SABİRABADDA POLİS ƏMƏKDAŞINI GÜLLƏLƏDİLƏR
Tarix: 31-08-2012, 12:11 |
Çap et
HADİSƏ AİLƏ-MƏİŞƏT ZƏMİNİNDƏ BAŞ VERİB
DİA.AZ: - Dünən axşam saat 21.00 radələrində Sabirabad rayonunun Cəngən kəndində qanlı cinayət hadisəsi baş vermişdir.
DİA.AZ-a daxil olan məlumata görə, kənd sakini 1986-cı il təvəllüdlü Gülhüseyn Abıyev ailə-məişət münaqişəsi zəminində həmkəndlisi 1960-cı il təvəllüdlü Azad Zeynalovu və polis sahə müvəkkili Eldəniz Quliyevi qoşalülə ov tüfəngi ilə güllələmişdir. Hər ikisi hadisə yerində ölmüşdür. G.Abıyev həbs olunmüşdur.