Bayden də Trampı təbrik etdi .....                     Harris Trampı təbrik etdi .....                     Zəngəzur dəhlizi Rusiyasız açılır? .....                     İvanişvilinin şəxsi rejimi: milyarder məqsədinə çatdı, bundan sonra... .....                     5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq? .....                     Şəhid atası "Leyla Medical"ı məhkəməyə verdi .....                     Trampın qələbəsindən sonra Rusiya Makronu ələ saldı .....                     Bu uşaqlara 6 min manat veriləcək .....                     Kritik müzakirə başladı: İsrail dəyişiklik edib .....                     Vəzifəli şəxs qəzada ölmüşdü: Ailəsi 1 milyon tələb edir .....                     "Yuxuda da, yatanda da, səhnələrində də Elza sayaqlayırlar..." .....                     Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar? .....                     Bakı və İrəvana təzyiq etməmişik, Tiflislə də... .....                     Paşinyanın sülh müqaviləsini yubatmasının .....                     BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı .....                     Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb .....                     "Seçki müharibələri" .....                     "Paşinyanın imzasına etibar etmək olmaz" .....                     Trampın andiçmə mərasimi nə vaxt olacaq? .....                     Prezident İlham Əliyevin Qırğızıstana səfəri .....                     İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ .....                     Nazirə məxsu olduğu deyilən şirkətdən əmlak tələb edilir .....                     Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır .....                     Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək .....                     Paşinyan nəzarəti itirir, komandası parçalanır .....                     "Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm" .....                     Tramp onlardan qisas alacaq, uzun siyahı var .....                     Lirə Trampın qələbəsindən “ilhamlanır” .....                     Şlyapa Zahid: Vicdanı olmayan adamlar adıma kredit götürüb mənimsəyiblər .....                     "Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... .....                     Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə? .....                     Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? .....                     “Trump Media”nın səhmləri 60% bahalaşdı .....                     Küçədə üşüyən dizayner "Şərq-Qərb Təbabət" Klinikasından oğurluq etdi .....                     ”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər” .....                     AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ .....                     "Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək .....                     "Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var" .....                     Gənc jurnalist vəfat etdi .....                     Trampın vədi İranı qorxutdu .....                 

Zəngəzur dəhlizi Rusiyasız açılır? - AKTUAL
Tarix: Bu gün, 00:06 | Çap et
Zəngəzur dəhlizi Rusiyasız açılır?
Azərbaycan və Ermənistan 4 ildir, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı danışıqlar aparır, lakin heç bir nəticə yoxdur. Azərbaycan bu illər ərzində Zəngəzur dəhlizinin açılmasını və Naxçıvan eksklavına yoxlamasız keçməyi tələb edir. Məhz bu fikir ayrılıqlarına görə avqustda tərəflər məsələni sülh sazişindən çıxararaq, daha sonra müzakirə olunması barədə razılığa gəliblər.

Xatırladaq ki, ötən ilə qədər regional nəqliyyat yollarının açılması ilə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu məşğul olurdu. Lakin üçtərəfli işçi qrupu bir ildən artıqdır ki, görüş keçirmir. Ötən ayın 20-də Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, buna səbəb konsensusun olmamasıdır. "Konsensus əldə olunmayana qədər detallar üzrə müzakirələrin davam etdirilməsinin mənası yoxdur", - Qriqoryan qeyd edib.

Ermənistan və Azərbaycanın Rusiya tərəfinin iştirakı olmadan konsensusa gəlib-gəlmədiyi, müzakirələrin davam etdiyi bəlli deyil, ancaq məlumdur ki, Kazan danışıqlarında konkret yükdaşımaların bərpası məsələsi müzakirə olunub. Dünən Ermənistan parlamentinin sədri Alen Simonyan bu barədə jurnalistlərə təfərrüatlı açıqlama verməkdən imtina edib.

“Sizdən xahiş edirəm ki, anlayışla yanaşasınız və nə məndən, nə də digər rəsmilərimizdən çox məlumat gözləməyəsiniz, çünki bu məlumat prosesin özünə zərər verə və prosesi poza bilər”, - Simonyan vurğulayıb. O, istisna etmir ki, İrəvan və Bakı regional marşrutların açılması məsələsini baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev arasında keçirilən sonuncu görüşdə ikitərəfli formatda müzakirə edirlər. “Hər şey mümkündür, deməliyəm ki, biz kiçik, çox kiçik addımlarla ikitərəfli şəkildə müsbət nəticəyə doğru irəliləyirik və hər şey mümkündür”, - o qeyd edib.

Beləliklə, məlum olur ki, Zəngəzur dəhlizinin sülh müqaviləsinin mətnindən kənarda saxlanılması barədə razılaşmaya baxmayaraq, bu istiqamətdə proses dayanmayıb. Sərhədin demarkasiyası komissiyasının koordinatorları Şahin Mustafayev və Mher Qriqoryan bəyan ediblər ki, nəqliyyat əlaqələrinin bərpa olunmasını ayrıca müzakirə ediblər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da ötən həftə parlamentdə blokadanın ləğvi ilə bağlı təklifləri Bakıya göndərdiklərini bəyan edib. Amma bu addımın məsələnin sülh sazişindən çıxarılmasından əvvəl, yoxsa sonra etdiklərinə aydınlıq gətirməyib. Nazir təkliflər paketinin məğzini də açıqlamayıb, sadəcə bildirib ki, söhbət sərhəd-keçid və gömrük prosedurlarının sadələşdirilməsindən gedir.

Ermənistanın Ərazi idarəetmə naziri Qnel Sanosyan isə yerli mətbuata açıqlamasında hazırda dəmir yolunun hansı hissəsinin müzakirə edildiyini dəqiqləşdirməyib və qeyd edib ki, söhbət “Sülh qovşağı” layihəsinin tam həyata keçirilməsindən gedir.

“Söhbət Meğri dəmir yolu, Yerasx hissəsi, İcevan dəmir yolu, yəni fəaliyyət göstərən və olmayan infrastrukturlardan gedirdi. Müzakirələr onların yenidən işə salınması imkanlarını əhatə edir”, - nazir bildirib.

Sanosyan onu da qeyd edib ki, aydın razılaşmalar əldə olunarsa, Ermənistanın yeni dəmir yolu, avtobanlar tikməyə maliyyə imkanları var. “İlk növbədə hesablamalar yekunlaşdırılacaq, tikinti tarixləri dəqiqləşdiriləcək və layihə sifariş olunacaq”, - o, vurğulayb.

“Büdcə tutacağıq, nə qədər pul lazımdırsa, illərə böləcəyik və edəcəyik. Biz heç bir problem görmürük, Ermənistan hökumətinin belə böyük layihələri həyata keçirmək imkanı var. Bu cür layihələri həyata keçirərkən ölkələr tez-tez kredit vəsaitlərini də cəlb edirlər”, - deyə ərazi idarəetmə naziri bildirib.

Bu barədə Bakıda nə düşünürlər? Rusiyanın prosesdən kənarda qalması, nəqliyyat yollarının açılması barədə danışıqların ikitərəfli qaydada aparılması mümkündürmü?

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, sərhədlərin delimitasiya komissiyasının üzvləri olan baş nazirin müavinləri həm də nəqliyyat kommunikasiyaları ilə bağlı üçtərəfli (Rusiya, Azərbaycan, Ermənistan) komissiyanın üzvlərdir: “Onlar bu məsələlər haqda tam məlumatlıdırlar və lazım olan fəaliyyətləri işləyib hazırlayıblar. Qalır, Rusiya və Ermənistan arasında razılaşma və Azərbaycanın əsas tələbi olan Naxçıvana maneəsiz keçidin təmin edilməsi. Bu iki istiqamətdə də razılaşma əldə olunaraq qərar qəbul olunarsa, o zaman nəqliyyat kommunikasiyalarının açılması da mümkündür”.

Beləliklə, hər iki tərəfdən verilən cavablardan aydın olur ki, əsas məsələ Azərbaycan və Ermənistanın razılığa gəlməsidir, bu zaman Rusiyanın nəqliyyat dəhlizlərində iştirakı gündəlikdən çıxa bilər.

İrəvan Azərbaycanın Naxçıvanla əlaqənin hüquqi-siyasi mexanizmləri barədə tələblərini yerinə yetirsə, Moskvanın 10 noyabr bəyanatına istinad edərək öz qoşunlarını bölgədə yerləşdirməsi faktiki mümkünsüz olacaq. Əlbəttə, Ermənistanın hazırkı şəraitdə belə bir riskə gedib-getməyəcəyi də sual doğuran məsələdir. Çünki Rusiya rəsmiləri Zəngəzur dəhlizində iştirak məsələsini regional maraqlarını prioriteti elan edib. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun oktyabrda İrəvanda səsləndirdiyi birmənalı mövqe yaddan çıxmayıb. O, bildirmişdi ki, regionda nəqliyyat əlaqələri 10 noyabr 2020, 11 yanvar 2021-ci ildə qəbul edilmiş üçtərəfli razılaşmaya əməl olunaraq bərpa edilməlidir.

Beləliklə, top Ermənistanın meydanındadır, Azərbaycan Paşinyan hökumətinin hansı qərarı verəcəyini gözləyəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden də Trampı təbrik etdi
Bu gün, 00:10
Harris Trampı təbrik etdi
Bu gün, 00:08
Zəngəzur dəhlizi Rusiyasız açılır? - AKTUAL
Bu gün, 00:06
İvanişvilinin şəxsi rejimi: milyarder məqsədinə çatdı, bundan sonra... - GƏLİŞMƏ
Bu gün, 00:05
5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq? - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
Şəhid atası "Leyla Medical"ı məhkəməyə verdi - Təzminat tələb edir
Dünən, 21:28
Trampın qələbəsindən sonra Rusiya Makronu ələ saldı
Dünən, 21:25
Bu uşaqlara 6 min manat veriləcək - Deputatdan ŞAD XƏBƏR
Dünən, 21:01
Kritik müzakirə başladı: İsrail dəyişiklik edib - İran üçün Bakıda tarixi fürsət
Dünən, 20:55
Vəzifəli şəxs qəzada ölmüşdü: Ailəsi 1 milyon tələb edir - TƏFƏRRÜAT
Dünən, 20:49
"Yuxuda da, yatanda da, səhnələrində də Elza sayaqlayırlar..."
Dünən, 19:50
Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar? – AFFA-nı xilas planı haqda təklif
Dünən, 19:47
Bakı və İrəvana təzyiq etməmişik, Tiflislə də... - Lavrov
Dünən, 19:44
Paşinyanın sülh müqaviləsini yubatmasının İLGİNC PƏRDƏARXASI
Dünən, 19:10
BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı – Riskli vergi ödəyicisi hesab olunurlar
Dünən, 19:02
Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb - ŞOK FAKT
Dünən, 19:00
"Seçki müharibələri" - Və ya siyasi təhlükəsizliyə təhdidlər hardan qaynaqlanır?
Dünən, 18:58
"Paşinyanın imzasına etibar etmək olmaz" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:57
Trampın andiçmə mərasimi nə vaxt olacaq? - “USA Today”
Dünən, 18:48
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Dünən, 18:37
İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
Dünən, 18:28
Nazirə məxsu olduğu deyilən şirkətdən əmlak tələb edilir - ÇƏKİŞMƏ
Dünən, 18:25
Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır - ŞƏRH
Dünən, 18:21
Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək - Lavrov
Dünən, 18:18
Paşinyan nəzarəti itirir, komandası parçalanır – Köçəryan
Dünən, 18:05
"Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm"
Dünən, 18:02
Tramp onlardan qisas alacaq, uzun siyahı var - “Politiko”
Dünən, 18:00
Lirə Trampın qələbəsindən “ilhamlanır” – Bu gün dollara qarşı bahalaşan yeganə valyutadır
Dünən, 17:59
Şlyapa Zahid: Vicdanı olmayan adamlar adıma kredit götürüb mənimsəyiblər - MƏHKƏMƏ
Dünən, 17:54
"Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... - Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar"
Dünən, 17:48
Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə? - İNCƏLƏMƏ
Dünən, 17:46
Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - MÜCƏRRƏD CAVAB
Dünən, 17:44
“Trump Media”nın səhmləri 60% bahalaşdı - DETALLAR
Dünən, 17:27
Küçədə üşüyən dizayner "Şərq-Qərb Təbabət" Klinikasından oğurluq etdi - TƏFƏRRÜAT
Dünən, 17:25
”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər” - Vigen Akopyan
Dünən, 17:20
AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ – Keyfiyyətin artması qiymətə TƏSİR edəcəkmi?
Dünən, 17:19
"Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək - AKTUAL
Dünən, 17:13
"Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:05
Gənc jurnalist vəfat etdi - FOTO
Dünən, 17:04
Trampın vədi İranı qorxutdu – SEPAH-dan hədə gəldi
Dünən, 17:01
Ukraynanın dərman şirkəti Azərbaycan bazarına daxil olub
Dünən, 16:58
“Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir - İTTİHAM VAR...
Dünən, 16:52
Rusiyaya qarşı döyüşən erməni əsir düşdü - FOTO
Dünən, 16:48
Naxçıvanda xadimələrdən pul tutulması iddialarına CAVAB GƏLDİ
Dünən, 16:46
ABŞ seçkiləri Paşinyanın siyasətinin iflasını tamamilə üzə çıxardı - Suren Surenyants
Dünən, 16:44
Həbsdə olan MN-nin vəzifəli şəxsi 700 min manata yaxın dəymiş ziyanla bağlı pul ödəyib - TƏFƏRRÜAT
Dünən, 16:42
Polis Akademiyasının keçmiş rəisi vəkil olub - FOTO
Dünən, 16:36
Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır - İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Dünən, 16:34
Şagird və tələbələri “tor”a salan TƏHLÜKƏ – Bu ərazilərdəki siqaret köşkləri LƏĞV OLUNUR?
Dünən, 16:32
Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub - QƏRAR
Dünən, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru