İranda azyaşlı qızların hamilə qalmasına icazə verildi .....                     İlqar Məmmədov ölkəni tərk edib? .....                     “Deyib ki, 500 manat verməsən nəvələrin öləcək” .....                     Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var .....                     Kral III Çarlız Bakıya gələ bilməyəcək: .....                     Bütün elmi dərəcələr ləğv edilməlidir .....                     Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradıldı .....                     Şimal-şərq küləyi əsəcək .....                     Türkiyəli TIR sürücüləri Sədərək Gömrük postunda ETİRAZA QALXDI .....                     “Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyonu ötdü .....                     Rusiyadan diqqətçəkən etiraf: .....                     “Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib .....                     “Dedi ki, kim zəng etsə, de ki, qardaşımın bıçaqlanması şayiədir” .....                     Rusiya erməni iş adamını ölkəyə buraxmayıb .....                     Ramiz Mehdiyevin qızı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ... .....                     Azərbaycanlı gənci öldürən yol polisi Daxili İşlər Nazirliyini .....                     Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK .....                     Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı .....                     Lavrovun Ermənistanda axtardığı kvadroberlər kimlərdir? .....                     Britaniyanın iqlim məsələləri üzrə naziri .....                     10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək .....                     “Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır... “ .....                     Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri .....                     Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ .....                     Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ .....                     Nəcməddin Sadıkov ictimaiyyət arasına çıxdı .....                     Əmrullayev-Muradov toqquşması tələbələri ÇIXILMAZ DURUMA SALIB .....                     Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı .....                     “Onlayn lotereya” DƏLƏDUZLUĞU .....                     Bakıda müğənni bıçaqlandı .....                     Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır .....                     Bu universitetə yeni mətbuat katibi təyin edildi .....                     Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb? .....                     Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi .....                     İrəvanda neçə Paşinyan var? .....                     Kərəm Mustafayev üçün QARA ZOLAQ... .....                     Vardanyanın azad edilməsi üçün yeni plan .....                     Dekorativ prezident .....                     “NATO dağılacaq, Avropa isə azad olacaq” .....                     "Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla..." .....                 

Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 09:15 | Çap et
Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI?
Son günlər Müdafiə Nazirliyində ciddi kadr dəyişiklikləri diqqət mərkəzindədir. Əslində bu dəyişikliklər Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevin işdən çıxarılması ilə başlayıb. Yada salaq ki, Əlahiddə Ümumqoşun Ordunun komandanı Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov təyin edilib. K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini - qərargah rəisi olub.

Bu həftə isə 2-ci ordu korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb. General-mayor Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olunub. General-mayor Vilayət Quliyev Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. Vətən müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb. Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib.

V.Quliyev şücaətlərinə görə Prezidentin sərəncamı ilə “Rəşadət” ordenilə təltif edilib. Ona bu ilin iyununda general-mayor ali hərbi rütbəsi verilib.

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə isə iki gün əvvəl müdafiə nazirinin müavini təyin olunub.Təyinatla bağlı İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Namiq İslamzadəyə bu ilin iyun ayında general-leytenant rütbəsi verilib. O, bir müddət əvvəl Hərbi Hava Qüvvələrinə müvəqqəti komandan təyin edilmişdi.

Namiq İslamzadə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.

2019-21-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini - aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri komandanının müavini - hava döyüş komandiri vəzifəsinə təyin olunub. 2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub. N.İslamzadə Vətən Müharibəsi Qəhrəmanıdır.

Qeyd edək ki, bir müddət əvvələdək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı da müdafiə nazirinin müavini statusunda idi. Amma K.Mustafayevin işdən çıxarılmasından sonra nazirliyin strukturunda dəyişiklik edildi və Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini statusunu itirdi.

Yada salaq ki, nazirin birinci müavini Baş Qərargah rəisi general-polkovnik Kərəm Vəliyevdir. Daha bir müavini Quru Qoşunları Komandanı general-leytenant Hikmət Mirzəyevdir. Son sərəncamdan da göründüyü kimi, Hərbi Hava Qüvvələri Komandanı da nazir müavini statusundadır. Nəhayət, müdafiə nazirinin daha bir müavini və baş direktor Aqil Qurbanovdur.

Ekspertlərə görə, Müdafiə Nazirliyinin struktur bölməsində edilən dəyişiklik mühüm əhəmiyyətə malikdir. Azərbaycan Ordusu da uzun müddətdir yeni iş mexanizminə keçib. Bu zaman Türkiyə Müdafiə Nazirliyinin təcrübəsi əsas götürülüb. O da bildirilir ki, təkcə Müdafiə Nazirliyində deyil, daha aşağı strukturlarda, hərbi hissələr, briqadalar, korpuslar, ali hərbi təhsil ocaqlarında da bu cür struktur dəyişiklikləri gözləniləndir. Bu dəyişikliklər NATO sisteminə yaxınlaşmaq baxımından da önəmlidir. Çünki atılan bu addımlar, idarəetmə sisteminin təkmilləşməsi ordumuzun döyüş qabiliyyətinin artmasına ciddi təkan verəcək.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, həyata keçirilən dəyişikliklər, islahatlar ordumuzun NATO-Türkiyə ordusu modelinə keçidi üçündür. Bu proses çoxdan başlayıb. Görünən budur ki, tez bir zamanda son günlər atılan addımlar prosesin sürətləndirilməsi məqsədi daşıyır. Struktur dəyişikliklərində komando hərbi hissələrinin yaradılması həyata keçirilib. Buna uyğun komplektləşdirilmə baş verdi. Müdafiə nazirinin müavinlərinin sayının azaldılması da bu dəyişikliklərin tələbi idi: “O qədər də çoxsaylı ştatın saxlanması uyğun sayılmazdı. Türkiyə ordu modelində bütün vəzifəli şəxslərin tutduğu vəzifəsindən asılı olmayaraq, 4 ildən bir yerdəyişmələri həyata keçirilir. Vəzifəsindən asılı olmayaraq, zabit bir hərbi hissədə qulluq edir bir vəzifə tutursa bilir ki, 4 il sonra onu hansı vəzifə gözləyir, harada xidmətini davam etdirəcək. Azərbaycan Ordusu Türkiyə ordu sistemində keçirsə, bizdə də bu qayda tətbiq olunmalıdır və son təyinatlar ola bilsin, bununla bağlıdır. Son günlər üç ordu korpusunun komandirlərinin sərəncama götürülməsi ictimaiyyətdə rezonans yaradıb. Lakin hesab edirəm ki, burada ajiotaja ehtiyac yoxdur. Qeyd etdiyimiz məsələlər bu dəyişiklikləri zəruri edir. Türkiyədə generalların vəzifələrinin dəyişdirilməsi, sərəncama götürülməsi, başqa yerə keçirilməsi adi qarşılanır. Bizdə də tədricən belə olacaq”.

Polkovnik qeyd etdi ki, Türkiyə ordu modelində bir zabit vəzifəni 4 ildən artıq daşıya bilməz. Azərbaycanda da bu qayda tətbiq olunacaq: “Türkiyə ordu modelində Birinci ordunun komandanı bilir ki, gələcəkdəki vəzifəsi nə olacaq. İkinci ordunun komandanı da bilir ki, gələcəkdə haraya komandan gedəcək. Eləcə də digərləri. Azərbaycanda bu sistem tam formalaşmadığına görə ictimaiyyət arasında bir az anlaşılmazlıq yaranır. Hər hansı bir vəzifəli şəxsi bir yerdən başqa yerə təyin edirlərsə, yaxud sərəncama verirlərsə, onun haqqında mütləq mənfi rəy vermək olmaz. İslahatlar gedir. Ola bilər ki, yeni yanaşmaya o şəxslərin uyğunsuzluğu ola bilər və ona görə də sərəncama çıxarılırlar. Onların başqa vəzifələrə keçirilməsini də normal qəbul edirəm. Baş verənləri təbii qəbul etmək lazımdır. Ştat strukturunun dəyişdirilməsi tək şəxsi heyətin ştatla təmin olunması deyil. Burada ştata uyğun müəyyən texnikaların əldə edilməsi vacib amillərdən biridir. Yeni struktur ştatına uyğun silahlar alınmalıdır, həmin silahlar təlimlərdə istifadə olunmalıdır. Gələcəkdə Türkiyə ordu modelinin tam olaraq tətbiq edilməsi ordumuzu tamamilə yeni səviyyəyə yüksəltmiş olacaq. Bu sistemə keçidlə bağlı döyüş qabiliyyətinin yüksək səviyyəyə qalxmasına şübhə ola bilməz. Aşağıdan yuxarıya qədər vəzifəli şəxslərin konkret vəzifələri göstərildiyi kimi, yeni sistem nizamnamədə də dəyişikliyi zəruri edir. Hərbi xidmətkeçmə haqqında qanunda dəyişikliklər olmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda azyaşlı qızların hamilə qalmasına icazə verildi
Bu gün, 13:22
İlqar Məmmədov ölkəni tərk edib? - AÇIQLAMA
Bu gün, 13:19
“Deyib ki, 500 manat verməsən nəvələrin öləcək” - TƏFƏRRÜAT
Bu gün, 13:09
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:06
Kral III Çarlız Bakıya gələ bilməyəcək: - "O, COP29-da iştirakdan zövq alacaqdı, amma..."
Bu gün, 13:00
Bütün elmi dərəcələr ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:58
Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradıldı
Bu gün, 12:56
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:51
Türkiyəli TIR sürücüləri Sədərək Gömrük postunda ETİRAZA QALXDI - Qanunsuz pul tələbi və daha nələr...
Bu gün, 12:44
“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyonu ötdü - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:34
Rusiyadan diqqətçəkən etiraf: - Putin Paşinyanı buna görə bağışladı
Bu gün, 12:33
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib
Bu gün, 12:28
“Dedi ki, kim zəng etsə, de ki, qardaşımın bıçaqlanması şayiədir” - AÇIQLAMA
Bu gün, 12:26
Rusiya erməni iş adamını ölkəyə buraxmayıb
Bu gün, 12:18
Ramiz Mehdiyevin qızı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ... - BUNA GÖRƏ...
Bu gün, 12:16
Azərbaycanlı gənci öldürən yol polisi Daxili İşlər Nazirliyini MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 12:15
Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?
Bu gün, 12:09
Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:00
Lavrovun Ermənistanda axtardığı kvadroberlər kimlərdir? - ARAŞDIRMA
Bu gün, 11:59
Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
Bu gün, 11:56
10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək - DETALLAR
Bu gün, 11:48
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır... “ - YAĞLI BİZNES
Bu gün, 11:45
Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Azərbaycanda səfərdədir
Bu gün, 11:43
Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ - İLGİNC FAKTLAR
Bu gün, 11:38
Nəcməddin Sadıkov ictimaiyyət arasına çıxdı - Camaat ondan danışır... o da at yarışı izləyir...
Bu gün, 11:33
Əmrullayev-Muradov toqquşması tələbələri ÇIXILMAZ DURUMA SALIB - AXI NİYƏ?
Bu gün, 11:26
Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı - FOTO
Bu gün, 11:14
“Onlayn lotereya” DƏLƏDUZLUĞU – 1,2 milyon manat necə ƏLƏ KEÇİRİLİB?
Bu gün, 11:06
Bakıda müğənni bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 11:03
Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır - NARAZILIQ VAR...
Bu gün, 11:02
Bu universitetə yeni mətbuat katibi təyin edildi - FOTO
Bu gün, 10:59
Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb?
Bu gün, 10:57
Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi - SƏBƏB
Bu gün, 10:54
İrəvanda neçə Paşinyan var? - Elçin Alıoğlu yazır...
Bu gün, 10:50
Kərəm Mustafayev üçün QARA ZOLAQ... - Deyilənə görə...
Bu gün, 10:49
Vardanyanın azad edilməsi üçün yeni plan - Polmanı Bakı ilə nə bağlayır?
Bu gün, 10:40
Dekorativ prezident - Xaçaturyan hər ay dövləti XƏRCƏ SALIR
Bu gün, 10:38
“NATO dağılacaq, Avropa isə azad olacaq” - “Corriere della Sera”
Bu gün, 10:36
"Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla..." - Ekspert danışır...
Bu gün, 10:25
Yeni “kurortlar naziri” BU ŞƏXS OLDU - Nələr DƏYİŞƏCƏK?
Bu gün, 10:22
Qusarda 27 yaşlı müəllim vəfat etdi
Bu gün, 10:14
Rüşvət almada təqsirləndirilən məktəb şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Kərim Vəliyev NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
Bu gün, 10:06
Elm və Təhsil Nazirliyində tenderlərin əvəzsiz qalibi: Hansı məlumatlar gizlədilir? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:01
Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum - deputat
Bu gün, 09:58
Sülh sazişi nə vaxt imzalanacaq? - Əliyevlə Paşinyanın rusiyalı jurnalistə CAVABI
Bu gün, 09:55
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR... - FOTOFAKT
Bu gün, 09:50
İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...” – Hədəf yenə Qarabağdır
Bu gün, 09:41
Dilarə Kazımova aldadıldı - VİDEO
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru