BAKI METROSUNDA POLİSİ DÖYDÜLƏR
Tarix: 3-09-2012, 12:54 |
Çap et
POLİS POQONUNUN CIRILDIĞINI İDDİA EDİR
Bakı Metropolitenində polislə vətəndaşlar arasında insident baş verib.
Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, metronun “Nizami” stansiyasında 2 nəfər şəxs ictimai asayişi pozduğuna görə polis serjantı tərəfindən intizama dəvət olunub. Bu zaman sərxoş vəziyyətdə olan həmin şəxslər onlara irad tutan polis serjantı Natiq Dərəcanovun yaxasından yapışıblar. Onlar polis nəfərini vuraraq, ona xəsarətlər yetiriblər. Sonra isə həmin şəxslər polis serjantının formasındakı poqonları və şevronu cırıblar.
Hadisəni törədən şəxslər tutulub.
Fakt üzrə hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb.