dedim axı, uşaqlıqdan BBC ilə bağlı travması var. Mən yuxarıda yazdıqlarımdan heç nə demədim Vüqara. Eləcə soruşdum ki, 5-ci sinifdə oxuyanda baş verən hadisə yadında deyilmi? Onda ölkəmiz üçün ən çətin günlər - 90-cı illər idi. Sovetlər dağılhadağılda, imperiya son günlərini yaşamaqda idi. Qarabağ savaşı, erməni oyunları yenicə qızışırdı. Hər axşam xarici radioları dinləyən müəllimlərimiz səhər tənəffüslərdə söhbət edər, biz də qulaq müsafiri olardıq. “BBC belə dedi, elə dedi” söhbətləri ediləndə hər dəfə mənim dostum eyni saf maraqla sual verirdi: “Kimin bibisi?”

Biz bunun radio adı olduğunu desək də, sabahısı eyni mövzu olanda yenə eyni sual ortaya çıxardı. Günlərdən birində yenə bu radioda ermənilərin xeyrinə, bizim əleyhimizə verilən xəbərlərdən xeyli əsəb yığan Vasif müəllimin “BBC deyir ki...” cümləsini dostum ağzında qoyub, eyni saflıqla soruşdu: “Müəllim, kimin bibisi?”

Vasif müəllimin BBC-yə olan bütün əsəbi yağlı bir şilləyə dönüb dostumun sifətində “partladı”. Ardınca da, illər keçsə də, qulağımızdan getməyəcək qəzəbli səs: “Kimin olacaq, ermənilərin bibisi, ay Vüqar, ermənilərin bibisi!”
Ondan sonra daha heç vaxt Vüqar o sualı vermədi...

Çingiz Özgür - qafqazinfo.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Zelenski seçiciləri pulla ələ almaq istəyir” - Poroşenko
Bu gün, 13:08
"Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir..." - deputat
Bu gün, 13:06
Müharibəni idarə edən “beyin mərkəzi” gedir – Yerinə məşhur polkovnik gətirilir
Bu gün, 13:03
Sülhlə bağlı iki məsələ qaldı: Son variant açıqlandı - İNCƏLƏMƏ
Bu gün, 13:01
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir - MƏQALƏ
Bu gün, 12:57
İmişlidə MAL BAZARI: BU NƏ HALDIR?.. - FOTO, VİDEO
Bu gün, 12:56
“Qazandığım hörməti yerə vurmaq istəmirəm” - Xalq artisti
Bu gün, 12:43
Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
Tıxacın “qənimi” Bakıya qayıdır - AÇIQLAMA
Bu gün, 12:36
"Müttəfiq deyilik" - İrandan Kremli qıcıqlandıran açıqlama
Bu gün, 12:20
Ulu öndərin ideyalarını yaşadan partiya - MƏQALƏ
Bu gün, 12:16
YAP - dünənin, bu günün və sabahın partiyasıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:13
Bu təhsil müəssisəsində tələbələr SOĞAN KİMİ SOYULUR... - VİDEOFAKT
Bu gün, 12:08
Lavrov Braziliyadan qayıda bilməyəcəyindən qorxur - ŞOK AÇIQLAMA
Bu gün, 12:04
“Redington” Azərbaycan bazarına daxil olur
Bu gün, 12:03
İlin sonunda əfv ola bilər: Azərbaycan yanvarda AŞ PA-ya qayıdır? - DİPLOMATİK DANIŞIQLAR BAŞLANIB
Bu gün, 11:56
“Reklama çıxıb, dedim, ə, nə istəyirsən?” – Azər Axşamı NƏYƏ MƏCBUR ETDİLƏR?
Bu gün, 11:53
Murad Adıgözəlzadənin köməkçisi ev dustaqlığına buraxıldı - İş üzrə ilkin istintaq davam edir
Bu gün, 11:50
Səudiyyə Ərəbistanı Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Avropa bazarına çıxacaq - NƏ BAŞ VERİR?
Bu gün, 11:49
Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir - TƏFƏRRÜAT
Bu gün, 11:47
Seçki bazarları silkələdi: Dolların yerini o tutacaq - ARAŞDIRMA
Bu gün, 11:41
“İslam Rzayevin Tamarası “İslam” təxəllüsünə görə Xatirədən pul alırdı...” - sənətkarın qohumundan SƏRT ETİRAZ
Bu gün, 11:35
Azərbaycandan iranlı iş adamına QADAĞA - ÇIXA BİLMƏZ...
Bu gün, 11:31
"Repetitorlar pedoqoji prosesi pozur" - Ekspert BELƏ DEYİR...
Bu gün, 11:29
“O qadın Azərbaycan və türk düşməndir!” - Tənzilə Rüstəmxanlıdan Vəfa Nağıya ETİRAZ
Bu gün, 11:28
Səfər Mehdiyev işçiləri işlətsə də... PULLARINI VERMİR! - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Nə yaşayış binalarında istilik sistemi işləyir, nə də bağça və məktəblərdə..." - ETİRAZ VAR...
Bu gün, 11:14
Tramp kimləri vəzifəyə təyin edir: Ermənilər sevinir... - İLGİNC...
Bu gün, 11:11
2014-ün noyabrı: Təxribat törədən 3 erməni zabit belə məhv edildi - FOTO, VİDEO
Bu gün, 11:07
Ermənistanla sərhəddə gizli görüş: Nə baş verir? - “Hraparak”
Bu gün, 11:03
“Europower Enerji A.S” Azərbaycanda fəaliyətə başlayacaq
Bu gün, 11:02
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
Bu gün, 11:01
“Novex Group”a yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:59
"Azərbaycan ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edir" - FAKT BUDUR!
Bu gün, 10:54
"Emin Hüseynov saxta işlərlə məşğuldur, saxta araq düzəldir" - İTTİHAM VAR...
Bu gün, 10:52
Sığorta nömrəsini səhv yazdılar və... - cərimə vətəndaşa yazılır...
Bu gün, 10:46
Dövlət qurumu 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 10:40
Ruslar yenidən hücumda: Ukraynanın daha bir yaşayış məntəqəsi işğal olunub - “DeepState”
Bu gün, 10:31
Qiymət artımı dayanmasa, inflyasiyanı saxlamaq çətin olacaq - iqtisadçıdan xəbərdarlıq
Bu gün, 10:25
Gömrükdəki İDXAL MONOPOLİYASI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
Nazim Bəydəmirlinin şikayəti əsasında məhkəmə başlayır - TƏFƏRRÜAT
Bu gün, 10:12
İranda Azərbaycan dili tədris olunacaq: - TƏSDİQLƏNDİ
Bu gün, 10:10
“Çox bəsit və iyrənc görünür, qəti əleyhinəyəm” - Könül Kərimova
Bu gün, 10:09
`MAHAL` MTK-nın rəhbərinin ölkədən çıxışına "stop" qoyulur - BUNA GÖRƏ...
Bu gün, 10:03
“Ermənistan və Azərbaycan ən pis ssenari üçün bunkerlər tikir, səngərlər qazır...” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:02
Kimlər hərbi xidmətə çağırılmayacaq? - Nazirin təklifini o da dəstəklədi
Bu gün, 10:01
Kənan Aslanovun rəhbərlik etdiyi "Gemza Group" ölkədən pul çıxarıb - MÜBAHİSƏ - MÜBAHİSƏ
Bu gün, 10:00
"Çini cilovlamaq Tramp üçün prioritet olacaq" - Lavrov
Bu gün, 09:56
37 yaşlı kişi xəstəxanada ölüb - Zaqatalada
Bu gün, 09:52
"Bu çirkin kampaniyalar hər zamankı kimi puç oldu..." - deputat
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru