DİA.AZ-IN ELEKTRON POÇTU DAĞIDILIB
Tarix: 4-09-2012, 12:10 |
Çap et
PORTALIMIZA HÜCUMLAR DAVAM EDİR
Neçə müddətdir ki, azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya edilib, dərhal da azadlığa buraxılmasının ardından ermənilər Azərbaycana qarşı qəzəb və nifrinlərini yağdırmaqdadırlar. Bunun da nəticəsində Azərbacyan saytları erməni hakerlərin hədəfinə çevrilib.
Ermənilərin bu vaxta qədər fəaliyyətini iflic etdiyi saytlar sırasında hətta dövlət qurumlarımızın veb-səhifələri də var.
DİA.AZ olaraq bildiririk ki, bizim də portal bənzər hücumların hədəfindədir və bu gün səhər saatlarında portalımızın elektron adresi ələ keçirilib.