Bakı və İrəvana təzyiq etməmişik, Tiflislə də... - Lavrov
Rusiya Keçmiş Sovet İttifaqı respublikalarının rəhbərliyinə təzyiq etməyib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Ermənistan və Azərbaycanla bağlı vəziyyətdə, onların sülhə dair qərarları ilə bağlı vəziyyətdə belə olmuşdu. Həmçinin Gürcüstanla münasibətləri normallaşdırmağa hazırıq və Moldovanın sağlam düşüncəli olacağına ümid edirik ki, bu da Dnestryanıda münaqişənin genişlənməsinə imkan yaratmayacaq", - Lavrov bildirib.