Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı .....                     “Onlayn lotereya” DƏLƏDUZLUĞU .....                     Bakıda müğənni bıçaqlandı .....                     Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır .....                     Bu universitetə yeni mətbuat katibi təyin edildi .....                     Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb? .....                     Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi .....                     İrəvanda neçə Paşinyan var? .....                     Kərəm Mustafayev üçün QARA ZOLAQ... .....                     Vardanyanın azad edilməsi üçün yeni plan .....                     Dekorativ prezident .....                     “NATO dağılacaq, Avropa isə azad olacaq” .....                     "Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla..." .....                     Yeni “kurortlar naziri” BU ŞƏXS OLDU .....                     Qusarda 27 yaşlı müəllim vəfat etdi .....                     Rüşvət almada təqsirləndirilən məktəb şikayətini geri götürdü .....                     Kərim Vəliyev NATO nümayəndə heyəti ilə görüşüb .....                     Elm və Təhsil Nazirliyində tenderlərin əvəzsiz qalibi: Hansı məlumatlar gizlədilir? .....                     Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum .....                     Sülh sazişi nə vaxt imzalanacaq? .....                     Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR... .....                     İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...” .....                     Dilarə Kazımova aldadıldı .....                     ABŞ ermənilərin törətdikləri cinayətlərə şərik olur .....                     4 həftəlik sülh müqaviləsi .....                     Azərbaycanın Əməkdar məşqçisi ürəktutmadan vəfat etdi .....                     Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI? .....                     "Azfinance İnvestisiya Şirkəti”nin direktoru dəyişib .....                     Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi .....                     Müəllimləri ixtisar gözləyir: Nazir anons etdi .....                     Azərbaycan separatçıları cəzalandıracaq... .....                     Paşinyanın PSEVDO-sülhpərvərliyi... .....                     COP29-a tədarüksüz olan İCRA BAŞÇILARI... .....                     ABŞ Bakının ittihamlarına susur .....                     FAKT BUDUR: Banklar təhlükəsizliyi təmin edə bilmir... .....                     "Maddi vəziyyətim çox pisdir, çətin vəziyyətdəyəm" .....                     Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır .....                     Aİ Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ .....                     4 kənd Azərbaycana qaytarılacaq: Proses başlayır? .....                     Oğluna şəhid statusu tələb edir... .....                 

Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır - FAKT BUDUR!
Tarix: Bu gün, 08:45 | Çap et
Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır
İrəvan-Moskva arasında müşahidə olunan gərginliyə rəğmən, Rusiya-Ermənistan əlaqələrinin hələ də kifayət qədər yüksək olduğu deyilir, xüsusən iqtisadi əməkdaşlıq və digər məqamlar qabardılır. Bu da ondan xəbər verir ki, İrəvan hakimiyyəti iddia etdiyi kimi tamamilə Qərbə inteqrasiya yolu tutmayıb. Erməni politoloq Vigen Akopyan isə deyib ki, Ermənistanın nə Qərbə inteqrasiya ilə bağlı, nə də Rusiya asılılığından qurtulmaq üçün ciddi planları var. Onun sözlərinə görə, Qərblə münasibətlər formal bəyanatlardan o yana keçmir: "Rusiya da, Qərb də anlayır ki, bu yöndə konkret addımlar nəzərdə tutulmur. İrəvan KTMT-dən danışır, amma buradan da çıxmır. Ruslar açıq deyirlər ki, Ermənistan KTMT-dən çıxsa, Avrasiya İqtisadi Birliyindən də çıxacaq. Bu isə o deməkdir ki, bir neçə saata ölkəmizin iqtisadiyyatı dayanacaq. Qərbə inteqrasiyadan danışırlar, amma bundan artığını edə bilməzlər. Hamı bilir ki, bu, heç bir real addımları ehtiva etməyən bir şeydir”. Akopyana görə, nə Qərb, nə də Rusiya Ermənistanı ciddiyə alır: “Hamı anlayır ki, ortada ciddi plan yoxdur. Qərb pul vermir, Rusiya da çox şeyə fikir vermir. Nikol Paşinyanın özü də başa düşür ki, Qərbin onunla bağlı nə uzunmüddətli planları var, nə də bunu inkişaf etdirmək istəyir, Rusiya da çoxdan Paşinyandan qurtulmaq üçün əlverişli fürsət və resurs gözləyir”. Politoloq iddia edib ki, İran-İsrail gərginliyi Cənubi Qafqaza sıçrasa, bundan ən çox əziyyət çəkən Ermənistan olacaq: "Ermənistan sözün əsl mənasında “qapısız ev”ə dönəcək, istəyən gəlib girəcək. Bütün Ermənistan münaqişəli və maraqlı tərəflər üçün nəzarətsiz dəhlizə çevriləcək". Rusiyalı politoloq Maksim Şevçenko da deyib ki, Ermənistan Rusiya üçün əvəzolunmaz strateji tərəfdaş deyil. Onun fikrincə, Rusiyanın Ermənistan ərazisində hərbi bazasını saxlamasının heç bir mənası yoxdur: “Oradakı hərbi baza Rusiyaya qətiyyən lazım deyil. O, yalnız problemlər yaradır və hər hansı bir təsirə malik olmağa imkan vermir”. Politoloq bunu Rusiya Federasiyasının region ölkələri ilə normal münasibətlər qurması ilə izah edərək, Moskva ilə Bakı arasında münasibətlərin xüsusi rolunu vurğulayıb: "Bizim Azərbaycanla iki prezident arasında şəxsi və hərtərəfli dialoqa əsaslanan əla münasibətlərimiz var". Şevçenko bildirib ki, o, Ermənistanın qonşu dövlətlərlə münasibətlərin qurulması kontekstində Rusiya üçün rolunun nədən ibarət olduğunu başa düşmür: “Ermənistan ərazisindən heç bir marşrut keçmir, ona görə də mən Ermənistanın Rusiya üçün hansı strateji əhəmiyyətindən söhbət getdiyini anlamıram. Ermənistan özünü hamının ona borclu olduğu bədbəxt kimi qələmə verməməli və regionda hamı ilə yola getməyi öyrənməlidir".
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Ermənistan heç zaman müstəqil siyasət aparmayıb. Analitik vurğulayıb ki, Ermənistan hər zaman Qərbin və Rusiyanın arasında futbol topu rolunda olub:

"İndi də Qərb və Rusiya qarşıdurmasında Ermənistandan həm Rusiya, həm də Qərb istifadə edir. Bu qarşıdurmada Ermənistandan da Azərbaycana qarşı hər iki tərəf təsir vasitəsi kimi istifadə etməyə çalışır. Bəzən təəccüblü və anlaşılmaz görünür. Ermənistan necə olur ki, həm Rusiya, həm də Qərblə çalışır. Amma unutmaq lazım deyil ki, Ermənistanın dövlət kimi yaradılma səbəbi regionda həm Qərbin, həm də Rusiyanın xeyrinə təxribatlar yaratmaq, torpaq iddiası etməkdir. Eyni zamanda Qərb və Rusiyanın Ermənistanı atmaması onların xristian təəssübkeşliyindən irəli gəlir. Bu məqamı da qəribliyə salmaq lazım deyil".
Həmsöhbətimizin qənaətincə, Ermənistanın özünü Rusiyadan uzaqlaşmış kimi göstərməsi müvəqqətidir: "Hazırda Rusiyanın özünün bir çox problemləri var. Paşinyan hökumətini özünü guya Rusiyadan uzaqlaşmış kimi göstərərək Qərbdən istifadə etməyə təhrik edirlər. Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır. Lap Paşinyan səmimi olaraq da Qərbə yönəlmiş olsa belə, Rusiya bilir ki, onun hakimiyyəti də ömürlük deyil və ondan sonrakı dövr üçün Rusiyanın kadrları var. İstənilən vaxt ölkəni qarışdıra və Paşinyanı devirə bilər. Amma hazırda Paşinyan Rusiyaya sərf edir. Nə Qərb, nə də Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün olmasını istəyir. Bu təsirin nəticəsidir ki, erməni rəsmilər görüşdən çəkinir. Kənar təsirlər, onlara verilən vədlər, revanşizmə həvəsləndirmələr onları yolundan saxlayır. Fransa və Hindistan vasitəsilə Ermənistanı silahlandırırlar. Qərb-Rusiya qarşıdurmasında Ermənistan hər iki tərəfin də maraqlarına xidmət edir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı - FOTO
Bu gün, 11:14
“Onlayn lotereya” DƏLƏDUZLUĞU – 1,2 milyon manat necə ƏLƏ KEÇİRİLİB?
Bu gün, 11:06
Bakıda müğənni bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 11:03
Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır - NARAZILIQ VAR...
Bu gün, 11:02
Bu universitetə yeni mətbuat katibi təyin edildi - FOTO
Bu gün, 10:59
Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb?
Bu gün, 10:57
Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi - SƏBƏB
Bu gün, 10:54
İrəvanda neçə Paşinyan var? - Elçin Alıoğlu yazır...
Bu gün, 10:50
Kərəm Mustafayev üçün QARA ZOLAQ... - Deyilənə görə...
Bu gün, 10:49
Vardanyanın azad edilməsi üçün yeni plan - Polmanı Bakı ilə nə bağlayır?
Bu gün, 10:40
Dekorativ prezident - Xaçaturyan hər ay dövləti XƏRCƏ SALIR
Bu gün, 10:38
“NATO dağılacaq, Avropa isə azad olacaq” - “Corriere della Sera”
Bu gün, 10:36
"Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla..." - Ekspert danışır...
Bu gün, 10:25
Yeni “kurortlar naziri” BU ŞƏXS OLDU - Nələr DƏYİŞƏCƏK?
Bu gün, 10:22
Qusarda 27 yaşlı müəllim vəfat etdi
Bu gün, 10:14
Rüşvət almada təqsirləndirilən məktəb şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Kərim Vəliyev NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
Bu gün, 10:06
Elm və Təhsil Nazirliyində tenderlərin əvəzsiz qalibi: Hansı məlumatlar gizlədilir? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:01
Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum - deputat
Bu gün, 09:58
Sülh sazişi nə vaxt imzalanacaq? - Əliyevlə Paşinyanın rusiyalı jurnalistə CAVABI
Bu gün, 09:55
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR... - FOTOFAKT
Bu gün, 09:50
İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...” – Hədəf yenə Qarabağdır
Bu gün, 09:41
Dilarə Kazımova aldadıldı - VİDEO
Bu gün, 09:37
ABŞ ermənilərin törətdikləri cinayətlərə şərik olur - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:23
4 həftəlik sülh müqaviləsi - Azərbaycana qarşı 3 qrupun birgə ideyası
Bu gün, 09:18
Azərbaycanın Əməkdar məşqçisi ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:16
Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:15
"Azfinance İnvestisiya Şirkəti”nin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 09:12
Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR
Bu gün, 09:11
Müəllimləri ixtisar gözləyir: Nazir anons etdi - "Əgər biz lazımsız hesab etdiyimiz fənnləri..."
Bu gün, 09:10
Azərbaycan separatçıları cəzalandıracaq... - "Qərbdə kimsə buna şübhə etməsin"
Bu gün, 09:06
Paşinyanın PSEVDO-sülhpərvərliyi... - Bu sülh daha çox İrəvana lazımdır...
Bu gün, 09:04
COP29-a tədarüksüz olan İCRA BAŞÇILARI... - Mühüm tədbirə ETİNASIZLIQ?
Bu gün, 08:59
ABŞ Bakının ittihamlarına susur - SUSURSA, DEMƏLİ...
Bu gün, 08:54
FAKT BUDUR: Banklar təhlükəsizliyi təmin edə bilmir... - Pullarımızı necə qoruyaq?
Bu gün, 08:52
"Maddi vəziyyətim çox pisdir, çətin vəziyyətdəyəm" - Astara sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:49
Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır - FAKT BUDUR!
Bu gün, 08:45
Aİ Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Sərhəddə təxribat PLANI
Bu gün, 08:43
4 kənd Azərbaycana qaytarılacaq: Proses başlayır? - GƏLİŞMƏ
Bu gün, 08:42
Oğluna şəhid statusu tələb edir... - MÜRACİƏT
Bu gün, 08:40
Azərbaycanın xarici siyasətinin növbəti Moskva uğuru -İsrafil Kərimovun yazısı
Bu gün, 08:30
`Rahat` marketdə NARAHAT MƏQAMLAR... - FOTOFAKT
Bu gün, 08:27
`Azercell`in müştərisi qurtulduğuna sevinir - "Blok elədim nömrələrini"
Bu gün, 08:18
`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR - BU NƏDİ BELƏ?!
Bu gün, 08:07
Putin istəyirdi ki, üçtərəfli görüş keçirsin və... - NƏZARƏT CƏHDİ
Bu gün, 07:59
Üçtərəfli görüşdən Paşinyan imtina edib - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Kredit ödəyən zaman niyə əlavə xərcə düşməliyik? - Köhnə kənddə yeni adət
Bu gün, 06:43
"Heç kim artıq söyüşə əhəmiyyət vermir" - ETİRAZ
Bu gün, 06:40
İrəvan qərar verdi, Bakı qane olmur.... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 06:38
Növbəti Ramşteyn: konkret qərar, yoxsa siyasi bəyanatlar? - GƏLİŞMƏ
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru