5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq? - NƏ BAŞ VERİR?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən bağçalara xəbərdarlıq bildirişi göndərilib. Bu barədə Sputnik Azərbaycan-a bağça müəllimləri məlumat verib. Onlar bildiriblər ki, MÜTDA tərəfindən bağçalara göndərilən xəbərdarlıq bildirişində ixtisasına uyğun çalışmayan tərbiyəçi-müəllimlərin əməkhaqları aşağı salınacaq, bununla razılaşmadıqları halda onlarla əmək müqaviləsinə xitam veriləcək. Adlarının çəkilməsini istəməyən bağça müəllimləri onlara göndərilən xəbərdarlıq bildirişini redaksiyamıza da göndəriblər. Sözügedən bildirişdən sonra onlar əməkhaqlarının aşağı salınmasından, eləcə də işdən çıxarılma təhlükəsi olduğundan ciddi narahatlıq keçirdiklərini bildiriblər. Sputnik Azərbaycan bağçalara göndərilən xəbərdarlıq bildirişi ilə bağlı MÜTDA-ya sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, sorğu müvafiq şöbəyə yönləndirilib, bu barədə araşdırmadan sonra cavab veriləcək. Bağça müəllimlərini maraqlandıran daha bir məqam isə odur ki, əgər qeyri-ixtisas üzrə işləyən bağça müəllimləri ixtisar ediləcəksə, onlar 19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinə niyə cəlb olunublar?
Qeyd edək ki, bugünlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuata açıqlamasında bağçalarda monitorinqlər aparıldığını və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi və pedaqoji heyətin 5 minə yaxınında ixtisasa uyğunsuzluq olduğunu qeyd edib. O, 2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda bağça müəllimlərinin sertifikasiyadan keçirilməsi prosesi məktəbəqədər təhsil müəssisələrinin inkişafı və keyfiyyətinin artırılması məqsədini daşıyır. O, bildirib ki, ixtisas uyğunsuzluğu olan işçilərin aqibəti ilə bağlı bir neçə ssenari mümkündür. "Əgər bağçalarda qeyri-ixtisas üzrə çalışan işçilər sertifikasiya prosesi nəticəsində ixtisaslarına uyğun bilik və bacarıqlara sahib olduqlarını sübut edə bilsələr, onların mövcud vəzifələrində qalması mümkündür. Bu, həm bağçalarda kadr ehtiyatını qoruyub saxlamaq, həm də təcrübəli kadrları tamamilə itirməmək baxımından əhəmiyyətlidir. Eyni zamanda, işçilərin bir hissəsi sertifikasiya tələblərinə uyğun gəlməzsə, onlar üçün əlavə təlim proqramlarının təşkil edilməsi və ya digər qeyri-pedaqoji sahələrə yönəldilməsi nəzərdən keçirilə bilər".
Bununla belə Kamran Əsədov bildirib ki,bu işçilərin tamamən ixtisar olunması ehtimalı da var: "Təhsil sektorunda ixtisaslaşmanın artırılması, pedaqoji bacarıqların təkmilləşdirilməsi və keyfiyyətli məktəbəqədər təhsil xidmətlərinin təmin olunması prioritet hesab edildiyindən, qeyri-ixtisas üzrə çalışan şəxslərin bağçalardan uzaqlaşdırılması gündəmə gələ bilər. Lakin bu ixtisarın necə həyata keçiriləcəyi, konkret hansı meyarlara əsaslanacağı hələ tam müəyyən edilməyib. Bu işçilər sertifikasiya prosesinə cəlb olunaraq öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edirlər ki, bu da ixtisar qərarının onların nəticələrinə əsasən verilməsinə imkan yaradır". Ekspert vurğulayıb ki, bağçalarda kadr ehtiyatlarının kifayətliliyi də mühüm bir sualdır.
"Hal-hazırda məktəbəqədər təhsil müəssisələrində mütəxəssis çatışmazlığı mövcuddur və bu da kadr ehtiyatının məhdud olması deməkdir. Əgər 5 min işçi ixtisar edilərsə, mövcud kadr çatışmazlığı daha da dərinləşə bilər. Buna görə də, sertifikasiya prosesi nəticəsində işçilərin bir hissəsinin uyğunluq meyarlarına cavab verməməsi halında, yeni kadrların işə cəlb edilməsi vacibdir. Təhsildə Kadrların İnkişafı Mərkəzi bu baxımdan yeni işçilərin hazırlanmasına yönəlmiş kurslar təşkil edə bilər, lakin bu proses vaxt tələb edir və mütəxəssis çatışmazlığını qısa müddətdə tamamilə aradan qaldırmaq çətin ola bilər". Müsahibimiz deyir ki, nəticədə, bağça müəllimlərinin sertifikasiyası məktəbəqədər təhsilin keyfiyyətini artırmağa yönəlmiş bir addımdır və prosesin gedişatında qeyri-ixtisas işçilərin vəziyyəti sertifikasiya nəticələrinə görə müəyyənləşəcəkdir. Bu proses kadr ehtiyatlarının dəstəklənməsi və daha keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına təkan verəcəkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden də Trampı təbrik etdi
Bu gün, 00:10 |
|
|
|
• Harris Trampı təbrik etdi
Bu gün, 00:08 |
|
|
|
• Zəngəzur dəhlizi Rusiyasız açılır? - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• İvanişvilinin şəxsi rejimi: milyarder məqsədinə çatdı, bundan sonra... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• 5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq? - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• Şəhid atası "Leyla Medical"ı məhkəməyə verdi - Təzminat tələb edir
Dünən, 21:28 |
|
|
|
• Trampın qələbəsindən sonra Rusiya Makronu ələ saldı
Dünən, 21:25 |
|
|
|
• Bu uşaqlara 6 min manat veriləcək - Deputatdan ŞAD XƏBƏR
Dünən, 21:01 |
|
|
|
• Kritik müzakirə başladı: İsrail dəyişiklik edib - İran üçün Bakıda tarixi fürsət
Dünən, 20:55 |
|
|
|
• Vəzifəli şəxs qəzada ölmüşdü: Ailəsi 1 milyon tələb edir - TƏFƏRRÜAT
Dünən, 20:49 |
|
|
|
• "Yuxuda da, yatanda da, səhnələrində də Elza sayaqlayırlar..."
Dünən, 19:50 |
|
|
|
• Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar? – AFFA-nı xilas planı haqda təklif
Dünən, 19:47 |
|
|
|
• Bakı və İrəvana təzyiq etməmişik, Tiflislə də... - Lavrov
Dünən, 19:44 |
|
|
|
• Paşinyanın sülh müqaviləsini yubatmasının İLGİNC PƏRDƏARXASI
Dünən, 19:10 |
|
|
|
• BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı – Riskli vergi ödəyicisi hesab olunurlar
Dünən, 19:02 |
|
|
|
• Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb - ŞOK FAKT
Dünən, 19:00 |
|
|
|
• "Seçki müharibələri" - Və ya siyasi təhlükəsizliyə təhdidlər hardan qaynaqlanır?
Dünən, 18:58 |
|
|
|
• "Paşinyanın imzasına etibar etmək olmaz" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:57 |
|
|
|
• Trampın andiçmə mərasimi nə vaxt olacaq? - “USA Today”
Dünən, 18:48 |
|
|
|
• Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Dünən, 18:37 |
|
|
|
• İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
Dünən, 18:28 |
|
|
|
• Nazirə məxsu olduğu deyilən şirkətdən əmlak tələb edilir - ÇƏKİŞMƏ
Dünən, 18:25 |
|
|
|
• Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır - ŞƏRH
Dünən, 18:21 |
|
|
|
• Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək - Lavrov
Dünən, 18:18 |
|
|
|
• Paşinyan nəzarəti itirir, komandası parçalanır – Köçəryan
Dünən, 18:05 |
|
|
|
• "Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm"
Dünən, 18:02 |
|
|
|
• Tramp onlardan qisas alacaq, uzun siyahı var - “Politiko”
Dünən, 18:00 |
|
|
|
• Lirə Trampın qələbəsindən “ilhamlanır” – Bu gün dollara qarşı bahalaşan yeganə valyutadır
Dünən, 17:59 |
|
|
|
• Şlyapa Zahid: Vicdanı olmayan adamlar adıma kredit götürüb mənimsəyiblər - MƏHKƏMƏ
Dünən, 17:54 |
|
|
|
• "Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... - Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar"
Dünən, 17:48 |
|
|
|
• Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə? - İNCƏLƏMƏ
Dünən, 17:46 |
|
|
|
• Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - MÜCƏRRƏD CAVAB
Dünən, 17:44 |
|
|
|
• “Trump Media”nın səhmləri 60% bahalaşdı - DETALLAR
Dünən, 17:27 |
|
|
|
• Küçədə üşüyən dizayner "Şərq-Qərb Təbabət" Klinikasından oğurluq etdi - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• ”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər” - Vigen Akopyan
Dünən, 17:20 |
|
|
|
• AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ – Keyfiyyətin artması qiymətə TƏSİR edəcəkmi?
Dünən, 17:19 |
|
|
|
• "Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək - AKTUAL
Dünən, 17:13 |
|
|
|
• "Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:05 |
|
|
|
• Gənc jurnalist vəfat etdi - FOTO
Dünən, 17:04 |
|
|
|
• Trampın vədi İranı qorxutdu – SEPAH-dan hədə gəldi
Dünən, 17:01 |
|
|
|
• Ukraynanın dərman şirkəti Azərbaycan bazarına daxil olub
Dünən, 16:58 |
|
|
|
• “Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir - İTTİHAM VAR...
Dünən, 16:52 |
|
|
|
• Rusiyaya qarşı döyüşən erməni əsir düşdü - FOTO
Dünən, 16:48 |
|
|
|
• Naxçıvanda xadimələrdən pul tutulması iddialarına CAVAB GƏLDİ
Dünən, 16:46 |
|
|
|
• ABŞ seçkiləri Paşinyanın siyasətinin iflasını tamamilə üzə çıxardı - Suren Surenyants
Dünən, 16:44 |
|
|
|
• Həbsdə olan MN-nin vəzifəli şəxsi 700 min manata yaxın dəymiş ziyanla bağlı pul ödəyib - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
• Polis Akademiyasının keçmiş rəisi vəkil olub - FOTO
Dünən, 16:36 |
|
|
|
• Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır - İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Dünən, 16:34 |
|
|
|
• Şagird və tələbələri “tor”a salan TƏHLÜKƏ – Bu ərazilərdəki siqaret köşkləri LƏĞV OLUNUR?
Dünən, 16:32 |
|
|
|
• Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub - QƏRAR
Dünən, 16:30 |
|
|
|
|