Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                 

Qafqaz İnkişaf bankı müştərilərin başına oyun açır... - “Bank şərti adamlar tapır, evi satır, pulu mənimsəyir”
Tarix: 15-11-2014, 11:03 | Çap et
Qafqaz İnkişaf bankı müştərilərin başına oyun açır...
Bir neçə gün əvvəl Sumqayıtda vətəndaşın evinin Qafqaz İnkişaf Bankının əməkdaşları tərəfindən dağıdılması və ev sahibinin çıxarılmasına dair məlumat yayılmışdı. Sosial şəbəkələrdə yayılan fotolardan mənzilin həqiqətən yağmalandığı görünür. Məlum olur ki, hadisə bu ilin əvvəlində olub. Bank ailəni 8 min manat borca görə evdən çıxarıb. Sumqayıt şəhəri 36-cı məhəllə, ev 5/11, mənzil 31-də mənzilin divarları, eləcə də evin əşyalarının bank tərəfindən dağıdılaraq bayıra tökülməsini fotolar da təsdiq edir.

Qafqaz İnkişaf bankı müştərilərin başına oyun açır...

Məsələni araşdırarkən məlum oldu ki, mənzilin sahibi Elman Liftiyev hazırda təqaüddədir. Xanımı Zeynəb Liftiyeva isə Sumqayıt şəhər 5 saylı poliklinikada tibb bacısı işləyir. E.Liftiyev başına gələnlər haqda bildirdi ki, 2008- ci ildə Qafqaz İnkişaf bankından 10 min manat pul götürüb: “2 minini şapkaya çıxdılar. Əlimizə 8 min pul çatdı. Evə 40 min manat qiymət qoyuldu. 1 il müddətində vaxtlı-vaxtında krediti ödədik. Növbəti 1 ildə, yəni 2010-cu ildə isə ödəmələrdə problemlər yarandı. Bizim xəbərimiz olmadan bu müddət ərzində məhkəməyə verildik. Məhkəmə bizim iştirakımız olmadan keçirildi və bank haqlı tərəf çıxdı”. Mənzil sahibinin sözlərinə görə, onun iştirakı olmadan bank mənzili satışa çıxararaq 25 min manat qiymət qoyur. Hərracda 15300 manata Hikmət adlı şəxs evi alır: “Bank müdiri Məlahət xanım evə tez-tez gəlib bu evdən xoşunun gəldiyini, ona satılmasını tələb edirdi. Sonuncu dəfə isə 2011-ci ildə Məlahət xanım bu evdən çıxmağımızın əvəzində bizə 1 otaqlı ev verəcəyini bildirdi. Bundan bir müddət sonra uzun müddətli kredit açmaq üçün 2 min manat pul aldılar bizdən. Amma kredit açılmadı. Əvəzində isə 2011-ci ildə evə qolu zorlu və özlərini ədliyyə işçiləri kimi təqdim edən adamlar hücum etdilər. Evin əşyalarını sındırdılar, kiçik qızım zədə aldı. Və biz evdən çıxarıldıq”.

Mənzildən çıxarıldıqdan sonra kirayə yaşadıqlarını deyən zərəçəkən, 1 ay sonra yenidən öz evlərinə qayıtdıqlarını bildirdi: “Hər şey isə bundan sonr başladı. 24.01.2014-cü il tarixində səhər saatlarında evə yenidən hücuma keçdilər. Xüsusən özünü Vüsal adı ilə təqdim edən və Qafqaz İnkişaf bankında işlədiyini, Məlahət xanımın köməkçisi olduğunu söyləyən şəxs vəhşilik etdi. Evdə iki körpəm bu vəhşilikdən qorxdular. Nəvələrimdən 3 yaşlı Vəfa hücum çəkənlərin ayağı altında qaldı, ağzı əzildi. Evin qapısını, pəncərəsini sındırdırıb yerindən qopardılar. Elə vəhşilik etdilər ki, qaz, su sistemi partladı. Bir salamat əşya qalmadı. Bizi nəinki evə qoymadılar, hətta binadan çıxardılar.”

Evin sahibi onu da bildirdi ki, hazırda iş məhkəmədədir. “Qiymətləndirmə barəsində vəsatət qaldırdıq, amma məhkəmə rədd etdi. Çünki ikinci tərəfin maddi marağı var idi. Hazırda evin qiyməti qara bazarda 65-70 min manatdır. 2011-ci ildə ev 24000 manat qiymətləndirilmişdi. Amma mənim onlarla olan müqaviləm 40 min manat idi. Evin birinci çıxarışı olmalıydı 45000 manat. Əmlak Komitəsi gəlib ölçüb-biçməlidir. Ev harda yerləşir, neçənci mərtəbədir, evin hansı şəraiti var. Evi “Tərəqqi” MMC qiymətləndirib, verməli idi Krea MMC-yə. Ev qiymətləndirilməliydi 45000 manata, amma 24000 manat qiymətləndirilmə aparılmışdı. Bunu belə etdilər ki, şərti adam ortalığa çıxarıb, evi özləri alsınlar. Bizim də banka borcumuz 4000 manat qalmışdı. 4000-i 12 min manat etmişdilər. Bundan sonra 15300 manat etdilər. 15300 manat olanda mən gedib banka yaxınlaşdım və dedim ki, ödəyə bilmirəm. Pensiya kartım var, ayda 500 manat pensiya alıram, götürün kartı, hər ay oradan çıxarın. Razılaşmadılar. Məni həmin şərti alıcı ilə görüşdürdülər. O adam mənə dedi ki, evi 22 min manata alıb. Dedim axı məhkəmə qətnaməsində 15300 manat yazılıb. Deməli, 2000 banka vermişdim. 13300 özümlə pul aparmışdım. Evi alan adam qayıtdı dedi ki, bank məni də aldadıb, səni də. Bəlkə də öz söhbətləridir. Həmin şəxs dedi ki, bu evdə ailə yaşayırsa, bu ev mənə lazım deyil. Mənim yanımda banka zəng vurub dedi ki, 22 min manatını geri qaytarsınlar. İndi həmin adam da yoxdur. Bəlkə də pulun da alıb bankdan. Bank özü şərti adamlar tapır, evi satır, pulu mənimsəyir. Bank özü evi alıb və baha qiymətə satıb. İnsanların başına belə oyunlar açırlar. Hər yerə yazmışıq, heç bir nəticəsi yoxdur. Alqı-satqı müqaviləsinin və qiymətləndirmənin ləğv edilməsiylə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etdik. Məhkəmə qərarı qüvvədə saxladı. Biz də Bakı şəhər Appelyasiya Məhkəməsinə müraciət etdik. Artıq oktyabr ayından proses başlayıb, hələ də gedir. Məhkəmədə onların vəkili dedi ki, 45 min versin evi ona verək. Qiymətləndirmə aparan “Tərəqqi” MMC-yə qarşı da vəsatət qaldırmışıq. Məhkəmə qiymətləndirməni ləğv etsə, bütün proseslər dayanacaq.”

Evin xanımı da deyir ki, pul götürəndə mənzilin kupçasını banka təqdim etsələr də, əvəzində onlara heç bir sənəd verilməyib: “Təkcə bizdə deyil, iş yoldaşımın da başına bu oyunu gətiriblər. İş yoldaşım Məlahət xanımın rəfiqəsi olan bir xanımla tanış olur. İş yoldaşıma pul lazım olur. Tanış olduğu adam da bu işdə Qafqaz İnkişaf Bankını məsləhət görür. İş yoldaşım pul götürür, əvəzində isə mənzilinin kupçasını girov qoyur. Bir ay sonra kredit ödəməyə gedir. Bank isə deyir ki, ev əlimizdədir, çıx evdən. Yəni iki rəfiqə yaxşı işbirliyindədirlər, özləri üçün iş görürlər”.

Məsələ ilə bağlı Qafqaz İnkişaf Bankına üz tutuq. Bankın əməkdaşı Telman Hüseynov Analitik.az-a Elman Liftiyevin iddialarının əsassız olduğunu bildirdi: “İş bütün instansiyalardan keçib və məhkəmə qərarına əsasən onun mənzilinin müqəddəratı həll olunub. Bu məsələ 2011-ci ildə olub. Həmin vətəndaşın ipotekada olan mənzilinə məhkəmənin qərarı ilə tutma yönəldilib. Mənzil də açıq hərracda xüsusi ixtisaslaşmış hərrac vasitəsilə satılıb. Mənzilin kimə satılmasından məlumatım yoxdur. İstənilən vətəndaş hərracdan həmin mənzili ala bilərdi. Liftiyevin iddiaları tamamilə əsassızdır. Məhkəmənin qərarı da mütləq icra olunmalıdır və bu da müvafiq orqanlar tərəfindən icra olunub. Açıq hərracda satılıb mənzil və banka olan borc ödənilib. Həmin şəxsin banka qarşı əsaslandırılmış iddiası varsa, cavab verməyə hazırıq."

Onu da bildirək ki, adıçəkilən bankdan şikayət edənlərin sayı çoxdur. Onlardan biri də Sumqayıt sakini, II qrup əlil İlqar Qasımovdur. O, keçən ilin yanvar ayında Corat qəsəbəsində yerləşən həyət evini qanuni sənədləşdirmək üçün keçmiş sinif yoldaşı, həmçinin Qafqaz İnkişaf Bankının işçisi Səidə Quliyeva adlı şəxsə 3000 manat və evinə məxsus əlindəki sənədləri verir. Həmin xanım həyət evini qanuniləşdirmək adı ilə sənədləri Qafqaz İnkişaf Bankına qoyur. Sonradan məlum olur ki, bu bankda torpağı öz adına keçirir. Dəfələrlə məhkəmələr olsa da, İlqar uduzur. İlqarın dediyinə görə hər yerə müraciət edib, amma səsinə hay verən yoxdur: “Mənim şikayətimə baxan yoxdur. Emin adlı şəxs məhkəmələrdə və digər hüquqi idarələrdə onlara kömək edir. Uduzmağıma da səbəbin biri budur”.

Baş verənlərlə bağlı, eyni zamanda hərracın mənzil sahibindən xəbərsiz keçirilməsi kimi suallarla AZE Hüquq Şirkətinin hüquqşünası Xəyal Feyzullayevə müraciət etdik. Hüquqşünas Analitik.az-a bildirdi ki, məhkəmə qərarı olmadan vətəndaşın əmlakının bank tərəfindən alınması yolverilməzdir. Bankın ixtiyarı yoxdur ki, özbaşına və ya hansısa orqanın əməkdaşalrı ilə birlikdə vətəndaşın mənzilinə girib, əşyaları bayıra töksün, sakinləri evdən çıxarsın. Əgər mənzilin boşaldılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddursa, ya mənzil sahibi özü könüllü olaraq bu qərarı icra edər, yaxud da icra məmurları qərarın məcburi icrasını təmin edirlər. Hər bir halda bank işçilərinin mənzili dağıtmağa, vətəndaşın əmlakına zərər vurmağa haqqı yoxdur.

Qafqaz İnkişaf bankı müştərilərin başına oyun açır...

Mənzilin hərracda satılmasına gəldikdə isə, hüquqşünas bu proseduru belə izah edir: “İpoteka predmeti məhkəmə qərarına əsasən ilkin satış qiyməti müəyyən edilməklə “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə müəyyən edilmiş qaydada açıq hərraca cıxarılır. Hərraca cıxarılmış əmlak ilk hərracda satılmadıqda bu zaman həmin əmlak ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca cıxarılır. Əmlak təkrar hərracda yenə satılmadıqda, bank ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Bu dəfə də hərrac baş tutmadıqda, hərracın təçkilatçısı həmin əmlakı 30 təqvim günü ərzində əldə etməsinə dair banka təklif verir. Bu zaman əmlakın dəyəri iklin hərrac qiymətindən 40 faiz aşağı qiymətləndirilmiş olur. Bu müddət ərzində bank həmin əmlakı mülkiyyətinə qəbul etmədikdə, ipotekaya xitam verilir. Belə halda bank həmin əmlakı tələb etmək hüququnu itirmiş olur.”

Hüquqşünas onu da dedi ki, əmlakı ipotekaya qoymuş və bank qarşısında borcu olan şəxs də yuxarıda göstərilən qaydada ilkin və təkrar hərracda alıcı qismində çıxış edə və əmlakı hərracdan satın ala bilər. Məhkəmə qərarının icrası ilə məşğul olan icra məmuru, həmçinin, hərracı təşkil edən qurum mənzil sahibini bütün prosedurlar haqqında tam məlumatlandırmalı və bu prosesdə onun iştirakını təmin etməlidir. Mənzil sahibi onun əmlakının hansı məbləğə qiymətləndirilməsini, hansı qiymətə hərraca çıxarılmasını bilməlidir. Çünki burada onun əmlak mənafeyi, xüsusi mülkiyyətinin taleyi həll olunur. Əmlakın ucuz qiymətləndirilməsi və mülkiyyətçinin məlumatı, iştirakı olmadan satılması son nəticədə onun maraqlarına ziddir, onun zərərə düşməsinə səbəb olur.

Hərracın mənzilin mülkiyyətçisindən xəbərsiz keçirilməsində bir məqsəd ola bilər ki, o da mənzili ucuz qiymətləndirib satmaqla əmlak sahibini prosesdən kənarda qoysun. Bu halda əmlak sahibi qiymətləndirmə, hərracın keçirilməsi prosesini məhkəmədə mübahisələndirməyə haqlıdır. Əmlak sahibinin evdən çıxarılması hələ bütün proseslərin bitməsi demək deyil. Məhkəmə tərəfindən qiymətləndirmə və hərrac qanunsuz hesab edilə bilər və bununla da proses yenidən başlaya bilər. Bəzən banklar vətəndaşların ağır vəziyytəindən istifadə edərək, az miqdarda borca görə yüksək dəyəri olan əmlakların hərrac yolu ilə ucuz satılmasında maraqlı olurlar. Bu zaman formal alıcıların ortaya çıxması, prosesin qeyri-qanuni aparılması halları da olur. Ona görə də vətəndaşlar bankların bu kimi qanunsuz müdaxilələrindən özlərini müdafiə etməli, bütun prosesin şəffaf və onların iştirakı ilə aparılmasını tələb etməlidirlər.

Qeyd edək ki, Qafqaz İnkişaf Bankının fəaliyyəti ictimaiyyətə çox açıq olmasa da, bu bankın müştəri məmnuniyyətinə heç də ciddi önəm vermədiyi məlumdur. Açıq musabiqələrdə, özünün elanlarında götürdüyü öhdəlikləri yerinə yetirməyən bank əməkdaşlarının hərrac və qiymətləndirmə prosesində öz xeyrinə çalışması da şübhə doğurmur. Bu səbəbdən də məsələni diqqətdə saxlayaraq, Qafqaz İnkişaf Bankının müştəriləri və butunlükdə Azərbaycan vətəndaşlarını narazı salan digər В«fəaliyyətlərinəВ»də nəzər yetirəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru