Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı .....                     “Onlayn lotereya” DƏLƏDUZLUĞU .....                     Bakıda müğənni bıçaqlandı .....                     Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır .....                     Bu universitetə yeni mətbuat katibi təyin edildi .....                     Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb? .....                     Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi .....                     İrəvanda neçə Paşinyan var? .....                     Kərəm Mustafayev üçün QARA ZOLAQ... .....                     Vardanyanın azad edilməsi üçün yeni plan .....                     Dekorativ prezident .....                     “NATO dağılacaq, Avropa isə azad olacaq” .....                     "Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla..." .....                     Yeni “kurortlar naziri” BU ŞƏXS OLDU .....                     Qusarda 27 yaşlı müəllim vəfat etdi .....                     Rüşvət almada təqsirləndirilən məktəb şikayətini geri götürdü .....                     Kərim Vəliyev NATO nümayəndə heyəti ilə görüşüb .....                     Elm və Təhsil Nazirliyində tenderlərin əvəzsiz qalibi: Hansı məlumatlar gizlədilir? .....                     Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum .....                     Sülh sazişi nə vaxt imzalanacaq? .....                     Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR... .....                     İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...” .....                     Dilarə Kazımova aldadıldı .....                     ABŞ ermənilərin törətdikləri cinayətlərə şərik olur .....                     4 həftəlik sülh müqaviləsi .....                     Azərbaycanın Əməkdar məşqçisi ürəktutmadan vəfat etdi .....                     Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI? .....                     "Azfinance İnvestisiya Şirkəti”nin direktoru dəyişib .....                     Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi .....                     Müəllimləri ixtisar gözləyir: Nazir anons etdi .....                     Azərbaycan separatçıları cəzalandıracaq... .....                     Paşinyanın PSEVDO-sülhpərvərliyi... .....                     COP29-a tədarüksüz olan İCRA BAŞÇILARI... .....                     ABŞ Bakının ittihamlarına susur .....                     FAKT BUDUR: Banklar təhlükəsizliyi təmin edə bilmir... .....                     "Maddi vəziyyətim çox pisdir, çətin vəziyyətdəyəm" .....                     Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır .....                     Aİ Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ .....                     4 kənd Azərbaycana qaytarılacaq: Proses başlayır? .....                     Oğluna şəhid statusu tələb edir... .....                 

Aİ Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Sərhəddə təxribat PLANI
Tarix: Bu gün, 08:43 | Çap et
Aİ Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ
Ermənistan və Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat hazırlayır. Belə ki, dövlət sərhədimizin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçiləri cihazları ilə ərazilərimizi müşahidə ediblər.

Bu, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının əslində kəşfiyyatla məşğul olması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun ötən həftə dediklərini bir daha təsdiqləyir. Yada salaq ki, Aİ Xarici Siyasət Xidmətinin nümayəndəsi Peter Stano “bu, Ermənistan qarşısındakı öhdəliklərin və verilən vədlərin dəfələrlə yerinə yetirilməməsini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas olan tamamilə cəfəngiyyat, yalan və manipulyasiyadır” bildirmişdi. Anna indi görünür ki, Qərb sərhədlərimizə yaxın ərazilərdə hansı provokasiyalara əl atır. Axı bizim əraziləri xüsusi cihazlarla niyə müşahidə etməlidirlər? Nə axtarırlar, nəyə baxırlar?

Yeri gəlmişkən, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev sentyabrın əvvəlində Amerikanın “Politico” nəşrinə müsahibəsində birmənalı olaraq bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması “Avropa İttifaqı missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır”. Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib. İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzvü dövlətlərin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyətinin Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu.

Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi. Daha sonra növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Aİ Ermənistana iki illik missiya göndərməyi qərara aldı. İki il müddətinə missiya gətirilmə planı 2025-ci ilə qədərki dövrü əhatə edir. Gələn il həm də Ermənistanda kritik seçki ərəfəsidir. Aİ bu missiya vasitəsilə Paşinyanın hakimiyyətdə qalmasına xidmət edə bilər. Burada bir məqam da İranın susqun mövqeyidir: Bortnikov Aİ missiyasının Rusiya ilə bərabər İran sərhədləri haqda kəşfiyyat məlumatları topladığını deyib. Amma İran bu bəyanata da reaksiya verməyib. “Necə ola bilər ki, adı "mülki", missiyası hərbi olan monitorinq qrupunun onun sərhədlərində kəşfiyyat aparmasına reaksiya vermir və ya susur? Amma Zəngəzur dəhlizi məsələsi ortaya gəlirsə, tez qeyri-adekvat reaksiya verir? Deməli, Ermənistanla üst-üstə düşən ümumi maraqları var.

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, şərti sərhəddə mülki missiya adı ilə kəşfiyyat qrupu yerləşdirilib. A.Məsiyev hesab edir ki, sonra bu qrup NATO missiyasına çevrildi: “Çünki Avropa Birliyi üzvü olmayan Kanada da müşahidə qrupuna qoşuldu. Təbii ki, bütün bu addımlar kəşfiyyat xarakterli fəaliyyətdir. Buna qədər də hərbi avadanlıqların Ermənistana gətirilməsi və sərhədə yerləşdirilməsi bir daha sübut etdi ki, provokasiya məqsədi güdür. Bu da qarşıda atəşkəsi pozmağa hesablanıb”. Siyasi ekspertin fikrincə, Ermənistan atəşkəsi pozarsa, Azərbaycan adekvat cavab verərsə, rəsmi İrəvan NATO missiyasını regiona yerləşdirmək üçün bəhanə gətirib müraciət edəcək: “İrəvan bu bəhanəni axtarır və sülhməramlı adı ilə regiona NATO qoşunlarını yerləşdirməyə hazırlaşır. Ona görə də Aİ missiyası kəşfiyyat müşahidəsi aparır, Ermənistan silahlandırılır, şərti sərhədə silah-sursat gətirilir və eskalasiya üçün bəhanə gəzir”.

Siyasi şərhçi Ramiyə Məmmədova bu proseslərə İranın müşahidəçi qalmasını riyakarlıq hesab edir. Onun sözlərinə görə, Tehran daha bir “qırmızı xətti”nin tapdandığını görür, amma sükutla izləyir: “Bunun səbəbi İranın Ermənistanla uzlaşan Zəngəzur mövqeyidir. Cənub qonşumuz bu koridorun açılmasını istəmədiyi üçün bölgədə gərginliyin qalmasında maraqlıdır. Baxmayaraq ki, İranın Qərblə münasibətləri bəllidir, Tehran hər zaman bəyan edir ki, regiona kənar qüvvələrin cəlb olunmasının əleyhinədir, yenə də Zəngəzur dəhlizinə görə Avropa İttifaqının bu təxribatçı hərəkətlərinə dözümlə yanaşırlar. Görünür ki, İran üçün Qərbin bölgədə avantürist davranışları daha az təhlükəlidir, nəinki Zəngəzur dəhlizinin açılması”.

Ekspert regionda postmüharibə dövründə mürəkkəb oyunlar getdiyini müşahidə edir: “Ermənistan sonda bu axmaqlıqlarına görə yanacaq. Kiçik bir ölkə olasan, hərbi potensialın Azərbaycandan qat-qat zəif, amma Qərbdəki hamilər hesabına dirçəlməyə, buynuz göstərməyə çalışasan. Məncə, proseslər Ermənistanın çox pis şəkildə cəzalanması ilə nəticələnəcək. Əgər regionda Avropa İttifaqı, NATO və bütövlükdə Qərb kontingenti yerləşməyə başlasa, arzuolunmaz ssenarilər reallaşa bilər. Hətta növbəti bir cəbhənin Cənubi Qafqazda açılması riski yüksəkdir”.

Hərbi ekspert Ramil Məmmədli isə deyir ki, Aİ missiyasının sərhəddə müşahidə aparması guya atəşkəsə nəzarətdir: “Amma bunun bir imitasiya olduğu göz qabağındadır. Bu, müşahidə missiyasının sayını artırmaqdadır. Əgər Ermənistanla delimitasiya üzrə əsasnamə ratifikasiya olunubsa, o zaman avropalılar "binokl"la nəyi müşahidə edirlər? Demək ki, hədəf Cənubi Qafqazda olmaq və Rusiyanın mövqelərinə şərik çıxmaqdır. Halbuki Ermənistanın sərhədlərini rus hərbçiləri qorumaqdadır. Bu halda, avropalılar atəşkəsə necə nəzarət edəcəklər? Əgər belədirsə, son zamanlar Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulmasını qeydə alsınlar və hesabat təqdim etsinlər".

Hərbi şərhçinin fikrincə, İran Fransa ilə aşkar-gizli müttəfiqdir, bu səbəbdən Avropa İttifaqında dominant güc olan Parisin Ermənistanın Azərbaycanla sərhədlərində hərəkətlərinə Tehran seyrçi mövqedə dayanıb: “İran Zəngəzur dəhlizinin açılmasını da istəmir, Rusiyanın nəzarətində olmasını da. Bu məsələdə qəribədir ki, müttəfiqi Moskva yox, düşmənləri sayılan Qərblə fikirləri üst-üstə düşür. İran maraqlıdır ki, Ermənistan regiona kənar qüvvələri cəlb etməklə ABŞ-Rusiya arasında gərginliyi artırsın, bu da dəhlizin açılmasını çətinləşdirsin və gecikdirsin. Ona görə bu hərəkətlərdən özünə hələ ki təhlükədən daha çox fayda görməkdədir. Amma Qərb hərbi texnikasının sərhədə gətirilməsinə İran bu dərəcədə təmkinli olmamalıdır. Əfsus ki, bölgə yenə münaqişənin qaynar ocağına çevrilə bilər. Ermənistan tələsməli, delimitasiya başlamalı, avropalı müşahidəçilər sərhədləri tərk etməli, İrəvan qanunvericiliyə dəyişiklik etməli, sülh sazişi imzalanmalıdır ki, ayrı-ayrı qütblərin bu regionda yeni müharibə planları baş tutmasın”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı - FOTO
Bu gün, 11:14
“Onlayn lotereya” DƏLƏDUZLUĞU – 1,2 milyon manat necə ƏLƏ KEÇİRİLİB?
Bu gün, 11:06
Bakıda müğənni bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 11:03
Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır - NARAZILIQ VAR...
Bu gün, 11:02
Bu universitetə yeni mətbuat katibi təyin edildi - FOTO
Bu gün, 10:59
Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb?
Bu gün, 10:57
Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi - SƏBƏB
Bu gün, 10:54
İrəvanda neçə Paşinyan var? - Elçin Alıoğlu yazır...
Bu gün, 10:50
Kərəm Mustafayev üçün QARA ZOLAQ... - Deyilənə görə...
Bu gün, 10:49
Vardanyanın azad edilməsi üçün yeni plan - Polmanı Bakı ilə nə bağlayır?
Bu gün, 10:40
Dekorativ prezident - Xaçaturyan hər ay dövləti XƏRCƏ SALIR
Bu gün, 10:38
“NATO dağılacaq, Avropa isə azad olacaq” - “Corriere della Sera”
Bu gün, 10:36
"Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla..." - Ekspert danışır...
Bu gün, 10:25
Yeni “kurortlar naziri” BU ŞƏXS OLDU - Nələr DƏYİŞƏCƏK?
Bu gün, 10:22
Qusarda 27 yaşlı müəllim vəfat etdi
Bu gün, 10:14
Rüşvət almada təqsirləndirilən məktəb şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Kərim Vəliyev NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
Bu gün, 10:06
Elm və Təhsil Nazirliyində tenderlərin əvəzsiz qalibi: Hansı məlumatlar gizlədilir? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:01
Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum - deputat
Bu gün, 09:58
Sülh sazişi nə vaxt imzalanacaq? - Əliyevlə Paşinyanın rusiyalı jurnalistə CAVABI
Bu gün, 09:55
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR... - FOTOFAKT
Bu gün, 09:50
İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...” – Hədəf yenə Qarabağdır
Bu gün, 09:41
Dilarə Kazımova aldadıldı - VİDEO
Bu gün, 09:37
ABŞ ermənilərin törətdikləri cinayətlərə şərik olur - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:23
4 həftəlik sülh müqaviləsi - Azərbaycana qarşı 3 qrupun birgə ideyası
Bu gün, 09:18
Azərbaycanın Əməkdar məşqçisi ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:16
Müdafiə nazirinin müavinlərinin sayı niyə AZALDILDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:15
"Azfinance İnvestisiya Şirkəti”nin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 09:12
Sumqayıtda üç xanım direktor vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR
Bu gün, 09:11
Müəllimləri ixtisar gözləyir: Nazir anons etdi - "Əgər biz lazımsız hesab etdiyimiz fənnləri..."
Bu gün, 09:10
Azərbaycan separatçıları cəzalandıracaq... - "Qərbdə kimsə buna şübhə etməsin"
Bu gün, 09:06
Paşinyanın PSEVDO-sülhpərvərliyi... - Bu sülh daha çox İrəvana lazımdır...
Bu gün, 09:04
COP29-a tədarüksüz olan İCRA BAŞÇILARI... - Mühüm tədbirə ETİNASIZLIQ?
Bu gün, 08:59
ABŞ Bakının ittihamlarına susur - SUSURSA, DEMƏLİ...
Bu gün, 08:54
FAKT BUDUR: Banklar təhlükəsizliyi təmin edə bilmir... - Pullarımızı necə qoruyaq?
Bu gün, 08:52
"Maddi vəziyyətim çox pisdir, çətin vəziyyətdəyəm" - Astara sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:49
Ermənistan, əslində, Qərbdə Rusiyanın agenti rolundadır - FAKT BUDUR!
Bu gün, 08:45
Aİ Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Sərhəddə təxribat PLANI
Bu gün, 08:43
4 kənd Azərbaycana qaytarılacaq: Proses başlayır? - GƏLİŞMƏ
Bu gün, 08:42
Oğluna şəhid statusu tələb edir... - MÜRACİƏT
Bu gün, 08:40
Azərbaycanın xarici siyasətinin növbəti Moskva uğuru -İsrafil Kərimovun yazısı
Bu gün, 08:30
`Rahat` marketdə NARAHAT MƏQAMLAR... - FOTOFAKT
Bu gün, 08:27
`Azercell`in müştərisi qurtulduğuna sevinir - "Blok elədim nömrələrini"
Bu gün, 08:18
`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR - BU NƏDİ BELƏ?!
Bu gün, 08:07
Putin istəyirdi ki, üçtərəfli görüş keçirsin və... - NƏZARƏT CƏHDİ
Bu gün, 07:59
Üçtərəfli görüşdən Paşinyan imtina edib - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Kredit ödəyən zaman niyə əlavə xərcə düşməliyik? - Köhnə kənddə yeni adət
Bu gün, 06:43
"Heç kim artıq söyüşə əhəmiyyət vermir" - ETİRAZ
Bu gün, 06:40
İrəvan qərar verdi, Bakı qane olmur.... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 06:38
Növbəti Ramşteyn: konkret qərar, yoxsa siyasi bəyanatlar? - GƏLİŞMƏ
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru