Müğənni Ülviyyə Namazova: .....                     İranda azyaşlı qızların hamilə qalmasına icazə verildi .....                     İlqar Məmmədov ölkəni tərk edib? .....                     “Deyib ki, 500 manat verməsən nəvələrin öləcək” .....                     Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var .....                     Kral III Çarlız Bakıya gələ bilməyəcək: .....                     Bütün elmi dərəcələr ləğv edilməlidir .....                     Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradıldı .....                     Şimal-şərq küləyi əsəcək .....                     Türkiyəli TIR sürücüləri Sədərək Gömrük postunda ETİRAZA QALXDI .....                     “Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyonu ötdü .....                     Rusiyadan diqqətçəkən etiraf: .....                     “Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib .....                     “Dedi ki, kim zəng etsə, de ki, qardaşımın bıçaqlanması şayiədir” .....                     Rusiya erməni iş adamını ölkəyə buraxmayıb .....                     Ramiz Mehdiyevin qızı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ... .....                     Azərbaycanlı gənci öldürən yol polisi Daxili İşlər Nazirliyini .....                     Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK .....                     Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı .....                     Lavrovun Ermənistanda axtardığı kvadroberlər kimlərdir? .....                     Britaniyanın iqlim məsələləri üzrə naziri .....                     10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək .....                     “Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır... “ .....                     Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri .....                     Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ .....                     Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ .....                     Nəcməddin Sadıkov ictimaiyyət arasına çıxdı .....                     Əmrullayev-Muradov toqquşması tələbələri ÇIXILMAZ DURUMA SALIB .....                     Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı .....                     “Onlayn lotereya” DƏLƏDUZLUĞU .....                     Bakıda müğənni bıçaqlandı .....                     Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır .....                     Bu universitetə yeni mətbuat katibi təyin edildi .....                     Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb? .....                     Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi .....                     İrəvanda neçə Paşinyan var? .....                     Kərəm Mustafayev üçün QARA ZOLAQ... .....                     Vardanyanın azad edilməsi üçün yeni plan .....                     Dekorativ prezident .....                     “NATO dağılacaq, Avropa isə azad olacaq” .....                 

İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...” – Hədəf yenə Qarabağdır
Tarix: Bu gün, 09:41 | Çap et
İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...”
Politoloq Zərdüşt Əlizadə Ermənistan-Azərbaycan sülh prosesi ətrafındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iddia edir ki, sülh müqaviləsi qarşıdakı həftələrdə, yəni Bakıda keçiriləcək COP29-a qədər imzalana bilər. Belə bir zəmin varmı?

- Yoxdur. Ermənilər öz qıt ağılları ilə Azərbaycana kələk gəlmək istəyirlər. Müharibə qurtarıb, nəticələri də bəllidir. Amma ABŞ Qarabağ kimi çox əlverişli bir alətin əldən çıxmasını istəmir, çalışır ki, bu “məsələ”ni yenidən qabardıb gələcəkdə Azərbaycana qarşı təzyiq kimi istifadə edə bilsin.

Azərbaycan da baş verənləri çox gözəl anlayır, buna görə də gələcəkdə buna yol verilməməsi üçün Ermənistana təklif edir ki, sən mən çox pislik eləmisən və ziyan vurmusan, amma gəl, sülh müqaviləsi imzalayaq. Sülh üçün də şərt var, bu şərt sənin üçün itki deyil.

Azərbaycanın iki şərti var. İlk növbədə Ermənistana deyir ki, gəl ATƏT-ə müraciət edək, birlikdə ona deyək ki, çox sağ ol, vurnuxdun, amma alınmadı, məsələni özümüz həll elədik, Qarabağ məsələsi həll olunduğuna görə “Dağlıq Qarabağın statusu”nun müəyyən olunması üçün nəzərdə tutulmuş Minsk qrupu buraxılsın. Bunun anlamı odur ki, bütün beynəlxalq təşkilatlara, eləcə də BMT-yə münaqişənin həllini tapdığı bildirilir. Ermənistan bununla razı deyil. Bunun tərcüməsi odur ki, gələcəkdə bu “məsələ”ni bir də qabartmaq istəyirlər.

Digər yandan, Ermənistana deyirik ki, sülh istəyirsənsə, konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadı götür. Çünki böyük qələt edib, beynəlxalq hüququ pozub o bəyannamədə yazmısınız ki, “Dağlıq Qarabağla Ermənistan birləşir”.

Amma sona SSRİ-ni Ali Sovetinin Rəyasət Heyəti sizin bu bəyannamədəki “müddəa”nı ləğv elədi. Bunun konkret tarixi də var. Əvvəla SSRİ Konstitusiyasında “Dağlıq Qarabağın Milli Şurası” adlı bir qurum yoxdur. İkincisi, bir respublika digər respublikanın ərazisinə iddia irəli sürə və ona ilhaq edə bilməz. Bu, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarıdır. Qanunsuz qərarı siz öz konstitusiyanıza salımısınız və elan edirsiniz ki, “tarixi ədalətin bərpası naminə Dağlıq Qarabağla Ermənistan birləşir”.

Siz vaxtilə belə bir qələti eləmisiniz, indi bu istinadı konstitusiyanızdan çıxarın. Çıxarmırlar. Yaxşı, biz də sülh müqaviləsini 2027-ci ildən sonra imzalayarıq. Sülh müqaviləsinin bağlanmaması o deməkdir ki, bu olanadək Ermənistanın Türkiyə ilə münasibətləri normallaşmayacaq, sərhədlər açılmayacaq və yarımblokada vəziyyətində qalacaq.

Siz gələcəkdə bölgəni qarışdırmaq üçün Amerikanın çömçəsi, yoxsa qonşuları ilə normal, mehriban yaşayan bir dövlət olmaq istəyirsiniz? Erməni xalqı nə vaxta qədər nöqsanlara yol verəcək, özünü dünyadan məhrum edəcək? Yenə də sülh yox, bunu istəyirlər. Müqavilənin 16 bəndindən 13-ü razılaşdırılıb, qayıdırlar ki, 3-nü kənara qoyaq, 16-sını imzalayaq. Niyə?

Biz Ermənistanın kələyinə getməyəcəyik. Ermənistan Qarabağa iddiasının olmadığını göstərən müvafiq addımları atmayanadək biz də sülh müqaviləsini imzalamayacağıq. Sülh müqaviləsi bizim nəyimizə lazımdır – təhlükəsizliyimiz üçün? Azərbaycan təhlükəsizlikdədir.

Ermənistan Fransa və Hindistandan top-tüfəng alır. Azərbaycan ordusunun qüdrətinə malik olması üçün Ermənistana azı 10 il vaxt lazımdır. Bu müddətdə Ermənistan Azərbaycanla müharibə apara bilməz. Biz də 10 il ərzində yamayacağıq, pulumuz da, adamlarımız da var, ordumuzu daha da inkişaf etdirəcəyik. Onlar gücləndikcə, biz onlardan 2-3 dəfə güclü olacağıq.

Sülh müqaviləsi lazımdır ki, bütün bunlara son qoyaq. Bizə gələcəkdə problemlər üçün Amerikanın bəhanələri lazım deyil. Buna görə də, Prezident İlham Əliyev sonuncu dəfə çox kəskin çıxış elədi, Amerika konqresmenləri və Dövlət Departamentinə bildirdi ki, sizin oyununuz mənim üçün aydındır. Yəni siz bu oyunla bizə kələk gələ bilməzsiniz.

Ermənilər təzədən forpost, alət olmaq istəyirlər. Yenə başlayıblar ki, ermənilər Qarabağa qayıtmaq istəyirlər. Biz də deyirik ki, qayıtmaq istəyirlərsə, qayıtsınlar, onda azərbaycanlılar da Zəngəzura qayıtsınlar. Özü də qərbi azərbaycanlılar əvvəldən deyiblər ki, Ermənistanın qanunları ilə yaşamağa və onun pasportlarını qəbul etməyə hazırdırlar. Amma Qarabağ erməniləri bunu demirlər, iddia edirlər ki, “bizə hansısa müstəsna və xüsusi status verin, bizə zamninlər lazımdır”. Boş söhbətdir. Onlar üçün ən böyük zamin Azərbaycan qanunları çərçivəsində nümunəvi vətəndaşlar olmaqdır. Başqa heç nə ola bilməz.

- ABŞ-ın cəhdlərinə diqqət çəkdiniz, bu səylər hansı nəticələr doğura bilər?

- ABŞ qlobal dövlətdir və bütün dünyada maraqları var. Bəzi hallarda maraqlarını iqtisadi yollarla həyata keçirir. Kasıb ölkələrə borc pul verir, yardım göstərir, varlı ölkələrə isə hansısa çömçə vasitəsilə müdaxilə edir. İndi Amerika istəyir ki, Ermənistan və Qarabağ erməniləri çömçə olsun. Bu çömçə ilə bölgəni qarışdırmaq istəyirlər.

- Bütün baş verənləri nəzərə alaraq demək olarmı ki, proses dalana dirənib və belə bir dirənmə özündə hansı riskləri daşıyır?

- Azərbaycan üçün heç bir riski yoxdur. Ermənistanla o riski var ki, Türkiyə ilə sərhədləri açılmır. Çox çalışır və vurnuxurlar ki, Türkiyənin xarici siyasətinə təsir eləsinlər. Qərbin vasitəsilə və özləri yaltaqlanmaqla çalışırlar ki, Türkiyə Azərbaycandan əl çəkib Ermənistanla sərhədləri açsın.

Türkiyənin xarici siyasət tərəzisi var: bir gözündə Azərbaycan, digərində Ermənistan durub. Türkiyə üçün hansı ağır gəlir? Əlbəttə, Türkiyə üçün Azərbaycan daha vacibdir. Türkiyənin gələcək planları Azərbaycanla bağlıdır. Türk Dövlətləri Təşkilatı Azərbaycan olmadan olmaz. Türkiyənin Şərqə yolu Azərbaycandan keçir. Ermənistan Türkiyəyə nə verə bilər? Heç nə.

Ermənistan hətta Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmir. Ermənistanda “qərbi ermənistan hökuməti” və bununla bağlı saxta qurumlar, eləcə də telekanal var. Bunlar Türkiyəyə qarşı ərazi iddiasını ehtiva edir. Ermənilər belə “işlər”lə məşğuldurlar, amma qayıdırlar ki, sərhədi açaq, “mehriban qonşu” olaq. Sən belə absurd iddialarından əl çəkməlisən. Sən həm də görürsən ki, Türkiyə Azərbaycanı daha vacib tərəfdaş, müttəfiq sayır.

Başqa sözlə, Ermənistanın itirə biləcəyi çox şey var. Biz Ermənistan və heç kimdən asılı deyilik.

- Ermənistan daxilində siyasi gərginlik hökm sürür. Baş nazir Nikol Paşinyanı devirmək istəyən dini-siyasi qüvvələr yenidən aksiyalara başlayıblar. Həmin qüvvələr də sülh istəmədiklərini açıq şəkildə bəyan ediblər. Bu prosesin yekununu necə görürsünüz?

- Erməni xalqı uğursuz qərar qəbul etməkdə “dünya çempionu”dur. Yəni bu xalq qonşu Azərbaycanla mehriban yaşayıb böyük gəlirlər əldə edə, əmin-amanlıq və təhlükəsizliyə nail ola bilərdilər. Bunun yerinə düşmənçiliyi seçdilər, Rusiyanın köməyi ilə ərazilərimizi işğal elədilər. O illər də Azərbaycan sülh və həll yollarını təklif eləmişdi, amma yenə də razılaşmamışdılar. Deyirdilər ki, “biz qalib gəlmişik, məğlubiyyətinizi etiraf eləyin”.

Azərbaycan hər dəfə həll imkanları yaradanda razılaşmırdılar. Belə davam etdilər, sonda ağır məğlub oldular. Yenə də Azərbaycan mədəni şəkildə dedi ki, mənim bütövlüyümü tanımısansa, qoşunlarını ərazimdən çıxar. Amma çıxarmadılar, nəticədə Azərbaycan ordusu 24 sutkadan da az bir vaxtda bütün erməni qoşunlarını darmadağın elədi.

Sonda da hərbçiləri paltarlarını soyunub ya yandırdılar, ya da basdırdılar, mülki geyimdə camaata qoşulub aradan çıxdılar. Bunu istəyirdiniz?

Biz həmişə sizin də, bizim də ləyaqətimizi qoruyan variantlar təklif edirdik, niyə razılaşmırdınız? Səfeh qərarlar qəbul eləmək üzrə “dünya çempionu”durlar. Yenə də onlara deyirik ki, münaqişə qurtarıb, Qarabağda erməni yoxdur, indi onları qaytarmaq istəyirsinizsə, azərbaycanlıları da Qərbi Azərbaycana qaytarın, istəmərsinizsə, sizinki sizdə, bizimki də bizdə. Qurtaraq da.

Deyirlər ki, “yox, indi də Amerikanın forpostu olmaq istəyirik, Amerika bizə bildirir ki, razılaşma, gələcəkdə Qarabağ məsələsini yenə qaldırıb Azərbaycanı şantaj etməyə və ondan nəsə qoparmağa çalışarıq”. Əvvəl Rusiyanın forpostu idilər, bu gün də Amerikanın olmaq istəyirlər, yəni deyirlər ki, “biz müstəqil dövlət kimi yaşamağı bacarmırıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənni Ülviyyə Namazova: - "Qardaşıma meşədə bıçaqla üç zərbə vurublar, sürünərək..."
Bu gün, 13:25
İranda azyaşlı qızların hamilə qalmasına icazə verildi
Bu gün, 13:22
İlqar Məmmədov ölkəni tərk edib? - AÇIQLAMA
Bu gün, 13:19
“Deyib ki, 500 manat verməsən nəvələrin öləcək” - TƏFƏRRÜAT
Bu gün, 13:09
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:06
Kral III Çarlız Bakıya gələ bilməyəcək: - "O, COP29-da iştirakdan zövq alacaqdı, amma..."
Bu gün, 13:00
Bütün elmi dərəcələr ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:58
Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradıldı
Bu gün, 12:56
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:51
Türkiyəli TIR sürücüləri Sədərək Gömrük postunda ETİRAZA QALXDI - Qanunsuz pul tələbi və daha nələr...
Bu gün, 12:44
“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 23 milyonu ötdü - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:34
Rusiyadan diqqətçəkən etiraf: - Putin Paşinyanı buna görə bağışladı
Bu gün, 12:33
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib
Bu gün, 12:28
“Dedi ki, kim zəng etsə, de ki, qardaşımın bıçaqlanması şayiədir” - AÇIQLAMA
Bu gün, 12:26
Rusiya erməni iş adamını ölkəyə buraxmayıb
Bu gün, 12:18
Ramiz Mehdiyevin qızı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ... - BUNA GÖRƏ...
Bu gün, 12:16
Azərbaycanlı gənci öldürən yol polisi Daxili İşlər Nazirliyini MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 12:15
Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?
Bu gün, 12:09
Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:00
Lavrovun Ermənistanda axtardığı kvadroberlər kimlərdir? - ARAŞDIRMA
Bu gün, 11:59
Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
Bu gün, 11:56
10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək - DETALLAR
Bu gün, 11:48
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır... “ - YAĞLI BİZNES
Bu gün, 11:45
Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Azərbaycanda səfərdədir
Bu gün, 11:43
Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ - İLGİNC FAKTLAR
Bu gün, 11:38
Nəcməddin Sadıkov ictimaiyyət arasına çıxdı - Camaat ondan danışır... o da at yarışı izləyir...
Bu gün, 11:33
Əmrullayev-Muradov toqquşması tələbələri ÇIXILMAZ DURUMA SALIB - AXI NİYƏ?
Bu gün, 11:26
Qasım Süleymaninin heykəlinin yerində İsrail bayrağı qaldırıldı - FOTO
Bu gün, 11:14
“Onlayn lotereya” DƏLƏDUZLUĞU – 1,2 milyon manat necə ƏLƏ KEÇİRİLİB?
Bu gün, 11:06
Bakıda müğənni bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 11:03
Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır - NARAZILIQ VAR...
Bu gün, 11:02
Bu universitetə yeni mətbuat katibi təyin edildi - FOTO
Bu gün, 10:59
Azərbaycanda tanınmış müğənninin qardaşı bıçaqlanıb?
Bu gün, 10:57
Novella Cəfəroğlu DSMF-ni məhkəməyə verdi - SƏBƏB
Bu gün, 10:54
İrəvanda neçə Paşinyan var? - Elçin Alıoğlu yazır...
Bu gün, 10:50
Kərəm Mustafayev üçün QARA ZOLAQ... - Deyilənə görə...
Bu gün, 10:49
Vardanyanın azad edilməsi üçün yeni plan - Polmanı Bakı ilə nə bağlayır?
Bu gün, 10:40
Dekorativ prezident - Xaçaturyan hər ay dövləti XƏRCƏ SALIR
Bu gün, 10:38
“NATO dağılacaq, Avropa isə azad olacaq” - “Corriere della Sera”
Bu gün, 10:36
"Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla..." - Ekspert danışır...
Bu gün, 10:25
Yeni “kurortlar naziri” BU ŞƏXS OLDU - Nələr DƏYİŞƏCƏK?
Bu gün, 10:22
Qusarda 27 yaşlı müəllim vəfat etdi
Bu gün, 10:14
Rüşvət almada təqsirləndirilən məktəb şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Kərim Vəliyev NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
Bu gün, 10:06
Elm və Təhsil Nazirliyində tenderlərin əvəzsiz qalibi: Hansı məlumatlar gizlədilir? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:01
Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum - deputat
Bu gün, 09:58
Sülh sazişi nə vaxt imzalanacaq? - Əliyevlə Paşinyanın rusiyalı jurnalistə CAVABI
Bu gün, 09:55
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR... - FOTOFAKT
Bu gün, 09:50
İrəvana təlimat gəldi: “Bakı ilə razılaşma, gələcəkdə...” – Hədəf yenə Qarabağdır
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru