İşğaldan azad olunan rayonlarda heç bir yaşayış evi istifadəyə verilməyib – Statistika Komitəsi
Tarix: 6-11-2024, 15:11 |
Çap et
Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574,8 kv. metr olan 10 min 282 yaşayış evi istifadəyə verilib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istifadəyə verilən yaşayış evlərinin 45%-i və ya 604 min 677 kv. metri paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanın 12 şəhər və rayonunda 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib. Yaşayış evlərinin istifadəyə verilmədiyi şəhər və rayonların 10-u işğaldan azad olunan ərazilərdə yerləşir. Belə ki, bu ilin ilk 9 ayında Ağdərə, Xocalı, Şuşa, Xocavənd, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında və Xankəndi şəhərində 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib.